5
Azərbaycan türklərinin deportasiya olunduğu il, bəlkə də, onun
həyatının ən ağır ili idi…
Fərman Kərimzadə, sözün əsl mənasında, vətənpərvər insan
idi. Ona görə də yazıçının tarixi mövzulara müraciəti olduqca
təbii idi.
F.Kərimzadənin tarixi romanları çağdaş Azərbaycan
nəsrində janrın potensial imkanlarının genişliyini sübut edir.
Onu bir yazıçı kimi şöhrətləndirən də tarixi romanları
olmuşdur. Bu baxımdan “Qarlı aşırım” romanı F.Kərimzadənin
bütün sonrakı tarixi romanlarının özünəməxsusluğunu, digər
müəlliflərlə müqayisədə tarixə və tarixi şəxsiyyətlərə
münasibətini aydınlaşdırmağa kömək edir. F.Kərimzadəni sinfi
toqquşmaların təsvirindən daha çox, bu toqquşmaya
qoşulanların daxili dünyası və mənəvi ovqatı, onların
hərəkətlərini şərtləndirən daxili impulslar maraqlandırırdı. O,
cavab axtarırdı ki, axı niyə fərdin ictimai-sinfi statusu, sosial
mövqeyi və rolu onun əməl və hərəkəti ilə heç də həmişə düz
gəlmir, insan heç özü də gözləmədən bu statusu kökündən zidd
addımı atmağa, sinfi mahiyyətə əks hərəkət xəttini həyata
keçirməyə hazır olur?
6
Yubiley tədbirləri
Fərman Kərimzadənin
anadan olmasının 80 illiyi
münasibətlə respublikanın mədəniyyət müəssisələrində, eyni
zamanda kitabxanalarda yubiley tədbirlərinin keçirilməsi
nəzərdə tutulmuşdur. Bu tədbirlər arasında sərgilər mühüm yer
tutur. Sərgidə yazıçının kitabları, müxtəlif mətbuat
səhifələrində onun haqqında nəşr olunmuş məqalələr,
yazıçıların fotoları nümayiş olunur. Sərginin təşkili zamanı
görkəmli şəxsiyyətlərin yazıçı haqqında söylədiyi kəlamlardan
da istifadə etmək olar.
7
Görkəmli şəxsiyyətlərin Fərman Kərimzadə
haqqında söylədikləri fikirlər:
Fərman Kərimzadə son dərəcə sadə, təmiz, geniş ürəkli, böyük
naturalı bir adam idi. O, azərbaycanlı xarakterinin mahir
yaradıcısı, əsl vətəndaş kimi Azərbaycan namusunun bir
parçası idi
Sabir Rüstəmxanlı,
Xalq şairi.
Fərman Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların
mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran
sənətkardır. O, sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan
ucada dayanmağı bacardı.
Qəzənfər Paşayev,
Professor
Fərman Kərimzadənin tarixi romanları çağdaş Azərbaycan
nəsrində janrın potensial imkanlarının genişliyini sübut edirdi.
Onu bir yazıçı kimi şöhrətləndirən də onun tarixi romanları
olmuşdur.
Yavuz Axundlu,
Filologiya elmləri doktoru
Fərman Kərimzadənin “Qarlı aşırım”ı ölüm, qorxaqlıq və
onların hər ikisindən ucada duran insan və onun ləyaqəti
barədə ibrətli hekayədir. Konkret inqilabi-tarixi motiv burada
məhz ümumbəşəri əxlaq və mənəviyyat problemi səviyyəsinə
qalxa bilir.
Yaşar Qarayev,
Professor
8
Bütün ağlı, insanlığı, mənəvi gözəlliyi ilə Allah Fərmanı
xoşbəxt yaratmışdı. Fərman Kərimzadə həyatı ədəbiyyata
gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca
real və zəngindir. Fərman Kərimzadənin ictimai-siyasi və
pedoqoji
fəaliyyəti
ilə
ədəbi
yaradıcılığı
bir-birini
tamamlayırdı.
İlyas Tapdıq,
Şair
Fərman rəssam təfəkkürü, şair zərifliyi ilə nəsrimizə bir şirinlik
gətirdi. 1967-ci ildə çap olunmuş “Qarlı aşırım” onun yazıçı is-
tedadını, ümidverici və gələcəkli bir nasir kimi yetişdiyini üzə
çıxardı.
Musa Yaqub,
Şair
Fərman Kərimzadənin hər əsəri bir insan dünyasıdır. Onun
əsərləri kino sənəti üçün zəngin material verir. Fərman
Kərimzadə ölümsüzlüyün zirvəsinə ucalan və milyonların
qəlbində əbədi yaşayan sənətkardır.
Telman Mehdixanlı
Jurnalist
Fərman Kərimzadənin yazdığı əsərlər, yaratdığı obrazlar öz
milli koloriti, milli özünəməxsusluğu, milli düşüncə tərzi ilə
secilirdi. O, yazdığı əsəri, təsvir etdiyi obrazı yaşayırdı.
Yeganə Kərimzadə,
Yazıçı (qızı)
Fərman
Kərimzadənin
azərbaycançılıq
ideologiyasının
bətnindən doğulmuş insan idi. Onun yaradıcılığı, düşüncəsi,
atdığı hər bir addım bütöv Azərbaycan savaşına hesablanmışdı.
Dostları ilə paylaş: |