Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix28.06.2018
ölçüsü0,7 Mb.
#52020
1   2   3   4   5   6   7

 

Fərman  Kərimzadə  ölməz  əsərləriylə,  böyük  vətəndaşlıq 



qüruruyla özünə əbədi heykəl qoyub getdi. 

 

                                                         

Sərvaz Hüseynoğlu, 

                                                                    Yazıçı, şair 

 

Qırmızı  ilğımın  puç  və  əfsanə  olduğunu  yazıçı  fəhmi  ilə 

çoxlarından  əvvəl  Fərman  Kərimzadə    duymuşdu.  Yazıçı 

“Qarlı  aşırım”  romanı  ilə  aldanmış  insan  selini  dayandırıb 

bəylikdən  köləliyə  sürüklənən  bir  xalqa  aşırımın  o  üzündəki 

həqiqəti göstərirdi… 

                                                                       Təranə Vahid, 

                                                                           Yazıçı 

                                                                 

Roman və hekayə ustası kimi tanınan Fərman Kərimzadənin 

bir neçə kitabı işıq üzü görmüşdür. Həmin kitabların icmalının 

keçirilməsi  də 

oxucularda  maraq  doğurar.  İcmalın 

keçirilməsinə kitabxanaçı əvvəlcədən yaxşı hazırlaşmalıdır. Bu 

məqsədlə  kitabxanada  Fərman  Kərimzadənin  kitablarının 

sərgisi təşkil olunur. Kitabxanaçı  oxuculara kitab icmalının nə 

vaxt  keçiriləcəyi  haqda  məlumat  verir.  Təyin  olunmuş  gündə 

yazıçının  qələmə  aldığı    kitabların  icmalı  keçirilir.  Əvvəlcə 

Fərman Kərimzadənin həyat və yaradıcılığı haqqında oxuculara 

məlumat verilir. 



Kitabxanaçı:  -  Ədəbiyyatımızda  tarixi  roman  janrının  ən 

qüdrətli  yaradıcılarından  biri,  hekayə  ustası,  dramaturq, 

publisist və yüksək ziyalı anlayışını ömrü boyu şərəflə daşıyan 

Fərman Kərimzadə zəngin və mürəkkəb bir həyat yolu keçmiş, 

gördüklərini,  yaşadıqlarını,  düşündüklərini  parlaq  bədii 

boyalarla əks etdirmiş və mədəniyyətimiz tarixində qiymətli irs 

qoyub getmişdir. 



10 

 

Fərman  Kərimzadənin 1958-ci  ildə  qələmə  aldığı  "41 



nömrəli  ayaqqabı"  hekayəsi  ilk  təcrübə  olsa  da,  müharibənin 

fəlakət dolu nəticələrini təsirli bir dillə oxucuya çatdırır. "Son 



eksponat",  "Toy  toğlusu"  hekayələri  də  müharibənin  ağrı-

acılarından  bəhs  edir.  "Son  eksponat"da  ana  qəhrəmanlıqla 

həlak  olmuş  oğlunun  muzeydəki  köynəyini  -  öz  əli  ilə 

toxuduğu  köynəyi  qorumağa  çalışır,  oğlunun  sinəsini  dəlib-

deşən  güllə  yerini  muzeydəki  baxımsızlıqla,  köynəyə  güvə 

düşməsi  ilə  əlaqələndirir.  F.Kərimzadə  hadisələrin  məntiqini 

tutmağı,  obrazların  mənəvi-psixoloji  aləmini  aydın  cizgilərlə 

əks  etdirməyi  bacaran  sənətkardır.  Bu  cəhət  onun  müharibə 

mövzusunda  yazdığı  hekayələrlə  yanaşı,  "Ölülər  yalan 

danışmır",  "Mis  qazan",  "Talada",  "Ümid",  "Xınalıq"  və 

başqa  hekayələrində,  "Xallı  maral",  "Toy  dəvətnaməsi" 

povestlərində  də  güclü  və  qabarıqdır.  Povestlər  işıqlı  idealları 

təbliğ  edir,  xalq  malını  dağıdanları,  israfçıları,  əliəyriləri, 

tüfeyli və kübar yaşayış tərzini ifşa edir.  

"Xallı  maral"  povestinin  qəhrəmanı  Zəkəriyyə  harın 

zümrənin  ad  günləri  və  müxtəlif  işrət  məclisləri  üçün  bir-bir 

kəsdirib  apardıqları  xallı  maralların  qoruğunu  dağıdır,  "təbiət 

bu  maralları  o  cür  canavarlardan  daha  yaxşı  qoruyar",-deyə 

onları təbiətin qoynuna qovur.  

"Toy  dəvətnaməsi"  povesti  də  ibrətamiz  sonluqla  bitir: 

zavoddan  oğurladığı  bir  maşın  spirti  sata  bilməyib  qamışlı 

gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin 

qurbanı olur.  

Ümumiyyətlə,  yazıçının  hekayə  və  povestləri  maraqlı, 

yaddaqalandır. Lakin Fərman Kərimzadə imzası daha çox tarixi 

romanlar  müəllifi  kimi  məşhurdur.  1967-ci  ildə  çap  olunmuş 

"Qarlı  aşırım"  onun  bir  nasir  kimi  yetişdiyini  sübut  etdi. 

F.Kərimzadə  "Qarlı  aşırım"da  30-cu  illərin  ziddiyyətlərini, 




11 

 

kollektivləşmə  dövrünün  çətinliklərini,  özündən  əvvəlki  nəsr 



ustalarını təkrar etmədən, tamamilə yeni ruhda əks etdirdi. 30-

cu  illərə  60-cı  illərin  və  altmışıncıların  gözü  ilə  baxış, 

hadisələrin dolğun-dürüst mənalandırılması bu əsəri oxuculara 

sevdirdi.  F.Kərimzadə  “Qarlı  aşırım”la  Azərbaycan  tarixi 

romanında  yeni  bir  səhifə  açdı,  çox  tezliklə  yetmişinci  illərin 

sayılan yazıçılarından birinə çevrildi və həmin roman əsasında 

film də çəkildi. O,“Qarlı aşırım”la, İsmayıl Şıxlının “Dəli Kür” 

romanı  kimi,  Azərbaycan  ədəbiyyatında  yeni  bir  hadisənin 

əsasını  qoydu.  Hər  iki  yazıçımız  qəhrəmanlarını  təkcə  sinfi-

siyasi  ədəbi  platformadan  deyil,  həm  də  bir  insan  kimi,  yaxşı 

və  naqis  cəhətləri  ilə  vəhdətdə  təsvir  etdilər.  Bəli,  onlar  bu 

yolu,  həyatı  və  insanları  sinfi  mənsubiyyətindən  asılı 

olmayaraq, həm də bütün insani keyfiyyətlərilə təsvir etdilər.  

Qarlı  aşırım”  romanında  da  hadisələr  keçən  əsrin 



iyirminci-otuzuncu  illərində  cərəyan  edir.  Burada  da  sinfi 

mübarizədən  söhbət  gedir.  Amma  müəllif  sinfi  toqquşmaların 

təsvirindən  daha  çox,  bu  konfliktdə,  bu  toqquşmada  iştirak 

edənlərin daxili  dünyasına enir. 

 

Əsərdə  Kərbəlayı  İsmayıl  quruluşla  barışmır  və  onun 



məntiqi də tutarlıdır: ”Mənə dəyən kimə dəysəydi, indiyə qədər 

on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını 

da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün 

nədir?  Kişiliyə  sözün  nədir?  Axı  birdən-birə  hər  şeyi  adamın 

əlindən almazlar”.  

Onun dostu, bolşevik mövqeyini qəbul edən Abbasqulu bəy 

də öz inadında haqlıdır. Çünki o, nahaq qan tökməyin, qırğının 

əleyhinədir. Beləliklə, iki dünyagörüşü üz-üzə gəlir.  

“Qarlı  aşırım”  xarakterlər  romanıdır.  Fərman  Kərimzadə 

obrazların  adi  hərəkətlərini  ustalıqla  təsvir  etməklə  yanaşı, 

onların  daxili  aləmi  də  əks  etdirir.  Romanda  təsirli  səhnələr 

çoxdur.  Kərbəlayı  İsmayılla  Abbasqulu  bəyin  görüşü,  yaxud 

Qəmlonun  qəddarlığını  üzə  çıxaran  səhnələr  romanı  oxuyan 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə