Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix28.06.2018
ölçüsü0,7 Mb.
#52020
1   2   3   4   5   6   7

12 

 

hər  kəsin  yaddaşında  qalır.  Xüsusilə,  Abbasqulu  bəyin  qətlə 



yetirilməsi  səhnəsi  çox  ustalıqla  qələmə  alınıb.  Burada  hər  bir 

cümlənin, hər bir ştrixin öz məna yükü var.  

Abbasqulu  bəy  Şadlinskinin  ömrünün  son  üç  günü,  cəsarət 

və qorxmazlığı, yüksək ağıl və idrak sahibi kimi tədbirli hərə-

kətləri,  qolçomaq  qiyamını  öz  qanı  bahasına  ləğv  edə  bilməsi 

yazıçının tarixi fakt və hadisələrə böyük duyum və həssaslıqla 

yanaşdığını,  yüksək  ümumiləşdirmə  gücünə  malik  olduğunu 

göstərir.  Kollektivləşməyə  partiya  rəhbərliyi,  30-cu  illər  kom-

somolunun    mübarizəsi,  geniş  kütlənin  siyasi  şüur  səviyyəsi, 

mübarizə və döyüş iqtidarı, düşmən qüvvələrin, Qəmlo kimilə-

rin  sinfi  mənafeyi,  fərdi-psixoloji  keyfiyyətləri,  köhnə  dünya 

adamlarının törətdikləri bəlaların qurbanı olan günahsız insan-

ların  taleyi  romanda  təbii  boyalarla  əks  etdirilmiş,  təsirli  və 

inandırıcı verilmişdir. Romanda iki əsas obraz (Abbasqulu bəy 

və Kərbəlayı İsmayıl) diqqət mərkəzində olsa da, digər surətlər 

(Talıbov,  Xəlil)  heç  də az  sanballı deyillər.  Kərbəlayı  İsmayıl 

xarakter  etibarilə  bütövdür,  yəni  əzəldən  Sovet  hökumətinə 

zidd  bir  mövqedə  dayanıb  və  heç  cür  kompromisə,  azacıq 

güzəştə belə getməyi özünə rəva bilmir. "Ə, nə hökumət, hansı 

hökumət? Mən belə hökumət tanımıram!" bu sözləri "Axırıncı 

aşırım"  filmində  Kərbəlayi  İsmayıl  deyir.  Ancaq  bu  sözləri 

sovet  hökumətinin  qılıncının  tiyəsi  də,  qəbzəsi  də  kəsdiyi 

1967-ci  ildə  yazıçı,  60-cı  illər  nəslinin  görkəmli  nümayəndəsi 

Fərman  Kərimzadə  deyirdi.  Yazıçı  qırmızı  ilğımın  puç  və 

əfsanə  olduğunu  yazıçı  fəhmi  ilə  çoxlarından  əvvəl  o 

duymuşdu.  "Qarlı  aşırım"  romanı  ilə  aldanmış  insan  selini 

dayandırıb  bəylikdən  köləliyə  sürüklənən  bir  xalqa  aşırımın  o 

üzündəki həqiqəti göstərirdi. 




13 

 

İllər  keçdi,  ilğım  dağıldı,  ədəbiyyatımızda  və  kinomuzda 



"Qarlı aşırım" ("Axırıncı aşırım") qaldı...   

Yazıçının  “Xudafərin  körpüsü”,  “Çaldıran  döyüşü”  kimi 

tarixi  romanları  da  Azərbaycan  ədəbiyyatında  dərin  iz  qoyan 

əsərlərdir.  

Səksəninci  illərin  əvvəllərində  F.Kərimzadə  Şah  İsmayıl 

Xətainin  həyatından  söz  açan  “Xudafərin  körpüsü”  və 



“Çaldıran  döyüşü”  dilogiyasını  qələmə  aldı.    Xatırladaq  ki, 

həmin  illərdə  Şah  İsmayılın  anadan  olmasının  500  illiyi  qeyd 

olunurdu.  F.Kərimzadə  ilə  yanaşı,  Əlisa  Nicat  “Qızılbaşlar”, 

Əzizə Cəfərzadə “Bakı-1501” romanlarını yazmışlar. Xətaiyə - 

bu  böyük  sərkərdə,  dövlət  xadimi  və  gözəl  şairə  birdən-birə 

dörd  roman  həsr  edilməsinin  səbəbi  məlum  idi:  Xətai 

Azərbaycan  tarixinin  ən  önəmli  səhifələrini  yazsa  da 

Azərbaycan  ədəbiyyatında  onun  bədii  obrazı  yaradılmamışdı. 

F.Kərimzadənin  bu  romanı  bədii  ədəbiyyatın  Xətaiyə,  onun 

şəxsiyyətinə böyük marağın ifadəsi idi. Çoxplanlı, çoxobrazlı, 

süjeti  və  konflikti  çoxşaxəli  bu  dilogiyada  Şah  İsmayıl  

Xətainin  həyatı,  hakimiyyəti  Çaldıran  döyüşünə  qədər  təsvir 

edilir,  müəllif  həm  tarixi  mənbələrin  gözü  ilə,  həm  də  bədii 

təxəyyülü  vasitəsilə  Şah  İsmayılı  vahid  milli  dövlətin  ilk 

qurucusu  kimi  canlandırır.  Şeyx  Heydər,  Ağqoyunlu  Sultan 

Yaqub, Şah İsmayılın nənəsi –Uzun Həsənin anası Sara xatun, 

Əbu Səid, Uzun Həsən, Məsih Mirzə, Aləmşahbəyim, Rüstəm 

Mirzə,  Hüseyn  Lələ  bəy...  Bunlar  hamısı  tarixi  şəxsiyyətlərdir 

və  hər  birinin  taleyi  sonadək  izlənilir.  İstər  “Xudafərin 

körpüsü”,  istərsə  də  “Çaldıran  döyüşü”  tarixi  hadisələrə  və 

tarixi  şəxsiyyətlərə  şəxsi  mənafe  daşımaqdan  uzaqdır. 

Doğrudur,  F.Kərimzadə  Şah  İsmayılın  vurğunu  idi.  Bu 

romanlar  F.Kərimzadənin  vətənçilik  ideallarını  ifadə  edirdi. 

Bəli, hər bir xalqın tarixində unudulmaz səhifələr olur. Bu cür 

səhifələr  adətən  ictimai  şüurun  yetkinliyi,  milli  dirçəliş  və 

qurtuluş,  böyük  amallar  uğrunda  çarpışmanın  kəskinliyi  və 

nəticələri ilə şərtlənir.

 



14 

 

XVI  yüzilliyin  sübh  çağında  Şah  İsmayılın  başçılığı  ilə 



görülən işlər xalqımızın sonrakı müqəddəratı üçün güclü özülə 

çevrildi.  Şah  İsmayıl  kimi  tarixi  şəxsiyyətlər  heç  vaxt 

unudulmur, incəsənətin, ədəbiyyatın gücü ilə yenidən doğulur. 

F.Kərimzadənin uzun tədqiq  və araşdırmalardan sonra qələmə 

aldığı  "Xüdafərin  körpüsü"  dilogiyası  xalqımızın  tarixinə, 

500  il  əvvəlki  babalarımıza  məhəbbət  və  hörmətin  ifadəsidir. 

Oxucunu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri ilə 

qarşılaşdıran 

bu 

roman 


Ağqoyunlularla 

Səfəvilər 

hakimiyyətinin  qovuşduğu,  birincilərin  ikincilərlə  əvəzləndiyi 

dövrün,  Azərbaycan  torpaqlarının  birlik,  Azərbaycan 

mədəniyyətinin  yüksəliş  dövrünün  bədii  salnaməsidir. 

F.Kərimzadə  yeni  faktlar  əsasında  dövrün  ziddiyyət  və 

çətinliklərini,  qızılbaş  bayrağı  altında  tarixi  mübarizənin 

məqsədini,  köklərini  müasirlik  ruhu  ilə  təsvir  etmiş,  qaranlıq 

səhifələri  kifayət  qədər  işıqlandırmışdır.  "Xüdafərin  körpüsü" 

istər  yazı  tərzi,  istərsə  də  təhkiyə  və  dialoqlarının  səlisliyi, 

zənginliyi ilə seçilən bir romandır, qəhrəmanlıq dastanıdır. Hər 

iki  kitab  ("Xüdafərin  körpüsü"  və  "Çaldıran  döyüşü")  yüksək 

ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə 

yanaşı,  quruluş,  dil  xüsusiyyətləri  ilə  də  diqqəti  çəkir.  Zəngin 

bədiilik vasitələri oxucunu 500 il keçmişə aparır, təsvir edilən 

dövrün havasına daxil edir.  



“Xudafərin körpüsü“ romanında XV əsrin axırı, XVI əsrin 

əvvəllərində  baş  vermiş  tarixi  hadisələr,  Şah  İsmayıl  Xətainin 

uşaqlıq  və  gənclik  illəri,  hakimiyyət  uğrundakı  mübarizəsi 

qələmə  alınmışdır.   Romanda  həmçinin  Şah  İsmayıl  Xətainin 

bir  şair,  sərkərdə  və  dövlət  xadimi  kimi  yetişib  formalaşdığı 

tarixi  şərait  təsvir  edilmiş,  Uzun  Həsən,  Sara  Xatun,  Hüseyn 

Lələ  bəy,  Əbih  Sultan  kimi  tarixi  şəxsiyyətlərin  yadda  qalan 

obrazları  yaradılmışdır .  Romandakı  obrazların  əksəriyyəti 

tarixi şəxsiyyətlərdir.  

 İcmalın  bu  hissəsində  oxucular  “Xudafərin  körpüsü” 

romanından  



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə