Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix28.06.2018
ölçüsü0,7 Mb.
#52020
1   2   3   4   5   6   7

15 

 

Şah İsmayıl Xətainin uşaqlıq illəri göstərilən parçanı səhnəcik 



şəklində  təqdim  edirlər.  Səhnəyə  əsərə  uyğun  dekorasiyalar 

qurulur.  Tamaşada  İsmayıl,  onun  anası  Ağqoyunlu  hökmdarı 

Uzun Həsənin qızı  Aləmşahbəyim, İsmayılın qardaşı Sultanəli, 

lələləri  Hüseyn,  qulluqçuları  Səkinə  rolunu  ifa  edən  oxucular 

iştirak  edirlər.  İsmayıl,  anası  Aləmşahbəyim,  Səkinə  hücrədə 

oturublar. 

 Sultanəli  rəngi  ağarmış,  çox  həyəcanlı  halda  hücrəyə  girir. 



Üzünü anasına tutub deyir. 

Sultanəli: - Ana gəlirlər. 

 Aləmşahbəyimin  ağzında  dili  tikan-tikan  olur.  Bütün 

bədənindən taqətsizlik adlı bir gizilti keçir. Həyacanlanır. 

Sultanəli:  -  Qalaya  çox  böyük  dəstə  qalxdı.  Yəqin    ki,  bizi 

aparmağa gəlirlər. 



Aləmşahbəyim: - Kim gəlir? 

İsmayıl qalxıb qardaşından soruşur. 

İsmayıl: - Hara? Evimizə? 

Sultanəli  İsmayılın  qarşısında  çöməlib,  onunla  açıq  danışmaq 

istəyir. 

Sultanəli: - Evimizə yox, mənim balaca qardaşım. Bu sonuncu 

günə  oxşayır.  Kişi  kimi  mərd-mərdanə  dayan,  ölüm  ayağında 

özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, 

üzlərinə tüpürmək lazımdır. 



Aləmşahbəyim:  -  Səkinə,  mənim  zümrüd  qaşlı  üzüyümü 

mücrüdən çıxar ver. 



Səkinə  qorxu  içində,  titrəyə-titrəyə  gedib  mücrüdən  zümrüd 

qaşlı  üzüyü  gətirir.  Aləmşahbəyim  üzüyü  barmağına  keçirir, 

sonra üzüyün qaşını qaldırır. Zəhəri Səkinəyə göstərib deyir. 

Aləmşahbəyim:  -  Bunu  nənəm  Sara  xatın  bağışlayıb.  Dar 

ağacından, qılıncdan irəlidir.  



İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin 

məğzini başa düşə bilmir. Sultanəlidən soruşur: 

İsmayıl: - Nə olub? 

Sultanəli onu başa salmaq üçün qolundan tutub aparır. 


16 

 

Sultanəli:  -  İsmayıl,  biz  kişiyik,  axıra  qədər  də  özümüzü  kişi 

kimi  aparmalıyıq.  Atamızın  düşmənləri  bizi  aparmağa  gəlib. 

Onlar  yəqin  ki,  bizi  edam  edəcəklər.  Biz    düşmənlərə 

əyilməməliyik.  Atamız  da  belə  kişi  olub.  Bu  həbi  qoy  cibinə. 

Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu 

həbi udarsan. 

Sultanəli üzünü döndərib arxasını çevirir ki, kiçik qardaşı onun 

gözlərindəki  yaşı  görməsin.  Sonra  o  qardaşının  aydın,  qorxu-

hürküdən uzaq sifətinə baxır.Onu qacaqlayıb bağrına basır. 

İsmayıl: - Sultanəli, atamız o gələn adamlardan qorxurdu? 

Sultanəli: -Yox! 

İsmayıl: - Onda biz niyə qorxaq ki? 

Sultanəli: - Əhsən, qardaşım! 

Birdən qapının  kilidinin səsi eşidilir. Sultanəlinin gözləri  içəri 

girən  adamlara  tikilir.  Bu  an  o,  ucaboy,  başında  çalma,  sifəti 

çox tanış gələn kişini tanıyır. 

Sultanəli: - Ana, qızılbaşlar! Hüseyn Lələ?! 

Hüseyn  Lələ  yetirən  kimi  Sultanəlini  bağrına  basır.  İsmayıl 

yetirib onu itələyir. İsmayıl qışqırır:  

İsmayıl: - Burax qardaşımı, cəllad! 

Hüseyn  Lələ:  -  İsmayıl,  gözümün  işığı,  maşallah,  necə  də 

böyümüsən. 



İsmayıl: - Sən bizi öldürməyə aparırsan? 

Hüseyn  Lələnin  gözləri  yaşarır.  Sultanəli  qardaşını  başa 

salmağa çalışır. 

Sultanəli:  -  İsmayıl  Hüseyn  Lələ  atamızın  dostu,  bizim 

lələmizdir. O, bizi xilas etməyə gəlib. 



Aləmşahbəyim:  -  Hüseyn  Lələ  bizi  bir  halı  elə,  görək,  işimiz 

necə oldu? 



Hüseyn  Lələ:  -  Hər  şey  yaxşıdır.  Baysunqur  Şamaxıdadı. 

Qızılbaşlar  Rüstəm  Mirzəni  taxta  çıxartdılar.  O,  da  fərman 

verib sizi azad elədi. İndi gəlmişik. Təbrizə gedirik.  

Aləmşahbəyim:  -  Təbrizə  niyə?  Ərdəbilə  getsək  salamatlıq 

olar. 



17 

 

Hüseyn  Lələ:  -  Rüstəm  Mirzə  uşaqları  orda  təntənə  ilə 

qarşılamaq istəyir. Oradan da Ərdəbilə qayıdacağıq.  

Tamaşanın  sonunda  iştirakçılar  baş  əyib  səhnədən  ayrılırlar. 

Kitabxanaçı “Çaldıran döyüşü” kitabını götürüb icmalı davam 

etdirir.  

Kitabxanaçı:  -

Xudafərin  körpüsü”  dilogiyasının  ikinci 



kitabı  “Çaldıran  döyüşü”  adlanır.  Yazıçının  “Çaldıran 

döyüşü”  romanı  görkəmli  dövlət  xadimi,  sərkərdə  və  şair, 

ulu tariximizdə  xüsusi  yeri  olan  Şah  İsmayıl  Xətainin 

həyatından,  çoxcəhətli  ictimai  fəaliyyətindən  bəhs  edən 

“Xudafərin  körpüsü”  dilogiyasının  ikinci  hissəsidir.  Siyasət 

meydanına  yenicə  qədəm  qoyan  Şah  İsmayılın  vahid  və 

qüdrətli  Azərbaycan  uğrunda  apardığı  gərgin  mübarizələr, 

ağıllı  dövlət  xadiminin  mədəniyyətin  və  sənətin  yüksəlməsinə 

göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas 

mövzusudur.    Bu  romanda  Şah  İsmayıl  Xətai  müdrik  dövlət 

xadimi,  qayğıkeş  sərkərdə,  istedadlı  şair  kimi  göstərilir. 

Romanda  hadisələrin  reallığı,  qəhrəmanların  mübarizliyi, 

vətənpərvərliyi, insana hörmət və məhəbbət çox təsirli qələmə 

alınmışdır.  Şah  İsmayılın  məqsədi  Azərbaycanı  birləşdirmək, 

onun  ərazi  bütövlüyünü,  dilini  müdafiə  etməkdən  ibarət 

olmuşdur.  



 Sonra  kitabxanaçı  oxuculara  “Təbriz  namusu”  və  “Qoca 

qartalın ölümü” kitabları haqqında məlumat verir.  

Ömrünün  son  illərində  F.Kərimzadə  daha  iki  tarixi  roman 

yazıb  -  ”Təbriz  namusu”  və  “Qoca  qartalın  ölümü”. 

Kərbəlayı İsmayıl - Abbasqulu bəy, Qəmlo, Talıbov dövrünün 

təsviri  canlı    yaddaş  və  xatirələrdən  gəlirdi.  Şah  İsmayıl 

dövrünün  təsviri  isə  oxuduğu  mənbələrdən  və  böyük 

hökmdarın poeziyasından əxz olunmuşdu. ”Təbriz namusu”nda 

isə  F.Kərimzadə  XIII-XIV  əsrlərə  gedib  çıxır.  Başlıca  mənbə 

orta  əsr  tarixçisi  Fəzlullah  Rəşidəddinin  əsəridir.  Bu  əsərdə 

Elxani hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə