Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix28.06.2018
ölçüsü0,7 Mb.
#52020
1   2   3   4   5   6   7

18 

 

bu  nöqtədə  tarixçi  ilə  birgə  hərəkət  edir.  Lakin  yzıçı  tarixi 



hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.  

F.Kərimzadənin  sonuncu  tarixi  romanı  “Qoca  qartalın 



ölümü”  idi.  Bu  romanda  XVIII  əsrdə  baş  verən  hadisələr  öz 

əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur 

(xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə 

bədii  həqiqət  bir-birini  tamamlayır.  Qoca  qartal  simvolik 

obrazdır- yazıçı  rus imperiyasına işarə edir. O ölürsə də, yeni, 

cavan  qartallar  səmaya  uçur  və  beləliklə,  rus  imperiyasının 

işğalçılıq  siyasəti davam edir.  İkiyə bölünmüş  Azərbaycandan 

sonra  yeni  ölkələr,  məmləkətlər  fəth  edilir,  çarı  Qırmızı 

imperiya  əvəz  edir.  Fərman  Kərimzadənin  Qarabağ  xanlığının 

tarixinə  həsr  etdiyi  “Qoca  qartalın  ölümü”  romanı  uzun  illər 

apardığı  səmərəli  axtarışların  məhsuludur.  Müəllif  romanı 

1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur. 

Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ 

xanlığı  haqqında  tarixi  mənbələr  əsasında  maraqlı  məlumatlar 

verilir.  

Kitabxananın  oxu  zalında  yuxarı  sinif  uşaqları  ilə  Fərman 

Kərimzadənin  M.Ə.Sabir  haqqında  yazdığı  “Tutdum  orucu 

irəmazanda”, “Hop-hop” adlı hekayələrini müzakirə etmək, bu 

hekayələrdən bəhs edən sual-cavab gecəsi hazırlamaq olar.  

Həmçinin  oxucularımızın  Fərman  Kərimzadə  haqqında  olan 

fikirlərini  öyrənmək  məqsədilə  anket  sorğularının  keçirilməsi 

məqsədə uyğundur. Bunu nəzərə alaraq hazırladığımız sorğunu 

sizə təqdim edirik. 

1.

 

Yazıçı Fərman Kərimzadəni  tanıyırsınızmı? 

 Bəli 

 Xeyir  




19 

 

2.



 

Yazıçı neçənci ildə harda anadan olmuşdur? 

 ________________________________ 

 

3.



 

 Fərman  Kərimzadənin  tarixi  əsərlərindən  hansını 

oxumusunuz? 

 

 ________________________________ 



 

 

 4

Fərman 

Kərimzadənin 



M.Sabir  haqqında  yazdığı 

hekayələrin    adlarını çəkə bilərsinizmi? 

 ________________________________ 

 

5.  Yazıçının  “Qarlı  aşırım”  əsəri  ilə  İsmayıl  Şıxlının  “Dəli 

Kür” 

   əsəri arasında bənzərlik nədir? 



 ________________________________ 

 

6.  Yazıçının  ilk  hekayəsinin  necə  adlandığını  bilirsinizmi? 

Əgər 

       bilirsinizsə adını qeyd edin. 



 Bəli ____________________________ 

 Xeyir 


7. Fərman Kərimzadənin ixtisası nə idi? 

   ________________________ 



8.  Yazıçının  “Çaldıran  döyüşü”,  “Xudafərin  körpüsü” 

əsərlərinin baş qəhrəmanı kimdir?  

      



 ________________________ 




20 

 

9. Fərman Kərimzadənin ən çox sevdiyiniz əsərinin adını qeyd 

edin 

 ________________________  



 

10. Fərman Kərimzadə hansı ildə vəfat edib. 

 ________________________ 

 

11.  Fərman  Kərimzadədən  başqa,  hansı  müəlliflər  Şah 

İsmayıl Xətaidən bəhs edən əsərlər yazııblar? Adlarını qeyd 

edin.  

 

 ________________________ 



 

    Kitabxanalarda 

Fərman 

Kərimzadənin 



yaradıcılığını 

oxuculara  tanıtmaq  məqsədilə  “Əsərləri  kino  sənəti  üçün 



zəngin  material  olan  sənətkar”  başlığı  altında  oxucularla 

görüş  təşkil  etmək  olar.  Oxucular  zala  toplaşdıqdan  sonra, 

əvvəlcə onlara Fərman Kərimzadədən bəhs edən slayd təqdim 

olunur.  Sonra  isə  görüşü  hazırlayan  kitabxanaçı  Fərman 

Kərimzadənin  Azərbaycanın  kino  sənətindəki  xidmətlərindən 

söhbət açır.  



Kitabxanaçı:  -  Fərman  Kərimzadənin  ilk  romanı  əsasında 

çəkilmiş  "Axırıncı  aşırım"  filmi  “Azərbaycanfilm”in 

uğurlarından sayılır. Yazıçının "Toy toğlusu" hekayəsi əsasında 

qısametrajlı  "Zınqırov",  bir  novellası  əsasında  "Mənim 

arvadım,  mənim  uşaqlarım"  filmi  çəkilmişdir.  Şah  İsmayıl 

haqqında tutarlı bir əsər olan dilogiya isə ("Xüdafərin körpüsü" 

və "Çaldıran döyüşü") özünün kino təcəssümünü gözləyir.  

 F.Kərimzadə ixtisasına görə rəssam idi. O, maddi-mədəniyyət 

abidələrinin  qorunub-öyrənilməsində  əməyini  əsirgəmirdi. 

Ölkəmizin  müxtəlif  yerlərindən  topladığı  sənət  nümunələri, 




21 

 

qədim  əşyalar,  silah  və  alət  növləri  yazıçıya  tarixi 



qəhrəmanların 

həyatını, 

məişətini, 

mübarizəsini 

canlandırmaqda  kömək  edirdi.  Yazıçı  təsvir  etdiyi  hadisələrin 

baş  verdiyi  əraziləri  qarış-qarış  gəzir,  qəhrəmanlarının  yeri-

yurdu  ilə  maraqlanırdı.  Abbasqulu  bəy  Şadlinskinin  ev 

muzeyinin  açılmasında,  Şadlinski  ilə  bağlı  sənədlərin 

toplanmasında yaxından iştirakına görə (Şadlinskinin 100 illiyi 

günlərində)  Naxçıvan  MSSR  Mədəniyyət  Nazirliyinin  Fəxri 

Fərmanı ilə mükafatlandırılması da bununla bağlıdır. 

 

Məruzənin sonunda oxucular yazıçının “Qarlı aşırım” əsəri 



əsasında  çəkilmiş  “Axırıncı  aşırım”  filminə  tamaşa    edirlər. 

Sonra    kitabxanaçı  oxucuların  film  haqqında  təssuratlarını 

öyrənir. 

Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri 

də  müsabiqələrdir.  Fərman  Kərimzadə  bir-birindən  maraqlı 

tarixi  əsərlərin  müəllifidir.  Müsabiqə  zamanı  uşaqlara  həmin 

əsərlərə üyğun rəsmlərin çəkilməsi tapşırılır. Bunun üçün üçün 

uşaqlara  iki  həftə  vaxt  verilir.  Həmin  vaxt  ərzində  oxucular 

həm  Fərman  Kərimzadənin  əsərlərini  oxuyur,  həm  də  ən  çox 

bəyəndikləri  əsərlə  bağlı  rəsmlər  çəkirlər.  Ən  gözəl  rəsmlər 

mükafatlandırılır.  

Rəsm  müsabisi  ilə  yanaşı,  başqa  müsabiqələrin  də  təşkili 

mümkündür. 

Məsələn, 

uşaqların 

ifasında 

Fərman 

Kərimzadənin hekayələri, əsərləri  səhnələşdirilərək münsiflərə 



təqdim  olunur.  Münsiflər  heyəti  kitabxana  müdirindən,  səhnə 

xadimdələrindən  formalaşdırılır.  Ən  gözəl  səhnəcik  hazırlayan 

uşaqlardan ibarət komanda mükafatlandırılır. 

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Fərman 

Kərimzadə yaradıcılığı müasir gəncliyin gözü ilə” konfrans da 

təşkil  etmək  mümkündür.  Konfransdan  öncə  onun  proqramı 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə