Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix28.06.2018
ölçüsü0,7 Mb.
#52020
1   2   3   4   5   6   7

22 

 

tərtib olunmalı, tədbirin keçiriləcəyi vaxt müəyyən olunmalıdır. 



Proqramda 

konfransda 

çıxış 

edəcək 


qonaqların, 

ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış 

edəcəkləri  mövzular,  tədbirin  keçiriləcəyi  məkan  və  zaman 

qeyd  olunur.  Konfrans  zamanı  Fərman  Kərimzadə 

yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və şairlərin 

çıxışları  dinlənilir.  Yaxşı  olar  ki,  konfransa  yazıçının 

yaradıcılığı  ilə  daha  yaxından  maraqlanan  professor  Yavuz 

Axundlu,    xalq  şairi  Sabir  Rüstəmxanlı,  professor  Qəzənfər 

Paşayev,  yazıçının  qızı  Yeganə  Kərimzadə,  jurnalist  Təranə 

Vahid  dəvət  olunsun.  Oxucu  konfransının  planını  sizə  təqdim 

edirik: 

1.  Giriş  hissə  (Fərman  Kərimzadə  həyat  və  yaradıcılığı 

haqqında məruzə)  

2.  Fərman  Kərimzadənin  yaradıcılığı  haqqında  kitabxana 

rəhbərliyinin, jurnalist, yazıçı və şairlərin çıxışları.  

3.Yuxarı  sinif  şagirdlərindən  ibarət  oxucuların  Fərman 

Kərimzadənin müxtəlif əsərləri ətrafında məruzələri.  

4. Konfransın yekunu.  

 

     Yubiley  tədbirləri  arasında  xatirə  gecəsi  özünəməxsus  yer 



tutur.  Xatirə  gecəsinə  müxtəlif  başlıqlar  vermək  olar:  “Xalqa 

aşırımın  o  üzündəki  həqiqəti  göstərən  sənətkar”,  “Tarixi 

romanlar müəllifi Fərman Kərimzadə”, “ Fərman Kərimzadə 

bir  insan  kimi...”,  Aşırımın  o  üzündəki  həqiqət…».  "Qarlı 

aşırımdan  Axırıncı  aşırıma  doğru”,  ,  “Ölümsüzlüyün 

zirvəsinə ucalan insan” və s. 

 Fərman  Kərimzadəyə  həsr  olunmuş  xatirə  gecəsinin 

ssenarisini sizə təqdim edirik.

     

(Tədbir  kitabxana  rəhbərliyi  tərəfindən  açıq  elan  olunur. 

Xatirə  gecəsinə  Fərman  Kərimzadə  yaradıcılığına  yaxından 



23 

 

bələd  olan  tanınmış  yazıçılar,  tənqidçilər,  jurnalistlər  dəvət 



olunurlar. )                                

I aparıcı:  - Salam  hörmətli qonaqlar, əziz dostlar. 

II aparıcı: - Bildiyimiz kimi, bu il  söz ustası, tarixi romanlar 

müəllifi kimi  tanınan yazıçımız Fərman Kərimzadənin 80 illik 

yubileyi qeyd  olunur. Bu münasibətlə  kitabxanamızda  təşkil 

olunmuş xatirə gecəsində hamınızı xoş gördük. 



I  aparıcı:  - Çoxəsrli Azərbaycan ədəbiyyatı tarixində  Fərman 

Kərimzadə adı və yaradıcılığı xüsusi yer tutur. Yazıçı Fərman 

Kərimzadə  doğma  xalqın  milli-mənəvi  sərvətinin  inkişafına 

ömrünü səxavətlə sərf etmiş, ona öz yazışı, publisist qələmi ilə 

xidmət  göstərmişdir.  Görkəmli  söz  ustası  geniş  planlı 

əsərlərində    millətinin  həyatını,  eyni  zamanda  doğma  yurdun 

mənzərələrini, tarixini əks etdirmişdir.  

II  aparıcı:  -  İnsan  tarıxdə,  ürəklərdə  əməllərilə  yaşayır... 

Fərman  Kərimzadə  insanlara  qəlbən  bağlı  idi.  O,  yaşamağı, 

həyatı, təbiəti çox sevirdi. İçindəki göynərtisi, iztirabı, başının 

üstündəki  tüstü-dumanıyla  sanki  Ağrı  dağıydı.”Vedinin  yanı 

dağlar” deyimini eşidəndə gözündən gilə-gilə yaş axardı. Ağlı, 

mənəvi  saflığı  ilə  Tanrı  onu  xoşbəxt  yaratmışdı.  Ancaq  onun 

içində ağır yurd həsrəti vardı...  

I  aparıcı: - O, həm də zərif, incəduyumlu şeirlər müəllifi idi. 

Hər  dəfə  onun  ssenarisi  əsasında  çəkilən  “Axırıncı  aşırım” 

bədii  filmi  ekranlarda  nümayiş  etdiriləndə  millətimizin 

yaşadığı  çətin  günlər,  keçdiyi  ağır  yollar  yenidən  göz  önündə 

canlanır. Abasqulu bəy kimi vətənpərvərlərdən, Kərbəlayi kimi 

“Namus-qeyrəti,  duz-çörəyi”  urvatlı  tutanlardan  qürur  hissi 

duyuruq. 

 

II aparıcı: - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi 

Fərman  Kərimzadə  zəngin  ədəbi-bədii  irs  yaratmış,  istedadlı 

nasir,  publisist  və  ictimai  xadim  kimi  şöhrət  qazanmışdır.  O, 

uşaqlıq  illərini  Ağrı  dağının  romantik  qoynunda  yerləşən 



24 

 

cənnət Vedibasarda keçirmiş, mənəvi aləmini zənginləşdirmiş, 



təbiətin  gözəlliklərindən  zövq  almışdır.  Kafiq  qalası,  Görsən 

dağları,  soyuq  bulaqlar,  şır-şır  axan  çaylar,  al-yaşıl  geyinmiş 

bağlar-bağatlar,  nərgizli,  bənövşəli,  yasəmənli  tarlalar, 

çəmənliklər,  Dədə  Qorqud  keçən  müqəddəs  yerlər  Fərman 

Kərimzadəni təbiətin vurğunu etmişdir. İnsan qəlbini təlatümə 

gətirən bu yerlər, cənnətməkanlar F.Kərimzadənin bədii-estetik 

zövqünün zənginləşməsində müstəsna rol oynamışdır.  

I  aparıcı:  -  Fərman  Kərimzadə  alovlu  qəlbinin  arzu  və 

istəklərini poetik dillə ifadə etmişdir.  

 

Gördüyüm iş əbədiymiş, dərinmiş, 



Bu qayalar Qorqud nəğmələriymiş 

Pərdəsi daş, qundağı daş, simi daş, 

Bu tamburu çalan lazım, a qardaş. 

 

    Vətən niskili, yazılmamış sənət inciləri, deyilməmiş publisist 



sözləri  qəlbində  qalan  Fərman  Kərimzadə  doğma  ata-baba 

yurdu  Vedi  həsrətilə  dünyasını  dəyişmişdir.  Xalq  şairi  Səməd 

Vurğun  gözəl  demişdir  ki,  vətəninin,  elinin  qədrini  bilən, 

sevərək    yaşayan,  sevilərək  dünyasını  dəyişən  sənətkarlar 

ölmürlər,  zəngin  bədii  irsilə  əbədi  yaşayırlar.  Fərman 

Kərimzadə  ölümsüzlüyün  zirvəsinə  ucalan  və  milyonların 

qəlbində əbədi yaşayan sənətkardır.  

II  aparıcı:  -  Fərman  Kərimzadə  maraqlı  yazıçı  olduğu  kimi, 

həyatda  da  özünəməxsus  insan  idi.  Bütün  ağlı,  insanlığı, 

mənəvi  gözəlliyi  ilə  Allah  onu  xoşbəxt  yaratmışdı.  Amma  bu 

xoşbəxtliyin  içində  kənardan  heç  kəsin  görmədiyi,  duymadığı 

bir dərd vardı... Yurd həsrəti, vətən dərdi. 

I  aparıcı:  -  Doğrudan  da,  Fərman  Kərimzadənin  ədəbi  taleyi 

ilə  şəxsi  taleyi  arasında  qəribə  bir  oxşarlıq  vardı.  Əsrlər  boyu 

xalqının  başına  gələn  dərdlər,  faciələr,  bəlalar  onun  da 

taleyindən  yan  keçməmişdi.  XX  əsrdə  ən  faciəli  tarixini 

yaşayan  Vedi  və  vedililər  dəfələrlə  məkrli  erməni  siyasətinin 



25 

 

qurbanı olub, deportasiyaya məruz qalıb. 1948-ci ildə başlanan 



deportasiyada  onun  da  nəsli,  el-obası  sürgünlərə,  səs-küysüz 

soyqırımlara  düçar  oldu.  Fərman  Kərimzadə  də  bu  taleyi 

yaşadı.  Ancaq  illər  keçsə  də  Vedini  unuda  bilmədi.  Ağrı 

dağının  ağrılarını  ürəyində  daşıdı.  1988-1989-cu  illərdə 

Vedinin  qara  günləri  yenidən  başladı.  Bu  dəfə  dərd  batmanla 

gəldi. Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.

 

II aparıcı:  - Fərman Kərimzadə vətənini çox sevirdi. Bu özgə 

bir  sevgi  idi.  Bəlkə  ona  görə  də  xalqının  başına  gələn 

fəlakətlərin  kökünü  keçmişdə  axtarırdı.   O  illərdə  Fərman 

Kərimzadə  Vedibasarın  sözə  qarışıb  qələmlə  döyüşən 

sərkərdəsi, başındakı tüstü-dumanı ilə elə bil Ağrı dağının özü 

idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə 

ürəkləri titrədən bayatı qopurdu: 

 

   Vedinin yanı dağlar, 



 

   Ürəyi, canı dağlar,  

 

   Burda bir el var idi,



 

   Siz deyin, hanı dağlar?! 

 

Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadəd



ir. O, yazıçı olmamışdan əvvəl rəssam idi.            

 

I aparıcı: - Hanı qəbirlərin, Sarı Dolama? 

                    Onlar ki, əbədi yatmalıydılar. 

                    Hər vaxt yuxumuzda minib atlara 

                    İqlimdən-iqlimə çapmalıydılar.  

 

II  aparıcı:  -  Ədəbiyyata  iki  səhifəlik  “41  nömrəli  ayaqqabı” 

hekayəsi ilə gəlmiş, sonra böyük tarixi hadisələri qələmə alaraq 

gözəl  romanlar  müəllifi  kimi  tanınmışdı  Fərman   Kərimzadə. 

Onun  hər  uğurlu  əsərinin  əsasında  Azərbaycanın  tarixi 

həqiqətləri, qəhrəmanlıq səhifələri dayanırdı. 




26 

 

I aparıcı:  

Deyirlər, Fərman  Kərimzadə  bahar  çağı  çiçəkləyən şaftalı   

ağacını  çox  sevərdi.  Bəlkə  ona  görə  ki,  çiçəkləyən  şaftalı 

ağacı insanın çəhrayı arzularına bənzəyir. O,  ömrü  boyu  ağlı-

qaralı  dünyadan  çəhrayı  rəngə  doğru  can  atırdı. 

Arzuları, əməlləri, istəkləri şaftalı ağacının çiçəkləri kimi işıq 

saçdı.Meyarlar dəyişsə də,o öz zirvəsində necə varsa, eləcə də 

əzəmətli qaldı.Baharda dünyaya gələnsənətkar  elə  baharda  da 

1989-cu il mayın 17-də dünyasını dəyişdi.  



II  aparıcı:  -  Fərman  Kərimzadə  zəngin  tarixi  romanlar 

yaratmış  sənətkar,  yüksək  ideyalı  hekayələr,  povestlər, 

etnoqrafik eskizlər, oçerklər, məqalələr, insan qəlbini təlatümə 

gətirən  poetik  əsərlər  müəllifidir.  Onun  bədii  yaradıcılığı  və 

rəssamlığı bir-birini tamamlayır, ona dərin hörmət qazandırırdı. 

I  aparıcı:  -  Fərman  Kərimzadə  mütaliəni  çox  sevirdi.  O,  hər 

şeyi  real  həyatla  vəhdətdə  qəbul  edirdi.  Onu  əbədiyaşar  edən 

tarixi  romanları,  povest  və  hekayələridir.  F.  Kərimzadə 

Azərbaycan  xarakterinin  mahir  yaradıcısı,  əsl  vətəndaş  kimi 

Azərbaycan  namusunun  bir  parçası  idi.  Fərman  Kərimzadə 

bədii  yaradıcılığı  ilə  pedoqoji  fəaliyyətini  vəhdətdə  inkişaf 

etdirmiş,  tarixi  sənədləri,  arxiv  materiallarını,  memuarları, 

səyahətnamələri, 

monoqrafiyaları, 

tədqiqat 

əsərlərini, 

dissertasiyaları, əlyazmalarını, şəxsi məktubları axtarıb tapmış, 

çox  diqqətlə  nəzərdən  keçirmiş  və  tarixi  romanlar  yazmaqdan 

ötrü  zəngin  mənbə  toplamışdır.  Ixtisasca  rəssam  olan 

F.Kərimzadə  maddi-mədəniyyət  abidələrinə  böyük  maraq 

göstərirdi.  Onun  topladığı  materialllar  zəngin  salnamə 

mahiyyətli  misilsiz  xəzinə  olmuşdur.  Buna  görə  də  Fərman 

Kərimzadənin  əsərləri  ədəbi-tarixi  salnamə  təsiri  bağışlayıb 

yaşayır və müdrik sənətkarı milyonların qəlbində yaşadır.  

II  aparıcı:  -  Fərman  Kərimzadə  həyatı  ədəbiyyata 

gətirdiyindən  yaradıcılığında  obrazlar  qalereyası  da  olduqca 

real  və  zəngindir.  Həmkarları  yaşadığı  dövrlə  bağlı  ədəbi 

əsərlərini yazanda o, yaddaşımızın üstünə çökmüş hisi, pası bir 




27 

 

kənara  atıb  əsl  ədəbiyyat  nümunələri  yaratdı.  Fərman 



Kərimzadə  maraqlı  yazıçı  olduğu  kimi,  həyatda  da 

özünəməxsus insan idi. 

 

I  aparıcı:  -  Fərman  Kərimzadə  ədəbiyyatda,  dostlarının 

xatirəsində  həmişə  yaşayir.  Həyatı  boyu  o,  çox  aşırımlardan 

keçdi,  çox  maneələrlə  üzləşdi,  amma  axırıncı  aşırımı  – 

xalqının, əzizləri vedililərin böyük dərdləri qalaqlanan axırıncı 

aşırımı keçə bilmədi. O aşırımda F.Kərimzadə heykələ döndü. 

Cəmi  52  il  ömür  sürmüş  gözəl  ədibin,  qeyrətli  vətəndaşın 

yaradıcılığı,  xüsusən  milli  yaddaşımızın  oyanmasında  mühüm 

rol  oynamış  tarixi  romanları  ona  ölməzlik  qazandırdı.  Bizə 

qalan  da  onun  əsərləri  və  “Qarlı  aşırım”  romanı  əsasında 

rejissor  Kamil  Rüstəmbəyovun  1971-ci  ildə  yazıçının  öz 

ssenarisi əsasında ekranlaşdırdığı “Axırıncı aşırım” filmi oldu. 

O  film  ki,  Azərbaycan  kinosunun  şah  əsərlərindən  biridir.  

Fərman  Kərimzadənin  əsərləri  bundan  sonra  da  tarixin 

aşırımlarını  inamla  aşacaq  və  ədəbiyyatımızda  özünəməxsus, 

təkrarsız söz-sənət inciləri kimi yaçayacaq. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


28 

 

Ədəbiyyat siyahısı: 



 

Əsərləri: 

 

Seçilmiş əsərləri : 5 cilddə. II cild : Çaldıran döyüşü : roman. - 



Bakı : Ağrıdağ, 2003. - 324 s.  

Seçilmiş əsərləri : 5 cilddə. IV cild : Təbriz namusu. Vedinin 

yanı dağlar. - Bakı : Ağrıdağ, 2005. - 320 s.  

 

Seçilmiş əsərləri : 5 cilddə.V cild : Qoca qartalın ölümü. - Bakı 



: Ağrıdağ, 2007. - 248 s.  

 

Çaldıran döyüşü : roman. - Bakı : Kitab klubu, 2016. - 368 s.  



 

Xudafərin körpüsü : tarixi roman. - Bakı : Çaşıoğlu, 2007. - 

328 s. - (Azərbaycan Ədəbiyyatı).  

 

Xudafərin körpüsü : tarixi roman. - Bakı : Kitab klubu, 2016. - 



448 s.  

 

Qarlı aşırım : tarixi roman. - Bakı : Kitab klubu, 2016. - 400 s.  



Xallı maral: hekayə // Azərbaycan nəsri antologiyası. – Bakı : 

Şərq-qərb, 2006. 170-200. 

 

Elektron resurslar 

 

Xudafərin körpüsü [Elektron resurs] / Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi. - Elektron mətn. - Bakı : 

İnnovativ Tədris Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk 

(CD-ROM) : birrəngl. : il. ; 12 sm. - (Nizami layihəsi).  

 

 



 

 



29 

 

Uşaqlar üçün 



 

"Tutdum orucu İrəmazanda" ; "Hophop" : Mirzə Ələkbər Sabir 

haqqında hekayələr // Seçilmiş əsərləri. 5 cilddə.– Bakı : 2007. 

– C.5. - S. 194-202.  

 

Şah İsmayılın uşaqlıq illəri : "Xudafərin körpüsü" romanından 



parşalar  // Talvar. - Bakı : Təhsil, 2009. - S. 91-100. - (Məktəb 

Kitabxanası).  



 

Haqqında 

Kitablarda 

Axundlu Y.  Fərman Kərimzadənin tarixi romanları  // Mənim 

ədəbi dünyam. - B. : Maarif, 1998. - S. 123-140.  



 

Paşayev Q.   Fərman Kərimzadə // Borcumuzdur bu ehtiram. 

- B. : Qarabağ, 2010. - S. 102-104.  

 

 

Dövri mətbuatda 



Xəlilzadə F. Gedən gəlmir, gələn qalmır, əcəb sirr... : Fərman 

Kərimzadə haqqında  // Azərbaycan. - 2007. - 4 mart. - S.8..  

 

Ələkbərli Ə. Vedinin yanı dağlar... : Fərman Kərimzadə - 70 // 

Ulduz. - 2007. - № 5. - S.45-48.  



Kazımov Q. Təyyar Salmanoğlunun düşüncələri : [Fərman 

Kərimzadənin "Qarlı aşırım" romanının tədqiqi əsasında 

maraqlı bir tədqiqat]  // Kaspi. - 2017. - 7 yanvar. - № 2. - S. 

21.  


Kəlbiyeva A. Tarixi məqam və yaşantılar : yazıçı Fərman 

Kərimzadə haqqında  // Mədəni Maarif.-2011.- №12.-S.51-52.  




30 

 

Kərimzadə  Y.  Atam  bizi  gözünün  nuruyla  böyütdü  [Fərman 

Kərimzadənin  qızı  Yeganə  Kərimzadə  ilə  söhbət  /  yazdı: 

Sərvaz] // Ədəbiyyat qəzeti. - 2007. - 28 dekabr. - S. 4.  



Paşayev Q.   Deyilən  söz  yadigardır...    //  Ədəbiyyat  qəzeti.  - 

2009.  -  24  iyul.  -  S.  4.  -  Bu  başlıq  altında  müəllifin  Nigar 

Rəfibəyli,  Hüseyn  Arif,  Fərman  Kərimzadə  haqqında  çıxışları 

cəmlənmişdir.  



Salamoğlu T.  Qarlı aşırım - sarsıntısından doğan işıq : tənqid 

və  ədəbiyyatşünaslıq  :  [Fərman  Kərimzadənin  "Qarlı  aşırım" 

romanı haqqında] // Azərbaycan. - 2016. - № 4. - S. 193-202.  

Səmədov A. Fərman Kərimzadə dünyası : Fərman Kərimzadə - 

70 // Ədəbiyyat qəzeti. - 2007. - 28 dekabr. - S. 4.  



Vahid  T.    Fərman  Kərimzadə,  şaftalı  çiçəkləri  və  bir  də 

"Axırıncı  aşırım"  :  O,  Ömrün  aşırımlarını  aşa  bilməsə  də, 

tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda əbədi qalacaq  // 

Mədəniyyət. - 2012. - 2 mart. - № 15. - S. 13.  



Vahid T. "Qarlı aşırım"dan "Axırıncı aşırım"a doğru : Fərman 

Kərimzadə haqqında  // Mədəniyyət. - 2011. - 2 mart. - № 16. - 

S. 13.  

Yusifli V. Hanı Fərmanın, dağlar... : Fərman Kərimzadə - 75 // 

Ədəbiyyat qəzeti. - 2012. - 16 mart. - № 10. - S. 6.  



 

İnternetdə 

 

Kərimzadə F. Xudafərin körpüsü // kitabxana.net 



Kərimzadə F. Çaldıran döyüşü // bookmate.com/books/ 

Yazıçı şəxsiyyət... Fərman Kərimzadə sənətkar kimi də

şəxsiyyət kimi də vaxtdan ucada dayanbr // 

www.kitabyurdu.org. – Şərq. – 2011. – 1 iyun. – S.11. 

Bir vətənpərvər yazıçı var idi... //www.azadliq.info 

 



31 

 

Xalqa aşırımın o üzündəki həqiqəti göstərən 



sənətkar-Fərman Kərimzadə 

(metodik vəsait) 

 

 

 

 

   Kompyuter yığımı 

   və dizayn:                                   Ruhiyyə Məmmədli

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 06 

Çapa imzalanmışdır:02.02.2017 

 Tirajı:100 

Pulsuz. 


 

 

 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə