Metodika-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 157,7 Kb.
tarix25.06.2018
ölçüsü157,7 Kb.
#51350


 XAÇMAZ RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ                               

                                                    



METODİKA-BİBLİOQRAFİYA  ŞÖBƏSİ 

 

                                       



 

 

                                      



                                                    

 

 

                  

Azərbaycan ədəbiyyatının böyük siması 

 

(İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibəti ilə) 

 

                                    

Metodiki tövsiyyə 

 

 

 

 

 

 

                                                                         Xaçmaz - 2014 


 

                                        (1914-1996) 

 

Görkəmli yazıçı-dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-



də  Qaryagində  (indiki  Füzuli  şəhəri)  tanınmış  və  hörmətli  tacir  ailəsində  anadan 

olmuşdur. Ruhani  və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan 

olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula  əl  tutan, xeyirxah 

və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə 

məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət 

idi. 


Yazıçının  atası  Məhəmməd  Əfəndiyev  həmin  ailənin  ticarətlə  məşğul  olan  qoluna 

mənsub  olmuşdur. O, 7-8  yaşında olarkən atası  vəfat  etmiş,  anası  ərə  getməyərək bütün 

ömrünü  dörd  kiçik  oğlu  ilə  bir  qızını  boya-başa  çatdırmağa  sərf  etmişdir.  Məhəmməd 

Əfəndiyev  kənddə  beşillik  rus-tatar  məktəbini  əla  qiymətlərlə  bitirmiş,  rus  dilini 

mükəmməl  öyrənmişdir.  Məktəbi  bitirdikdən  sonra  Qaryaginə  köçərək  yeznəsinin 

yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir.  

Bir  müddət  sonra  həmin  ticarətlə  müstəqil  məşğul  olmuşdur.  O,  Rusiyanın  müxtəlif 

şəhərlərilə,  Təbrizlə,  İstanbulla  ticarət  əlaqələrinə  girmiş,  bir  neçə  həmkarı  ilə  birlikdə 

mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə 

Azərbaycan  bolşeviklər  tərəfindən  işğal  olunduqdan  sonra  Məhəmməd  kişi  müxtəlif 

təsərrüfat idarələrində çalışmışdır. 

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı 

bir  adam  olub  böyük  hörmət  sahibi  idi.  Evində  çox  zəngin  kitabxanası  varmış.  İlyas 

Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul 

almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya 

əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər. 

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində 

məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. 

Əfəndiyevlər  ailəsi  Sovet  hakimiyyəti  dövründə,  30-cu  illərdə  ciddi  təqiblərə  məruz 

qalmış,  onların  ata-baba  mülkü  əllərindən  alınmış,  ailənin  bəzi  üzvləri  «xalq  düşməni» 

kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının 

atası  Məhəmməd  Əfəndiyevə  «kulak»  damğası  vurularaq  evi,  böyük  mülkü,  bağı  zəbt 

edilmiş, «səs hüququndan» məhrum olunmuşdur.  

Ağır  sıxıntı  və  ehtiyac  içərisində  yaşayan  Məhəmməd  Əfəndiyevin  ailəsi  mağazadan 

ərzaq  malları,  pal-paltar  almaq  hüququndan  belə  məhrum  edilmişdir.  Lakin  yazıçının 

nənə  və  babaları  bolşeviklərin  ağalığından  əvvəlki  illərdə  yüzlərlə  yoxsul  ailələrə  əl 

tutan,  kasıblara  kömək  edən  xeyirxah  və  səxavətli  adamlar  kimi  yadda  qaldıqlarından, 

qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər. 

Bu  ailənin  xoş  günləri,  İlyasın  uşaqlıq  illərinin  sevincli  anları  1920-ci  ilin  aprel-may 

aylarında  sona  yetmişdir.  «Kulak»  damğası  vurulmuş  bu  ailənin  üzvləri  hərə  bir  tərəfə 

dağılmış,  təhlükəsizlik  orqanlarının  qorxusu,  həbs  olunmaq  təhlükəsi  qohumları  bir-

birindən aralı salmışdı.   

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz 

qalır,  ailəsini  dolandıra  bilmir.  Ağır  xəstələnərək  «səksən  yaşlı  qocaya  dönmüş» 

Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir. 



 

İ.Əfəndiyevin  nənələri  Fatma  xanım  və  Bəyaz  nənə,  anası  Bilqeyis  xanım  geniş 

dünyagörüşünə  malik,  savadlı,  şifahi  xalq  ədəbiyyatının  onlarla  nümunələrini,  əfsanə, 

nağıl  və  dastanları  sinələrində  gəzdirən  el  ağbiçəkləri  olmuşlar.  İlyasın  bir  gənc  kimi 

formalaşmasında,  kitaba,  ədəbiyyata,  ümumiyyətlə  mütaliəyə  maraq  oyanmasında  anası 

Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa  yalnız analıq yox, Məhəmməd 

kişi vəfat etdikdən sonra, müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər 

də  «dil  tapa»  bilməyən,  onunla  dostlaşmağı  bacarmayan  İlyas  bütün  sirlərini,  dərdlərini 

anası ilə bölüşərdi. 

Yazıçı  hələ  uşaq  yaşlarından  zəhmətə  alışmış,  mütaliəyə  böyük  maraq  göstərmiş, 

məktəbə  getməzdən  əvvəl  yazıb-oxumağı  öyrənmiş,  çoxlu  kitablar  mütaliə  etmişdir. 

1921-ci  ildə  birinci  sinifə  gedən  İlyas  1930-cu  ildə  pedaqoji  təmayüllü  iki  dərəcəli  orta 

məktəbi  əla qiymətlərlə  bitirmişdir. Məktəbin  direktoru Cəmil  bəy Vəzirov, müəllimləri 

Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi. 

Orta  məktəbdə  oxuyarkən  müəllimlərin  tapşırıqları  ilə  kifayətlənməyən  İ.Əfəndiyev 

dərsdən  əlavə, müstəqil mütaliə yolu ilə  çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı 

klassiklərindən  A.S.Puşkin,  M.Y.Lermontov,  A.P.Çexov,  İ.Turgenev,  M.Qorki  kimi 

sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat 

və  fizika  elmlərinə  böyük  maraq  göstərmiş,  coğrafiyanı  həvəslə  öyrənmiş,  böyük 

səyyahların,  o  cümlədən  R.Amundsen,  Nansen,  X.Kolumb,  A.Vespuççi  kimi  adamların 

həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox 

maraqlandırırdı.  

İ.Əfəndiyev yazır: "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox 

danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi 

məşhur  ədəbiyyat  alimlərinin  əsərlərini  də  yorulmadan,  həvəslə  oxuyub  balaca 

dəftərçələrdə  özüm  üçün  konspektlər  çıxarırdım.  Mən  gələcəkdə  Köprülüzadə  kimi, 

professor  Friçe  kimi  böyük  ədəbiyyat  alimi  olmaq  xəyalı  ilə  hey  həvəslənir,  hey 

oxuyurdum". 

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan 

dərs  deyən  İ.Əfəndiyev  1935-1938-ci  illərdə  Qaryagin  şəhər  orta  məktəbində  coğrafiya 

müəllimi  işləmiş,  eyni  zamanda  gənclərin  təlim-tərbiyəsində,  savadsızlığın  aradan 

qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir.  

Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır. 

Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş məlumat yoxdur. Lakin 

yazıçının  öz  xatirələri,  məktəb  və  müəllim  kollektivi,  rayon  ziyalıları  haqqında  əldə 

etdiyimiz  məlumatlar,  rayon  qəzeti  səhifələrində  dərc  edilmiş  müxtəlif  məqalələr, 

gənclərin  həyatında  və  tərbiyəsində  o  illər  çox  mühüm  rol  oynamış  dram  kollektivinin 

fəaliyyəti  barədəki  yazılar  rayonun  30-cu  illərdəki  ictimai-mədəni  həyatı  haqqında 

müəyyən fikir söyləməyə imkan verir.   

 

                          Həyat və yaradıcılığının əsas tarixi 



 

 



İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində anadan 

olmuşdur.  




 

1930-cu ildə orta məktəbi bitirdikdən sonra şəhər orta məktəbində və 2-ci dərəcəli partiya 



məktəbində dil və ədəbiyyatdan dərs demişdir.  

 



1933-cü  ildə  V.İ.Lenin  adına  Azərbaycan  Pedaqoji  İnstitutunun  ədəbiyyat  fakültəsinin 

əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə qiyabi olaraq coğrafiya fakültəsini bitirmişdir.  

 

1938-ci  ilin  axırlarında  Bakıya  gələn  İlyas  Əfəndiyev  «Yeni  yol»,  «Kommunist»  və 



«Ədəbiyyat qəzeti» redaksiyalarında işləmişdir.  

 



İlk mətbu əsəri «Buruqlar arasında» oçerki 1938-ci ilin noyabr ayında dərc olunmuşdur.  

 



30-cu  illərin  axırlarında  xırda  hekayələri  ilə  ədəbiyyata  gələn  yazıçının  1939-cu  ildə 

«Kənddən məktublar» adlı ilk kitabı Azərnəşr tərəfındən nəşr edilmişdir.  

 

«Berlində bir gecə» adlı ilk hekayəsi «Ədəbiyyat qəzetində» (1939-cu il 26 yanvar) çap 



olunmuşdur.  

 



İlyas Əfəndiyev 1940-cı il yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul olunmuşdur.  

 



İlyas  Əfəndiyev  1943-cü  ildə  Mehdi  Hüseynlə  birlikdə  ilk  dram  əsəri  olan  «İntizar» 

pyesini  yazır.  Əsər  1944-cü  ilin  dekabr  ayında  M.Əzizbəyov  adına  Azərbaycan  Dövlət 

Dram Teatrında tamaşaya qoyulmuşdur.  

 



1946-cı ildə yazıçı özünün ilk müstəqil dram əsəri - «İşıqlı yollar» pyesini yazır.  

 



Yazıçının  1947-ci  ildə  tamaşaya  qoyulmuş  «İşıqlı  yollar»  əsəri  M.Əzizbəyov  adına 

Azərbaycan  Dövlət  Dram  Teatrının  1948-ci  ildə  Moskva  qastrolu  zamanı  paytaxt 

tamaşaçılarının böyük rəğbətini qazanır.  

 



İlyas Əfəndiyev 1949-cu ildə «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur.  

 



Yazıçının rus dilində ilk kitabı («Rasskazı») 1951-ci ildə Bakıda nəşr olunmuşdur.  

 



Yazıçı 1958-ci ildə özünün ilk böyük nəsr əsəri olan «Söyüdlü arx» romanını yazmışdır. 

İlyas  Əfəndiyev  Azərbaycan  yazıçılarının  II  qurultayında    (1954,    aprel)    «Azərbaycan  

sovet  dramaturgiyası»,  III  qurultayında  (1958,  dekabr)  isə  «Azərbaycan 

dramartugiyasının inkişafı haqqında» məruzələri ilə çıxış etmişdir.  

 

Ədib 50-ci illərin axırlarından iri həcmli roman və povestlər yazmağa başlamış, «Söyüdlü 



arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963), «Sarıköynəklə 

Valehin  nağılı»  (1976-78),  «Geriyə  baxma,  qoca!»  (1980),  «Üçatılan»  (1981),  «Qaçaq 

Süleymanın  ölümü»  (1993),  «Xan  qızı  Gülsənubərlə  tarzən  Sadıqcanın  nağılı»  (1996) 

əsərləri oxucular tərəfındən yüksək qiymətləndirilmişdir.  

 

1960-cı ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür.  



 

1964-cü  ildə  tamaşaya  qoyulmuş  «Sən  həmişə  mənimləsən»  pyesi  ilə  Azərbaycan 



səhnəsində  lirik-psixoloji  dramın  əsasını  qoymuş,  sonralar  bu  yolu  «Mənim  günahım» 

(1967),  «Unuda bilmirəm» (1968),  «Məhv  olmuş gündəliklər» (1969), «Qəribə oğlan» 

(1973),  «Bağlardan  gələn  səs»  (1976),  «Büllur  sarayda»  (1983),  «Bizim  qəribə 

taleyimiz»  (1988),  «Sevgililərin  cəhənnəmdə  vüsalı»  (1989)  və  s.  pyesləri  ilə  davam 

etdirmişdir.  

 



İlk  tamaşası    1968-ci  ildə  olmuş  «Unuda  bilmirəm»  pyesi  M.Əzizbəyov  adına 

Azərbaycan Dövlət Akademik Dram Teatrında 424 dəfə tamaşaya qoyulmuşdur.  

 

Yazıçı Azərbaycan Milli Dram Teatrı üçün 20 pyes yazmışdır ki, bunların da 19-u artıq 



uğurla tamaşaya qoyulmuşdur.  

 



Azərnəşr  1969-73-cü  illərdə  yazıçının  dörd  cilddən  ibarət  «Seçilmiş  əsərləri»  kitabını 

oxuculara təqdim etmişdir.  




 

Müasir  mövzulara  daha  çox  üstünlük  verən  yazıçı  1971-ci  ildə  ilk  dəfə  tarixi  mövzuda 



«Mahnı dağlarda qaldı» pyesini yaratmışdır.  

 



Yazıçı 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.  

 



İlyas Əfəndiyev 1972-ci ildə «Mahnı dağlarda qaldı» pyesinə görə Azərbaycanın Dövlət 

mükafatına layiq görülmüşdür.  

 

1974-cü  ildə  yazıçının  anadan  olmasının  60  illiyi  təntənəli  surətdə  qeyd  edilmişdir.  



Yubileylə əlaqədar olaraq İlyas Əfəndiyev Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.  

 



Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə İlyas 

Əfəndiyevə Azərbaycanın xalq yazıçısı adı verilmişdir. 

 

1984-cü  ildə  yazıçının  anadan  olmasının  70  illiyi  qeyd  olunarkən  ona  Lenin  ordeni 



verilmişdir.  

 



1984-cü ildə «Yazıçı» nəşriyyatı ədibin «Seçilmiş əsərləri»nin 6 cildliyini buraxmışdır.  

 



1994-cü ilin may-iyun aylarında İlyas Əfəndiyevin anadan olmasının 80 illiyi təntənə ilə 

qeyd  edildi.  Sənət  adamları  arasında  o,  ilk  dəfə  respublikamızın  «Şöhrət»  ordeni  ilə 

mükafatlandırılmışdır.  

 



İlyas Əfəndiyev müxtəlif mövzularda yazılmış 400-dən çox məqalənin müəllifıdir.  

 



Bu  günə  qədər  yazıçının  yalnız  Bakıda  Azərbaycan  və  rus  dillərində  60-a  yaxın  kitabı 

nəşr edilmişdir.  

 

İlyas  Əfəndiyev  1996-cı  il  oktyabr  ayının  3-də  Bakı  şəhərində  dünyasını  dəyişmiş  və 



Fəxri xiyabanda dəfn olunmuşdur.  

 



2001-ci ilin mart ayında Respublika Prezidenti cənab Heydər Əliyev yazıçının xatirəsinin 

əbədiləşdirilməsi haqqında sərəncam vermişdir.  

 

2002-ci  ildə  «Çinar-Çap»  nəşriyyatı  yazıçının  7  cilddən  ibarət  «Seçilmiş  əsərləri»ni 



Azərbaycan dilində, 2 cilddən ibarət «Seçilmiş əsərlər»ni isə rus dilində çap etmişdir. 

 

                 İLYAS ƏFƏNDİYEV HAQQINDA TANINMIŞLARIN FİKİRLƏRİ 



HEYDƏR ƏLİYEV - Azərbaycan Respublikasının prezidenti 

 İlyas  Əfəndiyevin  əsərləri  həm  səlis,  gözəl  bədii  dilinə,  həm  dərin  məzmununa  görə,  həm  də 

yüksək  sənətkarlığına  görə  fərqlənir,  oxucuya  böyük  estetik  təsir  bağışlayır.  Onun  kitablarında 

həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm 

də  Azərbaycan  ziyalıları  arasında  mənəvi-psixoloji  proseslər  inandırıcı  şəkildə  və  dərindən  əks 

edilmişdir. Öz yaradıcılığında  yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə 

izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə 

olan  adamların  parlaq  obrazlarını  yaradır.  O  öz  sənətkarlığı  ilə  zəhmətkeşlərin  mənəvi 

tərbiyəsində fəal iştirak edir.  

 

SƏMƏD VURĞUN - Xalq şairi  



 İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların 

zəhmətini parlaq və real boyalarla göstərir...  




 Biz  «Bahar  suları»  əsərini  onun  şeriyyətinə  görə  sevirik,  bir  daha  inanırıq  ki,  həyatımızda 

yalnız maddi nəhənglər  deyil, eyni  zamanda  yeni,  zəngin,  həm  də  gözəl  bir insan mənəviyyatı 

yaradılır.  

NAZİM HİKMƏT - Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi  

Azərbaycan  sovet  şeirinin  təməlini  qoymuş  Süleyman  Rüstəmlə  Səməd  Vurğunun,  Rəsul 

Rzanın arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir 

birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə 

ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin 

nəsri  haqqında  da,  ustad  Cəfər  Cabbarlının  və  İlyas  Əfəndiyevin  dramaturgiyası  haqqında  da 

eyni şeyi söyləmək mümkündür. 

MƏMMƏD ARİF - Akademik 

İlyas  Əfəndiyev  hər  cür  milli  məhdudluqdan  uzaq  bir  yazıçıdır.  Ədəbiyyatımızın 

beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan 

insanların necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti 

kimi təsvir edir.  

MEHDİ HÜSEYN - Xalq yazıçısı 

İlyas  Əfəndiyev  yenə  də  öz  yaradıcılıq  xüsusiyyətlərinə  sadiq  qalaraq,  təbii  insan 

psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» pyesi də bizim realist 

dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir.  

 MİRZƏ İBRAHİMOV - Xalq yazıçısı,akademik  

Azərbaycan  ədəbiyyatı  mənim  nəzərimdə  böyük  və  rəngarəng  gülüstan  isə,  İlyas  Əfəndiyevin 

yaradıcılığı  bu  gülüstanda  öz  gözəlliyi,  ətri  və  təravəti  ilə  dərhal  diqqəti  cəlb  edən  cazibədar 

toplu və dolğun bir çiçəklikdir.  

 İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii 

əsər  üçün  vacib  xüsusiyyətlərə  dilin  ifadəli  və  obrazlı  olmasına,  xarakterlərin  canlı  və  dolğun 

çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi  diqqət  yetirir, böyük  əmək sərf edir, bu da 

nəticəsiz  qalmır,  onun  əsərlərinin  maraqlı,  oxunaqlı  olmasına  kömək  edir.  Bu  əmək  və  səyin 

mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət edə bilməz.  

SÜLEYMAN RƏHİMOV - Xalq yazıçısı 

İlyas  Əfəndiyev  yaradıcılığı  Azərbaycan  sovet  ədəbiyyatının  münbit  zəminindən  doğan, 

rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı 

nasirlə  mahir  dramaturqu  birləşdirib,  birlikdə  söykək-söykəyə  qaldırır...  İlyas  nəsri  onun 

dramartugiyasına, dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək göstərir. İlyasın nəsri də, 

dramartugiyası  da  ahəngdardır,  cazibədardır...  Sən  İlyas  nəsrini  oxuyursan,  istər  onun  romanı, 

povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi olsun, heç birisi səni - oxucunu yormur... 

İlyas yaradıcılığında dramaturgiya, mənim aləmimdə fəxri yer tutur. Fəxri yer tutur, ona görə ki, 

biz  İlyas  dramaturgiyasında  böyük  dramaturqumuz  Cəfər  Cabbarlı  ənənələrinin  mahir 

davamçısını görürük.  




                                                                                            

MEHDİ MƏMMƏDOV - Xalq artisti,professor  

 Səhnə xadimlərini və tamaşaçıları cəzb edən, onların hissinə, düşüncəsinə qida verən budur ki, 

İlyas  artıq  teatrın  təbiətinə,  səhnənin  sirlərinə  yaxşı  bələd  ola  bilmişdir.  O,  mövzu  seçməyi, 

məntiqli  süjet  qurmağı,  dramatik  vəziyyətlər,  xarakterlər  yaratmağı,  öz  fikirlərini  bəyanat  yolu 

ilə  deyil,  canlı  hadisələrdə,  yığcam  dialoqlarda,  əsl  səhnə  dili  vasitəsilə  ifadə  etməyi  gözəl 

bacarır. 

ƏLİ VƏLİYEV - Xalq yazıçısı 

 İlyas  Əfəndiyev  bir  sənətkar  kimi  həmişə  həyatın  işıqlı  cəhətlərinə  xüsusi  diqqət  verir  və 

qələmə  alır.    Onun    qəhrəmanları    dövrümüzün  qabaqcıl  adamlarıdır.  Bu  qəhrəmanlar  yaşayıb 

yaratmaqdan,  xarüqələr  yaratmaqdan  həzz  alırlar.  Yüksək  mədəniyyət,  gözü-könlü  tox,  halal 

əməklə  ömür  sürən,  əliəyrilərə,  gözüdağmıqlara,  vəziyyətdən  sui-istifadə  edən  şöhrətpərəstlərə 

qarşı  barışmaz  olan  bu  adamlar  ilk  görüşdən  oxucu  və  tamaşaçıların  ürəyinə  yol  tapır,  özünü 

sevdirir.  

İSMAYIL DAĞISTANLI - Xalq artisti  

Azərbaycan  Dövlət  Akademik  Dram  teatrının  son  otuz  ildəki  inkişafını  İlyas  Əfəndiyevsiz 

təsəvvür etmək mümkün deyil...  

 Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasirlik var. Bu müasirlik isə həyatımızın 

daxili  məzmunundan,  onu  irəli  aparan  qəhrəmanların  fəaliyyətindən  və  bu  fəaliyyətin 

konfliktlərindən, poeziyadan doğur... İlyas Əfəndiyevin dramaturgiyasında realizm və romantika, 

sərt həyat həqiqətləri ilə şeriyyət həmişə vəhdət təşkil edir.  

KAMAL TALIBZADƏ - Akademik 

İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan yazıçılarımızdandır. Onun 

öz  mövzuları,  həyat  hadisələrinə  öz  yanaşma  yolları  və  üsulu  vardır.  Bu  yaradıcılığını  məşhur 

edən  problemlərində  özünəməxsusluq,  orijinallıq  güclüdür.  Ədib,  adətən,  hamı  üçün  aydın  və 

məlum  olan  həyat  problemlərinə  müraciət  etməyi  sevmir,  gerçəkliyin  elə  həqiqətlərini,  elə 

məsələləri  üzə  çıxarmağı  bacarır  ki;  onlar  həm  də  yeni  olur,  ədəbi  maraq  oyadır,  müasir 

problemləri  barədə  düşünənləri  hərəkətə  gətirir  və  təsadüfı  deyil  ki,  ictimai  müzakirəyə, 

mübahisəyə səbəb olurlar.  

 CƏFƏR XƏNDAN - Professor 

«Bahar suları» əsəri müharibədən sonrakı kəndimizin real həyatından alınmışdır. Burada hadisə 

və  tiplər  canlı  və  həyatidir.  Yazıçı  canlılığı  yaratmaq  üçün  heç  bir  boyasını  əsirgəməmişdir. 

Əsərdə  sovet  adamlarının  həyatında  ola  bilən  və  ya  konfliktlər,  tamaşaçını  intizarda  qoyan 

səhnələr, bədii cəhətdən təsirli dialoq və monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də 

adamların müasir zövqü ilə əlaqədar verilmişdir... Buradakı adamlar ümumi mənafeyini öz şəxsi 

mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni adamlardır.  

                                                                       



ƏLİ SULTANLI - Professor 

«Atayevlər ailəsi» əsərində verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların 

mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat 

etməyə ehtiyac yoxdur...  

 Dramaturq  maraqlı,  həyati  bir  süjet  seçmiş,  burada  insanların  əlaqələrini,  təbiətlərindəki 

ziddiyyətləri,  rəğbət  və  mütəqabil  münasibətlərini  vermiş,  yaddaqalacaq  obrazlar  silsiləsi 

yaratmışdır.  

BƏXTİYAR VAHABZADƏ - Xalq şairi, akademik 

İlyas Əfəndiyev daima yenilik hissi ilə çırpınan, hər təzə əsərində yeni bir söz deməyə çalışan, 

müasir gəncliyi düşündürən məsələləri əks etdirən, özünəməxsus xətti ilə başqalarından seçilən 

qələm  sahibidir.  Mən  onu  hələ  müharibə  illərində  yazdığı  lirik-romantik  hekayələri  ilə 

sevmişəm.  Bu  sevgi  ildən-ilə  artmış,  heç  zaman  azalmamışdır.  Ona  görə  ki,  İlyas  adi  həyat 

hadisələrini olduğu kimi, adi şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik incəliklə, bir 

sözlə - sənətin ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır.  

 ƏKBƏR ÄĞAYEV - Tənqidçi, professor 

İlyas  Əfəndiyev  müasirliyi  dərindən  duyan,  orijinal,  həssas  yazıçıdır,  onun  qələmi, 

istedadınınəkraredilməz  xüsusiyyətləri  öz  təbiiliyi  və  aydınlığı  ilə  seçilir,  əsərlərində  incə  bir 

lirika,  romantik  vüsət  vardır,  dili  axıcı,  şəffaf  və  poetikdir.  Buraya  yazıçının  mənəvi  aləminin 

dərinliklərinə baş vurmaq bacarığı da  əlavə olunsa, gozümüz önündə  İ.Əfəndiyevin  yaradıcılığı 

üçün səciyyəvi olan məziyyətlərin geniş və əlvan mənzərəsi açılır...  

 İlyasın  yaradıcılığı  həmişə  fəal  vəziyyətdədir,  daim  hərəkət  və  inkişafdadır,  yeni  əsərlərlə 

zənginləşir və dolğunlaşır.  

CƏLAL MƏMMƏDOV - Yazıçı 

 İlyas  Əfəndiyev  müasirlərimizdən  yazır.  Cəmiyyətin  inkişafının  müxtəlif  mərhələlərində 

inqilabın  qələbəsi  və  elmi-texniki  inkişafla  əlaqədar  qarşıya  çıxan  mürəkkəb  ictimai-siyasi, 

iqtisadi-mədəni,  mənəvi-əxlaqi  problemlərin  həlli  yolunda  çalışan,  axtaran  müasirlərimizin 

ictimai fəaliyyəti və daxili aləmləri onun əsas bədii tətbiq hədəfidir.  

 BƏKİR NƏBİYEV - Akademik 

İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur. 

Heç  bir  statistika  tədqiqatı  aparmadan  deməyə  tam  əsasımız  var  ki,  Azərbaycan  teatrının 

repertuarındakı əsərlərinin sayı etibarı ilə o, müasir dramaturqlarımız arasında birinci yeri tutur... 

İ.Əfəndiyev  əsərlərində  insani  borc,  vətəndaş  vəzifəsi,  fərdi  və  cəmiyyətin  qarşılıqlı 

münasibətləri, ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz 

yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.  

   QULU XƏLİLOV - Professor 

Onun bütün  hekayələri,  oçerkləri, dramları, roman və povestləri, kino  ssenariləri, məqalələri  - 

tam  halda  yaradıcılığı  müasir  həyatın  duru  və  şəffaf  çeşməsindən  su  içmişdir...  Onun  bütün 



əsərlərində  əsas,  aparıcı  problem  müasir  insan,  bu  insanın  psixoloji,  əxlaqi  cəhətdən 

formalaşması, onun davranışı, fikir və düşüncələri, mənəvi dünyasıdır.  

SƏİD RÜSTƏMOV - Xalq artisti, bəstəkar 

Cəsarətlə  deyə  bilərəm  ki,  böyük  dramaturqumuz  Cəfər  Cabbarlıdan  sonra  teatrımız  üçün 

yananlardan biri də  İ.Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində... aləlvan rənglərə, naxışlara 

rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik sənətkarlardandır. Həm də 

mən deyərdim ki, elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə 

xarakterləri ilə deyil, bəzən lirik,kövrək mahnıları ilə də yadda qalırlar.  

İSMAYIL ŞIXLI - Xalq yazıçısı 

İlyas  Əfəndiyev  insanların  şüurunda  və  psixologiyasında  baş  verən  təbəddülatı  əks  etdirməyə 

çalışan, psixoloji ziddiyyət və çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun 

əsərlərində,  xüsusilə  pyeslərində  xarici  toqquşmalar,  zahiri  effekt  xatirinə  düzəldilmiş  səhnələr 

yoxdur.  O,  həmişə  qəhrəmanların  səciyyəsini,  onların  həyata,  ictimai  hadisələrə  münasibətini 

psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görünən konfliktləri genişləndirib 

siyasi məna və mahiyyətlə zənginləşdirir.  

 HÜSEYN ABBASZADƏ - Əməkdar incəsənət xadimi, xalq yazıçısı 

Mən İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanının oxucular və ədəbi ictimaiyyət 

tərəfindən  hərarətlə  qarşılanmasının  əsas  səbəbini  onun  bədii  keyfıyyətində,  sənətkarlıqla 

yazılmasında  görürəm.  Xalqı  narahat  edən  problemlərə  toxunmaq,  onlardan  bədii  əsərlərdə 

vətəndaşlıq  məsuliyyəti  ilə  söz  açmaq  vacib  şərtlərdəndir  və  bu,  ədəbiyyatın  zəruri 

vəzifələrindən biridir.. 

 Romanda  hadisələr  dramatik  gərginlik  və  ardıcıllıqla  bir-birini  izləyir,  dərin  maraq  hissi  ilə 

oxucunu arxasınca aparır.  

 Müasirlik böyük şərtdir.  

YAŞAR QARAYEV - AMEA-nın müxbir üzvü 

Yazıçı İ.Əfəndiyev son illər nəsr sahəsində daha məhsuldar və səmərəli işləmişdir. Onun povest 

və  romanları,  xüsusən,  əxlaqi-psixoloji  problemlərin  qoyuluşu  və  həlli  sahəsində,  müasir 

nəsrimizin  axtarış  və  nailiyyətlərini  ən  yaxşı  əks  etdirən  əsərlərdəndir.  Sevindirici  haldır  ki, 

İ.Əfəndiyevin son pyesi də bu nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır.  

 Məhz  buna  görədir  ki,  «Sən  həmişə  mənimləsən»  pyesi  ədəbi  həyatımızda  yeni  söz, 

müvəffəqiyyətli bir hadisə olub lirik, perspektivli dramaturgiya, müasir psixoloji teatr yaratmaq 

yolunda yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə bilmişdir.  

SEYFULLA ƏSƏDULLAYEV - Professor 

Müasirlik  və  novatorluq  İlyas  Əfəndiyev  yaradıcılığının  mühüm  məziyyətlərindəndir.  Yenilik 

hissi  onda  qüvvətlidir.  O,  daim  axtarışda  olan  məzmun,  mövzu  və  bədii  formalarla 

ədəbiyyatımızı  zənginləşdirməyə  çalışan  yazıçılardandır.  İlyas  Əfəndiyev  romantik  üslubda 




yazılmış hekayə və povestlərin, psixoloji dramların və lirik səpkili realist romanların müəllifıdir. 

Liriklik, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir.  

ƏLİ ZEYNALOV - Xalq artisti 

Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik əhval-ruhiyyə dəmir ağacın həyat 

eşqi  kimi  güclüdür. Amma  yaxşı  ki,  heç vaxt  lirikaya nə isə lirik bir səhnə və  yaxud vəziyyət 

yaratmaq  xatirinə  meyl  etmir.  Onun  lirikası  qəhrəmanların  psixoloji  vəziyyəti  ilə  və  bilavasitə 

yaranmış zəruri situasiya ilə bağlı olur.  

 AMALYA PƏNAHOVA - Xalq artisti 

İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və yanıqlıq var. «Unuda bilmirəm»də 

Nərmini xatırlayın. Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun üçün 

məhəbbət  həyat  deməkdir.  Bu  rolda  mən  250  dəfədən  çox  səhnəyə  çıxmışam.  Hər  dəfə  də 

Nərmindən ayrılıb Amalya olanda təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə 

alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş etmişdir.  

                                                               

 

LYAS ƏFƏNDİYEVİN AFORİZMLƏRİ 

Teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur 

Əgər kiçik lirik şeir həqiqi sənət əsəridirsə o heç zaman ictimai fikirdən kənarda qala bilməz. 

Əsrlərin sınağından çıxmış lirika həqiqi sənətin qanadıdır, ruhudur 

Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni 

bağışlaya  bilərlər.  Lakin  sən  xalqın  sənətkarı  olmaq  iddiasındasansa,  yalan  yazırsansa  taledən 

möcüzə, imdad gözləmə. 

Tam inkişaf etdikdə insan təbiətə yaxınlaşır, onun sirlərinə daha dərindən valeh olmağa başlayır, 

 özünü və özü ilə bağlı olan cəmiyyəti daha dərindən dərk  

Əgər əsər qurudursa, oxucuda heç bir emosional təsir oyatmırsa, demək əsər deyil və bu barədə 

danışmağa dəyməz. 

Bizim baş mövzumuz insanın gələcək uğrunda fəaliyyətidir. 

Anlaşılmayan,  izah  edilə  bilməyən  novatorluq  yoxdur.  Yalançı  novatorluq  istedadsızlıq 

əlamətidir. 

Xalqın  ümumi  idealı  ilə  bağlı  olan,  onun  həyatına  işıq  saçan  hər  bir  yazı  tərzi,  hər  bir  janr 

xeyirlidir. 

Yazıçının  hər  şeydən  əvvəl,  istedadı  olmalıdır,  bu  bir;  yüksək  savadı  olmalıdır  –  yəni  dünya 

ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə 

etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. 



Bədii  dil  yazıçı  istedadının  aynasıdır.  Sənətdə  istedad  -  yalnız  insana,  heyvana,  bitkiyə  deyil, 

daşa, torpağa, qumlu çöllərə, okeanı yerindən oynadan fırtınalara da can, ruh verməkdir. 

Vicdan rahatlığı hər şeydən gözəldir. 

İstəksiz, məhəbbətsiz həyat gec-tez ikiüzlülüyə, saxtakarlığa, yalana çıxaracaq. 

O evdə ki, səmimiyyət yoxdur, orada həyat yoxdur. 

Vətən borcu, Vətən şərəfi o qədər böyük, o qədər müqəddəs bir hisdir ki, ona əmr etmək olmaz. 

Bəşəriyyətin  tarixi  təkrar-təkrar  göstərir  ki,  xalqı  və  onun  azadlığını  öldürmək,  məhv  etmək 

olmaz. 


İstər elmdə, istərsə də sənətdə irəliyə, yüksəlişə doğru yolu həmişə böyük istedadlar açmışlar. 

Tənqidçi həqiqi sənətkarı onun özündən də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər 

yazıçı bu kəşfə layiqdirsə). 

Hansı  formada  yazırsansa  yaz,  lakin  sənətkarlıqla,  ürəklə  yaz.  Həyatı,  onun  doğurduğu 

psixologiyanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz. 

Həqiqi sənətkarın qarşısında onun mənsub olduğu xalqın həyatı bir dərya kimi dayanmışdır. 

Vətən  məni  köməyə  çağırır.  Mən  onun  övladıyam.  Mən  onun  çağırışına  çatmasam 

cəhənnəmlərə məhkum bədnam bir məxluq olaram. 

Əgər yeddi canım olsaydı onun yeddisini də Vətənə qurban verib məhəbbətimdən keçməzdim. 

Lakin böyük yaradan bizə bir can verib. 

Dünyada  böyük  ədəbiyyatlar  da,  böyük  sənətkarlar  da  çoxdur.  Lakin  hər  bir  həqiqi  sənətkarı 

yaşadan, birinci növbədə onun əsərləri və xalqıdır. 

Sənətdə  qəlbin,  ürəyin  odu  sənətkarın  istedadıdır,  qəlbləri  riqqətə  gətirən,  ya  qəzəbləndirən  də 

bu əsrarəngiz qüvvədir. 

Azərbaycan xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsurdur, mərddir. 

Öz Vətəninin keçmişini, indisini bilməyən, sevməyən adam ləyaqətli, bütöv insan ola bilməz. 

Sənətdə dahiliyin birinci sirri səmimiyyətin, ağıl və ehtirasın dərinliyində, idealın humanist 

 mahiyyətindədir. 

Həqiqi gözəllik üçün vicdan rahatlığı, vicdan saflığı lazımdır. Gözəllik həyatın ahəngidir, o 

 saxtakarlıqla uyuşa bilməz. 

Müasir mövzu həqiqi, canlı, dolğun həyat deməkdir. Müasir mövzu müasir istedadlar 

 deməkdir. 

Məsələ əsərin həcmində deyil, onun bədii dəyərində, ictimai mənasındadır. 



Azərbaycan  ədəbiyyatı  –  tarixi,  kökü  olan  bir  ədəbiyyatdır.  Bayağı  ədəbiyyat  isə  zamanın 

hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil. 

Müəllif öz adına və oxucuya hörmət etməlidir. 

Bədii formaları əbədi, sabit meyarlar kimi qəbul etmək olmaz. 

Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədəbiyyatına bələd olmaq, onun istedadı 

 qədər vacib və zəruridir. 

Müasirlik sənətin mayasıdır. 

Keçilmiş yollardan keçənlərin izi çətin seçilər və tezliklə silinib gedər. 

Dahi sənətkarların həqiqi varisi xalqdır 

Yazıçılıqda novatorluq, yeni yazı manerası və başqa cəhətlərlə bərabər, eyni zamanda yeni 

 insan xarakterləri kəşf etmək deməkdir. 

Öz xalqının ruhunu ifadə etməyən əsər başqa xalqlara da təsir edə bilməz. 

 

      İLYAS ƏFƏNDİYEV DRAMATURGİYASININ KİTABXANALARDA TƏBLİĞİ                             



Azərbaycan  Prezidenti  İlham  Əliyev  İlyas  Əfəndiyevin  100  illik  yubileyinin  keçirilməsi 

haqqında sərəncam imzalayıb.  

Bununla əlaqədar  olaraq  kitabxanalar  xalq  yazıçısı  İlyas  Əfəndiyevin  100 illik  yubileyinə  həsr 

olunmuş tədbirlər planı hazırlanmalı, yubileyi yüksək sıviyyədə keçirilməlidir. 

Tədbirlər planında klassik ədəbi fikrin böyük ənənələri  zəminində öz üslubunu yaradan sənətkar 

kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermiş İlyas Əfəndiyevin yubileyinə həsr 

olunmuş  sərginin,  foto-sərgilərin,  sual-cavab  gecəsinin,  söhbətlərin,  konfransın  keçirilməsinə 

xüsusi önəm verilməli və bu tədbirlərin keşirilməsində sitatlardan istifadə etməlidirlər. 

İlk növbədə ədibin irsinin təbliği ilə bağlı yazıçının yazdığı əsərlərin sərgisini tərtib edə bilərik. 

Sərgini  müxtəlif  başlıqlarla  adlandırmaq  olar.  "İlyas  əfəndiyev  -  100",  "Böyük  mədəniyyətin 

övladı - İlyas Əfəndiyev", "Azərbaycan ədəbiyyatının böyük siması", "İlyas Əfəndiyev -XX əsr 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir" və s. 

 

 

 



 

 



                              Sərginin nümunəsini təqdim edirik:                        

                                  ________1_______ 

                              __________2________ 

                           ___________3___________ 

                                     ______4_______    

      _______5_______                                   ________6_______ 

      _______7_______                                   ________8_______ 

      _______9_______                                   ________10______ 

      _______11______                                   ________12______ 

                                                                           

 

   1. Başlıq - İlyas Əfəndiyev - 100" 



   2. Portret. 

   3.  Sitat  -  "Azərbaycan  teatr  səhnəsinin  müasir  simasının  formalaşmasında  İlyas  Əfəndiyev 

dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur". 

   4.Yarım başlıq - Əsərləri. 

   5.İlyas Əfəndiyev - ""Atayevlər ailəsi"(1954) 

   6.İlyas Əfəndiyev - "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi" 

   7. İlyas Əfəndiyev - 

 

"Unuda bilmirəm" 



   8. İlyas Əfəndiyev - "Məhv olmuş gündəliklər" 

   9. İlyas Əfəndiyev - "Mahnı dağlarda qaldı" 

  10. İlyas Əfəndiyev - "Büllur sarayda" 

  11. İlyas Əfəndiyev - "Hökmdar və qızı" 

  12. İlyas Əfəndiyev - "Sarıköynəklə Valehin nağılı" 

                                      Sərgidə verilmiş sitatlar 

İlyas  Əfəndiyevin  əsərləri  həm  səlis,  gözəl  bədii  dilinə,  həm  dərin  məzmununa  görə,  həm  də 

yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. 

                                                                                                       Ulu öndər Heydər Əliyev.                        

İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır.  

                                                                                Xalq yazıçısı,akademik Mirzə İbrahimov. 

İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur. 

                                                                                                       Akademik Bəkir Nəbiyev. 

 



Bütün  bunlarla  yanaşı  İlyas  Əfəndiyevin  yaradıcılığını  daha  yaxından  tanıtmaq  üçün 

kitabxanada  oxucular  arasında  sual-cavab  gecəsi  keçirmək  olar.  Sual-cavab  gecəsi  kitabxanaçı 

tərəfindən  təşkil  olunur  və  oxuculara  suallar  təqdim  olunur.  Gecədə  İlyas  Əfəndiyevin 

əsərlərindən ibarət ədəbiyyat siyahısı sərginin yanında asılır. Suallar aşağıdakı kimi təşkil oluna 

bilər: 

1. Uşaqlar, lyas Əfəndiyev kimdir? 



   İlyas Əfəndiyev ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan yazıçıdır. 

2.  İlyas Əfəndiyevin ilk müstəqil dram əsəri hansıdır? 

     İlyas Əfəndiyevin  ilk müstəqil dram əsəri - «İşıqlı yollar» pyesidir. 

3.  İlyas Əfəndiyevin ilk böyük nəsr əsəri hansıdır?  

    İlyas Əfəndiyevin  ilk böyük nəsr əsəri olan «Söyüdlü arx» romanını yazmışdır. 

4.  İlyas Əfəndiyevin hansı əsərləri ilə tanışsınız? 

     İlyas  Əfəndiyevin  zəngin  nəsrinə  "Söyüdlü  arx",  "Körpüsalanlar",  "Dağlar  arxasında  üç 

dost",  "Sarıköynəklə  Valehin  nağılı",  "Geriyə  baxma,  qoca",  "Üçatılan"  və  s.  roman  və 

povestləri,  dramaturgiyasına  "İşıqlı  yollar",  "Bahar  suları",  "Atayevlər  ailəsi",  "Sən  həmişə 

mənimləsən",  "Mənim  günahım",  "Unuda  bilmirəm",  "Məhv  olmuş  gündəliklər",  "Qəribə 

oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və s. daxildir. 

5. 1972-ci ildə hansı əsərinə görə yazıçı Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür?  

İlyas  Əfəndiyev  1972-ci  ildə  «Mahnı  dağlarda  qaldı»  pyesinə  görə  Azərbaycanın  Dövlət 

mükafatına layiq görülmüşdür.  

6. Tanınmış yazıçı nə vaxt vəfat edib? 

İlyas  Əfəndiyev  1996-cı  il  oktyabr  ayının  3-də  Bakı  şəhərində  dünyasını  dəyişmiş  və  Fəxri 

xiyabanda dəfn olunmuşdur. 

Sual-cavab  gecəsinin  sonunda  kitabxanaçı  uşaqlara  diqqətli  olmalarına  görə  öz  təşəkkürünü 

bildirir,  sualları  düzgün  cavablandıran  oxucunu  mükafatlandırır  və  İlyas  Əfəndiyevin  həyat  və 

yaradıcılığı haqqında daha dərindən maraqlanmalarını tövsiyə edir. 

 

 

 



 

 

 




Oxucuların  sevdiyi  sərgilərdən  biri  də  foto  sərgilərdir.  İlyas  Əfəndiyevin  həyatının  müxtəlif 

anlarını özündə əks  etdirən foto sərgimizi sizə təqdim edirik. 

                 

    


 

         

     

 

  



  

  

  



 


 

  

  



 

        


        

 

 



 

Ilyas  Əfəndiyevi  oxuculara  yaxından  tanıtmaq  və  sevdirmək  üçün  oxucu  konfransların 

keçirilməsi yaxçı olardı. Oxucu konfransı maraqlı keçməsi üçün kitabxanaçı məruzə və çıxışlara 

ziyalıları  cəlb  etməlidir.  Konfransda    yazıçı,  daramaturqun  həyat  və  yaradıcılığı  haqqında 

kitabxanaçı və ya fəal oxuculardan biri məruzə edə bilər.  

Kitabxanalarda təşkil edilən oxucu konfranslarının mövzuları təxminən bu cür başlıqlar altında 

verilə bilər: 

"İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür", "Həmişəyaşar sənətkar - İlyas 

Əfəndiyev", "Dramaturgiyamızda lirik - psixoloji janrın banisi "və s. 

Tədbirlərin daha maraqlı keçməsi üçün internet şəbəkəsindən istifadə edərək və ya disk vasitəsi 

ilə İlyas Əfəndiyevin əsərləri əsasında   bədii film, teatr tamaşasından birinin nümayişini  təqdim 

etmək olar. 

Kitab  təbliğində  oxucularla  aparılan  söhbətlərin  əhəmiyyəti  də  az  deyil.  Beləki,  İlyas 

Əfəndiyevin 100 illik yubileyi münasibətilə təşkil olunmuş kitab sərgisinin qarşısında oxucularla 

yazıçının  həyat  və  yaradıcılığı,  yazdığı  povest,  roman  və  pyeslər  haqqında  söhbətlər  aparmaq 

olar. Söhbəti kitabxanaçı aşağıdakı kimı başlaya bilər: 

"Əziz oxucular!" Ədəbiyyat xəzinəmizdə özünə layiqli yer tutan, yeniləşən gənc nəsillərin ədəbi-

estetik, vətənpərvərlik və vətəndaşlıq mövqeyinin, nəcib və xeyirxahlıq hisslərinin aşılanmasında 

İlyas  Əfəndiyev  yaradıcılığı  mühüm  yer  tutur.  XX  əsr  ictimai  fikrinin  klassik  nümayəndəsi, 

Azərbaycanın Xalq yazıçısı, nasir və dramaturq, Azərbaycan ədəbiyyat tarixində parlaq iz qoyan 




İlyas  Əfəndiyevin  yaradıcılığı  bu  gün  də  öz  dəyərini  qoruyub  saxlayır.  Onun  yaradıcılığı 

ədəbiyyat  çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə siraət  edib.  Bu gün Azərbaycan 

teatrını onun yaradıcılığından kənar təsəvvür etmək olmaz. Ədibin  yaratdığı bir çox pyeslər öz 

zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara 

yol  açması  da  bu  baxımından  qaçılmaz  idi.  “Bahar  suları”,  “Atayevlər  ailəsi”,  “Sən  həmişə 

mənimləsən”,  “Mənim  günahım”,  “Unuda  bilmirəm”,  “Məhv  olmuş  gündəliklər”,  “Büllur 

sarayda” kimi əsərləri sənət aləmində Azərbaycan teatr səhnəsində öz sözünü dedi. Təbii ki, bu 

cür  insan  problemini  qabartmış  əsərlər  teatr  səhnələrindən  yan  keçə  bilməzdi.Bəzən  tərəddüd 

edən,  bəzən  səhvə  yol  verən,  sevməyi  bacaran,  sevgisini  boğan,  məqsədli,  şübhələr  içində 

boğulan müxtəlif xarakterli, öz içində özü ilə mücadilə edən qəhrəmanları ilə real insan cizgiləri 

yaratması onun əsərlərinin sevilməsinə səbəb olub. 

Məhz  bu  səbəbdəndir  ki,  1949-cu  ildə  Azərbaycanın  ədəbi-mədəni  ictimaiyyəti  və  bütün 

sənətsevərlər  Azərbaycan  Dövlət  Dram  Teatrının  75  illiyini  təntənə  ilə  qeyd  edərkən,  səhnə 

sənətinin  inkişafındakı  xidmətləri  nəzərə  alınaraq  İ.Əfəndiyev  “  Şərəf  Nişanı”  ordeni  ilə  təltif 

edilib.  

Müəllif,  zaman  keçdikcə  əsərlərində  tarixi  mövzulara  yer  ayırmağı  bir  vətəndaş  kimi  dərindən 

anlayır  və  bir  çox  tarixi  əsərlər  yaradır.  “Xurşidbanu  Natavan”,  “Şeyx  Xiyabani”,  “Mahnı 

dağlarda qaldı”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” kimi pyesləri bu qəbildən hesab etmək 

olar. 

Kamal Talıbzadə yazır: “İlyas ömrünün axırına qədər evlənmədi, baxmayaraq ki, çox cavan ikən 



dul  qalmışdı,  həm  də  gözəl,  yaraşıqlı  kişi  idi...  Övlad  üçün  özünü  oda-közə  vuran,  onun  üçün 

xoşbəxt  gələcək  haqqında  düşünən  narahat  ata  idi...  Oğullar  da  atalarına  borclu  qalmadılar, 

atalarını sözün əsl mənasında yaşatdılar”.  

Övladları  onun  yolunu  layiqincə  davam  etdirirlər.  Ədəbiyyatımızın,  mədəniyyətimizin, 

incəsənətimizin keşiyində dururlar. 90 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Mədəniyyət 

və  İncəsənət  Universitetinin  rektoru,  professor  Timucin  Əfəndiyevin  rəhbərliyi  altında  bu  ali 

təhsil ocağı öz yubileyi ilə birgə böyük ədibin 100 illiyini də qeyd edir. 

İlyas  Əfəndiyev  Azərbaycan  nəsrinin  canlı,  təravətli,  bədii  surətlər,  əlvan  təsvir  və  incə 

təfərrüatla  zəngin  dramaturgiyamızın  lirik  -psixoloji  üslubunun  inkişafında  əvəzsiz  xidmətləri 

olmuşdur. Onun ədəbiyyatın bir çox sahələrində novator qələm sahibi hesab etmək daha dəqiq 

olardı.  Onun  yaradıcılığında  ifadə  edilən  bədii  fikirlər  öz  təravətini  daima  qoruyur,  oxucu  və 

tamaşaçıların,  tənqidçi  və  tədqiqatçıların,  ədəbiyyatşünasların  həmişə  şərəflə  adını  çəkdiyimiz 

ədəbi simamızdır. 

 

 



 

 

 



 


                                                  

Ədəbiyyat siyahısı. 

 

1. Aydınlıq gecələr. Povest və Hekayələr. Red. Adil Əfəndiyev Bakı: Azərnəşr,  1945.  116 s. 



5000 nüsxə.  

 2. Bahar suları. Pyes. Red. İ.Şəms. Bakı: Azərnəşr, 1955. 76 s. 5000 nüsxə.  

3. Bizim qəribə taleyimiz. Red. M. Hüseynova. Bakı: Yazıçı, 1989. 533 s. 20 000 nüsxə.  

4. Ceyran ovu. Hekayələr. Red. Məmməd Namaz. Bakı: Gənclik, 1994. 101 s. 25 000 nüsxə.  

5. Dağlar arxasında üç dost. Roman. 2-ci nəşri. Red. Z.Qiyasbəyli. Bakı: Azərnəşr, 1967. 364 s. 

18 000 misxə. 

6. Dağlar arxasında üç dost. Roman. Red. Mirzə Müştaq. Bakı: Azənəşr,  1964. 376 s.  15000 

nüsxə. 


7. Geriyə baxma, qoca. Roman və komediya. Red. Cavad Zeynal. Bakı: Yazıçı, 1981. 356 s. 40 

000 nüsxə.  

8. Hekayələr. Red. Y.Əzimzadə. Bakı: Uşaqgəncnəşr, 1955. 104 s. 10 000 nüsxə.  

9. Kənddən məktublar. Povest və hekayələr. Red. Sabit Rəhman. Bakı: Azərnəşr, 1939. 122s. 3 

000 nüsxə.  

10. Körpüsalanlar. Povest. Red. Rəna Şıxəliyeva Bakı: Uşaqgəncnəşr, 1960. 152 s.10 000 nüsxə.  

11. Qırçı və qırmızı çiçək. Hekayələr. Red. Çingiz Əlioğlu.  Bakı:  Gənclik,   1981.   190 s.  

50000 nüsxə.  

12. Qoruqlarda. Kiçik yaşlı uşaqlar üçün hekayələr. Red. Ə.Babayeva. Bakı: Uşaqgəncnəşr, 

1950. 52 s. l0000 nüsxə.  

13 Pyeslər. Red. Ə.Rəcəbov Bakı: Uşaqgəncnəşr, 1949. 156s. 5 000 nüsxə. 

14. Sarıköynəklə Valehin nağılı. Roman. 2-ci nəşri. Red. Sona Məmmədova Bakı, Gənclik, 

1980. 327s. 35 000 nüsxə.  

16. Seçilmiş əsərləri. Yeddi cilddə. 1-ci cild. Hekayələr. Baş redaktor Elçin. Redaktor Dilsuz. 

Bakı: Çinar-Çap, 2002. 447s. 1500 nüsxə.  

17. Seçilmiş əsərləri. Yeddi cilddə. 2-ci cild. Pyeslər. Baş redaktor Elçin. Redaktor Dilsuz. - 

Bakı: Çinar-Çap, 2002. 472 s. 1500 nüsxə.  

18. Seçilmiş əsərləri. Yeddi cilddə. 3-cü cild. Pyeslər. Baş red. Elçin. Red. Dilsuz. -Bakı: Çinar-

Çap, 2002. 624 s. 1500 nüsxə.  

19. Seçilmiş əsərləri. Yeddi cilddə. 4-cü cild. Baş red. Elçin. Red. Dilsuz. Xatirələr. Povestlər. 

Romanlar.  Bakı: Çinar-Çap, 2002, 568s. 1500 nüsxə.  

20. Seçilmiş əsərləri. Yeddi cilddə. 5-ci cild. Romanlar. Baş red. Elçin. Red. Dilsuz. Bakı: Çinar-

Çap, 2002. 616 s. 1500 nüsxə.  

21. Seçilmiş əsərləri. Yeddi cilddə. 6-cı cild. Romanlar. Baş red. Elçin, Red. Dilsuz. Bakı: Çinar-

Çap, 2002. 424 s. 1500 nüsxə.  

22. Seçilmiş əsərləri. Yeddi cilddə. 7-ci cild. Məqalələr. Müsahibələr. Baş red. Elçin. Red. 

Dilsuz. Bakı: Çinar-Çap, 2002. 568 s. 1500 nüsxə.  

23. Seçilmiş əsərləri. 6 cilddə. 1-ci cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 364 s. - 

40000 nüsxə.  

24. Seçilmiş əsərləri. 6 cilddə. 2-ci cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 359 s. - 

40000 nüsxə.  

25. Seçilmiş əsərləri. 6 cilddə. 3-cü cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 380 s. - 

40000 nüsxə.  

26. Seçilmiş əsərləri. 6 cilddə. 4-cü cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 380 s. - 

40000 nüsxə.  

27. Seçilmiş əsərləri. 6 cilddə. 5-ci cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 345 s. - 

40000 nüsxə.  

28. Seçilmiş əsərləri. 6 cilddə. 6-cı cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 300 s. - 

40000 nüsxə.  

29. Seçilmiş əsərləri. Dörd cilddə. 1-ci cild. Red. S.Hüseynova. - Bakı: Azərnəşr, 1969. - 458 s. -

20 000 nüsxə.  



30.Seçilmiş əsərləri. Dörd cilddə. 2-ci cild. Red. S.Hüseynova. - Bakı: Azərnəşr, 1970. - 306 s. -

20 000 nüsxə.  

31.Seçilmiş əsəriəri. Dord cilddə. 3-cü cild. Red. Z.Qiyasbəyli. Bakı: Azərnəşr, 1973. 396 s. 20 

000nüsxə.  

32.Seçilmiş əsərləri. Dörd cilddə. 4-cü cild. Red. Z.Qiyasbəyli. - Bakı:Azərnəşr, 1973. - 396 s. -

20 000 nüsxə,  

33. Seçilmiş  əsərləri. İki  cilddə. 1-ci cild.  Red. Ə.Mehdiyeva. - Bakı: Azərnəşr, 1964. - 371 s. -

14 000nüsxə.  

34.Seçilmiş əsərləri. İki cilddə.  2-ci cild.  Red. Ə.Mehdiyeva. - Bakı: Azərnəşr, 1965. - 372 s. -

14 000 nüsxə.  

35.Seçilmiş əsərləri. Red. Ə.Mehdiyeva. - Bakı: Azərnəşr, 1959. - 404 s. - 10 000 nüsxə.  

36.Sən ey böyük yaradan. Red. Güldanə Əmrullah qızı. - Bakı: Şərq-Qərb, 1997.- 162 s. - 1000 

nüsxə.  

37.Söyüdlü arx. Povest və hekayələr. Red. İsmayıl Qarayev. - Bakı: Gənclik, 1974. - 362 s. - 20 

000 nüsxə.                                            

38.Seçilmiş əsərləri . 3 cilddə . Red. V. Əfəndiyev Bəhmənli, U.Rəhimoğlu; ön sözün müəl. 

B.Nəbiyev.- I cild.-B.: Avrasiya Press, 2005. -280 s. 

39.Seçilmiş əsərləri. 3 cilddə .Red. V.Bəhmənli, U.Rəhimoğlu; ön sözün müəl. B.Nəbiyev.- II 

cild.-B.: Avrasiya Press, 2005. -280 s. 

40. Seçilmiş əsərləri.  3 cilddə. Red. V.Bəhmənli, U.Rəhimoğlu; ön sözün müəl. B.Nəbiyev.- III 

cild.- B.: Avrasiya Press, 2005.- 448 s.  

 

 



Tərtib edəni: Metodika-biblioqrafiya şöbəsinin  

                                 böyük metodisti Əşrəfova Esmira 

 

Redaktoru:  Metodika-biblioqrafiya şöbəsinin 



 

 

        müdiri Həsənova Pəricahan  



Yüklə 157,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə