Metodika orta ümumtəHSİl məKTƏBLƏRİNİn rus böLMƏLƏRİNDƏ azərbaycan diLİNİN



Yüklə 308,58 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü308,58 Kb.
#81076


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

METODİKA 

 

ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN RUS BÖLMƏLƏRİNDƏ AZƏRBAYCAN DİLİNİN 

TƏDRİSİNDƏ  

VENN DİAQRAMLARININ TƏTBİQİ HAQQINDA 

 

A.T.ƏLİYEVA 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu  

vugar_aliyev@rambler.ru. 

 

Azərbaycan Respublikasında uğurla həyata keçirilən Milli kurikulum interaktiv metodlarının tətbiqini də özündə 



ehtiva edir. Məqalədə interaktiv metod kimi Venn diaqramından geniş istifadənin xüsusiyyətləri verilmişdir. Orta 

ümumtəhsil məktəblərinin rus bölmələrində Azərbaycan dilinin tədrisi zamanı Venn diaqramlarının tətbiqi dərslərin səmə-

rəsini  əhəmiyyətli dərəcədə artırır. Məqalədə söz birləşmələrinə aid qrammatik materialın, habelə IV sinifdə “Xarqo” 

mətninin, VII sinifdə isə “On bir ayın sultanı”mövzusunun Venn diaqramı üsulu ilə öyrənilməsi nümunələri verilmişdir. 

 

Müstəqillik  əldə edildikdən sonra Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi təhsil 



sahəsində də islahatlar aparılmağa başlanıldı. Ümumimilli liderimiz Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli 

sərəncamı ilə “Azərbaycan Respublikasında təhsil sahəsində  İslahat Proqramı” təsdiq edildi. İslahatın  əsas 

məqsədi tədris prosesinin yenidən qurulması, müəllim-şagird münasibətlərinin dəyişdirilməsi, təlim prosesində 

yeni təlim metodlarından istifadə edilməsi idi. Təhsil sahəsində islahatların həyata keçirilməsi müasir müəllim 

qarşısında yeni tələblər qoyur. Əvvəllər müəllimin vəzifəsi, əsasən, şagirdlərə müəyyən miqdarda bilik vermək, 

bu biliyi qavrama dərəcəsini və biliklərin keyfiyyətini qiymətləndirməkdən ibarət idi. Bu gün müəllimin 

qarşısında daha ciddi məsələlər durur. O, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsi üçün şərait 

yaratmalı, onlara müstəqil düşünməyi öyrətməli, öyrənməyə, inkişaf etməyə həvəs yaratmalıdır [1].  

“Azərbaycan Respubliasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulumu)” sənədinin və onun 

əsasında hazırlanmış  fənn kurikulumlarının tətbiqi iki ildir uğurla həyata keçirilir. Bu tarixi bir sənəd kimi 

ölkəmizdə təhsilin məzmununun yeniləşdirilməsi, onun dünyanın təhsil sisteminə inteqrasiyası baxımından çox 

mühüm əhəmiyyət daşıyır. Təhsil sahəsində aparılan bu islahatlar şagirdlərdə yaradıcı düşüncə, müstəqil olaraq 

yeni fikir söyləmək, təşəbbüskarlıq kimi müsbət keyfiyyətlər formalaşdırır [2]. Bütün bunlar isə  şagirdlərdə 

təfəkkürün inkişafına  şərait yaradır. Yeni kurikulumların tətbiqi  şagirdin  şəxsiyyət kimi formalaşması  və 

müəllim-şagird münasibətlərinin düzgün qurulmasını  şərtləndirir, milli kurikulumun fəal – interaktiv 

metodlarının tətbiqini özündə etiva edir. Kurikulumun tətbiqi zamanı öz işlərində yeni metodlra müraciət edən 

müəllimlər həmişə uğur qazanırlar. 

Təlim prosesinin mərkəzində  şagird durur. Yetişməkdə olan şagird tənqidi düşünməyi, müqayisələr 

aparmağı, öz mövqeyini müdafiə etməyi, qazandığı bilik, bacarıq və  vərdişləri tətbiq etməyi bacarmalıdır. 

Sadaladığımız bütün bu vərdişlərin formalaşmasında yeni təlim metodlarının rolu əvəzsizdir. Müəllim-şagird 

münasibətlərində müsbət qarşılıqlı  təsirin təşkili yollarının axtarışı  fəal təlim metodlarının tətbiq olunmasına 

geniş şərait yaradır.  

Yeni təlim texnologiyaları dedikdə, müəllim və  şagirdlərin birlikdə, onların  əməkdaşlığı prosesində 

həyata keçirdikləri üsulların sistemli şəkildə reallaşması nəzərdə tutulur. Bu da birlikdə öyrənməkdən ibarətdir. 

Yəni yeni təlim metodları vasitəsilə şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişafına yönəldilən yeni forma 

və texnologiyaların tətbiqi həyata keçirilməlidir. Yeni təlim metodlarından istifadə zamanı  şagirdlərin 

təfəkkürü, idrakı inkişaf edir. Bu da müxtəlif növ çalışmaların qruplarda icrası, təhliletmə, nəticəçıxarma, 

layihələrin hazırlanması və s. kimi həyata keçirilməsi ilə formalaşır. Nəticədə şagirdlərə öyrənməyi öyrətməklə 

onlarda həmişəlik öyrənmək vərdişlərinin həyata keçirilməsi yaranır.  

Dünya təcrübəsində interaktiv təlim metodlarından biri kimi Venn diaqramı metoduna üstünlük verilir. 

Orta ümumtəhsil məktəblərinin rus bölmələrində Azərbaycan dilinin tədrisi zamanı bu metodun tətbiqi 

Azərbaycan dilinin müqayisəli  şəkildə öyrənilməsində böyük əhəmiyyətə malikdir. Bu qabaqcıl və qocaman 

müəllimlərin üzün müddət öz dərslərində yüksək səmərəllilk  əldə etmələri üçün istifadə etdikləri müqayisə 

metodudur. Bu metod dərsin dərketmə  və düşünmə  mərhələlərində  tətbiq olunur. Ən çox da yeni dərsin 

möhkəmləndiriulməsi zamanı istifadə edildikdə daha yaxşı səmərə verir [3; 4].  

Azərbaycan dilinin öyrənilməsi ilə bağlı müxtəlif  müqayisələrin aparılması ev tapşırığı kimi verilə bilər. 

 

212



Dərslikdə olan çalışmaların  əksəriyyətinin təkrar olması  şagirdləri yorur və onlarda ev tapşırıqlarının yerinə 

yetiilməsində heç bir maraq doğurmur. Ona görə də qabaqcıl müəllimlər ev tapşırıqları verərkən çalışırlar ki, 

şagirdlərdə maraq doğuran yeni metodlardan istifadə etsinlər. Venn diaqramı metodu da belə metodlardandır. İş 

belə qurulduqda şagirdlər özləri ev tapşırıqlarının yerinə yetirilməsinə can atırlar.   

Hər hansı yeni təlim metodunu tətbiq etməmişdən  əvvəl bu metodun məzmunu və mahiyyəti ilə bağlı 

şagirdlərə məlumat verilməlidir. Nümunələr əsasında metod şagirdlərə izah olunmalıdır.  

Bildiyimiz kimi, təlim digər dillərdə olan məktəblərdə Azərbaycan dili mətnlərinin köməyilə öyrədilir. 

Bu məqsədlə  dərsliklərdə çoxlu miqdarda mətnlər verilmişdir. Ümumiyyətlə, həm mətnlərin, həm də 

qrammatik materialların tədrisində Venn diaqramı metodunun tətbiqi yaxşı səmərə verir. Məsələn: IV sinifdə 

“Xarqo”, VII sinifdə “On bir ayın sultanı”, “Bal arıları”, VIII sinifdə “Yasəmən ağacı”, IX sinifdə 

“Azərbaycan”, XI sinifdə “Şah İsmayıl Xətai” və s. mətnlərin tədrisi, Azərbaycan dilindəki spesifik hərflərlə 

rus dilində olan spesifik hərflərin müqayisəsi, sait səslərlə samit səslərin müqayisəsi, morfologiya bəhsində 

müxtəlif nitq hissələrini tədris edərkən onların arasındakı oxşar və fərqli cəhətlərin öyrənilməsi zamanı Venn 

diaqramı metoduna müraciət edərək yüksək səmərəlilik əldə etmək olar. Bu işin aparılması həm şagirdlər, həm 

də müəllimlər üçün maraqlı olur, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaradır. Əlbəttə, bütün bunlar 

müəllimin pedaqoji ustalığından çox asılıdır.  

Metod tətbiq edilərkən həm dərsin tipinə, həm də movzusuna uyğun olmalıdır. Müəllim öz işini 

planlaşdırarkən dərsin tipinə  və movzusuna uyğun olaraq, dərsin hansı  mərhələsində hansı metoda müraciət 

edəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Əks halda, heç bir səmərəli nəticə əldə etmək mümkün deyil. 

Venn diaqramı nisbətən üst-üstə düşən iki çevrə üzərində qurulur. Burada ideyaların oxşar və  fərqli 

cəhətləri göstərilir. Məsələn: “Söz birləşmələri” qrammatika mövzusuna Venn diaqramı metodunu tətbiq edək: 

                 

Sabit söz birləşmələri      oxşar        Sərbəst söz birləşmələri 

⇩           ⇩          ⇩ 

                                                                                      

                         Sabit söz birləşmələri                   İsmi  birləşmələr:           

                                dəyişməyən,                                I, II, III növ təyini  

                               dildə hazır olan              söz            söz birləşmələri ilə 

                         birləşmələrdir ki, bu da     birləş-         ifadə olunur. 

                          frazeoloji birləşmələr       mələri-         Feli birləşmələr:       

                                adlanır.                            dir           məsdər, feli sifət, feli 

                                                                                   bağlama ilə ifadə olunan 

                                                                                      söz birləşmələridir. 

                                                                                     

 

 

 



IV sinifdə “Xarqo” mətninin tədrisi zamanı Venn diaqramı metodunu tətbiq edək. “Xarqo” mətnində 

Fransanın milli qəhrəmani, həmyerlimiz  Əhmədiyyə  Cəbrayılovla onun oğlu, Azərbaycanın milli qəhrəmani 

Mikayıl Cəbrayılovun keçdikləri döyüş yolları Venn diaqramı metodu əsasında müqayisə olunur.  

 

                          Əhmədiyyə Cəbrayılov      oxşar      Mikayıl Cəbrayılov 

                                      ⇩                 ⇩              ⇩ 

 

 



Əhmədiyyə 

Fransanın 

milli 

qəhrəmanidir. 



II Dünya müharibəsi  

zamanı 4 il Fransada 

vuruşmuşdur. 

Onu “Xarqo” 

adlandırırdılar. 

    


     Hər ikisi 

azərbaycanlıdır. 

Hər ikisi milli 

qəhrəmandir. 

Hər ikisi 

faşizmə qarşı 

vuruşmuşdur. 

 

 



Mikayıl 

Əhmədiyyənin 

oğludur. 

Qarabağ uğrunda 

döyüşlərdə şəhid 

olmuşdur. 

Azərbaycanın 

milli 


qəhrəmanidir. 

 

 



 

 

213




 

VII sinifdə “On bir ayın sultanı” mövzusu tədris edilərkən, Ramazan bayramı ilə 8 Mart – Beynəlxalq 

Qadınlar bayramı müqayisə olunur. 

 

          

 

214



                 Orucluq bayramı              oxşar                 8 Mart bayramı 

                      ⇩                     ⇩                     ⇩ 



 

 

 



Orucluq bayramı 

Ramazan ayının sonuncu 

gününə təsadüf edir. 

Orucluq bir ay davam edir. 

Axırıncı gün fitrə çıxarılır 

və bayram edilir. Xəstə 

adamlara oruc tutmaq 

olmaz. Bayram günü 

kasıblara, kimsəsizlərə pay 

verilir. Orucluqda insanlar 

Həcc ziyarətinə gedirlər. 

Orucluq dini bayramdır. İlin 

müxtəlif vaxtlarına təsadüf 

edir. Yəni hər il yerini 

dəyişir. 

 

 

 



 

 

 



 

Hər ikisi bayramdır. 

Hər ikisi insanlar 

tərəfindən sevinclə 

qeyd edilir. 

    


  

 

 



8 Mart 

qadınlar bayramıdır. 

Yerini dəyişmir. Bütün 

Azərbaycan qadınları bu 

günü bayram edir. 8 

Martda qadınlara hədiyyə 

verilir. Nişanlı qızlara 

bayram hədiyyəsi aparılır. 

8 Mart dini bayram deyil. 

 

 



Venn diaqramı metodu əsasında  şagirdləri işlədərkən  əvvəlcədən “işçi vərəqləri” hazırlanmalıdır.  İçşi 

vərəqlərində tapşırıqlar qeyd olunur və bu tapşırıqların yerinə yetirilməsi üçün şagirdlərə vaxt verilir.  

Nümunələrdən də göründüyü kimi, tədris olunan mövzu üzrə Venn diaqramı metodu vasitəsilə müqayisə 

aparılması mövzunun daha yaxşı mənimsənilməsinə  və dərsin daha maraqlı olmasına şərait yaradır.  

 

ƏDƏBİYYAT 

1.

 



Mərdanov M. Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı: islahat prosesinin gedişi, 

problemlər, perspektivlər, prioritetlər // Azərbaycan məktəbi jurnalı, 2001, № 1, s.27-65. 

2.

 

Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasi (Milli Kurikulumu) // “Kurikulum jurnalı, 2008, № 1, 



s.4-35. 

3.

 



Əliyeva A. Rusdilli məktəblərdə Azərbaycan dili dərslərinin səmərəliliyinin yüksəldilməsində müəllim 

bacarıqlarının rolu // ADPU-nun xəbərləri, 2004, № 1, s.42-47. 

4.

 

Əliyeva A. Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından istifadənin xüsusiyyətləri (metodik vəsait). 



Bakı: Mars-Print. 2005, 80s. 

 

О ПРИМЕНЕНИИ ДИАГРАММ ВЭННА ПРИ ОБУЧЕНИИ АЗЕРБАЙДЖАНСКОМУ ЯЗЫКУ В 

РУССКИХ СЕКТОРАХ  

СРЕДНИХ ОБЩЕОБРАЗОВАТЕЛЬНЫХ ШКОЛ 

 

А.Т.АЛИЕВА 



 

РЕЗЮМЕ 

 

Успешное  внедрение  Национального  куррикулума  в  Азербайджанской  Республике  подразумевает  также 



широкое применение интерактивных методов в обучении. В статье приведены особенности широкого применения 

диаграмм  Вэнна  как  одного  из  важных  интерактивных  методов.  Применение  диаграмм  Вэнна  при  обучении 

азербайджанскому  языку  в  русских  секторах  средних  общеобразовательных  школ  значительно  повышает 

эффективность уроков. В статье приведены образцы применения диаграмм Вэнна при изучении грамматического 

материала по словосочетаниям, а также текста «Харго» в IV классе, а также темы «Султан одиннадцати месяцев» 

в VII классе. 

 

 

THE APPLICATION OF VENN DIAGRAMS AT TRAINING THE  



AZERBAIJAN LANGUAGE IN RUSSIAN SECTORS OF AVERAGE  

COMPREHENSIVE SCHOOLS 

 

A.T.ALIYEVA 



 

SUMMARY 

 

 



215


Successful implementation of the National Curriculum in the Azerbaijan Republic also implies wide application of 

interactive methods in study. The article reflects features of wide application of Venn diagrams, as one of the important 

interactive methods. The application of the Venn diagrams at training the Azerbaijan language at Russian sectors of 

average comprehensive schools considerably raises efficiency of lessons. The article elucidates samples of applying Venn 

diagrams at the  study of grammar material on word-combinations, as well as the text «Khargo» in the IV form, and the 

themes of «the Sultan of eleven months» in the VII form. 



 

 

 



216

Yüklə 308,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə