Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 

27

fərdlərin  düşüncəsi  ilə  bir  qrup  alimin,  dəvətçinin  və  bütöv  cəmiyyətin 



düşüncəsi arasında böyük fərq vardır. 

Metodoloji  şüur  anlayışı  yeni  deyildir.  O,  mədəni  şahidliyini 

reallaşdırmaq  üçün  ümmətin  möhtac  olduğu  ənənəvi  məsələdir. 

Həmçinin,  o,  metodoloji  tələbatları  müəyyənləşdirən  ideoloji‐əməli 

xüsusdur. Metodoloji tələbatlar isə davamlı olaraq öyrənilməli, saf‐çürük 

edilməklə tənqidin süzgəcindən keçirilməlidir. Bu, ona görə zəruridir ki, 

metodologiyaya  dair  tədqiqatlar  ümumi  abı‐hava  yaratsın  və 

sonuncunun  əsasında  müsəlmanların  təfəkkürü  və  metodoloji  şüuru 

formalaşsın.  

Seyfəddin  Əbdülfəttah  metodoloji  şüurun  formalaşması  prosesi 

üçün zəruri olan dörd elementin adını çəkir:  

a. Metodoloji islam nəzəriyyəçiliyinin metodlarını dərketmə;  

b.  Mövcud  Qərb  metodologiyasının  imkanlarını  başa  düşüb  onları 

nəzərdən keçirmək;  

v.  Metodoloji  tətbiq  və  islam  nəzəriyyəçiliyinin  mənbələrinə  münasibət 

şüurunu formalaşdırmaq;  

q.  Metodoloji  tətbiqin  çətinliklərini  nəzərə  almaqla  onların  aradan 

qaldırılması yolları haqda düşünmək

1



Qeyd  edilməlidir  ki,  metodoloji  şüur onun  barəsində  yazanların 



əsərlərində  nəzəri  olaraq  qalmamalı,  elmi‐ideoloji  və  təbliği  ixtisas 

sahələrində praktiki metodoloji əməliyyatlar müstəvisinə keçirilməlidir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                 

1

 Seyfəddin  Əbdülfəttah. Hövlə  əl-mənhəciyyə  əl-islamiyyə: müqəddimat və  tətbiqat (İslam 



metodologiyası haqqında: müqəddəm şərtlər və tətbiq sahələri). Beynəlxalq İslam Düşüncəsi İnstitutunun 

12-17 noyabr 1998-ci il tarixində Əmmanda (İordaniya) keçirilmiş III İslam Metodologiyası sessiyasının 

materialları, səh. 5-6. 



 

28

ÜMMƏTİN REAL HƏYATINDA METODOLOJİ  



TƏHRİFİN TƏZAHÜRLƏRİ 

 

 

Müsəlmanların  bir  neçə  əsrdir  ki,  düçar  olduqları  mədəni 

geriliyin  bir  çox  səbəbi  vardır.  Həmçinin,  elə  amillər  də  mövcuddur  ki, 

islahatçıların zəhmətlərinə rəğmən, bu geriliyin davamlılığını təmin edir. 

Bu  problem  tələb  olunan  mədəni  intibaha  səbəb  olacaq  amillərin 

yoxluğu şəraitində daha da qəlizləşir.  

İstər  fərdlər  halında  olsun,  istərsə  də  kollektiv  halda  –  fərqi 

yoxdur  –  müasir  müsəlman  şəxsiyyəti  onu  iş  görməkdən,  nailiyyətlərə 

imza  atmaqdan  məhrum  etmiş  “təhriflər”in  (zədələnmələrin)  əsirinə 

çevrilmişdir.  Yəqin  ki,  bu  şəxsiyyətin  ideoloji  (fikri)  və  psixoloji 

baxımdan  məruz  qaldığı  zədələnmələr  arasında  fərq  qoymağımız 

münasib  olardı.  İdeoloji  zədələnmələr  müsəlmanların  dünya,  həyat  və 

insan  haqda  olan  təsəvvürlərini  formalaşdıran  kompleks  dünyagörüşü 

formasına  münasibətdə  özünü  göstərir.  Bu  dünyagörüşü  bir  neçə 

istiqamət  üzrə  dolaşıqlığa,  acizliyə  və  naqisliyə  düçar  olmuşdur. 

Psixoloji  təhriflərə  isə  iradə  zəifliyi,  təşəbbüskarsızlıq  və  cəsarətsizlik 

daxildir. 

Deməli,  müasir  müsəlman  şəxsiyyətinin  formalaşmasındakı 

təhriflər iki istiqamətdə özünü göstərir: 

a. Kompleks dünyagörüşü formasında ifadə olunan ideoloji istiqamət 

b. İradə zəifliyində ifadə olunan psixoloji istiqamət. 

Zədələnmə  formalarına  bu  iki  istiqamət  üzrə  nəzər  yetirmək  və 

onları  sanballı  təhlili  tədqiqata  cəlb  etmək  faydalı  olardı.  Ancaq  fərd, 

kollektiv və ümmət səviyyəsində müsəlmanların əziyyət çəkdikləri digər 

bir  zədələnmə  növü  də  vardır:  bu  növ  zədələnmə  müsəlman 

şəxsiyyətinin məlum iki tərəfi ilə əlaqəlidir və o, fəhm, şüur və praktika 

məsələlərində müsəlmanların düşüncə metodunda özünü göstərir. Yəni, 

bu,  metodoloji  zədələnmədir  (təhrifdir).  Bu  zədələnmə  forması  ideyanı 

reallığa  çevirmə  və  ya  zehni  qənaətlərdən  həyat  praktikasına  keçmə 

prosesi ilə sıx bağlıdır. 

Heç  bir  şübhə  yoxdur  ki,  real  şəraitdə  ideya  və  fikirləri  praktiki 

müstəviyə  çıxaran  münasib  üsullar  mövcud  olmadıqca  onlar  həqiqi 

dəyərə  sahib  olmur.  Metodoloji  zədələnmənin  təhlükəsi  ondadır  ki, 

gözəl  ideyaların  müəllifləri  onları  real  təcrübəyə  təqdim  etmədə  və 

sağlam metodla onları “ələk”dən keçirmədə aciz olduqları vaxt bu fikir 



 

29

və  ideyalar  əhəmiyyətsiz  şeylərə  çevrilir.  Bəlkə  də  zədələnmə  təkcə  bu 



kimi  acizliklə  məhdudlaşmır;  o,  həmçinin,  elə  yanlış  ideyaların 

doğmasına səbəb olur ki, bu ideyalar da öz növbəsində insanların onları 

lazımınca dərk edib qəbul etmələrinə maneə törədir.  

Aşağıda  metodoloji  zədələnmənin  xüsusi  təzahür  formaları 

göstərilmişdir

1



1.Reallığın dərki və ona münasibətdəki zədələnmə halı 

2.Səbəblərin nəticələrlə əlaqələndirilməsi zamanı ortaya çıxan zədələnmə 

forması    

3.Bütöv və ətraflı yanaşma ilə əlaqədar zədələnmə forması və s. 

 

Reallığın  dərki  və  ona  münasibətdəki  zədələnmə  forması:  bu, 

təbiət və insan reallığına münasibətdə və onları dərk etmədəki üsullarla 

bağlı  zədələnmə  növüdür.  Bu  hal  daha  çox  özünü  reallığa  laqeyd 

münasibət  bəsləyib  reallıqdan  xali  sırf  zehni  təsəvvürlərə  etimadda 

göstərir.  Qeyri‐real  sırf  zehni  təsəvvürlərə  etimad  isə  ya  yunan 

fəlsəfəsinə  əsaslanan  rasional  mücərrədləşmədən,  ya  da  qnostik 

metodun  mücərrədləşməsindən  irəli  gəlmişdir.  Qurani‐Kərim  insan 

ağlını  belə  mücərrədləşmədən  xilas  edərək,  dünyanı  və  insan 

gerçəkliyini  real  şəkildə  dərk  etməyə  yönəltmişdir.  Dünya  və  insanlar 

haqqındakı  ayələr  insan  ağlının  özünə  bilik  və  hidayət,  eləcə  də 

dərketmə mənbəyi hesab etdiyi reallıq formalarını ifadə edir.  

Reallığa  qarşı  laqeydlik  bəzən  həyat  gerçəkliyinə  və  insanın 

ictimai  tələbatlarına  etinasız  yanaşan  dini  asketizmdə,  bəzən  də  ziyalı 

sinfinin  təcrid  olunması  və  ümumi  qayğılardan  uzaq  olması  səbəbi  ilə 

ictimai  reallığın  geniş  sektorlarına  bivec  yanaşan  sosial  asketizmdə 

özünü  göstərir.  Habelə,  “reallıq  asketizmi”  adlandırılan  tərki‐dünyalıq 

növü  də  məlum  laqeydliyi  formalaşdıran  amillərdəndir.  Sonuncunun 

formalaşmasında  isə  real  problemlərin  həllinin  əlçatmaz  olması  və 

nümayəndələrinin  küfrdə  günahlandırılmağa  və  zorakılığa  məruz 

qalmaları səbəbindən reallığın islah edilməsində ümidsizliyə qapılmaları 

rol oynamışdır. 

Reallığa  bu  cür  etinasız  yanaşma  onun  dərk  edilməsində 

təcrübəsizliyə,  təcrübəsizlik  isə  ona  doğru  olmayan  münasibətə  səbəb 

olmuşdur.  Bu  məqamda  qərblilərin  öz  mədəniyyətlərini  uğurla 

                                                 

1

 Əbdülməcid ən-Nəccar. Əvamil əş-şühud əl-həzari (Mədəni şahidlik amilləri). Cild II. Beyrut, “Dar əl-



Qərb əl-islami” nəşriyyatı, 1999, səh. 39-71. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə