Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

 

30

qurduqlarının  səbəbi  aydın  olur.  Belə  ki,  onlar  reallığı  lazımınca 



qiymətləndirmiş,  onun  bütün  tərəflərini  hərtərəfli  şəkildə  dərindən 

araşdırmışlar.  

Müsəlmanların  tərki‐dünyalığı  problemi  daha  da  qəlizləş‐

dirmişdir;  onlar  nəinki  öz  reallığının,  həm  də  regional  və  beynəlxalq 

reallığın qiymət‐ləndirilməsində biveclik göstərmişlər. 

İslam və ümumbəşəri həyat gerçəkliyi məsələsindəki düşüncə və 

davranışın  metodoloji  zədələnməsi  düşüncə  və  münasibət  reallığının 

inkar edilməsi cəhdlərinə səbəb oldu. Bu, adətən mütləq inkarla qurtaran, 

təfsilat və verilənlərə etimad bəsləməyən psixoloji problem idi. 

Bəzi  müsəlman  qrupların  reallığın  dərkindəki  təcrübəsizliyinin 

təzahürlərindən  biri  də  nümunələrdən  (modellərdən)  yapışıb  qalma‐

larıdır. Bu qruplar islam tarixindəki illüziyalı ideal “nümunələr”in xəyalı 

ilə  yaşayır,  reallığı  qoyub  xəyallara  doğru  qaçırlar.  Onların  islah 

metodologiyası  anlayışı  modeldən  ayrı‐ayrı  “hissələr”in  surətlərinin 

çıxarılması,  onların  reallığa  tətbiqi  və  hər  bir  problemdə  sələfi 

modelindən avtomatik olaraq yararlanma ilə məhdudlaşır. 

Təcrübəsizliyin  təzahürlərindən  biri  də  beynəlxalq  reallığın 

müsəl‐manların  bəzi  dini  prinsipləri  başa  düşmələrinə  təsir  göstərməsi 

amilini  nəzərə  almamaqda  öz  əksini  tapır.  Belə  ki,  beynəlxalq  reallıq 

məlum  prinsiplərin  dərkində  müsəlman  şüurunu  fərqli  istiqamətdə 

formalaşdırır,  onların  müasir  gerçəkliyə  uyğun  tətbiqinə  təsir  göstərir. 

Halbuki  ənənəvi  baxışa  görə,  həmin  prinsiplər  ya  nəzəri  dini  mətnləri, 

ya da zaman və məkan baxımından çərçivəli olan tarixi hadisələri ifadə 

edir.  Bu  prinsiplərə  dair  bugünkü  təsəvvürlərin  əksəriyyəti,  əslində 

müsəlmanların  başqalarının  reallığı  çərçivəsində  düşündüklərinin 

inikasıdır. Müasir dövrdə azadlıq, bərabərlik, ədalət və məşvərət məlum 

prinsiplərin  təsisat  tərəflərinə  çevrilmişdir  ki,  müsəlmanların  çoxu  da 

onların öz həyatlarında olmasını arzulayır. Ancaq adıçəkilən prinsiplərin 

qeyri‐müsəlman dünyasında tətbiqinin müsəlmanların həmin prinsipləri 

başa  düşmələrinə  təsir  etməsini  inkar  edən  metodoloji  zədələnmə 

forması da mövcuddur

1



                                                 

1

 Məhəmməd Rəşid Rza. Mənafe əl-urubiyyin və məzarruhum fiş-Şərq - əl-İstibdad (Avropalıların Şərqdə 



qazandıqları  və itirdikləri  şey - istibdad). Cild X. “əl-Mənar” jurnalı,  № 4. hicri 1315, səh. 279-284. 

Dəqiq məlumat üçün bax: səh. 282-283. Orada deyilir: “Şərqlilərin avropalılardan götürdükləri ən böyük 

fayda hökumətlərin necə qurulmasını öyrənmələri və özlərinin də ona sarılmaları idi. Onlar bunun 

sayəsində  şura və  şəriət hakimiyyətini fərdlərə  həvalə olunmuş mütləq hakimiyyət ilə  əvəz etməyə 

sürükləndilər. Yaponiya, ümumiyyətlə, bu cür hakimiyyət arzusuna çatdı. İran da belə hakimiyyət üçün 

işə girişdi. Misir və Türkiyə isə bu yolda qələm və dillə mübarizəyə başladı... Ey müsəlman, nə üçün belə 




 

31

Bəzən  bu  cür  metodoloji  zədələnmənin  toruna ziyalıların  və  adi 



müsəlmanların  qəlblərində  özlərinə  yer  etmiş  bəzi  nüfuzlu  müasir 

alimlər də düşür

1



Müsəlman reallığına laqeydlik Qərb reallığına intibah və tərəqqi 



nümunəsi  kimi  baxan  bəzi  qruplar  arasında  vüsət  kəsb  etmişdir.  Belə 

olan halda metodoloji zədələnmə özünü məlum Qərb nümunəsindən əxz 

edilmiş  islahat  proqramlarında  göstərir.  Bu  proqramlar  müsəlman 

reallığına  tətbiq  edilərkən  sonuncunun  mədəni‐ictimai  xüsusiyyətləri 

nəzərə alınmır. İslahat üsullarının seçilməsindəki bu metodun təhlükəsi 

ondadır  ki,  onun  tərəfdarları  xəlqilik  və  xalqdan  uzaq  olmalarına 

rəğmən,  nüfuz  sahibləri  olub  qərarların  hazırlan‐masında  mühüm  rola 

malikdirlər. 

 

Tapşırıq.    Reallığın  dərki  və  ona  münasibətdəki  zədələnmə  halına  dair 

üç misal gətirin. 



Səbəblərin  nəticələrlə  əlaqələndirilməsi  zamanı  ortaya  çıxan 

zədələnmə  forması:  bu  zaman  səbəbiyyət  (kauzallıq)  qanununa  və  ya 

eyniadlı  anlayışa  əhəmiyyət  verilmir,  məsələ  ilə  bağlı  ağlasığmaz 

əfsanəvi  izahlara  baş  vurulur.  İslamda  səbəbiyyət  dedikdə  dünyanın 

ilahi kreasionizmində və ondakı münasibətlərin tənzimlənməsində təbii, 

ictimai  və  psixoloji  qanunlar  nəzərdə  tutulur.  İnsanın  təbiətlə  əlaqəsini 

tənzimləyən  şeylər  iradəcə  mümkün  və  qeyri‐mümkün  səbəblərdir.  Bu 

səbəblər  keçmiş  qanunlardır  və  dəyişilməzdir.  Yalnız  Allah  təala  onları 

müəyyən  vəziyyət  və  məqsədlər  üçün  dəyişə  bilər.  Həmçinin,  onlar 

bəşəri məsuliyyət və götür‐qoy etməkdən asılı deyillər.  

Səbəbiyyət  və  ona  münasibətdəki  metodoloji  zədələnmə  Allaha 

təvəkkül  bəhanəsi  ilə  səbəbləri  nəzərə  almamaqda  özünü  göstərir.  Bu 

                                                                                                                   

bir hakimiyyət formasını dinimizin ana sütunlarından hesab edirsən? Biz hakimiyyəti Açıq-aşkar 

Kitabdan və Raşidi xəlifələrinin həyatından əxz etmişik, avropalılarla birgə yaşayışdan deyil! O insanların 

(avropalıların – mütərcim) vəziyyətindən ibrət götürmüş olsaydınız, sən və sənin kimilər bunun islamdan 

olmasını fikirləşməzdilər və belə bir şeyin qurulmasına  ən son çağıranlar Astanadakı, Misir və 

Mərakeşdəki din xadimləri olardılar. Onların, məhz onların  əksəriyyəti hələ  də  fərdlərin istibdad 

hakimiyyətini dəstəkləyir...”.   

1

 Buna misal kimi Qərb cəmiyyətində  ərləri müsəlman olmayan qadınların barəsində  çıxarılmış fitva 



“təkamülü”nü göstərmək olar. Bundan qabaq alimlər heç bir dini mətnə baş vurmadan və tarixi 

presedentləri araşdırmadan ənənəvi fitvalara əl atırdılar. Ancaq nə vaxt ki, vəziyyət mürəkkəbləşib suallar 

çoxaldı, məsələyə dair ənənəvi olaraq fitva verməyə tələsən bəzi alimlər ayaq saxladılar. Onlar belə bir 

qənaətə  gəlmişdilər ki, ortada çıxış yolu tələb edən problem mövcuddur. Bunun üçün onlar sələf 

nümunəsindən presedentlər axtarmağa başladılar. Belə bir presedentlər tapılsa da onlar yeni fitvalara olan 

ehtiyacı hökm çıxarmanın ümumi prinsipləri ilə  əsaslandırmağa çalışdılar. Halbuki məhz tarixi 

presedentin tapılması onları yeni fitvalara baş vurmağa sövq etmişdi.   



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə