Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

 

32

zaman elə güman edilir ki, Allah əməllərin yeganə törədicisidir və buna 



görə  də  səbəblərə  güvənmək  etiqada  ziddir.  Eləcə  də  zənn  edilir  ki, 

nəticələr  səbəb  və  müqəddəm  şərtlərin  “məhsul”u  deyildir  və  onlar 

yalnız  Allahdandır;  bu  da  öz  növbəsində  nəticələrə  görə  cavabdehlik 

hissini  öldürür.  Həmçinin,  səbəbləri  nəticələr  daxilində  yeganə 

“funksioner” hesab edib ilahi fəaliyyəti rədd etməklə məsələnin “qeyb” 

tərəfini nəzərə almamaq da metodoloji zədələnmənin bir təzahürüdür. 

Sözügedən zədələnmə növü təbiətin və cəmiyyətin təzahürlərinə 

münasibətdə  səbəblərə  etinasız  yanaşma  zəifliyinin,  təhlildə,  təsnif  və 

sistemləşdirmədəki  məntiqi  ardıcıllıqlarda  təmsil  olunan  tədqiqat 

şüurunun  zəifliyini  göstərən  “simptom”dur.  Məntiqi  ardıcıllığa 

əsaslanan  tədqiqat  şüuru  hər  hansı  bir  problemin  müxtəlif  tərəfləri 

arasındakı səbəbiyyət əlaqəsinin müəyyənləşdirilməsinə kömək edir. Bu 

da öz növbəsində doğru fəhmə və həllə imkan yaradır. 

 

Tapşırıq. Səbəbiyyət zədələnməsinə dair üç misal deyin. 

 

Bütöv  və  ətraflı  yanaşma  ilə  əlaqədar  zədələnmə  forması

sağlam metodologiya tələb edir ki, hər hansı bir problemə baxış aidiyyəti 

və  ətraflı  olmalıdır.  Belə  olan  təqdirdə  problemin  müəyyən  tərəflərini 

həm  öz  aralarında,  həm  də  başqa  oxşar  tərəflərlə  əlaqələndirmək 

mümkün  olacaqdır.  Bu  cür  münasibətin  sayəsində  tədqiqatçı  ümuma 

onun  detalları  çərçivəsində  baxır,  problemin  xüsusiyyətlərinə  müxtəlif 

nöqteyi‐nəzərlərdən yanaşır, nəticələri düzgün qiymətləndirir.  

Hər  hansı  bir  problemə  islam  baxımından  münasibət 

metodologiyasının ətraflılıq xüsusiyyəti qeyb aləmi ilə görünən dünyanı, 

xeyirlə şəri, işin reallığı ilə nəticələrin nəzərə alınmasını, yerli gerçəkliklə 

onu çulğalayan təcili və sonrakı nəticələri bir‐birinə uyğunlaşdırır.  

Bu  sayaq  zədələnmə  problemin  yalnız  bir  tərəfini  nəzərə  alan 

naqis  münasibətdən  doğur.  Bəzən  isə  dar  çərçivədə  və  məhdud 

informasiya əsasında həqiqət axtarışına çıxmaq və ənənəvi mədəni irslə 

kifayətlənib yenilikləri nəzərə almamaq məlum növ zədələnməyə səbəb 

olur.  Mədəni  irsə  dar  münasibət  o  deməkdir  ki,  fiqhlə  bağlı  məsələlər 

nəzərə  alındığı  halda  Quranda  və  Sünnədəki  təsisetmə  mənbələrinə 

etinasızlıq göstərilir. Dini mətnlər və törəmə məsələlər (füruat) öyrənilir, 

varlıq  aləmi,  güzəranlıq  və  yaşayış  məsələlərində  tətbiq  və 

yolgöstərənlik  unudulur.  Yalnız  bir  məzhəbdən  yapışılır,    daha  dərin 




 

33

fəhmə, dinə və məqsədlərinə dair geniş təsəvvürə malik digər məzhəblər 



yaddan çıxır.  

Zaman  anlayışına  dar  çərçivədə  münasibət  də  naqis  və 

qəbuledilməz  məsələdir.  Dinin  hökmlərindən  biri  tətbiq  edilərkən 

zaman  anlayışına  geniş  mənada  toxunmaq  lazımdır.  Hökmün  tətbiqi 

zamanı  ibrət  götürülsün  deyə  keçmişə,  hökmlə  bağlı  problemlər  həll 

edilsin  deyə  hal‐hazıra,  hökmün  nəticələri  bəlli  olsun  deyə  gələcəyə 

nəzər  salmaq  olduqca  zəruridir.  Yəqin  ki,  bu  məsələdə  diqqəti  ən  çox 

cəlb  edən  cəhət  gələcəyi  hissetmə  və  planlaşdırmada  onun  tələblərini 

qiymətləndirə  bilməmə  acizliyidir.  Əslində,  ictihad  zaman  kəsimlərini 

bir‐biri  ilə  əlaqələndirilməsi  deməkdir.  İctihadda  zaman  məfhumunun 

fövqündə duran vəhydən də istifadə edilir ki, yeniliklərin həlli mümkün 

olsun.  Həmçinin,  bu  zaman  əvvəlki  nəsillərin  ictihadları,  indiki  həll 

yolunun gələcəkdə hansı nəticələr verəcəyi nəzəri alınır.  

Problemlərə  dair  hökmlərin  qiymətləndirilməsi  üçün  həmin 

problemlərə  dar  yanaşmaq  və  onların  naqis  tədqiqi  özü  də  məlum 

zədələnmə  növündəndir.  Bu,  problemlərin  təhlili  ilə  yanaşı,  real 

imkanlar  və  tələbatlar  prizmasında  onlara  dair  hökmlərin  və 

prioritetlərin  müəyyənləşdirilməsinin  əqli  yanaşma  zədələnməsidir. 

Dinin  ana  məsələlərini,  dəvətin  və  reallığın  tələblərini  nəzərə  almadan 

əxlaqa  və  davranışa  dair  ayrı‐ayrı  halların  məqamını  yüksəltməklə 

yalnız  onlardan  yapışmaq  və  onları  dəvət  və  əməldə  məhəkdaşı  hesab 

etmək böyük səhvdir. Bu, dinin ana məsələlərinə və dəvətin özünə zərər 

vurur.  

Bəzi fərdlərin və qrupların mühüm hesab etdikləri məsələlərdən 

bərk  yapışması  parçalanmaya  və  ixtilafa  səbəb  olur;  bəzi  törəmə 

məsələlərin  (füruat)  müəyyənləşdirilməsi  ixtilaf  alovunu  qızışdırır;  bəzi 

fəaliyyət  vasitələrinə  dair  ictihadlar  müsəlmanların  vəhdəti,  ümmətin 

tərəqqisi  və  dinin  şanının  ucaldılması  üçün  cəhdlərin  birləşdirilməsi 

kimi əhəmiyyətli məsələləri heç edir.  

 

Tapşırıq. İslam reallığında bəsit bir məsələnin mühüm hesab edilməsinə 

dair  bir  nümunə  söyləyin.  İzah  edin  ki,  ona  hərtərəfli  şəkildə  necə 

münasibət bəslənilməlidir?  

 

Bütöv və hərtərəfli baxışın yoxluğundan irəli gələn bu zədələnmə 



halları  ölçüsünə  və  əhəmiyyətinə  görə  şeylərin  həqiqi  qiymət‐

ləndirilməsinə  əngəl  törədir;  cüzi  və  əhəmiyyətsiz  olan  şeylər 




 

34

əhəmiyyətli  və  bütöv  şeylər  kimi  nəzərdən  keçirilir.  Kompleks 



münasibətin  xüsusiyyətlərindən  hesab  edilən  müqayisə  metodundan 

qiymətləndirmə  zamanı  istifadə  edilmədikdə  əşya  və  hadisələrin 

tarazlaşdırılmasında problemlər yaranır. Müqayisə ona görə lazımdır ki, 

ən  mühümlə  mühüm  olan,  zərərli  ilə  ən  zərərli  olan,  faydalı  ilə  ən 

faydalı  olan  bir‐birindən  fərqlənsin.  Eləcə  də  müqayisə  aparılmadıqda 

əhəmiyyət və ümmətin mənafeyi baxımından ən vacib olan məsələlərin 

müəyyənləşdirilməsində  çətinliklər  ortaya  çıxır,  prioritetlərə  münasi‐

bətdə savadsızlıq baş alıb‐gedir.  

Özlərinin  ideoloji  və  əməli  reallıqlarında  müsəlmanların 

gerçəklik,  səbəbiyyət  və  hərtərəflilik  prinsiplərini  dərk  etmədə  yol 

verdikləri metodoloji səhvlər tələb olunan mədəni islam intibahına əngəl 

törədən mühüm maneələrdir. 

 

Praktik məşğələ ‐ müzakirə

Müzakirə iştirakçıları dörd qrupa bölünürlər: 

Birinci qrup reallığın dərki və ona münasibətdəki metodoloji zədələnmə 

formasını müzakirə edir və ona dair 6 misal gətirir. 

İkinci  qrup  səbəblərin  nəticələrlə  əlaqələndirilməsi  zamanı  ortaya  çıxan 

metodoloji zədələnmə halını müzakirə edir və 6 misal gətirir.  

Üçüncü  qrup  bütöv  və  ətraflı  yanaşma  ilə  əlaqədar  metodoloji 

zədələnmə formasını müzakirə edir və altı misal gətirir.  

Dördüncü  qrup  isə  yuxarıdakı  üç  zədələnmə  növündən  savayı  digər 

zədələnmələrə  aid  üç  təzahür  forması  göstərir  və  hər  bir  zədələnmə 

növü ilə əlaqədar iki misal gətirir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə