Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

 

40

sıra problemlərin həllində dar mövqedən çıxış etmişdir. Məsələn, buraya 



Quranda  nəsx

,  bəzi  maliyyə  və  iqtisadiyyat  münasibətləri  (faiz  (riba)) 



və s. daxildir. Əbu Süleymana görə, bu metodologiyanın özünün həqiqi 

funksiyasından  məhrum  olmasının  səbəbi  siyasi  və  sosial  arenada 

müsəlmanlara  sirayət  edən  erkən  problemlər  olmuşdur;  sultanlar 

ümumi hakimiyyəti və siyasəti bütövlüklə ələ keçirmiş, alimlər ümmətin 

ümumi  problemlərinin  həlli  ilə  məşğul  olmaqdan  vaz  keçməklə,  ya  da 

keçirdilməklə  real  həyata  tətbiqdən  təcrid  olunmuş  fiqh  və  düşüncə 

problemlərinə baş vurmuşlar. Bunun da nəticəsində şüurlara yamsılama 

hakim olmuş, rasional yaradıcılığa son qoyulmuşdur. 

 

Müzakirə mövzusu.  

1.İslam  tarixinin  erkən  dövrlərində,  bilik  mənbələri  sayılan  vəhy  və 

varlıq aləmi arasında vəhdət necə təmin olunmuşdu? 

2.Bu  vəhdət  o  dövrün  yeni‐yeni  problemlərinin  həllinə  qadir  islam 

metodologiyasının təsis edilməsində hansı rola malik idi? 

 

Mütəfəkkirlərdən  Ləuy  Safi  müasir  islam  mədəniyyəti  və 



düşüncəsinin  inkişaf  etdirilməsi  üçün  tələb  olunan  islam  metodolo‐

giyasına olan ehtiyaca dair müfəssəl bir kitab yazmışdır

1

. Mütəfəkkir bu 



kitabın  birinci  fəslində  üç  əsas  məsələdən  söhbət  açır:  a.  məlum 

metodologiyaya  olan  ehtiyac;  b.  bu  metodologiyanın  inkişafındakı 

çətinliklər; v. sözügedən metodologiyaya dair məsələlər.  

Safi tələb olunan islam metodologiyası anlayışına məna verərkən 

tədqiqatçıların islam meyarları və maraqları ilə səsləşən formada istifadə 

etdikləri  elmi  üsulların  mövcudluğundan  çıxış  edir.  O  düşünür  ki, 

metodologiya  axtarışına  bəraət  qazandıran  əsas  xüsus  elmi  tədqiqatın 

obyektivliyinə və bitərəfliyinə olan tələbatdır. Mütəfəkkir güman edir ki, 

tədqiqat  metodlarından  (o  cümlədən  sırf  texniki  metodlardan)  istifadə 

şərtləri onların sırf texniki şərtlər olması mənasına gəlmir. Frensis Bekon 

və  Dekartdan  başlayaraq  indiyədək  hakim  olan  Qərb  metodologiyası 

                                                 

  Nəsx: bu və ya digər ilahi hökmün qüvvədən düşdüyünü ifadə edən dini termin. Və ya belə demək 



mümkündür: nəsx sonrakı dini mətnlə (ayə) ilə  əvvəlki hökmlərin qüvvədən salınmasıdır. Belə ki, bu 

prosesdə iki qəbil ayə çıxış edir. Bunlardan birincisi “nasix” ayələrdir ki, onlar digər ayələrin hökmünü 

qüvvədən salır. İkinci qəbil ayələr isə “mənsux” adlanır və digər ayələrlə qüvvədən salınmış ilahi kəlam 

hesab edilir – mütərcim 

1

 Safi Louay. The Foundation of Knowledge: A comparative Study in Islamic and Western Methods of 



Inquiry. Kuala Lumpur , Malaysia: International Islamic University and the International Institute of 

Islamic Thought. 1996.  




 

41

hələ  də  mənbəyini    pozitivist  obyektivlik  və  moralizmdən  götürən 



xüsusiyyətlərə  malikdir.  Hətta  bir  çox  Qərb  sosioloğu  moralizmdən 

uzaqlaşsalar da biz onlarda tənqidçiləri sakitləşdirəcək həcmdə tədqiqat 

standartları baxımından ciddi dəyişiklərin şahidi olmuruq

1



Safi,  kitabının  digər  fəsillərində  keçmişdə  islam  alimlərinin 

istifadə  etdikləri  fiqhin  fundamental  məsələlərinə  (Üsul  əl‐Fiqh)  və 

analogiya  metoduna  (qiyas)  əsaslanan  ənənəvi  və  təqlidçi  islam 

metodologiyasının  tənqidi  təhlilini  aparır.  Mütəfəkkir  eyni  münasibəti 

sosial  elmlərdə  tətbiq  edilən  və  əsasən  də  təbiət  elmlərindən 

qaynaqlanan müasir Qərb metodologiyasına da bəsləyir.  

Safi  kitabının  sonuncu  fəslində  birləşdirici  metodologiyanı 

təqdim  edir  və  bildirir  ki,  o,  vəhyi  biliyin  əsas  mənbəyi  sayma  ilə  dini 

mətnlərin,  hadisə  və  təzahürlərin  təhlili  vasitələrinin  və  üsullarının  

təkmilləşdirilməsi  arasındakı  bütövlüyə,  birliyə  əsaslanır.  Sözügedən 

üsullar  təqlidçi  islam  və  müasir  Qərb  metodologiyasına  aid  tarixi 

təcrübədən  hasil  ola  bilər.  Ancaq  tədqiqatçı  bu  üsullara  əlavə  izah 

verməməli, onlara dair misallara baş vurmamalıdır

2

.  



 

Tapşırıq.  Dini  mətnlərin,  hadisə  və  təzahürlərin  təhlili  üçün  yeni 

vasitələrə  dair  elə  misallar  gətirin  ki,  onlar  müasir  islam 

metodologiyasının inkişafında rola malik olsunlar. 

 

Müasir  dövrdə  islam  irsi  tədqiqatçılarının  çoxu  metodologiya 



dəliyindən  içəriyə  sızaraq,  bu  irsi  “şikəst”  etmiş,  qol‐budağını 

sındırmışdır.  Bu,  o  zaman  baş  vermişdir  ki,  həmin  tədqiqatçılar  islam 

təfəkkürünə yad metodları “icarə”yə götürərək, dinin sabit prinsiplərinə 

zidd mənbələr təsis etmişlər. Onlar ölü ünsürlərdən xilas olması üçün nə 

irsin  sağlam  tarixi  tənqidini  verə  bilmiş,  nə  də  müasir  islam  reallığının 

islahı  üçün  ondan  canlı  elementlər  hasil  etmişlər.  Bu  məqamda  Taha 

Əbdürrəhman  yad  mədəniyyətlərdən  nəql  edilmiş  metodo‐logiyadan 

istifadə  etməklə  islam  irsini  araşdıranların  çoxluğundan  şikayətlənir. 

Bildirir  ki,  mədəni  təcrübənin  ortaya  qoyduğu  metodologiyadan 

yapışmaq  daha  yaxşı  olardı.  Bu  metodologiyaya  yenidən  sahib  olmaq 

üçün  bir  sıra  nəzəri  və  praktik  prinsiplərə  əməl  etmək  lazımdır.  Bu 

prinsiplərin  ən  mühümlərinə  isə  müxtəlif  elm  sahələri  üzrə  qabaqcıl 

                                                 

1

 Yenə orada, səh. 5. 



2

 Yenə orada, səh. 192.  




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə