Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 

42

islam  alimləri  və  ideoloqlarının  metodları  haqda  hərtərəfli  biliyə  sahib 



olmaq  daxildir.  Həmçinin,  tədqiqatçıya  təqlid  və  nəzəri  iqtibas 

mərhələsini  adlayıb  metodqoyma  və  nəzəriyyəçilik  müstəvisinə  çıxmaq 

imkanı  verən  yeni  metodlar  haqqında  zəngin  informasiya  toplamaq 

sözügedən mühüm prinsiplərdən hesab edilir

1

.  


Məhəmməd  Hüseyn  Fəzlullah

  novatorluğa  olan  ehtiyaca 



metodoloji  aspektdən  toxunur  və  qeyd  edir  ki,  əvvəlki  müsəlman 

alimləri özünəməxsus üsul fikirləşiblərmiş. “Bu üsul onların yaşadıqları 

və  təsirləndikləri  reallığa  və  o  dövrdə  hakim  olan  mədəniyyətə  dair 

düşüncə  metodlarını  tənzimləyirdi.    Onlar  özlərinin  mədəni  rollarını 

layiqli şəkildə oynaya bilmişdilər. Ancaq bu, o demək deyildir ki, onların 

metodu  zamanın  sirayət  edə  bilmədiyi  mütləq  həqiqət  metodu 

olmuşdur.  Əksinə,  bu,  məhdud  xüsusiyyətlərə,  meyar  və  imkanlara 

malik  insan  təcrübəsinin  məhsulu  idi.  Biz  elə  yeni  təcrübələrə  baş  vura 

bilərik  ki,  onlar  bir  çox  anlayışı  dəyişib  yeni  nəticələr  hasil  edə  bilər”. 

Şeyx  Fəzlullah  əvvəlki  nəsilləri  tərifləyən  ənənəvi  məşhur  “Əvvəlkilər 

sonrakılara  heç  nə  qoymayıblar”  ifadəsinə  tutarlı  şəkildə  qarşılıq  verir: 

“Birincilər sonrakılara nəyi miras buraxmayıblar ki!”  

Şeyx  Fəzlullah  novatorluğun  irsdən  uzaqlaşma  olduğunu 

düşünənlərə  üzünü  tutaraq  bildirir  ki,  əslində  novatorluq  irsi  yenidən 

dərk  etmək  olub  metodologiyanın  ana  qaydalarına  əsaslanan  ictihad 

təcrübələri  vasitəsi  ilə  onun  inkişaf  etdirilməsi  deməkdir.  Çünki  bu 

zaman  dini  bazanı  təşkil  etdiyi  üçün  əsas  islami  mənbələrin  həqiqi 

mənası  təhrif  edilmir.  Keçmiş  və  müasir  alimlər  fiqhi  məhsuldarlıq  və 

metodologiyada  yuxarıdakı  həqiqi  mənanı  həmişə  nəzərə  almışlar... 

Novatorluq  keçmişin  devrilməsinə  əsaslanan  düşüncə  tərzi  deyildir. 

Əksinə,  o,  keçmişə  yenidən  nəzər  salmaqdır  və  buradakı  məqsəd  dini 

mətnlərin başa düşülməsində yeni və köhnə metodlar arasında mövcud 

olan  fikir  ayrılığından  dolayı  yeni  metodoloji  üsulla  keçmişi  təkrarən 

dərk etməkdir. Fəzlullah ictihad və novatorluğun asanlaşdırılması üçün 

kollektiv  cəhdləri  özündə  birləşdirən  yollar  və  mexanizmlər  təklif  edir. 

Bildirir ki, belə kollektiv fəaliyyət bir qrup mütəkəllim

, fundamentalist, 



fəqih  və  filosofdan  ibarət  ideoloqlar  tərəfindən  reallaşmalıdır.  O 

                                                 

1

 Taha  Əbdürrəhman. Təcdid əl-mənhəc fi təqvim  ət-turas (İrsin təshihində metodologiya novatorluğu). 



Beyrut, “Ərəb” Mədəniyyət Mərkəzi, 1994, səh. 19-20. 

  Şeyx Fəzlullah təkcə  şiə-islam dünyasında deyil, həm də müasir şiə-islam hərəkatında özünəməxsus 



çəkiyə və təsirə malik mütəfəkkir alimdir. 

 Mütəkəllim:  əcnəbi, yad cərəyan və ideologiyalar qarşısında İslamı müdafiə etmək məqsədi ilə dinin 



etiqad prinsiplərini rasional baxımdan izah edən alimlər; müsəlman sxolastikləri – mütərcim 


 

43

ideoloqlar ki, yeni elmi üsulla novatorluq hərəkatını qurmaq məqsədilə 



forma  və  məzmun  baxımından  metodları  tədqiq  edirlər.  Şeyx  Fəzlullah 

hesab edir ki, fərqli sahələr üzrə müctəhid və ideoloqların mövcudluğu 

fikirlərin,  metod  və  üslubların  bütövləşməsinə  zəmin  yaradacaqdır. 

Bununla da Qurana, həll və metodlara dair novatorluq hərəkatı müxtəlif 

tərəfləri  bir  proqram  əsasında  birləşdirəcək  fərqli  mövqedən  çıxış 

edəcəkdir . Alim bu məqamda diqqəti hər bir məsələdə müzakirə və söz 

azadlığına  imkan  yaradacaq  elmi  konfransların  çağırılmasına  yönəldir: 

“Aydın  şəkildə  görünür  ki,  islam  düşüncəsi  reallığı  hələ  də  hərəkat 

baxımından  fərdə  tabedir.  O,  hələ  də  öz  anlayış  və  təsəvvürlərini  zorla 

qəbul etdirən hakim abı‐havanın təsirindən xilas ola bilməyib. Bunun da 

nəticəsində aparıcı mütəfəkkirlər özünəqapılma xəstəliyinə tutulmuş və 

“təqiyyə”  yolu  ilə  mövqe  nümayiş  etdirməyə  məcbur  olmuşlar.  Çünki 

onlar  elmi  kütlənin  və  ya  belə  demək  mümkünsə,  xalq  kütləsinin 

təzyiqlərindən çəkinirlər”. 

Novatorluğun  zəruri  olduğu  sahələrə  gəlincə,  Şeyx  Fəzlullah 

kəlamın,  fiqhin  və  dinin  fundamental  məsələləri    elminin  (elm  əl‐Üsul

adını  çəkir.  Çünki  bu  sahələrə  aid  düşüncə  leksikası  əvvəlki  dövrlərin 

məhsuludur.  Həmçinin,  novatorluq  leksikasının  əksər  hissəsi  zamanın 

istehlak etdiyi islam hərəkatları üçün də zəruridir

1



Taha  Əbdürrəhman  göstərir  ki,  müsəlmanlar  ciddi  metod 

çatışmazlığından  əziyyət  çəkirlər

2

.  İslam  metodologiyasına  yenidən 



nəzər  salmağa  meylli  olanlar  belə,  kəlam  alimlərinin  vaxtı  ilə  sahib 

olduqları  qabiliyyətlərə  malik  deyillər.  Tarix  boyu  kəlam  alimləri 

rasional  metodları  dəqiq  şəkildə  tətbiq  etmiş,  məntiqi  dəlillərdən 

düzgün şəkildə yararlanmışdılar. Mütəfəkkir bildirir ki, islam etiqadına 

zidd  tendensiyalarla  və  ifrat  rasionallığa,  materializmə  əsaslanan  fəlsəfi 

cərəyanlarla  mübarizədə  kəlam  alimlərinin  rolunu  heç  kəs  inkar  edə 

bilməz.  Belə ki,  tədqiqat obyekti  kimi  islam  etiqadının  əsaslarını  seçmiş 

kəlam  elminin  metodologiyası  əqli  mühakiməyə  və  polemikaya 

əsaslanırdı. Bundan çıxış edən mütəfəkkir müasir dünyada tüğyan edən 

                                                 

1

 Məhəmməd Hüseyn Fəzlullah.  əl-Əsalə  vət-təcdid (Orijinallıq və novatorluq). “əl-Minhac” jurnalı 



(Livandakı “əl-Qədir” mərkəzinin buraxdığı mövsümi jurnal). № 1/2. 1996, səh. 59-73. 

2

 Taha  Əbdürrəhman. Fi təqvim  əl-mənhəciyyə  əl-məntiqiyyə li-elm əl-kəlam min xilal məsələ  əl-



mümasələ fil-xitab əl-kəlami (Kəlamsayağı müraciətdəki analogiya vasitəsi ilə  kəlam elminin məntiq 

metodologiyasının saf-çürük edilməsinə dair). “əl-Mənhəciyyə  əl-islamiyyə  vəl-ülum  ən-nəfsiyyə  vət-

tərbəviyyə” (İslam metodologiyası  və psixoloji-pedaqoji elmlər) kitabından.  ət-Təyyib Zeynəlabidinin 

redaktəsi ilə. Herinden, “Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri. 1-ci nəşr. Cild II. 1992, səh. 

203-243. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə