Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

 

46

bütövlük  əlamətlərinə  gəlincə,  Ülvani  onları  struktur  bütövlüyü  deyil, 



mövzulararası bütövlük hesab edir. 

 

Tapşırıq.  Qurani‐Kərimdəki  struktur  və  mövzulararası  bütövlük 

arasında nə kimi fərq vardır? Fikrinizi iki misal əsasında izah edin. 

 

Yəqin  ki,  metodologiyanın  öyrənilməsini  zəruri  edən  səbəb‐



lərdən  biri  də  həmin  terminin  özünün  qeyri‐dəqiqliyi  və  müasir 

istifadədə  müxtəlif  semantikliyə  malik  olmasıdır.  “Metod”  və 

“metodologiya” anlayışlarına sirayət edən bu qeyri‐dəqiqlik və yanlışlıq 

klassik  dövrün  müsəlman  mütəfəkkirlərinin  bəzi  əsərlərində  də  özünü 

büruzə verir

1

.  



Məlum  məfhumların  qeyri‐dəqiqliyi,  həmçinin,  sözügedən 

kəlmələrin  işləndiyi  müxtəlif  mənalarda  da  öz  əksini  tapıb.  Belə  ki, 

bəzən  “metod”  və  “metodologiya”  məfhumlarının  mənası  biliyin  əldə 

edilməsi üçün idrak vasitələri olan analogiya (qiyas), induksiya (istiqra

və  deduksiya  (istinbat)  kimi  elmi‐məntiqi  əməliyyatlarla  məhdud‐

laşdırılır. Bəzən də sözügedən anlayışlarla araşdırma mərhələləri ərzində 

tədqiqatçının istifadə etdiyi praktik icra vasitələrinin və ardıcıllıqlarının 

məcmuyu  nəzərdə  tutulur.  “Metod”  terminini  bu  və  ya  digər  tədqiqat 

çərçivəsində  obyektiv  problemlərin  ortaya  qoyulması  üsulu  kimi  də 

nəzərdən keçirənlər vardır. Belə olan halda bu üsul ondan istifadə edən 

tədqiqatçının  gizli  ideoloji  və  nəzəri  məqsədindən  xəbər  verən  xüsus 

kimi  başa  düşülür.  Bəzən  isə  islam  metodologiyasına  fiqh,  hədis,  təfsir 

və  digər  islam  elmlərinə  münasibət  forması  kimi  nəzər  salırlar.  Bu 

metodologiyanın  tarixinə  nəzər  saldıqda  görürük  ki,  fundamentalistlər, 

mütəkəllim və qrammatiklər islamla üst‐üstə düşməyən metodlara sahib 

olmuşlar


2

.  


Bu 

layihəyə 

mühafizəkar 

münasibət 

bəsləyənlər 

onun 


metodologiya  probleminə  olan  böyük  marağını  tənqid  edirlər.  Biz 

burada  həmin  mühafizəkarların  metodologiyanın  tədqiqinin  əhəmiy‐

yətinə  bəslədikləri  iki  münasibət  formasına  toxunmaqla  kifayət‐

lənəcəyik.  Hesab  edirik  ki,  bu,  daxildən,  içdən,  müsəlmanların  öz 

                                                 

1

 Həsən  Əbdülhəmid  Əbdürrəhman.  əl-Mənhəc fin-nəsəq  əl-fiqhi  əl-islami (İslam fiqhi sistemində 



metod). “əl-Mənhəciyyə  əl-islamiyyə  vəl-ülum  ən-nəfsiyyə  vət-tərbəviyyə” (İslam metodologiyası  və 

psixoloji-pedaqoji elmlər) kitabından.  ət-Təyyib Zeynəlabidinin redaktəsi ilə. Herinden, “Beynəlxalq 

İslam Düşüncəsi İnstitutu”nun nəşrləri. 1-ci nəşr. Cild II. 1992, səh. 103-177. 

2

 Yenə orada, səh. 106-107. 




 

47

aralarından  gələn  tənqiddir.  Digər  münasibət  formaları  haqda  təfsilatlı 



danışmaq isə başqa söhbətin mövzusudur

1



Birinci  münasibət  mərhum  Fəzlürrəhmanın  münasibətidir.  O, 

məfkurənin  islamlaşdırılması  məsələsinə  münasibət  bildirərkən  insanın 

düşüncə  metodunu  və  biliyin  yaranması  mexanizmini  özünəməxsus 

şəkildə izah edir; alim hesab edir ki, biliyin yaranması elə bir qeyri‐dəqiq 

üsulla  baş  verir  ki,  onu  öyrənmək  mümkün  deyildir.  Biliyin  istehsal 

edilməsi ilə əlaqədar bəzi filosofların söz açdıqları üsullar isə təsviri olub 

real deyildir. Mühüm olanı mütəfəkkirlərin formalaşmasıdır. Onların nə 

ilə,  hansı  yolla  fikirləşməsinə  lüzum  yoxdur.  Əsas  olanı  budur  ki, 

zehinlər formalaşsın. Onların necə düşünməsi isə mühüm deyildir. Hər 

bir  halda  tələb  olunur  ki,  alim  və  mütəfəkkirlər  eyni  vaxtda  həm 

Müsəlman  həm  də  Qərb  düşüncə  mirasının  tənqidi  təhlilini  apara 

bilsinlər.  Elmin  özünə  deyil,  məhz  alimlərə  diqqətin  yetirilməsi  ondan 

irəli gəlir ki, elmin islamlaşdırılması üçün mexaniki yol mövcud deyildir. 

Əgər  insana  Quranın  münasib  bildiyi  yolla  getmək  müyəssər  olarsa, 

biliyin istehsal edilməsi mərhələsi başlayar. Bu zaman isə insan İslam və 

Qərb irsini qiymətləndirə, saf‐çürük edə biləcəkdir

2

. Mübahisəsiz demək 



mümkündür  ki,  məfkurənin  (eləcə  də  biliyin)  islamlaşdırılması  tarixi 

islam  irsini  və  müasir  Qərb  mirasını  təhliletmə  qabiliyyətinə  imkan 

verən  düşüncə  metodologiyası  tələb  edir.  Müasir  islam  alimlərinin  bu 

qabiliyyətə  sahib  olmaları  olduqca  zəruridir.  Elə  isə  onları  məlum 

metodologiya  üzrə  təlimləndirmək  lazımdır  ki,  müstəqil  və    yaradıcı 

tənqidi‐analitik  düşüncə  bacarığına  malik  olsunlar.  Müsəlman 

zehniyyətini  tənqid  və  yaradıcılıq  qabiliyyəti  ilə  təmin  etmədikcə 

məfkurənin  islamlaşdırılmasını  təfsilatı  ilə  reallaşdırmaq  mümkün 

deyildir. 

Fəzlürrəhmanın  elmin  deyil,  alimlərin  islamlaşdırılmasının 

zəruriliyinə  çağırması  məntiqidir.  Çünki  elmi  istehsal  edənlər  alimlərin 

özləridir.  Mütəfəkkirlər  də  ideya  və  fikirlərin  istehsalçısıdırlar.  Əgər 

tələb olunan faydalı və mühüm fikirlər ortaya atılmazsa, bütün bunların 

mənası yoxdur. Əgər mütəfəkkir tələb olunan fikrin sağlam meyarlarını 

və onu əldəetmə metodologiyasını öyrənməzsə, həmin fikri necə istehsal 

edə  bilər  axı?  Eləcə  də  zehinlər  müəyyən  qəliblərə  salınacaq  “əşyalar” 

                                                 

1

 Fəthi Məlkavi. Hivarat islamiyyə əl-mə`rifə (Məfkurənin islamlaşdırılması haqda söhbətlər). “İslamiyyə 



əl-mə`rifə” jurnalı, № 26, 2001, səh. 99-135. 

2

 Rahman, Fazlur. Islamization of Knowledge: A Response American Journal of Islamic Sciences AJISS



5(1) 1988. p. 3-11. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə