Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

 

48

deyildir.  Onlar  müxtəlif  istiqamətlər  üzrə  emal  edilən  bacarıqlardır.  Və 



biz məhz zehnimizlə bu və ya digər istiqaməti tutub gedirik.  

Elə  isə  alimlərin  islamlaşdırılması  prosesindən  qabaq  və  bu 

proses zamanı eyni məqsədlə ortaya atılmış metodologiyaya əsaslanmaq 

məntiqidir. Bu metodologiya vasitəsilə alimləri elm və bilik istehsalı üzrə 

təlimləndirmək olar. Bu zaman bilik elə bir çərçivədə hasil edilməlidir ki, 

həmin  çərçivə  müxtəlif  metodlar  baxımından  islamın  prinsip  və 

məqsədləri  ilə  səsləşsin.  Müxtəlif  metodlar  dedikdə  burada  söhbət 

təsdiq, professional rasional yanaşma, bilikləri ifadəetmə, onları  nisbi və 

mütləq  və  ya  varlıq  aləmi  və  vəhy  meyarları  əsasında  formalaşdırma, 

bəşəriyyətin xidmətinə vermə metodları nəzərdə tutulur.  

İkinci  münasibət  formasına  gəlincə,  bu,  professor  Məhəmməd 

Səid  Ramazan  əl‐Butinin  mövqeyidir

1

.  Alim  metodologiyanın  zəruriliyi 



və  metodoloji  təfəkkürün  mühümlüyü  fikri  ilə  razılaşır  və  bildirir  ki, 

bilik  yolu  ilə  addımlama  və  insan  təfəkkürünü  qidalandırma 

mərhələlərinin  müəyyən  tərtibata  ehtiyacı  vardır.  Bu  da  öz  növbəsində 

“bilik  metodu”  adlandırılan  müəyyən  nizamlılığa  riayətkarlığı  zəruri 

edir.  Ramazan  əl‐Buti  hesab  edir  ki,  metodologiya  problemi  müasir 

islam  düşüncəsinin  problemi  deyildir.  Çünki  mütəfəkkirə  görə,  metod 

sabit  mahiyyət  olub  yaradıcı  fəaliyyət  hesab  olunmur.  Biliyə  və  kəşfə 

tabe  olan  sabit  xarici  aləmə  malik  həqiqət  onun  mütləq  ölçüsü  sayıla 

bilməz.  O  da  özlüyündə  mövcud  olan  digər  sabit  maddi  mahiyyətlər 

kimidir.  Metod  hər  hansı  bir  fikri  tərəqqiyə  və  ya  yaradıcı  cəhdə  tabe 

olmur. Əgər metoda ehtiyac yaranarsa, bu da öz növbəsində onu ölçəcək 

digər metod və tərəzi tələb edər. Beləliklə, biz metodlardan ibarət sonsuz 

silsilə bataqlığına düşərik ki, bu da düşüncəni azdıracaq qüsurdur.  

Ancaq buna baxmayaraq, Ramazan əl‐Buti bildirir ki, müsəlman 

alimlərinin  Aristotel  məntiqinə  hədsiz  ehtiyacı  olmuşdur.  “Yəqinliklə 

məlumdur  ki,  dövründən  asılı  olmayaraq  biliyə  dair  hərtərəfli  bir 

metodu öyrənməyə səy göstərmək yunan məntiqindən uzaq qalmaqla və 

onu dərindən öyrənmədən mümkün deyildir”. 

Maraqlıdır  ki,  Buti  həmin  sabit  metodun  ortaya  çıxarılmasında 

müasir  islam  düşüncəsinin  heç  bir  rol  oynamayacağını  irəli  sürür.  O 

                                                 

1

 Səid Ramazan əl-Buti.  Əzmə  əl-mə`rifə  və ilacuhə fi həyatina  əl-fikriyyə  əl-müasirə (Müasir ideoloji 



həyatımızdakı bilik böhranı  və onun aradan qaldırılması). “əl-Mənhəciyyə  əl-islamiyyə  vəl-ülum  ən-

nəfsiyyə  vət-tərbəviyyə” (İslam metodologiyası  və psixoloji-pedaqoji elmlər) kitabından.  ət-Təyyib 

Zeynəlabidinin redaktəsi ilə. Herinden, “Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri. Cild I. 1987, 

səh. 55-85. 

   



 

49

bildirir  ki,  metod  mövcuddur  və  islamın  “Qızıl  əsri”  müsəlmanların 



sayəsində onun özülünün bütövlüyünün şahidi olmuşdur. Müsəlmanlar 

Hicazdakı  “Hədis”  məktəbini  İraqdakı  “Rəy”  məktəbi  ilə  uyğun  hala 

gətirməyə  çalışmışlar.  Belə  ki,  onlar  dini  hökmlərə  bələd  olmaq  üçün 

dini  mətnlərin  izah  edilməsi  (təfsir)  metodlarını  və  ictihadın  ana 

qaydalarını  təsis  etmişlər.  Eləcə  də  onlar  yalnız  rasional  təfəkkür 

əsasında  əldə  edilən  həqiqətləri  sırf  rəvayət‐nəql  yolu  ilə  hasil  olan 

həqiqətlərdən fərqləndirməyə zamin duran qaydalar tərtib etmişlər. 

Dövrümüzdə  metodla  əlaqədar  olaraq  ümmətin  alimlərindən 

tələb  olunan  şeyə  gəlincə,  bu,  müasir  ehtiyaclarımıza  uyğun  gələn 

şəkildə onun müxtəlif qolları və detallarını yenidən sahmana salmaqdır. 

Daha  sonra  isə  metodun  ümumi  tərəflərini  bir  araya  gətirmək,  onun 

dövrün  tələblərinə  uyğunlaşdırmaq,  mümkün  qədər  sadələşdirmək  və 

nəhayət islama dəvət meydanına tətbiq etmək lazımdır ki, islam dialoqu 

onun prizmasında davam edib dəqiq xarakter alsın

1



Azad  düşüncəyə  lazım  tutarlı  metodu  əldə  etmək  üçün  isə 



düşüncəni  nəfsin  şərindən  və  şıltaq  istəklərindən  təmizləmək  lazımdır. 

Qərbin  iddia  etdiyi  həqiqi  azadlıq  yalnız  o  zaman  gerçəkləşə  bilər  ki, 

insan nəfsin istəklərinə, şıltaqlıqlarına son qoymağa və ağlın pak səsinə 

qulaq  asmağa  imkan  verən  şəxsi  bacarıqlarından  kifayət  qədər  istifadə 

etsin.  Təbii  ki,  bunun  üçün  tərbiyəyə  qatlaşmaq,  vicdanı  şərdən  azad 

etmək  tələb  olunur.  Allah  peyğəmbərləri  və  nəbiləri  yalnız  ona  görə 

göndərmişdir  ki,  onlar  düşüncəyə  bilik  və  elmin  yolunu  göstərsinlər. 

“Və  həqiqətən,  nəfsin  saflaşdırılması  (təzkiyə)  biliyə  aparan  metod 

darvazasıdır”

2



Beləliklə,  aydın  olur  ki,  Şeyx  Buti  məfkurənin  (eləcə  də  biliyin) 

islamlaşdırılması  əvəzinə  nəfsin  islamlaşdırılmasını  təklif  edir  ki,  nəticə 

də  bilik  islami  xarakter  alsın.  Şeyx  Buti  öz  ölkəsində  və  müsəlman 

ümmətinin  əksər  hissəsi  arasında  yüksək  məqama  və  hörmətə  sahib 

tanınmış  fiqh  alimidir.  Alimin  fikri,  xüsusən  də  fiqhi  görüşləri  keçən 

əsrin  ortalarından  etibarən  onun  zəngin  yaradıcılığından  xəbər  verir. 

Ancaq  onun  yuxarıdakı  görüşündə  bəzi  boşluqlar  vardır.  Alimin  söz 

açdığı  və  barəsində  misal  gətirdiyi  metod,  əslində  Quranın  mətnlərinin 

başa  düşülməsi  (təfsir  metodu)  və  onun  dəlillərinə  əsasən  hökmlərin 

çıxarılmasında  ictihad  (fiqhin  ana  məsələləri  metodu)  metodudur. 

                                                 

1

 Yenə orada, səh. 58-60. 



2

 Yenə orada, səh. 69.  




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə