Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

 

50

Bunlar isə ətraf aləmdə dəyişməz təbii mövcudluğa malik maddi şeylər 



deyillər  və  onların  sabit  mövcudluğu  yoxdur.  İslam  tarixi  boyu  təfsirçi 

alimlər  “müfəssirlərin  metodları”  adı  ilə  məlum  olan  çox  sayda  metod 

ortaya  qoymuşlar.  “Fiqhin  ana  prinsipləri”  (Üsul  əl‐Fiqh)  adlanan  sahə 

isə,  heç  şübhəsiz  ki,  islam  tarixində  metodologiyanın  və  metodoloji 

təfəkkürün  “ata”sı  hesab  edilmişdir.  Ancaq  fiqhin  əsasları  metodo‐

logiyası  birdən‐birə  ortaya  çıxmamış,  uzun  müddət,  əsasən  analogiya 

(qiyas)  metoduna  əsaslanmışdır.  Daha  sonra  alimlər  məfhumları, 

üsulları  və  mexanizmləri  təkmilləşdirmişlər.  Buraya  konsensus  (icma), 

harama  aparıb  çıxara  biləcək  qanuni  əməllərin  qadağan  edilməsi  (sədd 

əz‐zəriə),  aprobasiya  (istihsan),  gələcəkdə  bir  işin  təsbiti  üçün  onun 

keçmişdə təsbit edilmiş vəziyyətinin əsas götürülməsi (istishab), ümumi 

öhdəyə  buraxılmış  mənafelər  və  s.  daxildir.  Bu  qaydaların 

təkmilləşdirilməsi “məqsədlər” anlayışının inkişafına səbəb oldu. Bu da 

öz  növbəsində  fiqhə  və  ana  prinsiplərə  dair  qaydaları  möhkəmlətdi. 

Daha  sonra  “məqsədlər”ə  xas  qaydaların  möhkəmləndirilməsinə 

başlanıldı.  Məgər  bütün  bunlar  metodologiyanın  dəyişilib‐inkişaf 

etməsini  göstərmirmi?    Qədim  və  müasir  islam  tarixi  boyu  fikir 

məktəbləri  mühakimə,  təfəkkür,  ictihad  və  tədqiqat  metodlarına  görə 

bir‐birindən  fərqlənmişdir.  Kəlam  alimlərinin,  fəqihlərin,  fundamen‐

talistlərin,  sufilərin,  irfan

  əhlinin,  filosofların,  kimya,  fizika,  təbabət  və 



astronomiya  kimi  sahələrdə  təbiətşünas  alimlərin  özlərinə  məxsus 

metodları  olmuşdur.  Təbii  ki,  bu  məktəblərin  hər  birinin  qolları, 

bölmələri və onların da metodları olmuşdur.  

 

Müzakirə.  a) Biliyi, yoxsa düşünən zehinləri islamlaşdırmaq? 

                     b) Elmi, yoxsa alimləri islamlaşdırmaq? 

 

Yuxarıdakı  məktəblərin  tədqiqat  və  mühakimə  metodlarının 



tətbiq olunduğu sahələr müxtəlif ixtisas qollarında ümumilik kəsb etdiyi 

kimi, bu məktəblərin özləri də ümumi ortaq əsaslarda birləşir. Bu ortaq 

əsaslar  həmin  məktəbləri  islam  düşüncəsi  məktəbləri  kimi  təqdim  edir. 

Həmçinin, həmin məktəbləri islam metodologiyasının müştərək cizgiləri 

bir‐biri ilə birləşdirir. Məhz bu ortaq əsaslar və müştərək cizgilər ümumi 

islam  metodologiyasını  qeyri‐islam  metodologiyasından  fərqləndirir. 

                                                 

 İrfan: dini məsələlərin batini (gizli), iç mahiyyətini öyrənən elm sahəsi. Bu elm sahəsi dini mətnlərin 



(ayə və hədislərin) zahiri mənasını rədd edir, yozma (təvil) yolu ilə daxili semantikaya varmağa çalışır. 

Bu hal daha çox şiələr və sufilər üçün xarakterik olmuşdur – mütərcim.   




 

51

Bununla  yanaşı,  əş`əriliyin



∗∗

  və  mötəzilənin

∗∗∗

  metodları  arasında  elə 



fərqlər mövcuddur ki, onlarla hesablaşmaq lazım gəlir. Bu kimi, bəlkə də 

daha  mühüm  fərqlərə  Əbülhəsən  əl‐Əş`əri  kimi  kəlam  alimlərinin, 

mötəzililərin,  Farabi,  İbn  Sina  kimi  filosofların  metodları  arasında  rast 

gəlirik.  

Metod  məfhumunun,  mənalarının  və  tətbiqi  sahələrinin  eyni 

düşüncə  meydanında  vüsət  kəsb  etməsi  ilə  sünni  fiqh  məktəbinin 

nümayəndələri  olmuş  Əbu  Hənifə  və  Əhməd  ibn  Hənbəlin  metodları 

bir‐birindən  fərqlənmişdir.  Hətta  bu  hal  hədislərin  təshihi  işinə  sirayət 

etmiş,  Buxari  və  Müslim  kimi  məşhur  hədisşünasların  metodoloji 

sistemlərində fərqlərə səbəb olmuşdur.  

Metod  anlayışının  mənasını  daraldıb  yalnız  idrak,  tədqiqat, 

mənbələrə  münasibət  və  hökmlərin  reallığa  tətbiqi  vasitələrinin  bütöv 

müştərək  ünsürlərindən  söz  açıb  islam  metodologiyası  və  ya  islamın 

metodologiyası  haqqında  danışırıqsa,  onda  biz  mütləq  bu  metodo‐

logiyanı  digər  mədəniyyət  və  dinə  mənsub  tədqiqatçıların  istifadə 

etdikləri  metodologiyadan  fərqləndirməyi  bacarmalıyıq.  Məgər  bu, 

Allahın  “...Sizin  hər  biriniz  üçün  bir  şəriət  və  bir  yol  təyin  etdik.  Əgər 

Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi...”

1

 ayəsini 



başa düşməyin variantlarından biri deyilmi?! 

Ola  bilsin  ki,  Şeyx  Buti  metod  anlayışını  sağlam  düşüncə  və  saf 

xarakterlərin  birləşdiyi  mütləq  və  danılmaz  həqiqətlər  –  aksiomlar 

(qiyamətin,  ilahi  ad  və  atributların  hesaba  çəkmə  və  mizan‐tərəzi  ilə 

ölçülən həqiqətləri və s.) çərçivəsində məhdudlaşdırır. Ancaq nə vaxtdan 

sonra  belə  mütləq  aksiomlar  müxtəlif  qrup  insanların  düşüncə 

metodlarını  öyrənən,  hökm  çıxarmada  və  metod  qaydalarının 

müəyyənləşdirilməsində bilik mənbələrini başadüşmə vasitələrini təsvir 

edən  elm  hesab  olunub?  Bəzi  aksiomların  doğruluğu  məsələsində 

insanların qəlbən bir‐birləri ilə həmrəy olmaları mütləq olaraq o demək 

deyildir  ki,  onlar  həmin  aksiomları  həyatlarının,  fəaliyyətlərinin  yolu 

seçməlidirlər. Allahın aydın işarələri Firona və xalqına bəlli olsa da onlar 

                                                 

∗∗

 Əş`ərilik: Sünni kəlam məktəblərindən sayılır. Banisi Əbülhəsən Əli ibn İsmayıl əl-Əşəri olan əş`ərilik 



mötəzilənin “ilahiləşdirilmiş” ağıl, Quranın sonradan yaradılması, ilahi müdaxilənin olmadığı  mütləq 

iradə azadlığı    və s. kimi iddialarına qarşı  çıxaraq  bu iddialara meydan oxumuş  və  ağılın təkbaşına 

islamın ana prinsiplərini izah edə bilməyəcəyi ideyası ilə çıxış etmişdi – mütərcim.   

∗∗∗


  Mötəzilə: islam fikir tarixində ilk rasional cərəyan sayılır. Banisi Vasil ibn əl-Əta olan bu cərəyan 

yarandığı ilk dövrlərdə əcnəbi rasionalistlər qarşısında islamın müdafiəçisi kimi çıxış etsə də sonralar öz 

rasionallığında ifrata varmaqla hamilik statusundan məhrum olmuş, mütəkəllim və fundamentalistlərin 

hücumuna məruz qalmışdır.  

1

 “əl-Maidə” surəsi, 48-ci ayə.  




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə