Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

 

52

təkəbbür  və  zalimliklə  bu  işarələri  inkar  etdilər:  “Möcüzələrimiz  aşkar 



şəkildə  gəlib  onlara  çatdıqda:  “Bu,  açıq‐aydın  bir  sehrdir!”  –  dedilər. 

(Möcüzələrimizin)  həqiqiliyinə  daxilən  möhkəm  əmin  olduqları  halda, 

haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir 

gör fitnə‐fəsad törədənlərin axırı necə oldu!” (ən‐Nəml, 13‐14). 

Əgər  metodologiya  Şeyx  Butinin  işarə  etdiyi  və  mizan‐tərəzi 

saydığı  ideal  abstrakt  zehinlər  çərçivəsində  məhdudlaşdırılarsa,  onda 

onun  heç  bir  mənası  qalmaz.  İnsan  zehniyyəti  elə  bir  tərəzidir  ki, 

hadisələr  və  şeylər  onunla  qiymətləndirilir.  Məhz  onun  əsasında 

insanları iki qrupda – bütün doğru işləri dərk edib onların zəruri bildiyi 

metoddan çıxış edən dərrakəli şəxslər və həqiqətə uyğun olaraq metoda 

əl atmayanlar qrupunda təsnif etmək mümkündür. 

Hətta bu halda biz ən azı iki metoddan söz aça bilərik; müəyyən 

qrup  insanın    düşüncə  və  davranış  vasitələrinin  təsviri  rolunu 

oynamayan metodologiyanın heç bir mənası yoxdur.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

53

İSLAM DÜŞÜNCƏ SİSTEMİNDƏ  



METOD ANLAYIŞININ TƏKAMÜLÜ 

 

 

İslam  tarixi  boyu  metod  anlayışını  təmsil  edən  təzahürlərə 

daxildir: 

1. Qəbuletmə və öyrənmə metodologiyası 

2. İstinad və təsdiq metodologiyası 

3. Fiqh metodologiyası 

4. Ana qaydalar (üsul) metodologiyası 

5. Kəlam metodları 

6. Metodların çeşidliliyi və bütövlüyü 

7. Metodoloji zədələnmə və ümmətin geriliyi 

8. Metodoloji asılılıq və ümmətin tənəzzülü 

9. Metodoloji şüur 

10.Düşüncədə,  tədqiqat  və  fəaliyyətdə  metodoloji  qabiliyyətlərin 

aşılanması. 

 

Metod (mənhəc və ya minhac) sözü Qurani‐Kərimdə, hədislərdə 



və  ərəblərin  leksikonunda  mövcud  olsa  da  daha  çox  müasir  leksikonda 

işlədilməyə  başlayıb.  Doğrudur,  ərəb  dilində  “metod”  mənasına  gələn 

“mənhəc”, “nəhc” və “minhac” sözlərinin ayrıca işlədilmə məqamlarına 

rast  gəlinsə  də  onların  ifadə  etdiyi  mövzu  demək  olar  ki,  monotondur. 

Bu mövzu elə doğru yolu ifadə edir ki, həmin yoldan da elmin və biliyin 

müxtəlif  sahələri  üzrə  tədqiqat  və  təsbitlərdə  istifadə  etmək 

mümkündür.  Müsəlmanlar  bu  mövzunun  əhəmiyyətini  hələ  islam 

tarixinin erkən dövrlərindən dərk etmişdilər.  

Müsəlmanlar  bilik  əldəetmə  metodunu  təkmilləşdirmişdilər. 

Peyğəmbərin  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!)  zamanında 

vəhy  ona  nazil  olduqdan  sonra  o,  bunu  insanlara  çatdırır,  vəhy 

katiblərinə  isə  onu  yazmağı  və  ətrafdakılara  çatdırmağı  tapşırırdı. 

Allahın elçisi (Ona Allahın xeyir‐duası və salamı olsun!) ayələri insanlara 

çatdırdığı  zaman  bəzən  onları  ətraflı  şəkildə  izah  edir,  əlavə 

məlumatlarla  daha  anlaqlı  formaya  salırdı.  Ancaq  o,  Quranın  başqa 

kəlamlarla qarışıq salınmamağına ciddi şəkildə diqqət yetirirdi. Məhz bu 

müdrikliyi  alimlər  Peyğəmbərin  öz  sağlığında  Quranın  yazıya 

köçürüldüyü halda hədislərin yazıya alınmasını müsəlmanlara qadağan 

etməsinin səbəbi hesab edirlər. 



 

54

Qurani‐Kərim  və  hədislər  islam  cəmiyyətini  tənzimləyən 



düşüncənin əsas iki mənbəyi idi. Həmçinin, bu düşüncə və onun verdiyi 

bilik  ilk  müsəlman  cəmiyyətində  təlim‐tədris  münasibətlərini  təşkil 

edirdi. Təbii haldır ki, Peyğəmbərin (Ona Allahın xeyir‐duası və salamı 

olsun!)  vəfatından  sonra  heç  də  hər  bir  məsələdə  bütün  səhabələr 

həmrəy  olmadılar.  Bu  səbəbdən  müəyyən  bir  problem  üzərində 

səhabələrin  konsensusu  (icma)  mötəbər  biliyin  üçüncü  mənbəyi  hesab 

edilməyə  başladı.  Həmçinin,  alimlər,  barəsində  Quranda  və  hədislərdə 

birbaşa  məlumatın  olmadığı  hal  və  situasiyalarla  qarşılaşdıqlarında 

həmin  halları  Quranda  və  hədislərdəki  oxşar  hallarla  müqayisə  etməyə 

başladılar.  Bunun  nəticəsində  analogiya  (qiyas  (müqayisə  etmə))  islam 

düşüncəsi  və  biliyinin  dördüncü  mənbəyinə  çevrildi.  Biz  konsensus  və 

analogiyaya (icma və qiyas) rasional fəaliyyət (ictihad) elementləri gözü 

ilə  baxa  bilərik.  Rasional  fəaliyyət  (ictihad)  Quran  və  Sünnədən  sonra 

biliyin üçüncü mənbəyidir.  

Bütün  bunlar  müsəlmanların,  xüsusilə  şəriət  hökmlərinə  dair 

biliklərin 

əldə 

edilməsində 



istifadə 

etdikləri 

metodologiyanın 

mənbələridir.  Bu  səbəbdən  alimlər  onlara  “şəriətin  mənbələri  ”  adını 

vermiş,  bəzən  də  bu  siyahıya  analogiya  (qiyas)  zamanı  istifadə  edilən 

formal deduksiyanı (əl‐istinbat əş‐şəkli) və aprobasiyanı (istihsan) əlavə 

etmişlər.  Deduksiya  işin  dəyəri,  mahiyyəti  ilə  bağlı  olduğu  halda, 

aprobasiya 

əsas 

məqsədlə 



‐ 

Allahın 


bildirdiyi 

mənafelərin 

gerçəkləşdirilməsi ilə əlaqədardır. 

Birinci  nəsil  müsəlmanlar  başa  düşmüşdülər  ki,  vəhyin  endiyi 

dövrdə  Quranı‐Kərim  və  Peyğəmbərin  (Ona  Allahın  xeyir‐duası  və 

salamı  olsun!)  ona  dair  açıqlamaları,  onu  tətbiq  etməsi  həyatlarının 

tənzimlənməsi  üçün  bəs  edir.  Bu  səbəbdən  Peyğəmbərin  vəfatından 

sonra  konsensus,  analogiya,  aprobasiya,  mənafe  və  məqsədlərin  nəzərə 

alınması  və  s.  Quran  təlimlərinin  və  Sünnənin  başa  düşülməsində 

rasional yanaşmanın təzahürləri idi.  

İslam  elmlərinin  yazıya  köçürülməsi,  mətnlərinin  və  onlardan 

istifadə yollarının dəqiqləşdirilməsi əksəriyyətinin insan düşüncəsi üçün 

yeni  olduğu  konkret  metodların  təkmilləşdirilməsini  zəruri  etdi. 

Müxtəlif  sahələrə  dair  ana  qaydalar  işlənib  hazırlandı.  Məsələn,  fiqhin, 

təfsirin, hədisşünaslıq və kəlam elminin ana qaydaları kimi elm sahələri 

bu  qəbildəndir.  Bütün  bu  yeni  elm  sahələri  məxsusi  olaraq  islam 

metodologiyasını  təmsil    edirdi.  Çünki  onlar  müsəlman  şüurunun 

məhsulu  olub  əvvəlki  dövrlərin  elm  sahələrində  təsadüf  olunmurdu. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə