Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

 

55

Həmçinin,  onlar  islam  reallıqlarının  eyniadlı  şəriət  əsasında  həllinin 



metodologiyasını 

təşkil 


edirdilər. 

Bu 


metodologiyanın 

islam 


metodologiyası hesab etməyimizdə zərrə qədər şübhə ola bilməz.  

Ancaq  islam  düşüncəsi  və  biliyinin  əsas  mənbəyini  ‐  Qurani‐

Kərimi  diqqətlə  araşdırsaq,  görərik  ki,  bu  ilahi  kitab  ilk  nəsil 

müsəlmanlarını  ehtiyac  hiss  etdikləri  elm  sahələrini  təsis  etməyə 

çağırmaqla  kifayətlənməmiş,  bütün  insanlığa  müraciət  etmişdir.  Quran 

insanlara  bütün  işlərin  tənzimlənməsi  üçün  doğru  yol  göstərmişdir. 

Onun  müraciəti  həm  müsəlmanlar,  həm  də  qeyriləri  üçündür.  Bu 

müqəddəs  kəlamlar  insanla  danışır,  ona  əvvəlki  xalqların  başına 

gələnləri  rəvayət  edir.  O,  həm  müjdələyir,  həm  də  xəbərdarlıq  edir. 

Bildirdiklərini tutarlı şəkildə əsaslandırır. Allahın kəlamı insanın sosial‐

siyasi və iqtisadi həyatının bütün sahələrinə toxunur, onun görünməyən 

və  xətərli  tərəflərini  islah  edir.  O,  insanın  yaşadığı  varlıq  aləminin 

təzahürlərindən  tutmuş,  dəqiq  maddi  aləmin  gizli  tərəflərinə  qədər  hər 

bir şeyə işarə edir.  

Quran  öz  müraciətində  müxtəlif  üsullardan  –  təhkiyədən, 

misallardan,  dialoq  və  öz‐özünə  sual  vermədən,  rəğbətləndirmə  və 

qorxutmadan...  istifadə  edir.  Fəhm  və  şüur  üsulları  formalaşdırır  ki, 

insan  biliyin  mənbəyi  kimi  onlardan  yararlansın.  Nəhayət  isə  ona  belə 

yararlanma və nəticələrə görə cavabdehlik yükləyir.  

Quranın  diqqətlə  araşdırılması  sonrakı  dövr  alimlərinə  öyrətdi 

ki,  bu  müqəddəs  kitab  insanları  zəruri  məsələlər  haqda  xüsusi  olaraq 

xəbərdar edir, onlara yol göstərir. Xəbərdar edib yol göstərir ki, həyatın 

bir  sıra  sahələrində  onların  mənafeyi  təmin  edilsin  və  onlar  axirətdə 

Allahın  razılığını  qazansınlar.  Bunlar  mənbəyi  ayələr  olan  bilik 

məsələləridir.  

Qurana  diqqətlə  nəzər  salan,  onu  hərtərəfli  öyrənən  alimlərə, 

həmçinin,  o  da  aydın  oldu  ki,  ayələr  bəsirətli  müşahidəni,  dərindən 

düşünməyi və araşdırmağı tövsiyə edir. Tövsiyə edir ki, insanlar bunun 

sayəsində 

Allahın 


qoyduğu 

psixoloji, 

sosial 

və 


kosmoloji 

qanunauyğunluqları  aşkara  çıxarıb  həyatın  problemlərini  həll  edən 

qaydalar,  əsaslar,  qanunlar  təsis  etməklə  haqq‐ədalət  cəmiyyəti 

qursunlar,  abadlaşdırma  aparıb  mədəniyyət  yaratsınlar.  Bunlar  isə 

mənbəyi  şeylər  və  hadisələr,  təzahürlər  aləmi  olan  biliyə  dair 

məsələlərdir.  İnsanın  həyatı  dünya  və  axirət  həyatından  ibarət  olduğu 

kimi,  onun  biliyin  iki  mənbəyinə  ‐  vəhyə  və  varlıq  aləminə  olan 

münasibəti də bütöv, kompleks olmalıdır.  




 

56

Yuxarıda  göstərilmiş  hər  iki  məsələ  üzərində  düşünmək  üçün 



münasib  vasitələrə  ehtiyac  vardır.  Hissiyyat  və  müşahidəyə,  eşitmə  və 

görmə  ilə  informasiyanın  qəbul  edilməsində  onların  roluna,  əşya  və 

hadisələrin  kəmiyyət  və  keyfiyyət  baxımından  obyektiv  xarakterizə 

edilməsi  üçün  bu  informasiyanın  dəqiqləşdirilməsinə  laqeyd münasibət 

bəsləmək  insan  oğluna  yaraşmaz.  O,  əşya  və  hadisələrə  şüurlu 

münasibət  bəsləməli,  onların  mahiyyətini  və  növlərini  müəyyənləş‐

dirməli,  aralarındakı  oxşarlıq  və  fərqləri  öyrənməlidir.  Təbii  ki,  bu  cür 

təfəkkürə sahib olmaq üçün hər birinin özünəməxsus payı olan qəlbdən, 

bəsirət  və  ağıldan  istifadə  etmək  lazımdır.  Qurani‐Kərim  məsuliyyətdə 

sensual və rasional idrakı (hissiyyat və ağıl) bir‐birindən ayırmır. Quran 

izah edir ki, hissi idrakın vasitələrindən olan görmə və eşitmə ilə fəhmin 

və  idrakın  vasitəsi  olan  qəlb  müştərək  məsuliyyət  daşıyır.  Bununla 

Quran sanki onların hər ikisinə olan ehtiyacı təsdiqləyir və demək istəyir 

ki,  onlardan  həmişə  birlikdə  yararlanmaq  lazımdır;  formal  və  keçici 

hissiyyat,  sürəkli  səthi  düşünmə  qəbuledilməzdir.  Sanki  bu  müqəddəs 

kitab insandan tələb edir ki, görməni, eşitmə və qəlbi mütəmadi şəkildə 

kompleks  halda  nəzərdən  keçirsin;  hökm  çıxarmada  düşünüb‐daşınsın 

ki, müşahidə, təcrübə və hissi eksperiment elementləri ilə paralel olaraq 

kompleks şəkildə rasional mühakimə elementləri də təkmilləşsin. Bu cür 

yanaşma dəlillərin, izahların, təsbitlərin aydınlığına səbəb olacaqdır. 

Bəli,  düşünmə,  sensual  və  rasional  yanaşma  metodu  üzərində 

Quranın  israr  etməsini  nəzərdən  qaçırtmamaq  lazımdır:  “(Ya  rəsulum!) 

De: “Yer üzünü dolaşın və sonra görün ki,...”; “De: “Bir görün göylərdə 

və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var...”; “Məgər 

rəbbinin  kölgəni  (günçıxandan  günbatanadək)  necə  uzatdığını 

görmürsənmi...”;  “De:  “Bir  söyləyin  görək,  əgər  suyunuz  çəkilib  (yerin 

dibinə) getsə...”; “(Ya rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər‐

əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir...”; “...Bir gözünü 

qaldırıb  (səmaya)  bax,  heç  orada  bir  yarıq  (çatlaq,  nöqsan)  görə 

bilərsənmi?!”;  “Sonra  gözünü  qaldırıb  iki  dəfə  bax...”  kimi  ayələr 

Quranda  olduqca  çoxdur.  Quran  Allahın  insan  üçün,  yaratdığı  bəzi 

təzahürlərdən danışır. Bildirir ki, Allah onları yaradıb ki, insan onlardan 

yaralansın  və  onların  rəbbinin  neməti  olduğunu  hiss  etsin.  Bunun 

ardınca Quran həmin nemətlərin bolluğundan söz açır və onların saysız‐

hesabsız  olduğunu  bildirir:  “Göyləri  və  yeri  yaradan,  göydən  yağmur 

endirən,  o  yağmurla  sizin  üçün  ruzi  olaraq  (cürbəcür)  meyvələr 

yetişdirən,  əmri  ilə  dənizdə  üzmək  (yüklərinizi  bir  yerdən  başqa  yerə 



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə