Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 

60

hədislərə  istinad  etməklə  yanaşı,  fitva  tələb  edən  məqamların  başa 



düşülməsində  rasional  təfəkkürün  dairəsini  genişləndirmişdi.  Sonralar 

İmam  Şafei  bu  iki  metodu  bir‐birinə  uyğunlaşdırmaqla  mötədil 

mövqedən  çıxış  etdi.  O,  “Risalə”  adlı  kitabında  öz  metodunu  mötəbər 

hesab  edərək,  digər  alimləri  də  ondan  yararlanmağa  çağırdı.  Bu  metod 

sonralar  “Fiqhin  ana  qaydaları”  (Üsul  əl‐fiqh)  elmi  kimi  tanınacaq  elm 

sahəsində qələmə alınan yazıların əsasını təşkil edəcəkdi. Sözügedən elm 

isə xüsusi metodologiya elmidir. 

Yunan,  fars  və  digər  dillərdən  tərcümə  edilmiş  elmi  ədəbiyyat 

ərəb‐islam  dünyasında  yayıldıqdan  sonra  müsəlmanların  fəlsəfə  və 

təbiət elmləri ilə məşğul olmağa başladıqları zaman elmlərin mühakimə 

qaydalarına dair yeni metodoloji əsərlərə ehtiyac yarandı. “Analogiya və 

məntiqi sübutlara əsaslanan dəlil gətirmə” (İstidlal bil‐qiyas vəl‐bürhan 



əl‐məntiqi)  metodundan  geniş  surətdə  istifadə  olundu.  Ancaq  bu 

metodun lazımi tələblərə cavab vermədiyini görən alimlər ona “induktiv 

dəlil  gətirmə”  (İstidlal  bil‐istiqra)  metodunu  əlavə  etdilər.  Elmlərin 

təsnifinə,  ümumi  metodlarına  və  digər  elmlərə  bu  metodların  tətbiqinə 

dair  ixtisas  kitabları  yazıldı.  Əl‐Xarəzmi  “Elmin  açarları”  (Məfatih  əl‐

elm)  kitabını,  İbn  Həzm  “Yolun  ixtisarı  ilə  xilasın  müxtəsərliyi  tarixinə 

töhfə”  (ət‐Tövfiq  əla  tarix  ixtisar  ən‐nəcat  bi  ixtisar  ət‐təriq)  traktatını, 

İmam Qəzali “Elmin meyarı” (Meyar əl‐elm) kitabını, İbn Rüşd “Xalqın 

dini etiqadına dair dəlillər metodologiyası” (Minhac əl‐ədillə fi əqaid əl‐

millə)  kitabını,  əl‐Əlməvi  “Fayda  verən  və  götürülən  ədəb‐ərkana  dair 

köməkçi  (kitab)”  (əl‐Muid  fil‐ədəb  əl‐mufid  vəl‐mustəfid)  kitabını,  İbn 

Cəmaə  isə  “Alim  və  tələbələrin  ədəb‐ərkanına  dair  eşidən  və  danışanın 

öyüd‐nəsihəti”  (Təzkirə  əs‐same  vəl‐mütəkəllim  fi  ədəb  əl‐alim  vəl‐

mütəəlim) kitabını yazdı.  

 

Tapşırıq.  Yuxarıda  göstərilmiş  kitablardan  birini  seçin,  əldə  edin  və 

oxuyun.  Müəllifin  qarşısına  qoyduğu  məqsədlərə  çatmaq  üçün  istifadə 

etdiyi metodoloji vasitələri izah edin. 

 

Hər  bir  ixtisas  alimi  özünəməxsus    elmi  məntiqə,  metodoloji 



vasitələrə sahibdir. Hədis alimlərinin rəvayət, fiqh və onun fundamental 

qaydaları  elmlərinə  xas  metodları,  təfsirçilərin  dini  mətnlərə,  linqvistik 

izahlara  və  fiqhi  hökmlərə  və  qnostik  yozumlara  dair  metodları, 

fundamentalistlər  və  fəqihlərin  analogiyaya  əsaslanan  induktiv  dəlil 

gətirmə  metodları,  mütəkəllimlərin  polemika  və  diskussiya  xarakterli, 



 

61

dialektik metodları, sufilərin qnostik‐intuitiv metodologiyası, naturalist‐



lərin isə induktiv‐empirik metodları vardı.  

Bəlkə  də  intuitiv  olaraq  demək  mümkündür  ki,  insanda  həqiqi 

biliyin  formalaşdırılması  üçün  sensual  təcrübəni  rasional  idrakla  sıx 

şəkildə əlaqədə götürmək lazımdır. Bəzi müsəlman alimləri bu məsələni 

isbatlamaq  üçün  gərgin  əmək  sərf  etmişlər.  Məsələn,  əl‐Həsən  ibn  əl‐

Heysəm  şübhədən  xali  biliyə  çatmaq  üçün  hisslə  ağlın  vəhdətini  şərt 

kimi  irəli  sürür

1

,  Galendən  sitat  gətirirdi.  O,  insanda  ən  əhəmiyyətli 



hissiyyat  orqanı  olan  gözün  anatomiyasını  öyrənmiş,  onun  vasitəsi  ilə 

görmə  prosesinin  fizioloji  izahını  vermişdir.  Daha  sonra  psixoloji‐

koqnitiv baxımdan görmə prosesini şərh etmiş, onun yaddaşla əlaqəsini 

öyrənmiş,  idrak  prosesində  iştirak  edən  və  bəzi  surətlərlə  onlara  aid 

digər  əlamətlərin  dərk  edilməsini  təmin  edən  görmə  “parolları”ndan 

danışmışdır.  Metodoloji  ədəbiyyatlarda  sözügedən  alim  misal 

göstərilərək  bildirilir  ki,  islam  təcrübəsində  elmi‐empirik  metodologiya 

inkişaf  edibmiş.  İbn  əl‐Heysəm  bildirir  ki,  o,  əvvəlkilərin  elmlərini 

dərindən öyrənmiş, Aristotelin məntiq, təbiət və ilahiyyat elmlərinə dair 

dediklərində  axtardığını  tapmışdır  ki,  bu  da  fəlsəfənin  özüdür.  Sonra 

alim  ümumi  və  xüsusi  məsələləri  müəyyənləşdirmiş,  məntiqə  dair 

təbirlərdən söz açmışdır. Daha sonra analogiyaya toxunmuş, onun ilkin 

şərtlərini  növlərə  ayırmış,  formalarını  müəyyənləşdirmiş,  bu  formaların 

hər birinin növlərini göstərmiş və bu növlərin sistemə tabe olmayanlarını 

fərqləndirmişdir.  Və  nəhayət  onlardan  çıxan  nəticələri  qeyd  etmişdir... 

“Bütün  bunlar  mənə  aydın  olduqdan  sonra  bütün  gücümlə  fəlsəfə 

elmlərini  öyrənməyə  girişdim.  Bunlar üç  elmdir:  riyaziyyat,  təbiyyat  və 

ilahiyyat.  Sonra  bu  üç  elmin  qollarının  onlara  aid  ana  qaydaları  və 

prinsipləri  müəyyənləşdirdim  və  onlara  xas  hökmləri  dərindən 

öyrəndim. Daha sonra bu üç elmin qaranlıq məsələləri haqqında izah və 

açıqlamaya münasib qolların təsnifini apardım...”

2

. Ancaq İbn əl‐Heysəm 



                                                 

1

Müvəffəqəddin əbu əl-Abbas Əhməd ibn əl-Qasim ibn əbu Üseybəə. Uyun əl-ənba fi təbəqat əl-ətibba 



(Təbiblərin dərəcələrinə dair xəbərlərin mənbələri). Araşdırma və izahlar Nizar Rzanındır. Beyrut, “Dar 

məktəbə əl-Həyat” nəşriyyatı, tarixsiz, səh. 522. 

2

 Yenə orada, səh. 522-523. Əbu Üseybəə yuxarıdakı sitatı  gətirməzdən qabaq yazır: “İbn  əl-Heysəmin 



(hicri) 417-ci ilə aid və əvvəlkilərin elmlərinə dair yazdığı bir məqaləsində deyilir: “Mən Səba dövründən 

etibarən hələ  də bu müxtəlif insanların fikirlərinə  şübhə ilə yanaşıram; onlardan olan hər bir firqə öz 

rəyini irəli sürür. Onların hamısına  şəklə baxmışam və  yəqinliklə bilmişəm ki, həqiqət birdir. Ona 

(həqiqətə) dair fikir ayrılıqlarının səbəbi ona aparan yolların müxtəlifliyindədir. Bunun üçün müxtəlif 

fikir və  rəylərə baş vurdum. Bəxtimə puç və boş olanlar çıxdı. Həqiqətə dair bir yolu, yəqin rəyə xas 

müəyyən metodu öyrənə bilmədim. Gördüm ki, mən həqiqətə yalnız o fikirlərlə çata bilərəm ki, onların 

məzmunu hissi, forması isə rasional olsun. Mənə buna yalnız Aristotelin bildirdiklərində rast gəldim...”. 



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə