Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 

62

əvvəlki nəsillərin induktiv və empirik metoddan xali elmlərini müfəssəl 



öyrənməklə  kifayətlənməmiş,  özünün  görməyə  dair  tədqiqatlarında 

“hədsiz dəqiq və müfəssəl” kimi xarakterizə etdiyi bir metoddan istifadə 

etmişdir. Belə bir metoda nə müasirləri, nə də əvvəlki dövrlərin alimləri 

sahib idilər. İbn əl‐Heysəm özünün metodu haqda deyir: 

“Tədqiqata  varlıqların  induktiv  öyrənilməsi,  gözlə  görülənlərin 

hallarının  gözdən  keçirilməsi  və  detalların  keyfiyyətlərinin  fərqləndiril‐

məsi  ilə  başlayırıq.  Baxış  zamanı  görünənləri,  ümumi  olub  dəyiş‐

məyənləri, hissiyyatın keyfiyyətinə aid şəksiz təzahürləri bir‐bir induktiv 

olaraq  toplayırıq.  Sonra  tədqiqatımız  və  ölçmələrimizdə  müqəddəm 

şərtlərə  tənqidi  yanaşma  və  nəticələri  gözləməklə  tədricilik  və  tərtibata 

əməl edirik. İnduktiv metodla yanaşıb gözdən keçirdiyimiz hər bir şeydə 

ədalətli  mövqe  tutmağı  və  nəfsin  şıltaqlıqlarına  uymamağı  ali 

məqsədimizə  çeviririk.  Fərqləndirdiyimiz  və  tənqid  etdiyimiz  digər 

şeylərdə  də  həqiqəti  öyrənir,  rəylərə  meyl  göstərməməyə  əməl  edirik. 

Ola  bilsin  ki,  biz  ürəyi  sərinlədən  həqiqətə  bu  yolla  çata,  tədricilik  və 

incəliklə şübhədən xali olanın vaqe olduğu məqsədi əldə edə bilərik. Biz 

tənqid  və  ehtiyat  sayəsində  həqiqəti  qazanırıq.  O  həqiqəti  ki,  ixtilafları 

əridir, şübhələri aydınlaşdırır”

1

.  


İslam  fikir  tarixində  metodologiya  yalnız  bir  sahə  ilə 

məhdudlaşmamış,  digər  bütün  sahələrdə,  elmlərdə  də  mövcud 

olmuşdur.  Metodoloji  təfəkkürün  Quranda  və  Pak  Sünnədə  ana 

qaydaları  və  prinsipləri  vardır.  Səhabələr  və  onlardan  sonra  gələnlər 

(tabein) praktiki olaraq bu qaydalar və prinsiplərdən istifadə etmişdilər. 

Əvvəlcə, hədis alimləri, fəqih və fundamentalistlər metodologiyaya dair 

tərif  və  mənaları  müəyyənləşdirmişdilər.  Daha  sonra  kəlam  alimləri, 

filosoflar,  sufilər  və  tarixçilər  metodologiyaya  aid  dəqiq  tərif  və 

təsniflərin müəlliflərinə çevrildilər. Şübhəsiz, biz metodoloji prinsiplərin 

təmini  baxımından  ən  çox  orijinallığa  “fiqhin  əsasları”  (Üsul  əl‐Fiqh

adlanan elm sahəsində rast gəlirik. Bu elm islam şəriətinin prinsiplərini 

özündə birləşdirir. “Şəriətin prinsipləri və fiqhin əsaslarında elə məntiqi 

təhlil  və  metodoloji  qaydalar  mövcuddur  ki,  onlar  açıq‐aşkar  fəlsəfi 

“qarınqululuq” məziyyətinə sahibdirlər. Bəlkə də onların dərinliklərində 

                                                 

1

 Əli Sami ən-Nəşşar. Mənahic  əl-bəhs ində mufəkkiri  əl-İslam (İslam mütəfəkkirlərinin tədqiqat 



metodları). İsgəndəriyyə, “Dar əl-Məarif” nəşriyyatı. 2-ci nəşr. 1965, səh. 373.  


 

63

müasir  tədqiqat  metodlarına  tamamilə  yaxın  qayda‐qanunlar  tapmaq 



mümkündür...”

1

.  



Aydın  olur  ki,  Qurani‐Kərim  insan  oğlundan  kompleks  bilik 

metodundan  istifadə  etməyi  tələb  edir.  Belə  metod  biliyin  mənbəyi 

sayılan  vəhylə  varlıq  aləmini  bir  araya  gətirən  metoddur.  O,  həmçinin, 

vəhyə  və  varlıq  aləminə  münasibətdə  vasitə  kimi  ağıl  və  hissi 

birləşdirməyi  zəruri  edən,  dünyəvi  mənafe  ilə  axirət  savabını 

uyğunlaşdıran metod hesab edilir. Eləcə də bu metod metodoloji şüur və 

bəşəri fəaliyyətin rasional təfəkkür, elmi tədqiqat və praktika sahələrinə 

kompleks yanaşır. 

 

Tapşırıq.  İslam  metodologiyasının  inkişaf  mərhələlərini  və  sahələrini 

göstərən cədvəl qurun. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                 

1

 İbrahim Mədkur. Fil-fəlsəfə əl-islamiyyə: mənhəc və tətbiquhu (İslam fəlsəfəsinə dair: metod və onun 



tətbiqi). Cild I. 3-cü nəşr. Qahirə, “Dar əl-Məarif” nəşriyyatı, 1983, səh. 21. 


 

64

QƏRB DÜŞÜNCƏ SİSTEMİNDƏ  



METOD ANLAYIŞININ TƏKAMÜLÜ 

 

 

Qərb  düşüncə  tarixinin  hakim  standart  xarakteri  iki  prinsipə 

əsaslanır:  birincisi  dini  mənbələrdən  imtina  nəticəsində  yazıya 

köçürülmüş  bəşər  tarixidir.  İkincisi  isə  digər  xalqların  təsirini  heç 

saymaqla və ya bu təsir rolunu kiçiltməklə Avropa xalqlarının tarixidir

1



Bu  məntiqə  görə,  fəlsəfənin,  elmin  və  mədəniyyətin  tarixi  Qərbdə 

başlamış  və  orada  da  bitmişdir.  Tarix  yunanlardan  başlayır,  Qərbi 

Avropada  sona  çatır  və  Şimali  Amerikaya  uzanır.  Bununla  da  tarix 

qurtarır (!).  

Birinci prinsiplə əlaqədar olaraq deməliyik ki, bəşər mədəniyyəti 

tarixinin  yazıya  köçürülmüş  az  hissəsi  belə  təsdiq  edir  ki,  bütün 

millətlərin  mənsubları  rasional  təfəkkürdən  istifadə  edərək,  elm  və 

incəsənət  sahələrini  inkişaf  etdirmiş,  yeni‐yeni  qanunlar  qoymuş, 

qalıqları günümüzədək gəlib çatmış tikililər inşa etmişlər. Belə tikililərin 

bəziləri  qədim  dünyanın  möcüzələrindən  sayılır.  Növbə  yunanlara 

çatdıqda  onlar  bütün  bunları  inkişaf  etdirmiş,  onlara  istinad  etmiş,  heç 

nəyi  sıfırdan  başlamamışdılar.  Tədqiqatçı  Yusif  Kərəm  özünün  “Yunan 

fəlsəfəsi  tarixi”  kitabında  yazır:  “Yunanlardan  qabaq  Şərq  xalqları 

sonralar fəlsəfi məsələlər kimi təsnif ediləcək bütün məsələlərdə onların 

baxışını  əks  etdirən  nəzəriyyələrə  sahib  idilər.  Hətta  biz  hər  bir  yunan 

ideyasının  şərqli  “oxşar”ının  olduğunu  görürük.  Bu  “oxşarlar”  ya 

yunanlardan  qabaq  mövcud  olmuş,  ya  da  yunanlar  onlara  istinad 

etmişlər”

2



Dini  mənbələrdən  imtinaya  gəlincə,  ola  bilsin  ki,  bu,  Orta  əsr 



Avropasında  elm  və  Kilsə  arasında  cərəyan  edən  mübarizənin  nəticəsi 

kimi  özünü  göstərmişdir;  məlum  mübarizədən  elm  qalib  ayrılmış,  dini 

mənbələr  elm və fəlsəfə tarixindən təcrid edilmişdir. 

 

                                                 



1

 Ya  nadanlıq, ya da milli təkəbbür Frensis Bekon kimi məşhur alim-filosofu belə, digər xalqların elmi 

nailiyyətlərini yox saymağa və  dəyərini azaltmağa sövq etmişdir. Sözügedən yazır: “Təxminən bütün 

elmlər yunanlardan gəlmədir. Romalıların,  ərəblərin və son dövrün müəlliflərinin  əlavələri isə az olub 

xatırlanmayacaq əhəmiyyətə malikdir. Hətta onlarda olanlar belə, yunanların kəşflərinə əsaslanır.” Bax: 

Bacon, Francis. The New Organon, Cambridge, UK: Cambridge University Press, 2000, p. 58.   

2

 Yusif  Kərəm. Tarix əl-fəlsəfə  əl-yunaniyyə (Yunan fəlsəfəsi tarixi). 5-ci nəşr. Qahirə, Müəlliflik



Tərcümə və Nəşretmə Komitəsi, 1966. Müəllifin kitaba yazdığı ön sözün birinci səhifəsi.   


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə