Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

 

65

Müzakirə  edin:  Tarixin  öyrənilməsində  dini  mənbələrdən  imtina 

edilməsinin  dünya  fikrində  Qərb  tarixçilərinin  məşhur  metodu  hesab 

olunmasının səbəbini izah edin və belə imtinanın nəticələrini açıqlayın.  

 

Ancaq  biz  peyğəmbərlərin  ibranilərə,  ərəblərə  və  digər  xalqlara 



göndərildiyini  bildiyimiz  halda  yunanlara  peyğəmbər  və  nəbilərin 

göndərilməsini,  onlara  ilahi  yolgöstərənliyin  mövcudluğunu  yox  saya 

bilmərik. Həmçinin, Qurani‐Kərim qətiyyətlə bildirir ki, bütün dövrlərdə 

xalqların  hamısına  xəbərdaredici  və  müjdələyici  elçilər  göndərilib:  “Biz 

peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan 

kimi  göndərdik  ki,  daha  insanlar  üçün  peyğəmbərlərdən  sonra  Allaha 

qarşı  bir  bəhanə  yeri  qalmasın...”  (ən‐Nisa,  165).  Əgər  Quran  istinad 

etdiyimiz  əsas  mənbədirsə,  yunanlara  peyğəmbərlərin  göndərilməsini 

necə  inkar  edə  bilərik?!  Hərçənd  ki,  Quran  bizə  bütün  peyğəmbərlər 

haqqında  məlumat  vermir:  “Biz  səndən  əvvəl  də  peyğəmbərlər 

göndərmişdik.  Onlardan  kimisi  haqqında  sənə  xəbər  vermiş,  kimisi 

haqqında xəbər verməmişik...” (Qafir, 78). 

İbn əbu Üseybəə özünün “Təbiblərin dərəcələrinə dair xəbərlərin 

mənbələri” kitabında qeyd edir ki, bəzi filosoflar onlara verilən suallara 

cavab  verə  bilməyəndə  sual  sahiblərini  peyğəmbərə  sarı  yönəldərdilər. 

O,  kitabının  birinci  fəslində  peyğəmbərlərin  və  Allahın  təbabətə  dair 

dediklərini sitat gətirir və yunan tarixinə aid misallara baş vurur. Galen 

və  Asklepiadın  fikirlərindən  istifadə  edir.  Sonuncu  Qədim  təbabət 

haqqında  söz  açmış  ilk  yunan  hesab  olunur.  O,  Allah  təaladan  ilham 

alaraq  təbabət  haqqında  danışırmış.  “Onun  nəslindən  olan  kralların 

peyğəmbər  olduqları  iddia  edilir”.  Eləcə  də  deyirlər  ki,  “Asklepiad 

Böyük  Tufandan  qabaq  yaşamışdır.  Onun  misirli  tələbəsi  Agatusimon 

yunanların  və  misirlilərin  peyğəmbərlərindən  biri  idi.  ...Bu  Asklepiad 

yunanların  arasında  təbabəti  təsis  etməyə  başlayan  ilk  şəxs  olmuşdur”. 

Həmçinin,  qeyd  olunur  ki,  “İş  o  yerə  çatdı  ki,  Asklepiad  insanların 

sağalmalarına  ümid  etmədikləri  xəstələri  sağaltdı.  Deyirdilər  ki,  Uca 

Allah  Asklepiadı  hörmət  əlaməti  olaraq  özünə  yaxınlaşdırıb,  mələkləri 

cərgəsinə  qatıb.  Həmçinin,  onun  İdris  peyğəmbər  (Ona  salam  olsun!) 

olduğunu söyləyənlər də vardı”

1

.  



                                                 

1

 Müvəffəqəddin əbu əl-Abbas Əhməd ibn əl-Qasim ibn əbu Üseybəə. Uyun əl-ənba fi təbəqat əl-ətibba 



(Təbiblərin dərəcələrinə dair xəbərlərin mənbələri). Araşdırma və izahlar Nizar Rzanındır. Beyrut, “Dar 

məktəbə əl-Həyat” nəşriyyatı, tarixsiz, səh. 11-38. 




 

66

Məs`udi  yazır:  “Hindistan  qədimdə,  xüsusilə  də  Böyük 



Brəhmənin hökmdarlığı dövründə möminlik və hikmət sayəsində şərəfli 

günlərini 

yaşayırdı... 

Alimlər 


yetişmiş, 

mədənlərdən 

dəmir 

çıxarmışdılar.  Qılınclar  və  xəncərlər  döyülüb‐düzəldilmiş,  üstün 



zümrələrin  qəlblərinə  daha  ali  bilik  əkilmişdi.  Bu  Brəhmənin 

məşhurluğu onun hökmdar olmasından irəli gəlsə də, onun Hindistana 

göndərilmiş  peyğəmbər  olması  ehtimalı  tarixçilərin  əsas  ehtimalıdır”. 

Həmçinin,  Məs`udi  Zərdüştü  atəşpərəstlərin  peyğəmbəri  kimi  təsvir 

edərək  bildirir  ki,  o,  onlara  “Zəmzəmə”  adı  ilə  məşhur  olan  kitab 

gətirmişdir

1

.  


Şeyx Nədim əl‐Cisr bildirir ki, qədim dövrlərdəki hikmət bir çox 

yönü  ilə  peyğəmbərliyin  izini  özündə  əks  etdirirdi:  “Peyğəmbərlər 

vasitəsilə Allahın yolgöstərənliyi yunanlardan və onların fəlsəfələrindən 

daha qədimə gedib çıxır. Mən belə bir fikrə üstünlük verirəm ki, qədim 

Misirdəki,  Çin  və  Hindistandakı  fəlsəfənin  bir  çox  xüsusiyyəti  tarixin 

unutmuş  olduğu  peyğəmbərliklərdən  qalmadır.  Onların  mənsubları 

filosoflar kimi təqdim edilir. Bəlkə də onlar peyğəmbərlər və ya onların 

davamçıları olmuşlar”

2



Ancaq  insafən  demək  lazımdır  ki,  bəzi  qərblilər  yunanlardan 



qabaqkı xalqların hikmət və fəlsəfənin bir sıra tərəflərinə dair xidmət və 

nailiyyətlərini  etiraf  edirlər.  Henz  Gadmer  Platon  və  Aristotelin 

zəhmətlərindən 

başqa 


fəlsəfənin 

mümkün 


başlanğıcını 

qəbul 


etməməyinə  baxmayaraq,  bildirir  ki,  sözügedən  iki  filosof  əvvəlki 

mərhələdə  axının  gəlib  keçdiyi  iki  “alaqapı”  rolunu  oynamış, 

Sokrataqədərki mərhələnin tarixçiləri olmuşlar. O, eləcə də qeyd edir ki, 

Sokrataqədərki  fəlsəfə  Orta  Asiyadan  gəlmədir.  Yazılı  mədəniyyəti 

qabaqlamış  Sokrataqədərki  epik  qəhrəmanlıq  ədəbiyyatı  və  fəlsəfə 

qədim  yunanların  danışdığı  dildə  idi.  “Məhz  bu,  bəşəriyyət  tarixinin 

böyük sirlərindən biridir... Qədim yunanlar hərfi (fonoqrafik) yazını kəşf 

etməmişdilər. Ancaq onlar ondan istifadə etməklə onu sami əlifbası üçün 

hazırlamışdılar. Belə bir istifadə ən çoxu iki yüz il çəkmişdir”

3

.  



                                                 

1

 Əbülhəsən Əli ibn əl-Hüseyn ibn Əli əl-Məs`udi. Mərvəc əz-zəhəb və Məadin əl-cövhər (Qızıl yatağı və 



cavahirat mədənləri). Araşdırma Məhəmməd Məhyəddin  Əbdülhəmidindir. Bağdad, “əl-Əsreiyyə” 

kitabxanası, 1938. Cild I, səh. 62. 

2

 Nədim  əl-Cisr. Qissə  əl-iman beynəl-fəlsəfə  vəl-elm vəl-Quran (Fəlsəfə, elm və Quran arasında iman 



problemi). 3-cü nəşr. Beyrut, “əl-Məktəb əl-İslami” nəşriyyatı, 1969, səh. 36. 

3

 Henz Corc Gadmer. Bidayə  əl-fəlsəfə (Fəlsəfə haradan başlayır?). Tərcümə Hakim Saleh və  Həsən 



Nazimindir. Beyrut, “əl-Kitab əl-cədid” nəşriyyatı, 2000, səh. 6. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə