Metodologiya4


Sokrataqədərki  yunan  metodologiyası



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

 

67

Sokrataqədərki  yunan  metodologiyası:  tədqiqatçı  Yusif  Kərəm 

“Yunan  fəlsəfəsi  tarixi”  kitabında  yazır  ki,  ən  qədim  yunanlar 

iyoniyalılar  olmuşlar.  Onları  ən  məşhur  hökmdarı  Fales  (e.ə.  624‐546) 

sayılırdı.  Onun  şöhrəti  Şərqə  yayılmışdı  və  o,  qədim  Babil  və  Misir 

elmlərinə dərindən bələd idi. Empirik metoddan istifadə etmiş, induktiv 

və  dəlilgətirmə  yollarından  yararlanmağa  çalışmışdır.  Görünür, 

iyoniyalıların  yazılı  irsi  itib‐batmış  və  ondan  bizə  heç  nə  gəlib 

çatmamışdır.  Biz  yalnız  Platon  və  Aristotelin  əsərlərində  onlara  aid 

məlumatlara  rast  gəlirik.  Təbiətşünaslıq  onların  əsas  məşğul  olduqları 

sahə  sayılırdı.  Sonrakı  dövr  iyoniyalılarından  sayılan  Heraklit 

dialektikada  digərlərindən  fərqlənirdi;  təkzib  və  əksliklərin  mübarizəsi 

prinsipindən  çıxış  edərək  deyirdi  ki,  əşyaların  mahiyyəti  üçün 

dəyişilmələr  xasdır  və  onlar  olmazsa,  heç  nə  mövcud  olmaz.  Stabillik 

yoxluq  və  ölümdür.  Onun  davamçıları  sofistlər  olaraq  tanınırdılar  və 

ifrat  dərəcədə  skeptisizmə  bağlı  idilər.  Bu  səbəbdən  Heraklit  yunan 

fəlsəfəsində skeptisizmin  “ulubaba”sı sayılır

1

.   



Sokrataqədərki  yunan  filosoflarına  pifaqorçular  da  daxil  idi. 

Onlar məşhur filosof Pifaqorun (e.ə. 572‐497) davamçıları sayılırdılar və 

riyaziyyat  elminin  yaranmasını  onların  adı  ilə  bağlayırlar.  Ancaq  onlar 

riyaziyyatla  yanaşı,  astronomiya,  təbabət  və  musiqi  ilə  də  məşğul 

olurdular.  Pifaqorçular  düşünürdülər  ki,  dünya  üçün  sistemlilik  və 

harmoniya  xasdır.  Dünya  ədədlərdən  və  musiqi  tonlarından  ibarətdir. 

Ədədlər  prinsipi  varlıqların  elementlərini  təşkil  edir.  Pifaqorçular 

deyirdilər  ki,  Yer  kürə  şəklindədir.  Ancaq  onlar  kainatın  mərkəzi  kimi 

Yeri deyil, “mərkəzi od”u qəbul edirdilər

2



O  dövrün  filosoflarından  biri  də  Demokrit  (e.ə.  470‐361)  idi.  O, 

təbiətşünaslıq  elminə  yeni  fikirlər  gətirmiş,  materiyaya  maddi‐hissi 

münasibət  bəsləmişdir.  Demokrit  deyirdi  ki,  materiya  boşluqdan  ibarət 

deyil  və  boşluq  materiyasızlıqdır.  Cisimlər  bölünməz  və  olduqca  dəqiq 

atomlardan  ibarətdir.  Atomlararası  boşluqda  yeni  cisimlər  yaranır. 

Cisimləri  əmələ  gətirən  atomlar  daimi  hərəkətdədir;  onlar  bir‐biri  ilə 

toqquşduqda  bədən  yaranır,  dağıldıqda  isə  onların  məhvinə  aparır.  Ən 

bəsit  əşya  substansiya  və  bölünməz  hissədir.  Substansiyalar  və  boşluq 

həqiqətdə mövcuddur və onlar biliyin yeganə obyekti sayılırlar

3



                                                 

1

 Yusif  Kərəm. Tarix əl-fəlsəfə  əl-yunaniyyə (Yunan fəlsəfəsi tarixi). 5-ci nəşr. Qahirə, Müəlliflik



Tərcümə və Nəşretmə Komitəsi, 1966, səh. 10-19. 

2

 Yenə orada, səh. 21-26. 



3

 Yenə orada, səh. 38-41. 




 

68

Aydın  olur  ki,  yunan  tarixinin  erkən  mərhələləri  üçün  tədqiqat 



obyekti metodologiyanın əsasını təşkil etmişdir. Tədqiqatın obyekti kimi, 

hər  şeydən  qabaq  təbiəti  ‐  dünyanı  öyrənmək  lazım  idi.  Bu  səbəbdən 

materiya  formaları,  şeylər  və  dəyişilmələr  iyoniyalıların,  pifaqorçuların, 

Heraklitin  və  başqalarının  başlıca  tədqiqat  obyektləri  hesab  edilirdi. 

Deməli, təbiət metodu bu erkən mərhələnin əsas fəaliyyət cizgisi idi

1



Natiqlik  və  sofistik  mübahisə  metodu:  e.ə.  afinalılar  farsları 

məğlub  etməklə  müstəqilliklərini  daha  da  gücləndirdilər.  Bu,  stabilliyə 

səbəb  olmaqla  yanaşı,  mədəniyyət  və  elmin  inkişafına  da  təkan  verdi. 

Rəqabət  gücləndi,  siyasi  və  hüquqi  polemikalar  geniş  yayıldı.  Bununla 

da  natiqlik  sənətinə,  mübahisə  və  kütləni  cəlbetmə  üsullarına  ehtiyac 

yarandı. Bəzi ziyalılar natiqlik qabiliyyətlərini artırdılar və sofistlər kimi 

tarixə düşdülər. “Sofist” sözü hər hansı bir elm və ya sənaye sahəsi üzrə 

“mahir  şəxs”  deməkdir.  Ancaq  sofistlər  dedikdə  müsbət  mənada  daha 

çox  natiqlikdə  mahir  şəxslər  başa  düşülürdü.  Sofistlər  həqiqətin 

axtarışına  girişmədən  mübahisə,  fəndgirlik,  müxtəlif  məsələlərə  dair 

sübutlar  gətirmə,  qənaətbəxş  üsullardan  və  nitq  təzyiqindən  istifadə 

etmək  kimi  xüsuslarda  ixtisaslaşmışdılar.  Onlar  ayrı‐ayrı  sözlərdən, 

mənalardan,  problemlərdən,  şərtlərdən,  dəlillərdən,  fəndəsalmalardan 

və  üsullardan  yapışır,  sofistik  dialektikaya  üstünlük  verirdilər.  Bəzən 

bir‐birlərini inkar edir, dini və təfəkkürü lağa qoyur, qüvvə və qələbənin 

dərəcəsini  şişirdirdilər.  Sokrat  və  davamçılarının  hücumundan  sonra 

sofistika  metodu  təhqir  mənasında  başa  düşülməyə  başladı.  Sofistlərin 

ən məşhur nümayəndələrindən olmuş Protaqordan (e.ə. 480‐410) Platon 

belə bir sitat gətirir: “Şübhəsiz, insan bütün şeylərin ölçüsüdür. Bütün bu 

şeylər  isə  hər  bir  fərdə  görədir.  Hər  bir  şey  daimi  çevrilmə  və 

dəyişilmədədir.  Mütləq  həqiqət  mövcud  olmadığı  kimi,  səhvlər  də 

mövcud deyildir”

2



Aristotel məntiqi və ya Orqanon: Sokrat, Platon və Pifaqor kimi 



tarix  boyu  bəşəri  təcrübəyə  təsir  etmiş  bir  çox  yunan  filosofunun 

yetişməsinə rəğmən, heç kim Aristotelin məqamına yüksələ bilməmişdir. 

Həqiqətən,  Aristotel,  ümumiyyətlə  Avropa  və  ümumdünya  fikir 

tarixinə,  xüsusilə  də  fəlsəfə  və  digər  elmlərdə  metodologiyanın 

inkişafına böyük töhfələr vermişdir.  

                                                 

1

 Rabo Bert. Məbadi  əl-fəlsəfə (Fəlsəfənin prinsipləri). Tərcümə  Əhməd  Əminindir. Qahirə, “ən-Nəhzə 



əl-misriyyə” kitabxanası, 1971, səh. 99. 

2

 Yusif  Kərəm. Tarix əl-fəlsəfə  əl-yunaniyyə (Yunan fəlsəfəsi tarixi). 5-ci nəşr. Qahirə, Müəlliflik, 



Tərcümə və Nəşretmə Komitəsi, 1966, səh. 44-49. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə