Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

 

69

Ontoloji,  etik,  siyasi,  təbiət  və  metafizik  nəzəriyyələrin 



inkişafında Aristotelin böyük xidmətləri olmuşdur

1

. Bütün bu xidmətlər 



sonradan  “Aristotel  məntiqi”  adlandırılacaq  xüsusi  məntiq  sahəsi  kimi 

tanınmışdır.  Bu  məntiq  əsasən  analogiyadan  istifadə  edir.  Bəzi 

tədqiqatçılar bildirirlər ki, Aristotelin irsini şərh və tənqid edənlər bir çox 

məsələdə  onu  yaxşı  başa  düşə  bilməyiblər.  Onlar  həmin  şərhçi  və 

tənqidçilərin  Aristotelin  induktiv  və  empirik  metodlarla  maraq‐

lanmasına  əhəmiyyətsiz  yanaşdıqlarını  qeyd  edirlər.  Aristoteli  öyrənən 

tədqiqatlarda  onun  fəhm  və  təfəkkür  probleminə  əhəmiyyət  verməsi 

bütövlükdə Qərb düşüncəsi əsasında təhlil edilir

2



Aristotelin  metodologiya  ilə  əlaqəli  altı  əsəri  “Orqanon”  adlı 



kitabda toplanmışdır. Orqanon “alət”, yəni, “idrak aləti” mənasına gəlir. 

Sözügedən  kitabın  məzmunu  idrak  vasitələrindən  və  ya  zəkanı 

zədələnmədən  qoruyan  metoddan  bəhs  edir.  Aristotelin  “Orqanon”una 

daxil  altı  kitab  bunlardır:  “Kateqoriyalar”,  “Şərhlər”,  “İlk  təhlillər”, 

“İkinci təhlillər”, “Mövzular” və “Sofistikanın təkzibi”

3

.  



Aristotel irsinin redaktəsi ilə məşğul olmuş M. Riçard hesab edir 

ki,  bu  böyük  filosofun  təsir  gücü  onun  hələ  sağlığında  qoyduğu  və  bu 

günədək davam edən elmi bir çığır sayəsindədir. Onun fəlsəfəsi bir çox 

tərif  və  konsepsiyanın  ilkin  formalarını  özündə  birləşdirir.  Belə  ilkin 

formalar  əsasında  sonrakı  əsrlər  ərzində  elm  və  fəlsəfənin  müxtəlif 

sahələri  təşəkkül  tapmışdır.  Belə  demək  mümkündür  ki,  Qərbdəki 

mədəniyyətin  böyük  hissəsi  Aristotelin  irsi  ətrafında  aparılmış 

mübahisələr üzündən formalaşmışdır. Belə “mübahisələr”də bəzən, XIII 

əsrdə olduğu kimi, Aristotel məntiqi qələbə çalmış, bəzən də, Maarifçilik 

dövründə olduğu kimi, bu məntiq üstünlüyünü əldən vermişdir. Ancaq 

bu  mübahisələrin  sayəsində  bəşəriyyətin  fikir  tarixində  parlaq  tərəqqi 

baş vermişdir

4

.  


                                                 

1

 Aristotelin mötəbər irsinin əsas hissəsi toplanaraq ingilis dilinə tərcümə edilməklə 1488 səhifəlik böyük 



bir cilddə  nəşr edilmişdir. Bu külliyyata “Orqanon”a daxil altı kitab, “Fizika” kitabı, “Səma” kitabı, 

“Yaranma və  məhvə dair kitab”, Psixika, yaddaşa və röyalara aid kitablar, “Canlılar tarixi” kitabı, 

“Canlıların hissələri” kitabı, “Canlıların yaranması” kitabı, “Metafizika” kitabı, etikaya dair kitablar

“Siyasət” kitabı, ritorikaya dair kitablar və “Poetika” kitabı daxildir. Bax: McKeon, Richard, (Editor) The 

Basic Works of Aristotle, New York: Randon House, 1941.  

2

 Mustafa  ən-Nəşşar. Nəzəriyyə  əl-elm  əl-ərəstiyyə: dirasə fi məntiq  əl-mə`rifə  əl-elmiyyə ində  Əristu 



(Elmin Aristotel nəzəriyyəsi: Aristotelin elmi bilik məntiqinə dair tədqiqat). 2-ci nəşr. Qahirə, “Dar əl-

Məarif” nəşriyyatı, 1995, səh. 12.  

3

 McKeon, Richard, (Editor) The Basic Works of Aristotle, New York: Randon House, 1941, p. 1-217. 



4

 Yenə orada.  




 

70

Metodologiya  və  təfəkkür  məntiqinə  dair  altı  əsəri  özündə 



birləşdirən  “Orqanon”  kitabının  təsir  gücü  haqda  Əbdürrəhman  Bədvi 

qeyd  edir  ki,  ərəblər  Aristotellə  məhz  bu  kitabın  sayəsində  tanış 

olmuşdular. Hətta iş o yerə çatmışdı ki, onlar Aristoteli “məntiqin ağası” 

olaraq vəsf etməyə öyrəşmişdilər

1

.  


Avropa  mədəniyyətinin  ətaləti  və  İslamın  meydana  gəlməsi

Roma  imperiyasına  qədim  yunanlardan  zəngin  miras  qalmışdı.  Ancaq 

romalıların  başı  Avropanın  daxilində  və  xaricində  müharibələrə 

qarışdığından fikri və mədəni çiçəklənmə yerini ətalətə verməyə başladı. 

Bu  hal  imperiyanın  Qərbi  və  Şərqi  Roma  (Bizans)  imperiyalarına 

bölünməsindən  sonra  daha  ciddi  xarakter  aldı.  Hər  iki  dövlətin 

imperatorları  sərt  feodal  diktatorluğu  sistemini  yaratmışdılar. 

Xristianlığın  zühuru  heç  nəyi  dəyişə  bilmədi.  Çünki  imperatorlar  və 

feodallar  Kilsə  ilə  müttəfiq  idilər.  Kilsə  dini  mənbələrin  şərhində 

Aristotel  məntiqini  mənimsədi.  Rasional  tədqiqatlara  və  polemikalara 

son qoyuldu. Avropa dərin qış yuxusuna getdi. 

Elə bu dövrdə İslam dini nəş`ət etdi, Şam, İraq, İran və Misirdəki 

qədim mədəniyyətləri öz ağuşuna alan stabil bir cəmiyyət qurdu. İslam 

rasional  fəaliyyətə  rəvac  verib  elm  öyrənməyə  təşviq  etməkdə,  varlıq 

aləminin  ənginlikləri,  şeylər  və  hadisələrdəki,  təbii,  psixoloji  və  ictimai 

təzahürlərdəki  ilahi  qanunauyğunluqlar  haqda  düşünməyi  zəruri 

saymaqda özünəməxsus təbiətə sahib idi. Müsəlman alimləri tədqiqetmə 

və kəşflərdə müstəqil fəaliyyəti dəstəkləməklə qədim hindlilərin, fars və 

yunanların  elmlərindən  yaralandılar.  Yunan  irsinin  böyük  hissəsi  ərəb 

dilinə  tərcümə  edildi.  Məktəblər  və  universitetlər  təsis  edildi.  Avropa 

belə  bir  mədəni  tərəqqinin  sayəsindən  yuxudan  ayıldı;  müsəlman 

Şərqindəki elmi‐mədəni inkişaf Avropaya bir neçə yolla sirayət etmişdi; 

birbaşa  sirayət  Xaç  yürüşləri  zaman  baş  verdi.  Əndəlüs  və  Siciliya  isə 

mədəni  təması  təmin  etdi.  Avropalılar  ərəb‐süryani  tərcümələri  vasitəsi 

ilə  qədim  yunan  irsini  yenidən  tədqiq  etməyə  girişdilər.  İnduktiv  və 

empirik  metodla  əlaqəli  metodoloji  intibahın  şahidi  oldular.  Bu  intibah 

islam  alimləri  tərəfindən  reallaşmış  olub  daha  çox  fizika,  astronomiya, 

həndəsə  və  riyaziyyat  elmlərinin  tədqiq  edilməsi  ilə  əlaqədar  idi.  Məhz 

bu  intibahın  stimulverici  qüvvəsi    din  islahatçılığı  hərəkatına  rəvac 

vermiş, alimləri araşdırmalara və empirik təcrübələrə həvəsləndirmişdi. 

                                                 

1

 Aristotel. Məntiq. Cild I. Tədqiq Əbdürrəhman Bədvinindir. Beyrut, “Dar əl-Qələm” nəşriyyatı, 1980, 



səh. 30. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə