Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

 

73

düşündü,  ağılın  və  elmlərdə  həqiqət  axtarışının  istiqamətlərini 



müəyyənləşdirən  “Metod  haqqında  mülahizələr”  kitabını  yazdı

1

.  Kitab 



altı fəsildən ibarətdir. Birinci fəsildə fəlsəfə və dinlə bağlı bəzi fikirlər yer 

alır.  İkinci  fəsil  müəllifin  yaratmağa  çalışdığı  metodun  əsas 

qaydalarından bəhs edir. Üçüncü fəsildə metoddan irəli gələn bəzi əxlaq 

qaydalarına toxunulur. Dördüncü fəsildə Allahın və ruhun mövcudluğu 

isbat  edilir.  Beşinci  fəsildə  müəllifin  fizikaya  dair  suallarından,  ürəyin 

döyünməsindən,  təbabətin  bəzi  problemləri  və  insanla  heyvan 

arasındakı  fərqlərdən  söhbət  açılır.  Sonuncu  fəsil  isə  təbiətə  dair 

tədqiqatların  təkmilləşdirilməsi  üçün  tələb  olunan  məsələlərə  və 

müəllifin kitabı qələmə alma səbəbinə həsr olunub.  

Dekart  görürdü  ki,  Aristotel  analogiyası  metodu  “qısır”dır  və 

yeni növ bilik istehsal etməyə qadir deyil. Eləcə də F. Bekonun Aristotel 

məntiqinə antipod kimi irəli sürərək yaratmağa çalışdığı hissi təcrübəyə 

əsaslanan empirik‐induktiv metod şübhələrdən xali mütləq biliyə aparıb 

çıxarmır.  Dekartın  metodu  əvvəlcə,  insanların  müzakirə  və  sübuta 

əsaslanmayan  ənənəvi  qayda  ilə  səhihliyinə  inandıqları  şeylərin 

həqiqiliyinə şübhə bəsləyir. “Əvvəllər ənənəvi üsulla öyrəndiklərimə və 

insanların  ideallarına  inanmamağı  öyrəndim.  Fitrətin  nurunu  söndürən 

və  ağılın  səsinə  qulaq  asmağımıza  mane  olan  xətalardan  özümü  yavaş‐

yavaş qurtarmağa başladım”

2

.  



Dekartın metodu dörd qaydaya əsaslanır: birinci qayda budur ki, 

hər hansı bir şeyin düzgünlüyünə tez qərar vermək olmaz. Bunun üçün 

həmin  şeyin  səhihliyinə  əmin  olmaq,  onda  şübhə  doğuracaq  səbəblərin 

mövcud  olmadığını  dəqiqləşdirmək  və  tələsik  hökmvermədən, 

qərəzlilikdən qaçmaq lazımdır. İkinci qaydaya görə, öyrənilən problemi 

mümkün  qədər  çox  detala  ayırmaq  lazımdır  ki,  ona  münasibət 

asanlaşsın.  Üçüncü  qayda  asan  öyrənilən  sadə  detallar  haqda  sistemli 

düşünməyi,  hədsiz  qəliz  məsələlərə  isə  iyerarxik  münasibət  bəsləməyi 

tələb  edir.  Sonuncu  qayda  isə  bundan  ibarətdir  ki,  tədqiqatçı  tədqiq 

etməyib  yaddan  çıxardığı  hər  hansı  bir  detalın  qalıb‐qalmadığına  əmin 

olmalıdır

3

.   



Deməli Dekartın metodu ibarətdir: 

                                                 

1

 Descartes, Rene. Discourse on Method and Meditations on first Philosophy, Translated by Donald A. 



Cress, Fourth Edition, Indianapolis, IN: Hachett Publishing Company Inc. 1998, from the Editor’s 

preface, p. vii-viii.   

2

 Yenə orada, səh. 6. 



3

 Yenə orada, səh. 11. 




 

74

1.Bir  şeyin  düzgünlüyünə  əmin  olmadan  onun  səhihliyini  qəbul  etmək 



olmaz; 

2.Qarşıya  qoyulan  problemi  mümkün  qədər  çox  detala  ayırmaq 

lazımdır; 

3.Məlum sadə detallar haqda sistemli düşünmək, hədsiz qəliz məsələlərə 

isə iyerarxik münasibət bəsləmək lazımdır; 

4.Tədqiqatçı  araşdırmayıb  yaddan  çıxardığı  hər  hansı  bir  detalın  qalıb‐

qalmadığına əmin olmalıdır. 

Kont  və  Dürkheym,  pozitivizmin  əsasının  qoyulması:  XVIII‐

XIX  əsrlər  təbiətin  və  maddənin  sirləri  ilə  bağlı  elmi  kəşflərlə  tarixə 

düşsə də daha çox  bu dövr sosial və humanitar elmlərin yaranması ilə 

yadda  qalıb.  Bu  elmlərin  baniləri  elmi‐empirik  metodu  sosial  elm 

sahələrinə  tətbiq  etməyə  cəhd  göstərir  və  hesab  edirdilər  ki,  insan 

təfəkkürü  elmi‐empirik  metodda  kamal  dərəcəsinə  çatıb.  Qərblilər 

tərəfindən  sosiologiyanın  banisi  hesab  edilən  Ogüst  Kont  (1798‐1857) 

pozitivizmin  nəzəri  əsaslarını  hazırlayan  filosofdur.  Pozitivizm  seyrçi 

fəlsəfənin  ənənəvi  baxışlarını  qəbul  etmir,  metafizikanı  isə  rədd  edirdi. 

Kont  bu  nöqteyi‐nəzərdən  çıxış  edərək  bəşəri  idrakın  inkişafını  “Üç 

mərhələ”  qanununa  əsasən  yenidən  izah  edirdi:  birinci,  teoloji 

mərhələdir. Bu mərhələdə dini təfəkkür bütlərə ibadətdən politeizmə və 

ondan  da  monoteizmə  doğru  inkişaf  etmişdir.  Bu  zaman  insan  zəkası 

mifoloji  izahlara  və  xurafatlara  əsaslanmışdır.  İkinci  mərhələ  metafizik 

mərhələdir.  Bu  mərhələ  əvvəlki  mərhələ  ilə  müqayisədə  daha  inkişaf 

etmiş  sayılır.  Bu  mərhələdə  insan  zəkası  bütün  hadisələrin  əsasını 

abstrakt  metafizik  mahiyyətlərdə  görür,  izahı  qəbul  etmir.  Üçüncü 

mərhələ isə pozitiv mərhələ adlanır. Pozitiv dünyagörüşü zamanı insan 

zəkası  təzahürlərin  yaranması  səbəbləri  ilə  maraqlanmır.  Onu 

maraqlandıran  təzahürlərin  necə  yaranmasıdır.  Bu  zaman  zəka  pozitiv 

reallıqların  dəqiq  təsvirinə,  əlaqələr  arası  rabitəyə,  bütün  təbii,  o 

cümlədən,  ictimai  təzahürlərin  izahını  verən  elmi  qanunların  təsis 

edilməsinə əsaslanır.  

Pozitivist  metodun  təsis  edilməsində  Emil  Dürkheymin  (1858‐

1917)  xidmətləri  heç  də  Ogüst  Kontunkundan  az  deyildir.  Bu,  xüsusən, 

onun “Sosiologiya metodu” adlı kitabı sayəsində mümkün olmuşdur. Bu 

kitabda  deyilir  ki,  digər  bütün  elmlər  kimi,  sosiologiya  da  pozitivist 

metodundan  asılıdır.  Dürkheym  sosiologiyanı  üç  fərziyyə  əsasında 

formalaşdırmışdı:  birincisi  təbiətin  birliyidir.  İkincisi  budur  ki,  sosial 

təzahürlər  obyektiv  real  dünyanın  bir  parçasıdır.  Üçüncü  fərziyyəyə 




 

75

görə  isə  bu  təzahürlər  təbiətin  qanunları  və  prinsiplərinə  tabe  olub 



induksiya  və  empirizmə  əsaslanan  elmi  metodologiyaya  uyğun  olaraq 

öyrənilməyə əlverişlidir

1



Hər  halda  pozitivizm  Qərb  mütəfəkkirləri  tərəfindən  şiddətli 



tənqidə tuş gəldi. Ancaq bu, sözügedən cərəyanın XX əsrin ortalarınadək 

Qərbin fikir fəaliyyətinin əsas hissəsində öz sözünü deməsinə mane ola 

bilmədi. 

Modernizm  və  postmodernizm:  Qərb  dünyası  Maarifçilik 

dövründən  başlayaraq  XX  əsrin  ortalarınadək  modernizm  adlanan 

düşüncə cərəyanının hakim kəsildiyi bir mərhələnin şahidi olmuşdur. Bu 

mərhələnin  xarakterik  xüsusiyyəti  bundan  ibarət  idi  ki,  burada  insan 

zəkasına mütləq inam mövcud idi və elmi‐texnoloji tərəqqi öz bəhrəsini 

vermiş,  dünyəvilik  Qərb  mədəniyyətinin  üstün  cizgisinə  çevrilmiş, 

xristianlıq  isə  real  dünyanın  meydan  sulaması  qarşısında  öz  nüfuzunu 

itirmişdi.  Üç  növ  yeni  “din”  forması  ortaya  çıxmışdı:  birincisi  yaratdığı 

dünyanın  işlərinə  qarışmayan  “tanrı”ya  inam  idi.  İkincisi  şizofrenik 

formada dünya işləri ilə maraqlanan fərdə inam idi. Üçüncü isə müdafiə 

xarakterli  tərki‐dünyalıq  idi.  Bütün  hallarda  dini  nöqteyi‐nəzər 

cəmiyyətin ən zəif tərəfinə çevrildi

2

.  


Bəzi  modernist  cərəyanlar  fəlsəfi  nöqteyi‐nəzərlərə  və  dünyaya 

baxış  formalarına  çevrildi.  Sonunculardan  isə  elmi  metodlar  təşəkkül 

tapdı.  XVII  əsrdə  yaranan  və  XVIII  əsrdə  isə  hakim  düşüncə  tərzinə 

çevrilən  rasionalizm  metafizika  və  dini  özündən  uzaqlaşdırdı. 

Pozitivizm  isə  elmin  və  metodun  mütləq  imkanlarını  “müjdələyən” 

dünyəviliyi  formalaşdırdı.  Belə  dünyəviliyə  görə,  insan  təbiət  üzərində 

tam ağalıq etmək imkanı əldə etmiş olurdu. Sayentizm isə dini cərəyanın 

xüsusiyyətlərinə sahib istiqamətə çevrildi. Bu cərəyanlar da üzvi inkişaf 

nəzəriyyəsindən  insanın  yüksələn  xətt  üzrə  inkişafının  davamlılığını 

xəbər  verən  fəlsəfi  cərəyana  çevrilməklə  daha  da  inkişaf  etdi.  Bu,  etnik 

təəssübkeşliyə  haqq  qazandıran  cərəyan  olub  belə  hesab  edirdi  ki, 

müharibələrdə  sosial  həyatın  yalnız  bir  qanunu  var;  bu  da  insanın 

iradəsi  və  ya  ilahi  qüdrətin  deyil,  yalnız  təbiət  qüvvələrinin 

formalaşdırdığı qanundur. 

                                                 

1

 Əla Mustafa Ənvər.  ət-Təfsir fil-ülum əl-ictimaiyyə: dirasə fi fəlsəfə  əl-ülum (Sosial elmlərin izah 



edilməsi: epistemologiyaya dair bir tədqiqat). Qahirə, “Dar əs-Səqafə” nəşriyyatı, 1988, səh. 109-196.  

2

 Haynes, Stephen. Professing in the Postmodern Academy, Waco, Texas: Baylor University Press, 2002, 



p 34-35. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə