Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 

76

Ancaq  gələcəyə  nikbin  baxan  bu  fikir  cərəyanları  digər  növ 



istiqamətlərin  qapısını  avropalı  zəkasının  üzünə  bağlamadı.  XVIII‐XIX 

əsrlər  pessimist  ruhlu  cərəyanların  şahidi  oldu.  Bu  cərəyanlara  görə, 

burjuaziya ideologiyasını ortaya qoyan elmi tərəqqi ağlın rolunu şişirdib 

intuisiya,  vicdan  və  hisslərə  əhəmiyyətsiz  yanaşmaqla  insanı  bir  çox 

humanist  keyfiyyətdən  məhrum  edib.  Romantizm  rasionalizmə, 

marksizm isə kapitalizmə qarşı inqilab edən cərəyanlar sayılırdı. Ortaya 

təhtəlşüurluluğa  əsaslanan  psixoanaliz  çıxdı.  Nitşe  özünün  irrasional 

fikirlərini  irəli  sürdü.  Jan  Pavel  Sarter  ontoloji  müddəaları  ilə  çıxış  etdi. 

Spengler isə Avropanın təkəbbürlü ruhunu kəskin tənqid edərək bildirdi 

ki,  əvvəlki  mədəniyyətlər  kimi  Avropa  mədəniyyəti  də  tənəzzül 

edəcəkdir.  

Pessimizm  ruhu  daha  da  inkişaf  edərək  modernizmi  yeni  bir 

cərəyanla  əvəz  etdi.  Bu,  özündə  müxtəlif  cərəyan  və  metodları 

birləşdirən  postmodernizm  idi.  Bu  cərəyana  nəzər  saldıqda  onda 

müxtəlif  müddəaların  yer  aldığını  görürük.  Bu  müddəalara  görə, 

modernizm  ciddi  səhvlərlə  müşayiət  olunduğundan  onun  əvəz‐

lənməsinə ehtiyac vardır. Bəzi postmodernistlər “mən” mərkəzli zəkanın 

fəlsəfi  prioritetliyindən  daha  çox  söz  açsalar  da  bəziləri  də  etik 

relyativizmdən  danışırlar.  Elmi‐texniki  tərəqqiyə  səbəb  olmuş 

rasionalizmin  zərərli  təsirlərindən  danışan  postmodernistlər  də  vardır. 

Son  üç  onillikdə  akademik  dairələr,  xüsusilə  də  humanitar  və  sosial 

elmlərdə  fərqli  metodlardan  istifadə  etməyə  başladı.  Bu  metodlar 

postmodernizmin  müxtəlif  qolları  sayılan  strukturalizm,  interpretasiya, 

neoatomizm, formalizm, ekzistensializm və digərlərinə aid idi.  

 

Tapşırıq. 

Xronoloji 

olaraq 

Qərb 


düşüncəsində 

metodologiya 

təkamülünün mərhələlərinin və əsas konsepsiyalarının cədvəlini qurun.    

 

 



 

 

 



 

 

 



 

 



 

77

METODOLOGİYA İLƏ ƏLAQƏDAR ƏSAS MƏFHUMLAR 



 

 

Məlumdur  ki,  alim  və  mütəfəkkirlər  məfhumları,  fikir  və 



düşüncələrini müəyyən söz və terminlərlə ifadə edirlər. Bu terminlər bir 

çox mədəni‐sosial təzahürü müəyyənləşdirən amillərin dərkində faydalı 

olan metodoloji vasitələr kimidir. Müasir ədəbiyyatlar bir‐birinə yaxın və 

hədsiz  semantik  bağlara  sahib  məfhumları  ifadə  edən  terminlər 

“tərsanəsi”ni  xatırladır.  Bu  terminlərin  bəzilərinin  istifadə  dərəcəsinə 

görə  bir‐birindən  fərqlənən  cərəyan  və  məktəblər  mövcuddur.  Elə 

terminlər vardır ki, digər istilahlar onun mənasını bu və ya digər şəkildə 

əks etdirə bilir. Bəzi tədqiqatçılara görə, bir neçə terminin sinonim kimi 

işlədilməsində bir qəbahət yoxdur. Onlar hesab edirlər ki, bu, təkcə onlar 

arasında  olan  oxşarlıqdan  deyil,  həm  də  onların  bir  kateqoriyaya 

aidliyindən  irəli  gəlir;  çünki  hər  hansı  bir  tədqiqatçı  üçün  terminlər 

deyil,  öz  fikirlərinin  çatdırılması  daha  əhəmiyyətlidir.  Fikir  aydın 

olduqdan  sonra,  qoy,  oxucu  və  ya  dinləyici  istədiyi  terminlə  onu  ifadə 

etsin! 


Misal üçün deyə bilərik ki, bəzi tədqiqatçılar (onlar barəsində bir 

azdan  danışacağıq)  elmlə  biliyi,  dinlə  fəlsəfəni,  dünyagörüşü  ilə 

epistemologiyanı,  dünyagörüşü  ilə  ideologiyanı,  nəzəriyyə  ilə 

paradiqmanı, metodla metodologiyanı, elmin obyekti ilə metodunu bir‐

birindən fərqləndirməyin həvəskarı deyillər. Hesab edirik ki, bu sahə ilə 

məşğul  olanlar  özlərini  ölçüləri,  forma  və  rəngləri  müxtəlif  sıx  ağacları 

olan  meşə  içərisində  tapacaqlar.  Və  hətta  bu  ağacların  hər  biri  rəngi, 

ölçüsü və forması baxımından baxış zamanı dəyişilə bilər.  

Şübhəsiz,  terminlərin  yaranma  tarixlərini,  semantik  inkişafını 

öyrənmək və bunun fikir xaosu ilə əlaqəsini müəyyənləşdirmək olduqca 

əhəmiyyətli  və  faydalı  olardı.  Millətlər  və  xalqların  mədəni  təmasının 

geniş  vüsət  aldığı,  düşüncə  və  fəaliyyətdə  qloballaşmanın  hökm 

sürdüyü, anlayış və terminlərin tez‐tez mübadilə edildiyi müasir dövrdə, 

təbii ki, bu, olduqca aktualdır. Bu, elə bir dövrdür ki, zəif millətlər tarixi‐

mədəni  və  linqvistik  kimliklərini  təhlükə  altına  atacaq  bir  taledən 

qorxur.  Gözləniləndir  ki,  hər  hansı  bir  müəllif  müəyyən  arxa  planla 

məna  əlaqəliliyindən  ehtiyat  edərək,  bu  və  ya  digər  terminin 

istifadəsindən vaz keçərsə, hətta əvəzedici digər terminin seçilməsi belə, 

həmin  yeni  termini  müəllifin  özünün  mədəni  arxa  planından  xilas  edə 

bilməyəcəkdir. Hər bir halda məlum olanı budur ki, mədəniyyətlər, bilik 




 

78

sahələri  arasında  termin  mübadiləsi  həmişə  mövcud  olmuşdur.  Termin 



əxz  olunduğu  zaman  onun  “özəlləşdirilməsi”  üçün  qollar  çırmanmış, 

zəhmət  çəkilmişdir  ki,  o,  əvvəlki  semantikasından  uzaqlaşıb  yeni 

mənalar ifadə etsin.  

 

1. “Dünyagörüşü” anlayışı. 

Dünyagörüşü  anlayışı  alınma  məfhum  olub  etimoloji  baxımdan 

fəlsəfəyə aiddir. Ancaq fəlsəfi etimologiyaya rəğmən, bu anlayış elm və 

bilik  sahələrinin  çoxuna,  xüsusən  də  təbiət  və  sosial  elmlərə  keçmişdir. 

Əgər  yaşadığımız  dünyanın  əsas  dərk  edilməsi  yollarının  ondakı 

mövqeyimizə  və  sosial  və  təbiət  elmlərini  dərk  etməyimizə  təsir 

səviyyələrini 

yaxından 

başa 

düşsək, 


dünyagörüşü 

anlayışının 

əhəmiyyəti xüsusunda ümid edirik ki, mübaliğəyə yol verməyəcəyik.  

Bu  termin  çərçivəsində  öyrənilən  mövzuları  nəzərdən  keçirəsi 

olsaq, görərik ki, ümumilikdə bu mövzulara ya İslamın məlum altı iman 

rüknləri,  ya  islam  məzhəblərinin,  cərəyanlarının  və  kəlam  alimlərinin 

etiqada  dair  məşhur  təsnifi,  ya  ədalət  konsepsiyasını  irəli  sürməklə 

özünəməxsus  məqam  qazanan  mötəzililərin  “beş  konsepsiya”sı,  ya  da 

imamət konsepsiyası ilə çıxış edən imamiyyə şiələrinin etiqad prinsipləri 

kimi toxunmaq mümkündür.  

Dünyagörüşü  anlayışı  biliyin  müxtəlif  sahələrində  işlədilir. 

Buraya din, fəlsəfə, sosial və təbiət elmləri, incəsənət, təbabət və həndəsə 

kimi  tətbiqi  elmlər  və  s.  daxildir.  İman,  etiqad  və  kompleks  təsəvvür 

kimi  dini  terminlər  dünyagörüşü  termininin  toxunmağa  can  atdığı 

mühüm ontoloji problemləri həll edən fikirləri, anlayış və ideyaları ifadə 

edir.  Bu  problemlər  insanın  yarandığı  dövrdən  etibarən  fəlsəfənin 

məşğul  olduğu  problemlərdir.  Həmçinin,  bu  problemlər  yeni  elm 

sahələrinin nəzəri əsaslarını və metodologiyasını ortaya qoyaraq, onların 

tədqiqat  obyektini  təşkil  edir.  Hətta,  komediya  janrından  tutmuş  faciə 

janrınadək  bütün  növ  filmlər  tamaşaçının  xəyalını  oxşasa  da  əslində, 

dünyaya  dair  müəyyən  dəyər  və  baxışları  əks  etdirir.  Hərçənd  ki, 

hadisələrə  qərəzsiz  münasibət  bəsləyən  bir  dənə  də  olsun  film 

çəkilməyib. Çünki rejissorun, aktyor və ssenaristin sahib olduğu mədəni 

dəyərlər  və  ideyalar  filmin  süjetində  bu  və  ya  digər  şəkildə  rola 

malikdir

1

.  



                                                 

1

 Godawa, Brian. Hollywood Worldviews: Watching Films With Wisdom and Discernment, Downers, 



III: Intervarsity Press, 2002, p. 16.   


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə