Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   30   31   32   33   34   35   36   37   38

 

84

məhrum  oldu”



1

.  Dünyagörüşünün  təhrif  edilməsi  metodoloji  təhrifə 

səbəb oldu. Metodoloji təhrif isə elm və bilik sahələrinə birtərəfli baxışın 

yaranması  ilə  nəticələndi;  elmlər  əhəmiyyətli  din  elmləri  və  “artıq” 

dünyəvi  elmlər  deyə  iki  qrupda  təsnif  edildi.  Düşüncə  cılızlaşdı,  sünnə 

xarakterli  baxış  tərzi  aradan  qalxdı.  “Bunun  nəticəsində  müsəlmanlar 

ictimai elmlərin tərəqqisinin şahidi olmadılar. Halbuki bu elmlər vəhyin 

ümumi  konsepsiyaları  və  yolgöstərənliyi  ilə  birlikdə  sosial    islam 

həyatını  istiqamətləndirə,  onu  yeniləşdirə,  anlayışlarını,  təsisatlarını  və 

imkanlarını  inkişaf  etdirə  bilərdi.  Bununla  da  həm  bilik,  həm  də 

imkanlar çoxalmış olardı”

2



2. Paradiqma anlayışı.  

Paradiqma  anlayışının  elmə  gətirilməsi  amerikalı  tədqiqatçı 

Tomas Könün (1922‐1996) adı ilə bağlıdır. Öz karyerasına nəzəri fizikaya 

dair  tədqiqatlarla  başlayan  Kön  elmi  bilik  formasının  inkişafında 

mühüm  rola  malik  tarixi  hadisələri  öyrəndiyi  zaman  əvvəlcə,  elmlərin 

yaranma tarixi, daha sonra isə epistemologiya ilə maraqlanmağa başladı. 

Ceyms  Konandın  elmlərin  etimologiyası  və  epistemologiyasına  həsr 

olunmuş  elmi  fəaliyyətindən  təsirlənən

3

 Kön  buna  rəğmən,  etiraf  edirdi 



ki, o, Polaninin şəxsiyyət və fərziyyə epistemologiyasına dair tədqiqatları 

sayəsində qəribə nəticələr əldə edib

4



Könün  ideyaları  paradiqma  anlayışına  və  elmi  inqilablara 



əsaslanırdı.  Alim  hesab  edirdi  ki,  elmi  təfəkkür  etalon  modellər 

(paradiqma)  çərçivəsində  tədqiqat  aparmaq  xarakterinə  malikdir.  Bu 

etalon  nümunələr  isə  elmi,  metodoloji  və  metafizik  bütövlüklə 

səciyyələnən  dünyagörüşünü  ifadə  edir.  Könə  görə,  dünyagörüşü  elmi 

fəaliyyətin  əsası  olub  informasiyanın  əlaqəliliyini,  müşahidələrin 

məzmununu,  problemlərin  həlli  yollarını  və  sairi  müəyyənləşdirir.  O, 

bizi  dəyərlərlə,  meyarlar  və  metodlarla  təmin  edir.  Bir  sözlə,  hər  bir 

nümunə  elmin  açdığı  cığırı  təyin  edir.  Və  bu,  həqiqətən,  kompleks 

dünyagörüşüdür. 

Elmi inqilablar hakim paradiqmaya müvafiq adi elmi fəaliyyətin 

nəticəsində  baş  verir.  Çünki  adi  fəaliyyət  adətən  sonralar  dəyişiklik  və 

                                                 

1

 Əbdülhəmid  əbu Süleyman. Əzmə  əl-İradə  vəl-Vicdan  əl-müslim:  əl-bu`d  əl-qaib fi məşru islah əl-



ümmə (Müsəlmanın iradə və mənəviyyat böhranı: ümmətin islah edilməsi layihəsinin çatışmayan tərəfi). 

Dəməşq, “Dar əl-Fikir” nəşriyyatı, 2005, səh. 54. 

2

 Yenə orada, səh. 59-60. 



3

 Kuhn, Thomas. The Structure of Scientific Revolution, 2-nd Enlarged Edition. Chicago: University of 

Chicago Press, 1970, p. xi.  

4

 Yenə orada, səh. 4. 




 

85

inqilaba  əsas  verəcək  istisnalarla  (qeyri‐adi  hallarla)  müşayiət  olunur. 



İstisnalar  gözlənilməyən  yeni  təzahürlərin  və  ya  məlum  olmayan 

şeylərin  aşkara  çıxarılmasına  aparıb  çıxarır.  Bu  da  öz  növbəsində 

ideologiyaların  inkişafına  deyil,  yeni  nəzəriyyələrin  irəli  sürülməsinə 

səbəb  olur.  Bu,  o  deməkdir  ki,  bəzən  paradiqmalar  fəaliyyətə  səbəb 

olmadan  gələcək  çevrilmələrdən  xəbər  verir.  Bununla  da  paradiqmatik 

çevrilmələr, elmi inqilablar baş verir. Qərbin elmi inqilabları Kopernikin, 

Nyutonun,  Lauziyenin,  Darvinin,  Deburun  və  Vangşteynin  adı  ilə 

bağlıdır.  

Kön düşünürdü ki, elmi tərəqqi düz xətli “toplanmalar”ın deyil, 

köklü  dəyişikliklərin  nəticəsində  baş  verir.  Köklü  dəyişikliklər  zamanı 

ideoloji  funksiyasından  məhrum  olmuş  köhnə  nəzəriyyələr  yeniləri  ilə 

əvəzlənir. “Hər bir elmi inqilab zamanı ziyalı cəmiyyət vaxtı ilə mötəbər 

sayılmış elmi nəzəriyyəni yeni və fərqli nəzəriyyə naminə rədd edir. Hər 

bir  inqilab  elmi  tədqiqat  mövzusu  olan  problemlərdə  ziyalılar  sinfinin 

müəyyənləşdirdiyi üsulla növbəti çevrilmələrə imza atır. Hər bir inqilab 

elmi  fəaliyyəti  doğuran  dünyagörüşümüzdə  çevrilmələrin  baş  verməsi 

üçün möhtac olduğumuz üsullarla elmi təxəyyülü əvəzləyir. Sözügedən 

çevrilmələr və onları müşayiət edən mübahisələr elmi sərvətin səciyyəvi 

xüsusiyyətlərindəndir”

1



Tomas Könün məlum kitabı elmi inqilabın özülünü qoyaraq, elm 

və  epistemologiya  dünyasında  bir  bomba  kimi  partladı.  Bu  kitabın  səs‐

sədası hələ də haqlı tərif və tənqidə rəğmən, eşidilir.  

Etalon  model  ideyasının  əsaslandığı  epistemologiya  və  tarix 

anlayışlarının  bir‐biri  ilə  əlaqəli  olması  fərziyyəsinin  Edvin  Hang 

tərəfindən

2

 elmi  təsdiqini  tapması  dünyagörüşü  və  həyata  baxış 



problemində  bir  inqilab  idi.  Elmi  tədqiqatlar  və  elmi  təfəkkürün  təbiəti 

faktiki  olaraq  inqilaba  tabedir.  Çünki  tədqiqatların  müəyyən 

dünyagörüşü  çərçivəsində  aparıldığı  artıq  məlumdur.  Eləcə  də  etalon 

modelinin  qəbul  edilməsi  bütövlüklə,  elmiliklə,  metodologiya  və 

metafizika ilə xarakterizə olunan dünyagörüşünün qəbulunu tələb edir. 

Axı,  yuxarıda  da  dediyimiz  kimi,  Könə  görə,  dünyagörüşü  elmi 

fəaliyyətin  əsası  olub  informasiyanın  əlaqəliliyini,  müşahidələrin 

məzmununu,  problemlərin  həlli  yollarını  və  sairi  müəyyənləşdirir.  O, 

bizi  dəyərlərlə,  meyarlar  və  metodlarla  təmin  edir.  Bir  sözlə,  hər  bir 

                                                 

1

 Yenə orada, səh. 111-135. 



2

 Hung, Edwin. Nature of Science: problems and perceptions. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə