Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   30   31   32   33   34   35   36   37   38

 

88

edir.  Belə  bilik  sahələrinə  elmlərin  genezisi,  ədəbiyyat,  fəlsəfə, 



politologiya  və  s.  daxildir.  Məsiriyə  görə,  bilik  dedikdə  ingilisdilli 

lüğətlərdəki  qnoseoloji,  fransızdilli  lüğətlərdə  isə  ifadə  olunan 

epistemoloji məna nəzərdə tutulmur. Sözügedən alim düşünür ki, biliyə 

universallıq  və  mütənahilik  xasdır.  Deməli,  izah  modeli  Tomas  Könün 

paradiqma  anlayışına  mənaca  yaxın  olsa  da  onunla  üst‐üstə  düşmür. 

Əksinə,  Məsirinin  fikrincə,  o,  hərtərəfli  dünyagörüşünə  məna 

baxımından daha yaxındır.  

Tədqiqatçılardan  Nəsr  Arif  bilik  modeli  terminini  Könün 

paradiqma  istilahının  qarşılığı  kimi  işlətsə  də  oxşar  mənalı  terminlər 

yaratmağa  cəhd  etmişdir

1

.  Belə  terminlərə  elm,  bilik  modeli,  nəzəriyyə, 



metod,  izah  modeli  və  i.a.    Nəsr  Arif  bütün  bu  terminlərin  hər  birini 

onları mənaca ifadə edən latın sözləri ilə əlaqələndirmişdir. Beləliklə, o, 

qədim  yunanlardan  postmodernizmin  yeniliklərinə  qədərki  bir  dövr 

ərzində  sözügedən  terminin  ifadə  etdiyi  məfhumun  Avropadakı 

semantik  təkamülünü  izləmişdir.  Bundan  dolayıdır  ki,  Nəsr  Arifin  belə 

bir  təhlil  zamanı  əsaslandığı  qaynaqlar  Qərbi  Avropa  məxəzləri 

olmuşdur. Bəlkə də belə bir təhlilin səbəbi Qahirə universitetində təhsil 

alan  sözügedən  alimin  siyasi  elmlər  üzrə  doktorluq  dissertasiyasının 

ovaxtkı  tələblərinə  riayət  etməsidir.  Ancaq  sonralar  Nəsr  Arif  sözün 

həqiqi mənasında avanqard elmi əsərlər yazaraq, siyasi elmlər sahəsində 

ərəb‐islam  irsinin  problemlərini  araşdırdığı  zaman  əvvəlki  metoduna 

zidd yeni metodla çıxış etdi.  



4. Epistemologiya

Bəzən  qnoseologiyanın  tərkib  ünsürlərini  epistemologiya 

adlandırırlar. 

Bundan 


qabaq 

qeyd 


etmişdik 

ki, 


məfkurənin 

islamlaşdırılması layihəsinin əsas mehvərini universal dünyagörüşünün 

formalaşdırılması  təşkil  edir  və  bu  mehvərin  əsas  iki  problemi 

epistemologiya  və  metodologiya  ilə  əlaqədardır.  Epistemologiya 

dedikdə  bəşəri  biliyin  tarixi,  inkişafı,  mənbələri,  əldə  edilmə  vasitələri, 

təsnifi  yolları  və  funksiyalarının  izah  edilməsi  nəzərdə  tutulur.  Biliyin 

mənbələri  dünyagörüşü  ilə  yaxından  əlaqəli  olduğu  halda  onun  əldə 

edilmə  vasitələri  metodologiya  ilə  üzvi  şəkildə  bağlıdır.  Elə  isə  üç 

anlayış – dünyagörüşü, bilik və metodologiya arasında əlaqə yaranır. Bu, 

                                                 

1

 Nəsr Arif. Nəzəriyyat əs-siyasə əl-müqarənə və mənhəciyyə dirasə ən-nüzum əs-siyasiyyə əl-ərəbiyyə: 



müqarənə ibistimuluciyyə (Müqayisəli siyasət nəzəriyyələri və  ərəb siyasi sistemlərinin öyrənilməsi 

metodologiyası: epistemoloji müqayisə). Leysberq, Virciniya, Sosial İslam Elmləri Universitetinin 

nəşrləri, 1998, səh. 45.  



 

89

ümuminin 



xüsusi 

ilə 


əlaqəsi 

olub 


tədqiq 

olunan 


obyektə 

münasibətimizin  səviyyəsini  xarakterizə  edir.  İslam  dünyagörüşü 

formasında biliyin mənbəyi kimi vəhy və varlıq aləmi (dünya) müştərək 

çıxış  edir.  Ağıl  və  intuisiya  isə  vəhy  və  dünyanın  hər  birinə  olan 

münasibət  metodologiyasında  bir‐birini  tamamlayır.  Tamamlayır  ki, 

bilik  qazanılsın,  dərk  edilib  izah  olunsun,  funksiya  daşısın.  Geniş 

mənada dünyagörüşü zəruri olaraq biliyin mənbələrini və mənbələrin də 

təbiətini (bu, dünyagörüşünə xas daxili məsələdir) müəyyənləşdirməklə 

yanaşı,  ona  münasibətin  metodlarını  da  təyin  edir.  Bununla  da 

metodologiya  qnoseologiyanın  və  ya  epistemologiyanın  struktur 

hissəsinə çevrilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

90

DÜNYAGÖRÜŞÜ, EPİSTEMOLOGİYA VƏ METODOLOGİYA 



ARASINDA ƏLAQƏNİN TƏMİNİ ÜÇÜN TƏKLİF EDİLƏN MODEL 

 

 

Belə  bir  aydınlaşdırıcı  model  islamın  təqdim  etdiyi  dini 

etiqaddan  irəli  gəlir.  Bu  modeli  etiqad  sistemi  və  ya  əqidəvilik 

adlandırmaq  olar.  O,  makro  varlıq  problemləri,  yaradıcıya,  dünyaya, 

insana və həyata dair esxatoloji suallarla sıx surətdə bağlıdır. Bu sistem 

dünyagörüşü  adlandırdığımız  mahiyyətə  də  yaxındır.  Onun  əsas 

mahiyyəti  yaradıcı  Allahın  varlığı  məsələsidir.  İnsan  bu  həqiqəti  dərk 

edir.  Çünki  o,  bu  həqiqəti  dərk  etmək  qabiliyyəti  üzrə  yaradılıb.  Pak 

Allah insan ağlını elə xəlq edib ki, o, dünyanı dərk edə bilsin. Dünya isə 

insanın  başa  düşə  biləcəyi  tərzdə  yaradılıb.  Bütün  bu  həqiqətlər  hər  bir 

insanın düşüncəsində mövcud olan bütöv təbii informasiyanı təmin edir 

və təbii həyatın bazisləri adlandıra biləcəyimiz  şeylərdə əks olunur. Belə 

bir  düşüncə  forması  digər  dünyagörüşü  formalarına  oxşasa  da 

müsəlman  zehniyyəti  yalnız  yaradıcı  Allahla,  peyğəmbərlik    və  axirətlə 

bağlı  rasional  bazisə  sahibdir.  Bu  bazislərin  hər  biri  öz  növbəsində  bir 

çox  müfəssəl  anlayışları  və  terminləri  ehtiva  edir.  Həmin  bazislərin 

bəziləri  insanın  öyrənib‐öyrətməklə  əldə  etdiyi  bilik  bazisləri  olub 

ümumi şəkildə epistemoloji sistem əmələ gətirir. Sözügedən epistemoloji 

sistem  isə  biliyin  mənbələri  və  əldə  olunma  vasitələrini  izah  etməklə 

yanaşı, onun qavranılması və əldə edilib hər hansı bir funksiyaya sahib 

olması kimi problemləri də açıqlayır. Həmçinin, sözügedən ümumi dini 

təfəkkürün  nəticəsində  epistemoloji  sistemlə  bir‐birini  tamamlayan 

aksioloji  sistem  təşəkkül  tapır.  Aksioloji  və  epistemoloji  sistemlərin 

sərhədlərini  bir‐birindən  ayırmaq  olduqca  çətindir.  Aksiologiya  haqq, 

ədalət, xeyir və yaxşılıq kimi dəyərləri öyrənir.  

Habelə, müsəlman zəkasının əsaslandığı rasional bazislər insanın 

kainatdakı,  islam  ümmətinin  isə  digər  millətlər  arasındakı  məqamı  ilə 

bağlı  daha  böyük  məsələləri  özündə  birləşdirir.  Bu  məsələlər  xilafət  və 

ümmət anlayışlarında əks olunub.  

Yuxarıda 

deyilənlərdən 

aydın 


olur 

ki, 


islam 

sistemi 


əqidəvilikdən, epistemologiya və aksiologiyadan ibarətdir: 

İslam sistemi = əqidəvilik (etiqad sistemi) + bilik (epistemoloji 

sistem) + dəyərlər (aksioloji sistem).  

Bu üç sistem bir‐biri ilə sıx əlaqəlidir və onlardan hər hansı birisi 

yerdə  qalan  digər  ikisinin  qavranılmasına  təsir  göstərir.  Belə  ki, 



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə