Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   30   31   32   33   34   35   36   37   38

 

91

epistemoloji  sistemin  elementləri  qeyb,  reallıq,  dünyanın  mahiyyəti,  



insanın  təbiəti  və  dünyadakı  məqamı,  həyatın  başlanğıc  və  son 

mahiyyəti  kimi  etiqad  məsələlərinə  xas  qayda‐qanunlar  prizmasında 

zəruri olaraq müəyyənləşir. 

  

Tapşırıq.  a.  Universal  islam  sisteminə  münasibətdə  yuxarıdakı  üç 

sistemin mövqeyini müəyyənləşdirən sxem çəkin. 

                  b.  Universal  islam  sisteminin  bir  hissəsi  ola  biləcək  digər 

sistemləri müəyyənləşdirin. 

 

İslam dünyagörüşü müsəlman zəkasına özünəməxsus münasibət 



tərzini  təkmilləşdirmək  imkanı  qazandıran  bilik  kompleksliyinə 

əhəmiyyət verməyi tələb edir. Kompleks müsəlman dünyagörüşü bütün 

elementləri,  hissələri,  detalları,  ayrı‐ayrı  halları  nəzərə  alır.  O,  şeylərin 

mahiyyətinə  hərtərəfli  yanaşma  ilə  seçilir.  Eləcə  də  bu  dünyagörüşü 

forması  ümumi  sosial  dəyərlər  sisteminə  daxil  olan  təfəkkür  və 

davranışın  mənbəyinə  dair  qayda‐qanunlar  deməkdir.  Məhz  belə  bir 

dünyagörüşü  formasının  sayəsində  ağıl  dünyanın,  həyat  və  insanın 

mahiyyətini  dərk  edir,  onlara  və  aralarındakı  münasibətlərə  dair 

ontoloji, epistemoloji və aksioloji suallara cavab tapır.  

Təbiət  etibarı  ilə  insan  təfəkkürü  müxtəlif  şeyləri  bir‐birindən 

ayırmağı  bacarır.  Ancaq  bununla  yanaşı,  o,  dərk  edir  ki,  həmin  şeylər 

daha  böyük  birliyi  əmələ  gətirən  kateqoriya  və  qruplarda  birləşir. 

Həmçinin,  insan  davranışın  formaları,  cəmiyyətin  problemləri  və  dini 

dəyərlərlə bağlı məsələlərə eyni münasibəti bəsləyir. 

Hər hansı bir fərdi ya da kollektiv fəaliyyət və ya davranış növü 

yalnız  universal  dünyagörüşü  sayəsində  dərk  edilir.  “Mövcudluğun 

zehnimizdəki  inikas  forması  sosial  fəaliyyət  və  davranışımıza,  fərdi  və 

ictimai  həyatımıza  təsir  xüsusiyyətinə  malikdir.  Yəni,  hər  bir  insan  öz 

dünyagörüşünə uyğun ömür sürür”

1



Müsəlman  təfəkkürü  universal  islam  dünyagörüşü  sayəsində 

dünyanın,  həyat  və  insanın  mahiyyətini  aydın  və  doğru  şəkildə  başa 

düşə  bilmişdir.  Universal  islam  dünya  görüşü  isə  bir‐biri  ilə  əlaqəli  iki 

“kitab”ın diqqətli mütaliəsini tələb edir. Bu “kitablar”ın birincisi şeyləri 

və  hadisələri,  təzahür  və  münasibətləri  ilə  birlikdə  nəzərdən  keçirilən 

                                                 

1

 Əli Şəriəti. əl-İnsan vəl-İslam (İnsan və islam). Tərcümə Abbas Tərcümanındır. Beyrut, “Dar ər-Rövzə” 



nəşriyyatı, 1992, səh. 29.  


 

92

varlıq aləmidir. Bu aləm insanın yer üzünə varisliyi üçün onun öhdəsinə 



verilib. İkinci kitab isə öz yolgöstərənliyi, elmi, müdriklik və hökmləri ilə 

birlikdə nəzərdən keçirilən Qurani‐Kərimdir. Müsəlman təbii, ictimai və 

psixoloji dünyanı ağlı və hissləri ilə öyrənir. Bu zaman o, reallıq və qeyb 

aləminə əhəmiyyət verir, əvvəlki və sonrakı mədəniyyətlərdən fərqlənən 

yönəldici  bəşəri  mədəniyyətin  əsaslarını  yaratmaq  üçün  dünyaya  dair 

biliyindən,  elmindən  istifadə  edir.  Eləcə  də  müsəlman  vəhyə  Quran  və 

Sünnə olaraq nəqli və əqli münasibət bəsləyir. “Bir‐biri ilə əlaqəli bu iki 

diqqətli  qiraət”in

1

 hasil  etdiyi  epistemoloji  bütövlük  maddi,  sosial  və 



mənəvi  dünya  növlərinin

  bur‐biri  ilə  uyğunlaşdırılması,  vəhyin, 



Sünnənin, rəvayət və qnostik izahatın bir‐birinə uyğun hala gətirilməsi, 

idrak,  fəhm  və  izah  etmədə  hissi  müşahidə  ilə  ağlın  müştərək  şəkildə 

nəzərdən keçirilməsi sayəsində təmin edilir. Habelə, belə bir epistemoloji 

bütövlüyün təmini üçün dünyanın mahiyyət və çevrilmələrində, vəhy və 

ona  dair  məsələlərdə  ifadə  olunmuş  qeyb  aləminə  və  real  dünyaya 

kompleks münasibət bəsləmək lazımdır. 

Qeyd  edək  ki,  bu  cür  uyğunlaşdırma  və  müştərək  münasibət 

nəticə etibarı ilə müsəlmanlara “dünyada mədəni şahidlik, avanqardlıq, 

liderlik və xeyirxahlıq bəxş edəcəkdir. Vaxtı ilə islam ümməti qısa zaman 

kəsiyində  belə  müsbət  keyfiyyətlərə  sahib  olsa  da  sonralar  bunu  əldən 

vermişdir;  vədə  uzanmış,  qəlblər  daşlaşmış,  dünya  həyatının  zahirinə 

qapılmış  digər  xalqlardan  ağıl  və  iman  mərəkəsi  idxal  edilmişdir. 

Ümmətin  düşüncəsi  qarmaqarışıq  şəkil  almış,  fəhm  və  təfəkkürü 

sarsılmış, bununla da geriyə yol başlamışdı...”

2



Mühüm  olaraq  vurğulayaq  ki,  islam  dünyagörüşü  epistemoloji 



bütövlüyə  münasibət  zəminində  nadir  monoteist  (vəhdaniyyətçi) 

yanaşma  üsulundan  istifadə  edir.  Sözügedən  vəhdaniyyətçi  yanaşma 

üsulu  sırf  Quran  yanaşması  olub  yaradıcı  ilahın,  yaradılmış  dünyanın, 

yer  üzünün  varisi  olan  insanın  və  nəhayət,  insana  ilahi  “bəxş”işin 

birliyinə  əsaslanır.  İlahi  bəxşiş  isə  əvvəlcə,  Allahın  insana  adları 

öyrətməsi  sonra  isə  vəhy  yolu  ilə  ona  istiqamət  verməsi  sayəsində 

                                                 

1

 Taha  Cabir  əl-Ülvani.  əl-Əql və  məvqiuhu fil-mənhəciyyə  əl-islamiyyə (Rasional təfəkkür və onun 



islam metodologiyasındakı yeri). “Məfkurənin islamlaşdırılması” seriyasından, 6-cı kitab. 1996, səh. 9-

36. 


 Maddi dünyanın elementlərinə əşya və hadisələr ilə təzahürləri, sosial dünyanın elementlərinə dəyişilmə, 

qarşılıqlı  təsir və  əvəzolunma qanunauyğunluqlarını, mənəvi dünyanın elementlərinə isə xeyir və  şəri, 

imanı, mədəniyyət və küfrü misal göstərmək olar. 

2

 Taha  Cabir  əl-Ülvani.  əl-Əql və  məvqiuhu fil-mənhəciyyə  əl-islamiyyə (Rasional təfəkkür və onun 



islam metodologiyasındakı yeri). “Məfkurənin islamlaşdırılması” seriyasından, 6-cı kitab. 1996, səh. 11. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə