Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   2   3   4   5   6   7   8   9   ...   38

 

13

Müasir  ərəbdilli  lüğətlərdə  “metodologiya”  sözünün  müxtəlif 



mənaları  göstərilir.  Bu  lüğətlərdə  məlum  söz  ya  yuxarıda  adını 

çəkdiyimiz  “Webster’s  New  World  College  Dictionary”  lüğətində 

göstərilmiş məna çərçivəsində, ya da “metod” sözünün verdiyi semantik 

ifadə  daxilində  izah  edilir.  Ərəbdilli  lüğətlərin  əksəriyyətində  məlum 

sözün  mənasının  izahı  zamanı  onların  tərcümə  olunduğu  əcnəbi 

lüğətlərə istinad edilir.  

Qahirə  Ərəb  Dili  Akademiyasının  nəşr  etdirdiyi  “Fəlsəfə”  izahlı 

lüğətində  “metodologiya”  sözünün  mənası  bu  şəkildədir:  “Metodolo‐

giya,  ümumiyyətlə,  metod  anlayışını  və  müxtəlif  elmlərə  aid  metodları 

öyrənən məntiq elmi sahələrindən biridir”

1

.  


Əbdürrəhman  Bədəvinin  müəllifi  olduğu  “Fəlsəfə  ensiklope‐

diyası”nda  isə  metodologiya  adı  altında  metodlar  və  məntiqi  təfəkkür 

birlikdə nəzərdən keçirilir

2

.  



Müxtəlif müəlliflər “metod” və “metodologiya” sözlərini onların 

lüğəvi  mənalarından  o  qədər  də  fərqli  olmayan  terminoloji  mənalarda 

işlətmişlər.  Ancaq  xüsusi  hallarda  və  ümumi  ideya  çərçivəsində  bu 

sözlərə müəyyən mənanın kəsb etdirilməsi halları da istisna edilmir. Biz 

bu kimi fərqlərə toxunmağı özümüzə lazım bilmirik. Ərəb müəlliflərinin 

çoxu bu sözlərin istifadəsi zamanı onların ərəb‐islam irsindəki mənaları 

ilə ingilis və fransız dillərindəki, xüsusilə də bu iki dildə yazılmış ixtisas 

lüğətlərindəki mənalarının tərcümə variantlarını bir‐birinə uyğunlaşdır‐

mağa  çalışmışlar.  Həmçinin,  elə  mənalardan  da  çıxış  edilir  ki,  bu 

mənalar  “metod”  sözünə  müəyyən  məxsusi  semantik  çalarlıqla  ümumi 

ideoloji çərçivə arasında ortaq məna qazandırır. Şübhəsiz, bu cür termin 

idrak  vasitələri  ilə,  elmi  həqiqəti  əldə  edərək  təfəkkürə  nəzarət  yolu  ilə 

informasiyanın  qazanılmasında  idrak  fəaliyyətini  müəyyənləşdirmək 

üçün istifadə olunan ümumi qaydalarla bağlı olan epistemologiyanın bir 

tərəfi kimi başa düşülür

3



Sonralar  “metodologiya”  adlandırılacaq  sahə  ilə  həm  qədim 

yunan, həm də ərəb‐islam mədəniyyətlərində “məntiq” adlandırılan elm 

sahəsi, eləcə də islam terminologiyasının “fiqh elminin metodları” (Üsul 

əl‐Fiqh  (İmam  Şafei  üçün  xarakterikdir),  “elmin  və  təfəkkürün 

                                                 

1

 əl-Mö`cəm əl-Fəlsəfi (“Fəlsəfə” izahlı lüğəti). Ərəb Dili Akademiyasının nəşrləri. Qahirə, 1979. 



2

 Əbdürrəhman Bədəvi. əl-Mövsuə əl-Fəlsəfiyyə (Fəlsəfə ensiklopediyası). Beyrut, “əd-Dirasat vən-Nəşr” 

müəssisəsi, 1984. 

3

 Əbdürrəhman Bədəvi. Mənahic  əl-Bəhs  əl-Elmi (Elmi tədqiqat metodları). Qahirə, “Dar ən-Nəhzə  əl-



Ərəbiyyə” nəşriyyatı, 1963, səh. 5.  


 

14

meyarları”  (meyar  əl‐Elm,  meyar  ən‐Nəzər  (İmam  Qəzali  üçün 



xarakterikdir)  istilahları  bir‐biri  ilə  uyğunluq  təşkil  etmişdir.  “Onlar 

deyirlər  ki,  məntiqi  qanunauyğunluqları  dərindən  öyrənmək  lazımdır. 

Bu  doğrudur,  ancaq  məntiq  yalnız  onlara  məxsus  deyildir.  O,  bizim 

kəlam  elmində  “mühakimə”  adlandırdığımız  qaydalardan  ibarətdir. 

Onlar  onun  təbirlərini  əlavələrlə  məntiq  elminə  çevirmişlər.  Bəzən  biz 

onu  (məntiq  elmini  –  mütərcim)  “mübahisə”  (cədəl),  bəzən  də  “idrak 

məsələləri” (mədarik əl‐üqul) adlandırırıq”

1



Aydın  olur  ki,  “metod”  və  “metodologiya”  terminləri,  idrak 

vasitələri, məntiq elmi, fəlsəfi epistemologiya və hər hansı bir bilik sahəsi 

üzrə  tədqiqat  üsullarının  arasında  sıx  əlaqə  vardır.  Ancaq  bütün  bu 

terminlər qnoseoloji aspektdə istifadə olunur. Qnoseologiya isə rasional 

və  irrasional  varlıq  aləmini,  fərd  və  kollektiv  halda  insanları  öyrənir. 

Ancaq  sonda  qnoseologiyanın  obyekti  olan  bilik  bəşəri  idrak  və 

təfəkkürün məhdudluğundan dolayı nisbidir.  

 

Tapşırıq.  Aşağıdakılardan  hansı  metodologiya  məfhumu  ilə  sıx 

əlaqədardır? 

a. İdrak vasitələri 

b. Məntiq 

v. Tədqiqat üsulları 

q. Qnoseologiya 

 

Madam  ki,  bilik  özünün  müxtəlif  sahələri  üzrə  metodoloji 



fəaliyyət istiqamətini təmsil edir, onda biz düşünürük ki, metodologiya 

bilik  ətrafında  bir  sıra  fərziyyələri  ortaya  atacaqdır.  Eləcə  də  fikirləşirik 

ki, bu fərziyyələr üç sahədə öz əksini tapa bilər

2

:  



1.  Savadlı  və  ya  tədqiqatçı  insanla  bağlı  fərziyyələr:  məsələn,   

əqli  mühakimədə  səmimilik,  açıqlıq,  doğruluq,  əhatəlilik  və  s.  bu 

qəbildəndir. 

2. Tədqiqi bilik mövzusu ilə əlaqəli fərziyyələr: biliyin kəsbi üçün 

problemin qoyulması, biliyin təkrar əxz edilməsi üçün mövzunun təyin 

edilməsi, təcrübə üçün mövzunun müəyyənləşdirilməsi və s. 

                                                 

1

 Əbu Hamid əl-Qəzali. Təhafüt  əl-Fəlasifə (Filosofların tutarsızlığı). Tədqiq edən: Süleyman Dünya. 



Qahirə, “Dar əl-Məarif” nəşriyyatı. Çap ili göstərilməyib, səh. 5. 

2

 Faris Eşti. Mədxəl ila əl-Mənhəciyyə fil-ülum əl-İctimaiyyə (Sosial elmlərdə metodologiyaya giriş). “əl-



Ülum əl-İctimaiyyə” jurnalı. № 1.  Livan Universitetinin nəşrləri. Cild I, 1991. səh. 47-46. 


 

15

3. Bilik əldəetmə vasitələri ilə bağlı fərziyyələr: buraya açıq‐aşkar 



dəlilə  və  ona  münasibətdə  rasional  qayda‐qanunlara  istinadın  edilməsi, 

real  əlverişli  şəraitdə  açıq‐aşkar  dəlillərin  əqli  mühakiməsi,  onların 

istifadəsi və sistemləşdirilməsi qaydaları və s. daxildir. 

 

 



Metodologiya: biliyə dair fərziyyələr: 

 

‐ Savadlı və ya tədqiqatçı insanla bağlı fərziyyələr 

‐ Tədqiqi bilik mövzusu ilə əlaqəli fərziyyələr 

‐ Bilik əldəetmə vasitələri ilə bağlı fərziyyələr.

 

 

 



Eləcə də aydın olur ki, metodologiya fəaliyyəti nəqli

 və rasional, 



şəriət  və  təbiət,  sosial  və  s.  bilik  təsniflərini  özündə  ehtiva  edir.  Elə  isə 

metod və metodologiya terminləri elmi tədqiqat və əməliyyatları, növləri 

problemləri  ilə  əlaqədardır.  Həmçinin,  bu  terminlərə  xas  mənalarla 

tədqiqatların  adları,  növləri  və  müxtəlif  meyarlara  görə  onların  təsnif 

edildiyi kateqoriyalar arasında əlaqə vardır

1



Elə oxşar məna çalarlıqları da vardır ki, onlar tədqiqat üsullarının 

(eksperimentlər,  aydınlaşdırmalar,  ölçmə  yolları,  müqayisələr  və  s.)  bir 

yerə cəm edilməsində istifadə olunan vasitə və yollardan ibarət tədqiqat 

fəaliyyəti  ilə  əlaqədədir.  Biz  məlum  kitabımızda  bu  məsələlərə  təfsilatı 

ilə  toxunmayacağıq.  Ancaq  biz  qarşıya  qoyduğumuz  məqsədə  birbaşa 

olaraq  konkret  və  məzmunlu  şəkildə  çatmağa  imkan  verən  sistemli 

yollar  əsasında  idrak,  tədqiqat  və  yanaşma  problemlərinin  zəruriliyi 

məsələsini  araşdıracağıq.  Ümumiyyətlə,  bu,  epistemologiya  ilə  sıx 

əlaqəsi olan problemdir. Bir sözlə, bu problem daha çox metod məfhumu 

ilə  sıx  bağlıdır.  Deməli,  bu  fəslin  mövzusu  metoda  dair  idrak 

məsələlərinə, metodoloji və qeyri‐metodoloji problemlərə həsr olunub

2



Əgər  metodologiya  müəyyən  bir  mövzuya,  onun  araşdırıl‐

masına,  ona  yanaşma  formalarına  aid  idrak  metodları  haqda  elmdirsə, 

onda o, zəruri olaraq özündə təsəvvürü, qabaqcadan planlaşdırmanı və 

                                                 

 Nəql dini termin olub islam alimlərinin “din elmləri” adlandırdıqları sahələrdə biliyin əldə edilməsinin 



əsas metodu sayılır və “vəhydən gələn, ötürülən” mənasını verir – mütərcim.  

1

 Fəthi Melkavi, Əhməd Övdə. Əsasiyyat əl-bəhs əl-elmi fil-ülum əl-insaniyyə vət-tərbəviyyə (Humanitar 



və pedaqoji elmlərdə elmi tədqiqatın əsasları). 2-ci nəşr. İrbid, “Dar əl-Kindi” nəşriyyatı, 1993. IV fəsil.  

2

 Seyyid  Əhməd Osman. əz-Zatiyyə  ən-Nazicə: Məqalat fima vəra  əl-mənhəc (Elmi subyektivizm: 



metodsuzluğa dair məqalələr). Qahirə, “əl-Əncilu əl-misriyyə” kitabxanasının nəşrləri, 2000, səh. 15.  



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə