Mexanika-riyaziyyat indd



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü3,08 Mb.
#59821


Mexanika-riyaziyyat fakültəsi 


BAKI DÖVLƏT UNİVERSİTETİ 

AZƏRBAYCAN XALQININ MİLLİ 

SƏRVƏTİDİR

HEYDƏR ƏLİYEV 

Azərbaycan xalqının ümummilli lideri



BİZ İQTİSADİ POTENSİALIMIZI

İNTELLEKT KAPİTALINA 

ÇEVİRMƏLİYİK

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 



B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0

2

Ü



mummilli liderimiz Heydər  Əliyevin “Azərbaycan xalqının 

mil li sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti Şər qin ilk 

dünyəvi ali məktəblərindən biri kimi mənəvi bö yük lü yü mü-

zün simvolu hesab edilir. Mövcud olduğu illər ər zin  də universitet 

respublikamızda ziyalı təbəqəsinin, elmin, mil  li özü nüdərkin for-

malaşmasında, beynəlxalq nüfuzumuzun yük   səlməsində misilsiz 

xidmətlər göstərmişdir. Hər bir ölkənin iq  ti sadi, mədəni və intel-

lektual səviyyəsinin barometri hesab edi lən milli universitet mis-

siyasını Respublikamızda şərəfl ə hə yata ke  çirən Bakı Dövlət Uni-

versitetinin 16 fakültəsində bu gün 18 min dən çox tələbə təhsil 

alır. Onların təlim-tərbiyəsi ilə 1500-ə yaxın pro  fessor-müəllim 

heyəti məşğul olur ki, onlardan təxminən 100 nəfəri dövlətin ali 

orden və medalları ilə təltif edilmiş, 23 nəfəri AMEA-nın həqiqi və 

müxbir üzvü, 14 nəfəri Milli Məclisin depu ta tı, 4 nəfəri Dövlət mü-

kafatı laureatı, 27 nəfəri Əməkdar elm xa dimi, 300 nəfərə yaxını 

professor, 800 nəfərdən çoxu isə elmlər namizədi, dosentdir.

Mexanika-riyaziyyat fakültəsi universitetin ilk fakültələrindən bi-

ridir. Bu fakültə respublikada elmi və pedaqoji kadrların hazırlan-

masında mühüm rol oynayır. Riyaziyyat və mexanikanın dünyəvi 

biliklər arasında, qədim elm sahələri kimi, xüsusi yeri vardır. Hal-

hazırda elmin istənilən sahəsinin inkişafını riyaziyyatsız təsəvvür 

etmək olmaz. 



Akademik Abel Məhərrəmov

Rektor


3

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



1920-ci ildən başlanan yol

B

akı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsi, fi zika-



riya ziy yat fakültəsinin bazası  əsasında yaradılmışdır. Fizika-

riyaziyyat fakültəsi 1920–1921-ci dərs ilindən fəaliyyətə baş-

lamışdır. Fakültənin ilk dekanı prof. V.F.Razdorski olmuşdur. 1921-ci 

ildən başlayaraq 1930-cu ilədək fakültənin tərkibində dəqiq riya-

ziyyat və tətbiqi riyaziyyat kafedraları fəaliyyət göstərmişdir. 1958–

1959-cu tədris ilində fi zika-riyaziyyat fakültəsi iki müstəqil fakültəyə 

– mexanika–riyaziyyat və fi zika fakültələrinə ayrılmış dır. Mexanika-

riyaziyyat fakültəsinin ilk deka nı Azərbaycan EA-nın həqiqi üzvü, 

prof. Əşrəf Hüseynov olmuşdur. Keçən illər ərzində fakültədə de-

kan vəzifəsində prof. Ələddin Mahmu 

dov, Azərbaycan EA-nın 

həqiqi üzvü, prof. Mirabbas Qasımov, Azərbaycan EA-nın müxbir 

üzvü, prof. Qoşqar Əhmədov, prof. Qəmbər Namazov, dos. Rüstəm 

Sulta nov, Azərbaycan EA-nın müxbir üzvü, prof. Arif Babayev, prof. 

Sadiq Abdullayev çalışmışlar. Hal-hazırda fakültə dekanı professor 

Nizaməddin İsgəndərovdur. Müxtəlif vaxtlarda fakültədə işləmiş ta-

nınmış alimlərdən A.A.Buxştab, Y.B.Lopatinski, A.S.Kovanko, E.İ.Yelkin, 

B.A.Rozenfeld, V.A.Tartakovski, görkəmli Azərbaycan alimlərindən, 

akademiklər – Zahid Xəlilov,  Əşrəf Hüseyn ov,  İbrahim  İbrahimov, 

Məcid Rəsulov, Azad Mirzəcanza də, Məmmədbəy Əfəndiyev, Mi-

rabbas Qasımov, Cəlal Allahverdiyev, Fərəməz Maqsu dov, Akif Ha-

cıyev, müxbir üzvlər – Maqsud Cavadov, Yusif Əmən zadə, Qoşqar 

Əhmə dov, Arif Babayev, Yəhya Məmmə dov və başqaları fakül tə nin 

formalaşma sın  da, onun elmi poten sialı  nın artırılmasın da və yüksək 

ixti saslı elmi kadrların hazır lan masında mü hüm rol oynamışlar. 

Mexanika-riyaziyyat fakültəsi respublikada riyaziyyat elminin inki-

şafında xüsusi yer tutur. Fakültədə tədris əyani və qiyabi formada 

aparılır. Hal-hazırda mexanika-riyaziyyat fakültəsində 1200-dən 

çox bakalavr və magistr təhsil alır. 

Fakültənin əsas elmi tədqiqat istiqamətləri: sinqulyar inteqral tənliklər 

nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər nə zə riy yəsi, operator-

ların spektral nəzəriyyəsi və spektral analizin tərs məsələləri, optimal 

idarəetmə  nəzəriyyəsi, funksional fə za ların daxilolma nəzəriyyəsi, 

tənliklərin təqribi həll üsulları, cəbr, həndəsə və topologiyanın aktual 

problemləri, elastiklik və plas tik lik nəzəriyyəsinin müasir problemləri, 

qaz və maye dinamika sı, aeromexanika. Fakültədə 9 kafedra, 3 tədris 

laboratoriyası fə a liy yət göstərir.

Professor Nizaməddin İsgəndərov 

Dekan

KADR HAZIRLIĞI

BAKALAVRİAT

1. Riyaziyyat

2. Riyaziyyat müəllimliyi 

3. Mexanika



MAGİSTRATURA

1. Riyazi analiz

6. Hesablama riyaziyyatı

2. Funksional analiz

7.  Riyaziyyatın tədrisi 

metodologiyası və metodikası

3. Diferensial tənliklər

8.  Optimal proseslərin riyazi 

nəzəriyyəsi

4. Həndəsə

9.  Deformasiya olunan bərk 

cisim mexanikası

5. Cəbr və topologiya

10.  Maye, qaz və plazma 

mexanikası

DOKTORANTURA

(fəlsəfə doktoru, elmlər doktoru)

1. Riyazi analiz

4. Həndəsə və topologiya 

2.  Diferensial və inteqral 

tənliklər

5.  Deformasiya olunan bərk 

cisim mexanikası

3. Riyazi fi zika

6.  Maye, qaz və plazma 

mexanikası




4

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



Yaradanlar

Professor

A.S.Kovanko

Akademik 

Y.B.Lopatinski

Professor 

V.A.Tartakovski

Professor

M.R.Əfəndiyev

Akademik 

Z.İ.Xəlilov

Akademik 

Ə.İ.Hüseynov

AEA-nın müxbir üzvü,

prof. Y.Ə.Əmənzadə

АЕA-nın müхbir üzvü,

prof. Q.Т. Əhmədоv

АЕA-nın müхbir üzvü,

prof. M.Ə.Cavadov

АЕA-nın müхbir üzvü,

prof. Y.C.Məmmədov

АЕA-nın müхbir üzvü,

prof. А.Ə.Bаbаyеv

Akademik

M.G.Qasımov

Ziddiyətə gətirmə (Reductio ad absurdum) – riyaziyyatın güclü silahıdır.

Bu qam  bit şahmatda olduğundan daha zərifdir. Şahmatçı piyadanı, hətta 

vəziri qur  ban verə bilər, ancaq riyaziyyatçı bütün oyunu qurban verir.

Q.H.Hardi

Riyazi isbatlar almaz kimi möhkəm və şəffafdırlar.

Onlar yalnız ciddi isbata təs lim olurlar.

Con Lok

Riyaziyyatla məşğul olmaq, hər cür ehtirası yatırmaq üçün ən gözəl va si tə dir.

Tomas Mann


M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ

5

Fakültənin tarixi – foto sənədlərdə



Fakültə Elmi Şurası (1973)

Akademik Z.İ.Xəlilov, AEA-nın müxbir üzvü, prof. M.Ə.Cavadov, 

dos.Q.Xəyyami, dos.H.M.Ağayev, dos.X.H.Bağırov,

AEA-nın müxbir üzvü, prof. M.H.Cavadov, akademik 

F.Q.Maqsudov, dos. F.S.Əliyev, prof. Q.K.Namazov –

Ümumdünya Riyaziyyatçılar Konqresi, Moskva ş. (1966)

AEA-nın müxbir üzvü, prof. Y.C.Məmmədov

Rusiya riyaziyyatçıları ilə birlikdə (1975)

Akademik Ə.İ.Hüseynov və akademik H.B.Abdullayev

Rusiyalı riyaziyyatçılar arasında (1977)


6

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



AEA-nın müxbir üzvü, prof. Y.Ə. Əmənzadə

kafedranın iclası zamanı (1974)

Soldan: dos. M.Q.Pənahov, dos. C.M.Mustafayev, 

prof. H.İ.Çəndirov, AEA-nın müxbir üzvü, prof. Q.T.Əhmədov, 

dos. R.Q.Qasımov elmi seminardan sonra (1972)

AEA-nın müxbir üzvü, prof. M.H. Cavadov, prof. M.C. Mərdanov, prof. 

Q.K. Namazov, prof. Ə.Ş.Həbibzadə və b. dövlət imtahanı zamanı (1978)

Sağdan: prof. S.S.Haxıyev, prof. Ə.Ə.Novruzov,

AEA-nın müxbir üzvü, prof. A.Ə.Babayev, prof. M.Bayramoğlu, 

prof. Q.K.Namazov, prof. K.İ.Xudaverdiyev, prof. T.Ə.Xanıyev və b. 

akademik Z.İ.Xəlilovun 80 illik yubileyində (1991)

AEA-nın müxbir üzvü, prof. M.Ə.Cavadov

konfrans iştirakçıları arasında (1968)

Soldan: AEA-nın müxbir üzvü, prof. A.Ə.Babayev, AEA-nın müxbir 

üzvü, prof. Q.T.Əhmədov, prof. B.Ə.Ağayev, prof. Q.K.Namazov, 

prof. K.İ.Xudaverdiyev, prof. M.H.Yaqubov,  prof. Ə.X.Şəmilov, 

dos. C.M.Mustafayev, dos. M.İ.Əliyev, dos. S.M.Nəsibov fakültə 

elmi şurasından sonra (1973)

Fakültənin tarixi – foto sənədlərdə


7

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



KAFEDRALAR

Riyazi analiz

R

iyazi analiz kafedrası 1934-cü ildə təşkil edilmiş və 1958-ci 



ilə qədər fəaliyyət göstərmişdir. 1934–36-cı illərdə kafed ra -

ya Moskva Universtitetinin yetirməsi prof. A.A.Buxştab,

1936–41-ci illərdə Ukrayna EA-nın həqiqi üzvü, prof. Y.B.Lopatinski, 

1941–58-ci illərdə Peterburq Universitetinin yetirməsi prof. 

M.R.Əfən diyev rəhbərlik etmişlər. 1965-ci ildə funksiyalar nə-

zəriyyəsi və funksional analiz kafedrası əsasında yenidən riyazi 

analiz kafedrası yaradılmış  və kafedraya 31 yaşlı dosent 

A.Ə.Babayev müdir seçilmişdir. O, 1966-cı ildə elmlər dokto-

ru olmuş, 1978-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. 

A.Ə.Babayev ömrünün sonunadək riyazi analiz kafedrasına rəh-

bərlık etmişdir.

Kafedranın təşkili, onun elmi problemlərinin seçilməsi və bunun 

ki mi mühüm işlərdə prof. A.Ə.Babayevin əvəzsiz xidmətləri ol-

muş  dur. O, akademik Ə.İ.Hüseynovun yaratdığı qeyri-xətti sin-

qulyar inteqral tənliklər riyazi məktəbinin varisi olmuşdur. O, bu 

məktəbin sonrakı çoxsahəli inikişafında mühüm rol oynamış, 

özünün elmi məktəbini yaratmışdır. Kafedrada 40 ildən çox-

dur ki, sinqulyar operatorlar və harmonik analiz elmi seminarı 

öz işini davam etdirir. Təhsilin bakalavr pilləsində əsasən riya-

zi analiz fənni tədris edilir. Kafedrada sinqulyar operatorlar və 

sinqulyar inteqral tənliklər, sinqulyar inteqral tənliklərin təqribi 

həlləri, analitik funksiyaların sərhəd məsələləri nəzəriyyəsi, 

funksiyaların yaxınlaşma nəzəriyyəsi, harmonik analiz, xətti və 

qeyri-xətti operatorların spektral nəzəriyyəsi kimi ixtisas kursları 

yaradılmışdır. Kafedra əməkdaşlarının müxtəlif xarici və respub-

lika elmi jurnallarında, Beynəlxalq konfransların materiallarında 

çoxlu sayda məzmunlu elmi məqalələri dərc edilmiş  və 10-a 

qədər metodik göstəriş, dərs vəsaitləri və monoqrafi yalar çap 

edilmişdir. Kafedranın yetirmələrindən 12 nəfər doktorluq dis-

sertasiyası müdafi ə etmişdir.

2001–2005-ci illərdə kafedraya f.-r.e.d., prof. N.B.Kərimov 

rəh  bərlik et 

mişdir. 2006-cı ildən kafedraya f.-r.e.d., prof. 

S.K.Abdullayev rəh bər lik edir.

Bu gün Riyazi analiz kafedrası aşağıdakı tərkibdə fəaliyyət gös-

tə rir: f.-r.e.d., prof. S.K.Abdullayev (kafedranın müdiri), f.-r.e.d., 

prof. Qu li yev V.S., f.-r.e.n., dos. İbrahimov Ş.İ.,  f.-r.e.n., dos. İlya-

sov N.Ə., f.-r.e.n., dos. Heydərov A.H., f.-r.e.n., dos. Abdullayev 

F.A., f.-r.e.n., dos. Pənahov M.Q., f.-r.e.n., dos. Mustafayev E.M., 

f.-r.e.n., dos. Mehrabov V.A., f.-r.e.n., dos. Əliyev Z.S., f.-r.e.n., 

b.müəl. Kuliyev T.K., f.-r.e.n., dos. Əliyev R.Ə, f.-r.e.n., müəl. Ha-

cıyeva R.O. baş laborant Dadaşova İ.B.




8

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



KAFEDRALAR

Funksiyalar nəzəriyyəsi və funksional analiz

K

afedra 1939-cu ildə yaranmış və akademik Ə.İ.Hüseynov 



həmin ildən 1965-ci ilə kimi bu kafedraya rəhbərlik etmiş-

dir. 1965–1992-ci illərdə prof Ə.Ş Həbibzadə, 1992–1994-

cü illərdə isə kafedra müdiri vəzifəsini professor O.Ə.Vəliyev icra 

etmişdir. 1994-cü ildən isə kafedraya professor Ə.M.Əhmədov 

rəhbərlik edir.

Kafedra hal-hazırda aşağıdakı tərkibdən ibarətdir: f.-r.e.d., prof. 

Ə.M.Əhmədov (kafedranın müdiri), f.-r.e.d., prof. C.İ.Məmməd-

xanov, f.-r.e.d., prof. S.S.Mirzəyev, f.-r.e.d., prof. M.B.Rəhimov, 

f.-r.e.d., prof. N.M.Süleymanov, f.-r.e.n., dos. M.A.Tağıyeva, 

f.-r.e.n., dos. R.M.Babayev, f.-r.e.n.,dos. E.A.Rzayev, f.-r.e.n., 

dos. T.B.Qası mov, f.-r.e.n., müəllim H.S.Məsimova, müəllim 

M.İ.İsmayılov, laborant G.F.Aslanbəyova.

Kafedrada bakalavr təhsili üzrə həqiqi dəyişənli funksiyalar nə zə-

riyyəsi, funksional analiz, kompleks dəyişənli funksiyalar nə zə riy-

yə si və bu fənlərlə əlaqəli ixtisas kursları oxunur. Magistratura pil-

ləsində xətti operatorların spektral nəzəriyyəsi, Banax fəzasında 

xət ti tənliklər, çoxdəyişənli funksiyalar nəzəriyyəsi, funksional 

ana lizin əlavə fəsilləri, Banax cəbri, ümumiləşmiş funksiyalar nə-

zə riyyəsi, funksiyalar nəzəriyyəsinin yaxınlaşma məsələləri, tam 

funk siyalar və tətbiqləri  adlı  əsas və seçmə fənlər tədris olunur. 

Kafedra əməkdaşları xətti operatorların spektral nəzəriyyəsi, ope-

rator əmsallı diferensial tənliklər nəzəriyyəsi və funksiyaların ya-

xınlaşma nəzəriyyəsi üzrə mühüm nəticələr almışlar. Kafedrada 

yüzlərlə elmi məqalə, onlarla  monoqrafi ya, dərslik, dərs vəsaiti 

və tədris olunan fənlər üzrə metodiki göstərişlər yazılmışdır. 



9

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



KAFEDRALAR

Diferensial və inteqral tənliklər

D

iferensial və inteqral tənliklər kafedrası 1958-ci ildə yara-



dılmışdır. Kafedranın ilk müdiri Azərbaycan EA-nın müxbir 

üzvü, prof. Q.T.Əhmədov olmuşdur. 1975-ci ildən kafedraya 

professor Q.K.Namazov rəhbərlik edir.

Kafedra hal-hazırda aşağıdakı tərkibdədir: f.-r.e.n., prof. Q.K. Na-

mazov (kafedranın müdiri), f.-r.e.d.,prof. N.Ş. İsgəndərov (dekan), 

f.-r.e.n., prof. K.Q.Həsənov f.-r.e.d., prof. M.Ə.Quliyev, f.-r.e.n., dos. 

M.İ. Əliyev, f.-r.e.n., dos. A.S.Fərəcov, f.-r.e.n., dos. Y.T. Mehrəliyev (de-

kan müavini), f.-r.e.n.,dos. A.İ.İsmayılov, f.-r.e.n., dos. H.K.Musayev, 

f.-r.e.n., dos. Ş.H.Bağırov, f.-r.e.n., dos. M.B.İsgəndərova, f.-r.e.n., 

müəllim X.T.İsmayılova, baş laborant X.Ə.Əliyeva, baş laborant 

K.R.Rəhimova.

Kafedrada bakalavr təhsil pilləsi üzrə diferensial tənliklər, riyazi 

fi zika tənlikləri, magistratura təhsil pilləsində isə elmin sahə üzrə 

müasir problemləri, ali məktəb tərəfi ndən müəyyən edilmiş fənn, 

xüsusi törəməli tənliklər üçün Koşi və  sərhəd məsələsi, da xil-

etmə teoremləri və onların tətbiqləri, riyazi fi zika üsulları, riya-

zi  fi zikanın tərs məsələləri, istilikkeçirmə  nəzəriyyəsi və  tətbiqi, 

idarəetmə nəzəriyyəsinin riyazi məsə lələri, diferensial tənliklərin 

spektral nəzəriyyəsi, qeyri-xətti tənliklərin yeni metodlarla həlli və 

süzülmə nəzəriyyəsinin riyazi məsələləri fənləri tədris olunur.

Kafedrada 500-dən çox elmi məqalə, onlarla monoqrafi ya, dərs-

lik, dərs vəsaiti və metodik vəsaitlər yazılmış, 50-yə yaxın elmlər 

namizədi və 5 elmlər doktoru yetişdirilmişdir.

Kafedranın  əsas elmi-tədqiqat istiqaməti xüsusi törəməli dife-

rensial tənliklər üçün qoyulmuş müəyyən sinif başlanğıc, sərhəd 

və  tərs məsələlərin həllinin varlığına, yeganəliyinə  və optimal 

idarəetmə məsələlərinə həsr olunmuşdur.



10

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



KAFEDRALAR

Hesablama riyaziyyatı

H

esablama riyaziyyatı kafedrası 1961-ci ildə yaradılmışdır. 



İlk kafedra müdiri prof. Ə.Ş.Həbibzadə olmuşdur. 1965-

ci ildən öm rünün sonuna – 2000-ci ilə qədər kafedraya 

əməkdar elm xa dimi, Dövlət mükafatı laureatı, AEA-nın müx-

bir üzvü, prof. Yəh ya Cəfər oğlu Məmmədov rəhbərlik etmiş-

dir. Bu illər ərzində prof. Y.C.Məmmədovun böyük əməyi he-

sabına respublikada he sab  lama riyaziyyatı bir elm sahəsi kimi 

yaranaraq inkişaf etmişdir.

Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: kafedra 

müdiri-f.-r.e.d., prof. Q.Y.Mehdiyeva, f.-r.e.d., prof. V.R.İbrahimov, 

f.-r.e.n., dos. İ.Ə.Qurbanov, f.-r.e.n., dos. A.Y.Əliyev, f.-r.e.n., dos. 

Z.B.Seyidov, f.-r.e.n., dos. O.H.Əfəndiyev, b.m. B.B.Balakişiyev, 

müəl. T.M.Əsgərov, f.-r.e.n., müəl. E.İ.Əzizbəyov, baş labo-

rant A.M.Quliyeva, baş laborant M.N.İmanova, baş laborant 

R.R.Mirzəyev, laborant M.M.Məmmədova.

Kafedrada bakalavr pilləsi üzrə EHM və proqramlaşdırma, kom-

püter elmlərinin əsasları, diskret riyaziyyat, EHM-də praktikum, 

hesablama üsulları, alqoritmik dillərə giriş, hesablama riyaziy-

yatı ixtisas kursu fənləri, magistr pilləsi üzrə Elm və təhsildə 

kompüter texnologiyaları, operator tənliklərin təqribi üsullar-

la həlli, cəbri tənliklərin təqribi üsullarla həlli, informatikanın 

bəzi məsələləri, xüsusi törəməli diferensial tənliklərin təqribi 

üsullarla həlli, təqribi üsulların təbiət elmləri məsələlərinin 

həllində rolu, adi diferensial tənliklərin təqribi üsulları, splayn 

funksiya və onun tətbiqləri, qeyri-korrekt məsələlər, variasiya 

məsələlərinin ədədi üsullarla həlli fənləri tədris olunur.

Kafedranın əməkdaşları beş yüzdən çox elmi məqalə, 7 mo-

noqrafi ya, 3 dərslik, 15 dərs vəsaiti çap etdirib.

AEA-nın müxbir üzvü, prof. Y.C.Məmmədovun, prof. A.Ə.Do si-

yevin, prof. V.R.İbrahimovun, prof. F.Ə.Tağıyevin, prof. Ə.İ.Hə-

sə no vun, prof. Q.M.Əmirəliyevin rəhbərliyi ilə 50-dən çox na-

mizədlik dissertasiyası müdafi ə edilib. 

Kafedrada adi, xüsusi törəməli diferensial tənliklər və Volter 

tip li in teqral tənliklərin ədədi, analitik təqribi həll üsulları is ti-

qa mə tin də elmi iş aparılır.




11

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



KAFEDRALAR

İdarəetmə nəzəriyyəsinin riyazi üsulları

İ

darəetmə  nəzəriyyəsinin riyazi üsulları kafedrası 1990-cı 



ildə yaradılıb. Kafedranın ilk müdiri prof.S.S.Haxıyev olmuş-

dur. 


Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: kafedra 

müdiri f.-r.e.d., prof. Yaqubov M.H., f.-r.e.d., prof. Quliyev H.F., 

f.-r.e.d., prof. Sadıqov M.A., f.-r.e.n., dos. Hüseynov T.H., f.-r.e.n., 

dos. Yusubov Ş.Ş., f.-r.e.n., baş müəllim Məmmədova C.C., f.-

r.e.n., assistent Hüseynova A.T., baş laborant Babayeva L.B.

Kafedrada bakalavr pilləsi üzrə variasiya hesabı və optimallaş-

dır  ma üsulları, ixtisas kursu fənləri, magistr pilləsi üzrə xü-

susi törəməli tənliklərlə  təsvir olunan proseslərdə op timal 

idarə  mə sə ləsi, idarəetmə  və müşahidə  nə zə riyyəsi, dinamik 

proqramlaşdır ma üsulu, oyun lar nəzəriyyəsinin elementləri, 

optimal ida rə  nə zə riyyəsinin təqribi üsulları, idarəetmənin 

sto xastik mə sələləri, ekstremal məsələlərin həllərinin var lığı, 

sinqulyar həyəcanlanmış sistemlərdə optimal idarə məsələləri, 

xüsusi törəməli tənliklərlə  təsvir olunan sistemlərdə optimal 

idarəetmənin varlığı və təqribi qurulması fənləri tədris olunur.

Kafedranın əməkdaşları iki yüzə qədər elmi məqalə və iki dərs 

vəsaiti çap etdirib.

Prof. S.S.Haxıyevin, prof. M.H.Yaqubovun və prof. H.F.Quliyevin 

rəh bər liyi ilə 30-a qədər namizədlik dissertasiyası müdafi ə 

edilib. 


Kafedrada xüsusi törəməli diferensial tənliklər sistemi ilə təs-

vir olunan proseslərin idarə edilməsi və optimallaşdırılması is-

tiqamətində elmi iş aparılır.



12

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



KAFEDRALAR

Cəbr və həndəsə

C

əbr və həndəsə fənləri müxtəlif illərdə həndəsə, cəbr və hən-



də  sə, cəbr və topologiya adli kafedralarda tədris olunmuş-

dur. 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin fi zika-

ri ya ziy yat fa kültəsində həndə sə kafedrası yaranmışdır, 1959-cu 

il dən kafedra nın adı cəbr və həndəsə adlandırılmışdır.

Həndəsə kafedrasına uzun illər görkəmli alim və pedaqoq EA-nın 

müx bir üzvü, professor M.Ə.Cavadov rəhbərlik etmişdir. 

1969-cu ildə cəbr və həndəsə kafedrasının bazasında, iki kafed-

ra, hən dəsə və cəbr və topologiya kafedraları yaranmışdır.

1969–1979-cu illərdə  cəbr və topologiya kafedrasına dos. 

M.R.Bunyatov, 1980–1994 illərdə, dos. R.M.Sultanov (1980-ci il) və 

prof. M.S.Əkbərov (1980–1994) rəhbərlik etmişlər. 1994–2002-ci 

il lər də cəbr və topologiya kafedrasının müdiri dos. V.Ə.Qasımov, 

2004–2006-cı illərdə isə prof. K.İ.Xudaverdiyev olmuşdur.

2007-ci ildən həndəsə kafedrasının adı dəyişdirilərək cəbr və 

hən də  sə adlandırılmışdır. 2006-cı ildən hal-hazıra qədər bu 

kafedraya dos. V.Ə.Qasımov rəhbərlik edir.

Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: kafedra 

müdiri – dos. V.Ə.Qasımov, dos. G.Z.Quliyeva, dos. C.M.Mustafa-

yev, dos. A.F.Köçərli, dos. N.Y.Əliyev, dos. O.M.Məmmədov, dos. 

H.D.Fət tayev, b/m. L.M.Nəsibova, b/m. A.Ə.Hüseynova, müəl. 

L.K.Həsənova, ass. S.F.Kazımova, baş laborant V.F.Quliyeva, baş 

laborant N.Ə.Sərdarlı, laborant R.Ə.Mustafayeva.

Kafedra yarandığı vaxtdan müxtəlif problem və mövzular, onlar-

dan – cəbri strukturlar, onlar üzərində müxtəlif həndəsələr, Bul 

cəbr  ləri və onların homologiyaları, K - nəzəriyyə, C*- cəbrləri , Hil-

bert modulları, diferensialanan çoxobrazlılar və təbəqələnmələr 

nə zəriyyəsi, şəbəkə və qəfəslər nəzəriyyəsi və digər məsələlər, 

əsas tədqiqat obyektləri olmuşdur.

Kafedra yarandığı vaxtdan bu günədək onun əməkdaşları tə-

rə fi n dən 10-dan artıq monoqrafi ya, dərslik, dərs vəsaiti, meto-

dik və  sa it lər və yüzlərcə elmi məqalələr yazılmışdır.



13

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



KAFEDRALAR

Nəzəri mexanika və bütöv mühit mexanikası

N

əzəri mexanika kafedrası 1921-ci ildə yaradılıb. Kafed-



ranın təşkili görkəmli alimlərin L.S.Leybenzon, E.İ.Yelkin 

və Z.İ.Xəlilov yaradıcılığı ilə sıx bağlıdır. Onun ilk rəhbəri 

görkəmli alim, akademik L.S.Leybenzon olmuşdur.

1935–1944-ci illərdə kafedraya prof. E.İ.Yelkin, 1944–1960-cı 

illərdə isə akademik Z.İ.Xəlilov rəhbərlik etmişlər. Kafedraya 

1960–1982-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü, profes-

sor Y.Ə.Əmənzadə rəhbərlik etmişdir. 1982-ci lidən hal-hazıra 

kimi kafedraya professor R.Y.Əmənzadə rəhbərlik edir. 

Kafedra hal-hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: kafed-

ranın müdiri, f.-r.e.d., prof. Əmənzadə R.Y., f.-r.e.d., prof. Axun-

dov M.B, müəl. f.-r.e.n. Tağıyev M.M., müəl. f.-r.e.n. Qiyasbəy  li 

S.A., lab. müdiri. f.-r.e.n. Kiyasbəyli E.T., lab. müdiri. f.-r.e.n. Uma-

ratov R.H., mühəndis Popov O.N., lab. Məmmədova G.M. 

1987-ci ildən kafedra nəzəri mexanika və bütöv mühit mexani-

kası kafedrası adlanır. 

Kafedra bərk cisim mexanikası  və maye, qaz mexanikası is-

tiqamətləri üzrə elmi fəailiyyət göstərir. Yarandığı gündən hal-

hazıra kimi kafedrada 70-ə yaxın elmlər namizədi və 6 nəfər 

elmlər doktoru hazırlanmışdır. Bu illər  ərzində 15-dən çox 

monoqrafi ya, dərslik və dərs vəsaiti, 450-dən çox elmi məqalə 

çap olunmuşdur.

Kafedrada bütov mühit mexanikası, nəzəri mexanika, materiallar 

müqaviməti, hidromexanika, kompozit materiallar mexanikası, 

maye və qaz mexanikası, hidroelastiklik, yeraltı hidromexanika, 

dayanıqlıq və dağılma mexanikası, qruntlar mexanikası, elastiklik 

nəzəriyyəsi, örtüklər nəzəriyyəsi və biomexanika dərsləri tədris 

olunur.



14

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



KAFEDRALAR

Ali riyaziyyat

A

li riyaziyyat kafedrası 1997-ci ildə ümumuniversitet ka-



fedrası kimi təşkil olunmuş ümumi riyaziyyat kafedrasının 

bazası əsasında yaradılmışdır və 2000-ci ildən mexanika-

riyaziyyat fakültəsinin tərkibində fəaliyyət göstərir. Kafedranın 

ilk müdiri, f.-r.e.d., prof. Ə.X.Şəmilov olmuşdur. 2000–2002-

ci illərdə kafedraya rəhbərlik f.-r.e.n., dos. F.S.Əliyevə  həvalə 

olunmuşdur. 2002-ci ildən ali riyaziyyat kafedrasına f.-r.e.d., 

prof., əməkdar elm xadimi M.C.Mərdanov rəhbərlik edir.

Hazırda kafedra aşağıdakı tərkibdə işləyir: kafedranın müdiri, 

f.-r.e.d., prof., əməkdar elm xadimi M.C.Mərdanov, f.-r.e.n., dos. 

F.S.Əliyev, f.-r.e.n., dos. S.Y.Əliyev, f.-r.e.n., dos. M.R.Mehtiyeva, 

f.-r.e.n., dos. F.Ş.Muxtarov, f.-r.e.n., dos. S.E.İsayeva, f.-r.e.n., 

dos. S.T.Hüseynov, f.-r.e.n., b/m F.R.İsmayılov, f.-r.e.n., dos. 

A.Q.Ağamalıyev, f.-r.e.n., b/m R.M.Tağıyev, b/m Ə.Ə.Babayev, 

baş laborant f.-r.e.n., M.H.Mahmudova, baş laborant f.-r.e.n., 

Ş.A.Həmidova, laborant G.D.Şükürova.

Hal-hazırda kafedra BDU-nun 7 fakültəsində (kimya, biolo gi ya, 

coğrafi ya, geologiya, sosial elmlər və psixologiya, beynəlxalq 

hüquq və beynəlxalq münasibətlər, kitabxanaçılıq-informasiya) 

17 ixtisas üzrə ali riyaziyyat, riyaziyyat, xətti cəbr, ehtimal nə-

zəriyyəsi kurslarını  tədris edir. BDU-nun Boloniya prosesinə 

qoşulması ilə əlaqədar kafedrada tədris olunan bütün fənlərin 

yeni tədris proqramları hazırlanmışdır.

Kafedranın əməkdaşları optimal idarəetmə, diferensial və di-

fe rensial-fərq tənliklərinin həllərinin keyfi yyət araşdırmaları, 

ope rator tənliklərin spektral nəzəriyyəsi, ümumiləşmiş funk-

si  yalar fəzasında xətti sinqulyar diferensial tənliklər, iqtisadi 

proqnozlarda ehtimal nəzəriyyəsi və statistika üsullarının tət-

bi qi ilə bağlı məsələlər ilə məşğul olurlar. 

Kafedra  əməkdaşları müxtəlif Beynəlxalq Elmi Konfrans və 

simpoziumlarda məruzələrlə çıxış etmişlər, onların məqalələri 

müxtəlif illərdə nüfuzlu jurnallarda çap olunmuşdur.



15

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



KAFEDRALAR

Riyaziyyat və onun tədrisi metodikası

K

afedra 1984-cü ildə yaradılmışdır. O vaxtdan hal-ha zı ra  dək 



ka fedraya Respublikanın  əməkdar müəllimi, f.-r.e.d., prof. 

K.İ.Xudaverdiyev rəhbərlik edir. Hal-hazırda ka  fedra aşağıdakı 

tərkibdə işləyir: kafedranın müdiri, f.-r.e.d., prof. K.İ.Xudaverdiyev, 

f.-r.e.n., dos. Q.Z.Abdullayeva, f.-r.e.n., dos. E.A.Qasımov, f.-r.e.n., 

dos. B.Ö.Tahirov, f.-r.e.n., dos. S.N.Əfəndi, f.-r.e.n., dos. S.C.Əliyev, 

f.-r.e.n., dos. F.M. Namazov, f.-r.e.n., baş mü əllim E.M.Qocayev, as-

sistent G.M.Əmirova, baş laborant R.Ə.Yusubova.

Kafedrada ümumi riyaziyyat, informatika və hesablama tex-

nikasının tədrisi metodikası fənləri tədris edilib və diferensial 

tənliklər ixtisası üzrə ixtisas kursları oxunub. Hal-hazırda isə 

kafedrada bakalavr pilləsində  məktəb riyaziyyat kursunun 

elmi  əsasları  və riyaziyyatın tədrisi metodikası  fənləri tədris 

olunur, magistratura pilləsində isə riyaziyyatın tədrisi metodi-

kası  və metodologiyası ixtisası üzrə ixtisas fənləri və seçmə 

fənlərdən mühazirə, məşğələ dərsləri aparılır. Mexanika-ri ya-

ziy yat fakültəsinin bütün tələbələrinin pedaqoji təcrübəsinə 

rəh bərlik edilir.

Kafedranın əməkdaşları riyaziyyatın tədrisi metodikası sa hə  sin-

də elmi-tədqiqat işləri aparmaqla yanaşı, diferensial tən lik lər 

nə zəriyyəsinin bir sıra sərhəd məsələləri üçün varlıq, yeganəlik 

və keyfi yyət məsələlərinin öyrənilməsi istiqamətində mühüm 

nə ticələr almışlar. 

Kafedra müdiri prof. K.İ.Xudaverdiyev 35 nəfər elmlər namizədi 

ye tişdirmişdir, onlardan 2-si elmlər doktorudur. Onun ye tiş dir-

mələri Azərbaycan, Türkiyə və Özbəkistanın müxtəlif ali mək təb-

ləri və elmi tədqiqat institutlarında müvəffəqiyyətlə çalışır lar.

Kafedrada 300-dən çox elmi məqalə, 1 monoqrafi ya, dərs və-

sa iti və metodik göstərişlər yazılmışdır.




16

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



Təhsilimizdə Boloniya prosesi

M

exanika-riyaziyyat fakültəsində Boloniya prosesi 2008–



2009-cu tədris ilindən başlamışdır. Bu məqsədlə fakültə 

kompüter avadanlıqları ilə  təchiz edilərək internet 

şəbəkəsinə qoşulmuş 2 tyutor otağı ilə təmin olunmuşdur. Bo-

loniya prosesində kredit sisteminin təşkil olunmasına kömək 

məqsədi ilə 3 tyutor fəaliyyət göstərir. Onlar tədris olunan 

fənlərin mühazirə  mətnlərinin elektron variantlarını virtual 

universitetdə yerləşdirir, tələbələrin fərdi planlarının hazırlan-

masına, tədris prosesinin təşkilinə, tələbələrin fənlər üzrə attes-

tasiyalarının keçirilməsinə nəzarət edirlər. Fakültədə bu sahədə 

görülmüş işlər təhsilin və biliyin keyfi yyətinin yüksəldilməsinə, 

tələbələrin mobilliyinin təmin olunmasına xidmət edir. Boloni-

ya prosesinin tətbiqində Avropanın tanınmış universitetlərinin 

iş təcrübəsindən geniş istifadə olunmuşdur.



17

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



Məzunlarımız – baş ucalığımız 

Akademik

Fərəməz Maqsudov

AMEA-nın müxbir üzvü, 

prof. Hətəm Quliyev

Professor 

Fatma Abdullazadə

Akademik 

Məcid Rəsulov

Professor 

Misir Mərdanov

AMEA-nın müxbir üzvü,

prof. Rauf Hüseynov

AMEA-nın müxbir üzvü, 

prof. Surxay Əkbərov

Akademik 

Akif Hacıyev

Akademik

Fikrət Əliyev

Professor 

Telman Məlikov

Akademik 

Cəlal Allahverdiyev

AMEA-nın müxbir üzvü,

prof. Yusif Məmmədov


18

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



Tələbə, tələbə, tələbə...

Məzun günü (2009)

Tələbələrlə səmimi söhbət (2008)

prof.Q.Y.Mehdiyeva mühazirə zamanı (2009) 

Tyutorlar tələbələrlə birlikdə (2009)


19

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



Tələbə, tələbə, tələbə...

prof.K.İ.Xudaverdiyev tələbələrlə fərdi iş zamanı (2009) 

Futbol yarışlarında qazanılan uğur (2008)

Həndbol yarışları üzrə I yer (2009)

dos.A.İ.İsmayılov mühazirə zamanı (2009)


20

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



Tələbə, tələbə, tələbə...

dos.V.Ə.Qasımov mühazirə zamanı (2009)

Dərs zamanı (2009)

Basketbol yarışları üzrə I yer (2009)

Tələbə elmi cəmiyyətinin iclası (2009)


21

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



Tələbə, tələbə, tələbə...

Tələbələr fasilə zamanı (2009)

Tələbələr oxu zalında (2009)

dos.Z.S.Əliyev məşğələ dərsində (2009)

Tələbələr pedaqoji təcrübədə(2009)


22

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0

İ

nformasiya-kommunikasiya texnologiyaları müasir dövrdə 



hə yatımızda mühüm yer tutur. Ona görə də bu texnologiyaları 

öyrənmək, onlardan istifadə etməyi bacarmaq vacib məsələdir. 

Hesablama riyaziyyatı kafedrasının nəzdində fəaliyyət göstərən 

hesablama laboratoriyası tələbələrin informasiya-kommunikasiya 

texnologiyaları sahəsində lazımi biliklərə yiyələnməsinə xidmət 

edir. Hal-hazırda bu laboratoriya 4 auditoriyada yerləşir. EHM və 

proqramlaşdırma və EHM-də praktikum fənləri bu laboratoriya-

larda tədris olunur. Laboratoriyalar müasir avadanlıqlarla təchiz 

olunub. 

Burada müəllim və tələbələrin ümumdünya kompüter şəbəkəsinə 

çıxışı və elmi yeniliklərlə tanışlığı təmin edilir.

Bundan əlavə fakültədə aerohidromexanika, möhkəmlik və plas-

tiklik laboratoriyaları da kompüter texnologiyaları ilə təchiz olu-

nub. Burada tələbələr mexanikanın bir çox məsələlərinin həllini 

kompüter texnologiyaları vasitəsi ilə həyata keçirirlər. Həmçinin, 

fakültədə hər bir kafedra kompüter avadanlığı ilə təchiz edilmiş-

dir.

 

İnformasiya-kommunikasiya

texnologiyaları – zamanın tələbi



23

M E X A N İ K A - R İ Y A Z İ Y Y A T   F A K Ü L T Ə S İ



Xarici əlaqələrin coğrafi yası

RUSİYA

QAZAXISTAN

TÜRKİYƏ

YAPONİYA

İRAN

UKRAYNA

İSVEÇ

MOLDOVA

ESTONİYA

BELORUS

LATVİYA

GÜRCÜSTAN

İTALİYA

FRANSA

ABŞ

ALMANİYA

KANADA


24

B A K I   D Ö V L Ə T   U N İ V E R S İ T E T İ     9 0



Professor-müəllimlərin kitabları


Mexanika–riyaziyyat

fakültəsi 

Tərtib edən



prof. Nizaməddin İSGƏNDƏROV

Buraxılışa məsul



f.-r.e.n. Elvin ƏZİZBƏYOV

Redaktor


Suğra OSMANOVA

Dizayn


Elnur ƏHMƏDOV

5

16



18

Mündäricat

NƏŞRİYYAT-POLİQRAFİYA MƏRKƏZİ

Bakı, Az1122, Zərdabi pr. 78

Tel: 4977021 Faks: 4971295

E-poçtu: offi ce@nurprint.com

Rektor, akad. Abel Məhərrəmov – Ön söz 

2

Dekan, prof. Nizaməddin İsgəndərov – 



1920-ci ildən başlanan yol 

3

Yaradanlar 



4

Fakültənin tarixi – foto sənədlərdə 

5

Kafedralar



Riyazi analiz 

7

Funksiyalar nəzəriyyəsi və funksional analiz  



8

Diferensial və inteqral tənliklər 

9

Hesablama riyaziyyatı 



10

İdarəetmə nəzəriyyəsinin riyazi üsulları  

11

Cəbr və həndəsə 



12

Nəzəri mexanika və bütöv mühit mexanikası 

13

Ali riyaziyyat 



14

Riyaziyyat və onun tədrisi metodikası  

15

Təhsilimizdə Boloniya prosesi  



16

Məzunlarımız – baş ucalığımız 

17

Tələbə, tələbə, tələbə... 



18

İnformasiya–kommunikasiya texnologiyaları – 

zamanın tələbi 

22

Xarici əlaqələrin coğrafi yası  



23

Professor–müəllimlərin kitabları  

24



BAKI DÖVLƏT UNİVERSİTETİ

MEXANİKA–RİYAZİYYAT FAKÜLTƏSİ

Ünvan:    Azərbaycan Respublikası,

Bakı şəhəri, AZ 1148,

Akademik Zahid Xəlilov küç., 23

Tel.: 

+994 12  4390549



Faks: 

+994 12  5983376

E-poçt: mm@bsu.az

Veb: http://mechmath.bsu.edu.az



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə