Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ÖLƏNLƏRİN NALƏSİNİ HEYVANLAR EŞİDİRLƏR



Yüklə 1,5 Mb.
səhifə20/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   16   17   18   19   20   21   22   23   ...   91
Mead

ÖLƏNLƏRİN NALƏSİNİ HEYVANLAR EŞİDİRLƏR


Bərzəx aləminin ne᾽mətləri kimi, əzabları, bəlaları da davamlıdır. Allaha pənah aparaq. Əgər bərzəx əzabına düçar olmuş bir şəxsin naləsi qulağımıza çatsa, dünya bəlaları nəzərimizdə heç olar.
Rəsullullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Be᾽ətdən (risalətə çatmazdan) əvvəl qoyun otardığım zaman bə᾽zən qoyunların heyrətli bir hala gəldiyini müşahidə edirdim. Amma qurd gözə dəymirdi. Vəhy nazil olduqdan sonra Cəbraildən bunun səbəbini soruşdum. Dedi ki, bərzəx aləmində (bərzəx Cəhənnəmində) ölülərin naləsi ucalanda cin və insandan fərqli olaraq, heyvanlar bu sədanı eşidər və narahat olarlar.”

HAŞİMİNİN QATİLİNİN YUXUDA NALƏLƏRİ


Səduq (r)ın “Səvabul-ə᾽al” kitabında nəql olunub ki, İmam Hüseyn (əleyhissalam)-ın qardaşlarından birini qətlə yetirmiş misilsiz gözəl surətli bir cavanın surəti Kərbəla hadisələrindən sonra qır tək qaralmış, zifləmişdi (ravidən nəql olub). Onun vəziyyətini qonşularından soruşanda, dedilər: Kərbəla səfərindən qayıdandan sonra gecələr o qədər nalə çəkir ki, bizi də yuxudan oyadır. Yanına gedib, əhvalını özündən soruşdum. Dedi: “Öldürdüyüm haşimi cavan hər gecə gəlir, məni atəşə tərəf çəkir. O qədər nalə çəkirəm ki, yuxudan oyanıram.” Bu nalələr və üzüqaralıq sonrakı əzabın bu dünyada görünən mində bir zərrəsidir.

ƏTTARIN MÖİZƏSİ VƏ VERDİYİ BORCU İSTƏYƏN YƏHUDİ


Bərzəx əzabının bu dünyada zuhuru üçün çox əsaslar vardır ki, onları xatırlamaq uzun çəkər. Təkcə “Darüs-səlam”da zikr edilmiş bir qəziyyəni nəql edirik. Zahid alim Seyyid Haşim Bəhrani buyurmuşdur: “Nəcəfdə bir əttar (ətir satan tacir) vardı. Hər gün günorta namazından sonra dükanında camaata moizə edərdi və məclisi heç vaxt boş olmazdı. Bir hind şahzadəsi bu şəxsin yanında içində nəfis gövhərlər və qiymətli cəvahirlər olan sadıqçanı əmanət qoyur. Geri qayıdıb əmanətini geri götürmək istəyəndə, əttar əmanət qoyulduğunu inkar edir. Hər yerdən əli üzülən hindu Həzrət Əmirəl-mö᾽minin (əleyhissalam)-ın pak qəbrindən yardım istəyib, dedi: “Ya Əli, mən sənin qəbrinin yanında qalmaq üçün vətənimi, rahatlığımı tərk edib, olanımı əttara əmanət verdim. İndi o inkar edir, mənimsə nə başqa bir şeyim, nə də şahidim var. Səndən başqa dadıma yetəcək bir kimsə yoxdur.”
Axşam yuxuda Həzrət Əli (əleyhissalam) buyurdu ki, sübh şəhər darvazasında çıx, gördüyün birinci adamdan əmanətini istə. Yuxudan oyanan kimi şəhərdən çıxdı. Gördüyü ilk adam ailəsinin ehtiyacı üçün dalındakı şələni satmaq istəyən qoca bid oldu. Hindu ondan bir şey istəməyə utandı və pak məzara qayıtdı. İkinic kecə də həmin yuxunu və sübh həmin şəxsi gördü, amma yenə də bir söz demədi. Üçüncü dəfə də eyni yuxunu görüb, səhəri həmin abidlə rastlaşdı.
Bu dəfə vəziyyətini ona danışıb, əmanətini istədi. O şərif şəxs bir az fikirləşib, sabah günortadan sonra əttarın dükanına gəl, əmanətini çatdırım-dedi.
Səhəri gün camaat əttarın dükanına yığışdığı vaxtda abid kişi gəlib, buyurdu: Bu gün moizə etməyi məni öhdəmə qoy.
Əttar qəbul etdi. Abid buyurdu: Ey camaat, mən filankəsin oğlu filankəsəm. Xalqın haqqında bərk qorxanam. Allahın yardımı ilə qəlbimdə dünya malına məhəbbət yoxdur. Qənaət, üzlət əhliyəm. Amma bütün bu tə”riflərə baxmayaraq, başıma çox acı bir hadisə gəlib ki, sizə danışmaq istəyirəm. Sizin ilahi əzabın şiddəti , Cəhənnəm odunun yandırması ilə qorxutmaq, cəza gününün bə᾽zi xəbərlərini sizə çatdırmaq istəyirəm. Bir gün mən borc almağa məcbur oldum. Bir yəhudidən 10 qran aldım və 20 günə qaytarmağa şərtləşdik-yə”ni gündə yarım qran. On gün yarım qran qaytarandan sonra yəhudimi görə bilmədim. Sonra yuxuda Qiyamətin başlandığını gördüm. Məni və sair adamları hesab üçün ayırdılar. İlahi fəzldən, mən Behişt əhlindən olub, Behiştə tərəf hərəkət etdim. Sirata çatanda Cəhənnəmin nə᾽rəsini eşitdim. Borclu qaldığım yəhudinin Cəhənnəmdən alov şö᾽ləsi tək ayrılıb yolumu kəsdiyini gördüm. “Mənim 5 qranımı ver, get”! dedi. Ağlayaraq dedim: “Mən səni axtardım ki, borcunu qaytaram.” Nə qədər dedimsə buraxmadı. “Onda qoy bir barmağımı bədəninə toxundurum.” Razı oldum. Bədənimə tohunan barmağının dağlayıcı sutisindən yuxudan oyandım və sinəmdə onun barmağının yarasını gördüm. bəli, ində də yaralıyam və etdiyim dərmanlar heç bir fayda vermir.”
Bunu deyib, qoca abid sinəsini açdı, yaranı görən adamların naləsi qalxdı. Əttar ilahi əzabın çətinliyindən qorxuya düşdü. həmin hindunu evinə aparıb, əmanətini qaytardı və üzr istədi.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə