Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


İLAHİ RƏHMƏTİN NÜZULU ZAMANI ÖLÜM



Yüklə 1,5 Mb.
səhifə25/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   21   22   23   24   25   26   27   28   ...   91
Mead

İLAHİ RƏHMƏTİN NÜZULU ZAMANI ÖLÜM


Növbəti qəbir əzabından amanda qalacaq dəstə cümə axşamının günortasından cümənin günortasınadək dünyadan gedənlərdir. Çünki bu müddət ərzində ilahi rəhmət nazil olur. Ölənlər həmin rəhmət yağışında Allah dərgahına qovuşduqlarından, rəhmət ağuşunda olarlar. Bu güzəşt əslində ilahi lütfdən olub bəndənin bağışlanması üçün bəhanədir.

XURMA BUDAĞI VƏ 40 NƏFƏRİN ŞAHİDLİYİ


Və”d edilmişdir ki, qəbrə qoulan çubuq, budaq qəbir əzabına mane olar. Yaxşı olar ki, budaq xurma ağacından və tər, yaş olsun. Həzrət Baqir (əleyhissalam) buyurmuşdur: “Nə qədər ki, budaq yaşdır, nəmdir meyyitə əzab verilməz və çubuq quruduqdan sonra əzabı iki çubuqca olmaz, inşallah!” Əzabdan amanda qalmağın digər səbəbi meyyitin yaxşılığına 40 nəfərin şəhadət verməsi və onun bağışlanmasını istəmələridir. “Ənvari-nö᾽maniyyə”də İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: “Əgər 40 nəfər şəxs meyyitin yanında hazır olub “Xudaya, biz onun yaxşılığından başqa bir şey bilmirik” desələr, Allah-Taala buyurar: “Onun haqqındakı şəhadətinizi qəbul edib sizin bilmədiklərinizi bağışladım.”

NƏ ÜÇÜN DAVUD PEYĞƏMBƏR ABİDİN CƏNAZƏSİNƏ NAMAZ QILMADI?


Bəni İsrail tayfasında bir abid şəxs vardı. Allah-Taala Davud peyğəmbərə vəhy etmişdi ki, bu şəxs riyakardır. Ona görə də həmin abid öləndə Davud (əleyhissalam) onun dəfnində iştirak etmədi. Başqaları gəldilər və 40 nəfər şəxs ona namaz qılıb dedilər: “İlahi, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik. Sən onu daha yaxşı tanıyırsan. Bağışla onu!” Qüsl veriləndə də 40 nəfər gəlib həmin cür dedilər. Çünki daxildən tanımırdılar. Davud (əleyhissalam)-a vəhy olundu ki, nə üçün ona namaz qılmadın? Ərz etdi ki, Xudaya, Sən onun riyakar olduüunu xəbər vermişdin. Nida yetdi ki, doğrudur, amma bir dəstə adam onun yaxşılığına şəhadət verdiyi üçün Biz də imza etdik və bağışladıq.” Əzabdan amanda qalmağa haqqı olmayan kəsin bu yolla bağışlanması da Yaradanın bir fəzlidir.

MƏCLİSİNİN KƏFƏNİNƏ HÜSEYN (ƏLEYHİSSLAM)IN TÜRBƏTİ İLƏ YAZILMIŞ ŞƏHADƏT


Xeyir əməl sahibləri öz kəfənlərini hazırlayaravə mö᾽minlərin o kəfənə (kəfən sahibi haqqında) şəhadətlərini yazmalarını xahiş edərdilər. Mühəddis Cəzairi nəql edib ki, sutadı Əllamə Məclisi mö᾽minlərdən istəyib ki, onun kəfəninə Hüseyn (əleyhissalam)-ın türbəti ilə (kəfən sahibinin imanına) öz şəhdətlərini yazsınlar. Belə yazıblar: “İmanına şəkk yoxdur”, sonra adlarını yazıb, möhür vurublar.
Eləcə də qəbrə və kəfənə Həzrət Hüseyn (əleyhissalam)-ın türbətindən qoymaq, meyyitin alnına və iki övcuna türbət çəkmək fövqəl-adə tə”sirli işlərdəndir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə