19-cu Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları
Sərgisinin hesabatı
2-5 dekabr, 2013
Bakı, Azərbaycan
XÜLASƏ
Yaranma tarixi: 1995
Xəzəryanı və Qafqaz regionlarında
keçirilən ən iri telekommunikasiya
sərgisi olan BakuTel sərgisi biznesin
Azərbaycanda inkişafı üçün ən əlverişli
vasitədir. BakuTel çərçivəsində yeni
tərəfdaş
axtarışı,
bazarın
təhlili,
istehlakçılar ilə effektiv iş aparmaq üçün
şərait yaradılır. 19 illik iş ərzində sərgi
İnformasiya-Kommunikasiya Texnolo-
giyaları forumuna çevrilmişdir.
Artıq səkkiz ildir ki, BakuTel sərgisi “UFI”
Ümumdünya
Sərgi
Sənayesi
Assosiasiyasının
keyfiyyət
nişanını
daşıyır. “UFI tərəfindən təsdiq olunub”
keyfiyyət
nişanı
tədbirin
yüksək
təşkilatçılıq
səviyyəsindən
xəbər
verməklə yanaşı, sərgi ilə bağlı statistik
məlumatların dürüstlüyünü bir daha
təsdiqləyir.
TƏŞKİLATİ KOMİTƏ
Rəna Abutalıbova – Layihə rəhbəri, Iteca Caspian LLC
Cəmilə Quliyeva – Layihə koordinatoru, Iteca Caspian LLC
Babək Amaşov – Texniki menecer, Iteca Caspian LLC
Emiliya Əliyeva – Texniki menecer, Iteca Caspian LLC
Açelya Bayraktar – Satış üzrə menecer EUF, Türkiyə
Nataliya Sitnikova - Satış üzrə menecer ITE Moscow, Rusiya
Yana Sapunova - Satış üzrə menecer ITE Gulf FZ LLC, Yaxın Şərg və İran
MƏTBUAT KONFRANSI
29 noyabr tarixində “Hilton Baku” otelində akkreditə olunmuş jurnalistlər, habelə yerli və
xarici KİV nümayəndələrinin iştirak ilə mətbuat konfransı keçirildi. AR Rabitə və İnformasiya
Texnologiyaları Nazir Müavini cənab Elmir Vəlizadə, Iteca Caspian LLC şirkətinin Direktoru
cənab Fərid Məmmədov, Iteca Caspian LLC şirkətinin BakuTel sərgisi üzrə meneceri xanım
Rəna Abutalıbova, Iteca Caspian LLC şirkətinin marketinq meneceri xanım Almaz
Hüseynova mətbuat konfransının təşkilatçıları qismində iştirak edirdilər.
BAKUTEL SƏRGİSİNİN RƏSMİ AÇILIŞI
BakuTel
2013
sərgisini
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri İlham
Əliyev
ziyarət
etdi.
“VİP”-tur
sərgi
mərkəzinin
foyesində,
Azərbaycan
Respublikası
Rabitə
və
İnformasiya
Texnologiyaları Nazirliyinin stendindən
başlandı. Bu stenddə son illər ərzində
nazirlik tərəfindən görülmüş işlər, habelə,
bu sahənin inkişafına dair gələcək planlar
barədə dolğun məlumatlar təqdim olundu.
Burada Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının I Virtual Konfransında
iştirak etdi. Ölkə başçısı bütün zallara baş
çəkərək, yerli və aparıcı xarici şirkətlərin
stendləri ilə tanış oldu. Sərgi ilə tanışlıq
əsnasında
Prezident
İlham
Əliyev
“Euronews” telekanalına müsahibə verdi.
BAKUTEL SƏRGİSİNİN QONAQLARI
3 dekabr tarixində “Bakutel” sərgisini Rusiya
Federasiyası
Rabitə
və
Kütləvi
Kommunikasiyalar
Naziri
Nikolay
Nikiforovun
başçılıq
etdiyi
Rusiya
nümayəndə heyəti ziyarət etdi. “VİP”-tur
əsnasında
nazir
N.
Nikiforov
Rusiya
şirkətlərinin nümayəndələri ilə söhbət etdi,
habelə bir sıra yerli və xarici stendlərin yeni,
maraqlı məhsulları ilə tanış oldu. “ - Sərgi
mənim çox xoşuma gəldi! - deyə N.
Nikiforov öz fikrini bildirdi. – Bu sərgi öz
sahəsinin mühüm tədbiridir və sevindirici
haldır ki, hər il çoxlu sayda şirkət texnoloji
tərəqqinin ən son yenilikləri və nailiyyətlərini
təkcə mütəxəssislərə və bu sahədən
xəbərdar olan insanlara deyil, həm də sıravi
ziyarətçilərə
nümayiş
etdirir.
Məlumatlandırma və yeni texniki vasitələrin
tətbiq edilməsi məsələlərində “Bakutel”
sərgisinin
rolunu
layiqincə
qiymətləndirməmək mümkün deyil”.
“Bakutel” sərgisində iştirak etmək
üçün Əfqanıstan, ABŞ, Macarıstan,
İtaliya, İsrail və digər ölkələrdən
nümayəndə
heyətləri
Bakıya
gəlmişdilər.
Sərginin
nüfuzlu
qonaqları arasında Beynəlxalq
Telekommunikasiya İttifaqının Baş
katibi cənab Hamadun Ture,
Macarıstanın milli inkişaf naziri
xanım Susanna Nemet, Belarus
Respublikasının informatizasiya və
rabitə
naziri
cənab
Nikolay
Panteley, Regional Rabitə Birliyinin
(RRB) Baş direktoru Nuruddin
Muxitdinov
və
digər
yüksək
vəzifəli
qonaqlar
“Bakutel”
sərgisinin fəxri qonaqlar kitabında
öz rəy və arzularını yazdılar.
İştirakçıların sayı: 255
•Yerli iştirakçılar: 105
•Beynəlxalq iştirakçılar: 150
Ümumi sahə: 5314 kv.m.
İştirakçı ölkələrin sayı: 28
ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus Respublikası, BƏƏ, Birləşmiş Krallıq,
Çexiya, Əfqanıstan, Kanada, Çin, Gürcüstan, Xorvatiya, Estoniya, Fransa, Hindistan,
İspaniya, İsrail, İtaliya, Latviya, Litva, Macarıstan, Malayziya, Rusiya, Sloveniya, Türkiyə,
Ukrayna və Yaponiya.
Milli stendlər:
Azərbaycan, Belarus Respublikası, Əfqanıstan, Kanada, Xorvatiya, Estoniya, Fransa,
İsrail, İspaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Sloveniya və Türkiyə.
İŞTİRAKÇILAR
STATİSTİKA
•
İştirak edən şirkətlərin 87% sərgidə işguzar əlaqələrin qurduqlarını təsdiqlədi
•
İştirakçıların 9% BakuTel 2013 sərgisində müqavilə imzalamışdırlar
•
İştirakçıların 73% sərginin nəticəsində müqavilələrin imzalanmasını gözləyir
•
İştirakçıların 73% sərginin təşkilini dəstəkləyir və BakuTel 2012 sərgisində
məhsul və xidmətlərin nümayişi üçün yaradılan şəraitdən tam razıdı
•
İştirakçıların 72% oxşar tədbirlərdə iştirak edəcəklərini təsdiqlədi
•
İştirakçıların 86% BakuTel sərgisində iştirakı məsləhət edəcəklərini təsdiqlədi
•
Telekommunikasiya və şəbəkələr
•
İT və ofis texnologiyaları
•
Kabel və simsiz rabitə
•
Peyk rabitəsi və texnologiyaları
•
Genişzolaqlı rabitə və texnologiyalar
•
Təhlükəsizlik sistemləri
•
Televiziya və radioyayım avadanlıqları
və texnologiyaları
•
Proqram təchizatı və avtomatlaşdırma
sistemləri
•
Bank texnologiyaları və xidmətləri
•
E-hökumət və e-təhsil
SƏRGİNİN BÖLMƏLƏRİ
İŞTİRAKÇILARIN RƏYİ
“-Qeyd etmək lazımdır ki, hər il bu cür irimiqyaslı sərginin təşkil olunması bütövlüklə İKT
sektorunun, xüsusi ilə də bizim şirkətin hərtərəfli inkişafını stimullaşdırır”.
Kent MakNili (Kent McNeley),
“Azərfon” şirkətinin Baş icraçı direktoru
“-Bu sərgi İKT sənayesinin inkişafı üzrə sifarişçilərin planları ilə tanış olmağa, yeni həll
variantlarının hazırlanması və tətbiqi sahəsində şirkətin nailiyyətlərini təqdim etməyə,
habelə potensial sifarişçilərlə görüşərək, biznesin inkişafına dair ideya və təklifləri təhlil
etməyə imkan yaradır”.
Maksim Kisilyov,
“Cisco” şirkətinin rabitə operatorları ilə iş üzrə direktoru
“- Sərgi ölkənin telekommunikasiya sahəsində çox vacib hadisədir və biz onu yeni sahə və
bazarlara girişi təmin edən birbaşa əlaqələrin qurulması üçün əla platforma hesab edirik”.
Riçard Şirer (Richard Shirer),
“Bakcell” şirkətinin Baş icraçı direktoru
“-Məhsul və xidmətlərimizi nümayiş etdirmək üçün “Bakutel” sərgisini layiqli
platforma kimi seçməyimizin səbəbi odur ki, bu möhtəşəm sərgi şirkətlər arasında
tərəfdaşlıq əlaqələrinin yaxşılaşdırılmasında əla marketinq vasitəsidir və Azərbaycanda İKT
sektorunun inkişafına böyük töhfə verməklə yanaşı, İT sahəsinin inkişafını və sahə
mütəxəssislərinə olan daimi tələbatı, eləcə də beynəlxalq bazarın miqyasını ön plana çəkir”.
İlham Namazov, “Cybernet” MMC-nin Baş direktoru
“-Qafqaz və Xəzəryanı regionlarının ən iri telekommunikasiya sərgisi olan “Bakutel” şirkət və
iştirakçıların bu sahə üzrə qlobal təmayüllər və texnoloji yeniliklərlə yaxından tanış
olmalarına lazımı şərait yaradır”.
Kiril Qaburiç,
“Azercell Telecom” şirkətinin prezidenti
“-“Bakutel” sərgisi Xorvatiya və Azərbaycan arasında İKT üzrə əməkdaşlıq körpüsünün
təməlini qoyub və builki ekspozisiya bir daha sübut etdi ki, sözügedən sərgi mühüm
beynəlxalq tədbir olmaqla yanaşı, həm də telekommunikasiyanın inkişafı üçün regional
mərkəz statusuna malikdir”.
Aleksandr Fridman, Xorvatiyanın İKT üzrə İqtisadi Palatasının Baş eksperti
“-Zənnimcə, “Bakutel” sərgisi müxtəlif ölkələrin İT şirkətləri və təşkilatları arasında mühüm
qarşılıqlı əlaqə və əməkdaşlıq körpüsüdür”.
Yana Krimpe,
Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri
“-Mən bu sərginin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə qeyd etmək istəyirəm,
belə ki, sərginin beynəlxalq sərgi standartlarına uyğunluğunu həm eksponentlərə olan
münasibətdə, həm də müştərilər üçün yaradılmış rahat şəraitdə - bir sözlə, hər bir xırda
detalda hiss etmək mümkün idi”.
Marek Kayzer (Marek Keiser),
“Hitachi Solutions” şirkətinin Müştərilərlə iş üzrə meneceri
“-Sərginin yüksək səviyyədə təşkili, müştərilərin böyük axını və ekspozisiyanın düzgün
tərtib olunması çox sevindirici haldır. Hər gün sərginin işi xoş abu-hava və gözəl əhval-
ruhiyyə ilə müşayiət olunur”.
Olqa Roqova, “New Telco” şirkətinin Satış üzrə regional menecer
ZİYARƏTÇİLƏR
4 gün ərzində sərginin 13.154 ziyarətçisi olub
Sərgi ziyarətçilərinin 65%-ni sahə mütəxəssisləri təşkil edib
4 gün ərzində dünyanın 30 ölkəsindən (ABŞ, Almaniya, Argentina, Avstriya, Belarus
Respublikası, BƏƏ, Birləşmiş Krallıq, Çin, Əfqanıstan, Fransa, Gürcüstan, Hindistan,
İordaniya, İran, İsrail, Koreya, Küveyt, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Norvegiya,
Özbəkistan, Polşa, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Türkmənistan, Ukrayna) 269
beynəlxalq ziyarətçi sərginin qonağı olub.
“Bakutel” sərgisi bütün İKT mütəxəssislərini bir araya
gətirən zəngin işgüzar proqramla müşayiət olunurdu.
Sözügedən proqrama Azərbaycan və regionda internetin
təkamülü və inkişafı mövzusunda müxtəlif seminar və
konfranslar, eləcə də “Azərbaycan-İsrail” və “Azərbaycan-
ABŞ” İKT forumları daxil edilmişdi. İşgüzar proqramın
mühüm tərkib hissələrindən biri beynəlxalq əməkdaşlığa
həsr olunan tədbirlər, daha dəqiq desək, “TASIM”
konsorsiumunun əsas telekommunikasiya operatorlarının
illik forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün
iqtisadi və sosial komissiyasının “SPECA” layihəsinin işçi
qrupunun
“Biliyə
əsaslanan
iqtisadiyyatın
inkişafı”
mövzusunda iclası, Azərbaycanda dövlət və özəl İKT
sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin
yaradılması ilə əlaqədar tədbirlərdən ibarət idi. Dünyanın
20-dən çox ölkəsindən 50 nəfərdən çox nümayəndəni bir
araya gətirən və “Kibertəhlükəsizlik sahəsində beynəlxalq
əməkdaşlıq: problemlər və perspektivlər” mövzusuna həsr
olunan konfrans isə Azərbaycan üçün böyük hadisəyə
çevrildi.
SƏRGİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR
“Bakutel” sərgisi çərçivəsində Trans-
Avrasiya Super İnformasiya Magistralı
(TASİM)
layihəsinin
iştirakçıları
tərəfindən
qarşılıqlı
anlaşma
memorandumu imzalandı. Azərbaycan
bu layihədə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin Beynəlxalq
Əlaqələr və
Hesablama Mərkəzi
tərəfindən
təmsil
olunmuşdur.
Sözügedən
layihə
yoxsulluq
səviyyəsinin azaldılması və iqtisadi
artımın sürətləndirilməsində, habelə
regionun inkişafında lokomotiv rolunu
oynaya
bilər.
“TASİM”
layihəsi
ümumilikdə
20
ölkənin
birləşdirilməsinə xidmət edir və onun
həyata keçirilməsi Qərbi Avropa və
Sakit okean hövzəsi ölkələri arasında
informasiya
boşluğunun
aradan
qaldırmağa imkan verəcək.
AXŞAM ZİYAFƏTİ
2 dekabr tarixində Buta Palace-da sərginin
rəsmi açılışına həsr olunmuş axşam ziyafəti
keçirildi. Bu tədbirdə BakuTel sərgi və
konfransının iştirakçıları, rəsmi şəxslər, səfirlik
təmsilçiləri, ITE Group PLC və Iteca Caspian
LLC şirkətlərinin tərəfdaşları, habelə kütləvi
informasiya
vasitələrinin
nümayəndələri
iştirak edirdilər.
KARTİNQ YARIŞMASI
3 dekabr tarixində Iteca Caspian LLC şirkəti
BakuTel sərgisinin iştirakçıları üçün kartinq
yarışmasını təşkil etdi.
20-ci Yubiley Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları
Sərgi və Konfransı
2-5 dekabr, 2013
Bakı Ekspo Mərkəzi
Bakı, Azərbaycan
BİZƏ QOŞULUN!
20-ci Yubiley Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları
Sərgi və Konfransı
2-5 dekabr, 2014
Bakı, Azərbaycan
Dostları ilə paylaş: |