Microsoft PowerPoint Pwc azerbaijan Times, IssueN1,June 2012 (AZ)



Yüklə 90,52 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü90,52 Kb.
#32520


PwC Azerbaijan Times

1 saylı Buraxılış

İyun 2012

Buraxılışın icmalı:

 İcarə müqavilələri üzrə vergitutma

 Yerli investisiya şirkətlərinin elektron 

qeydiyyatı  

 İnzibati Xətalar Məcəlləsi və Cinayət 

Məcəlləsində dəyişikliklər 

 İkiqat vergitutmanın aradan 

qaldırılmasına dair müqavilələr, 

beynəlxalq  sazişlər, protokollar və 

bəyannamələr  

 PwC Alumni Klubuna Qoşul!

 PwC Resurslarında yeniliklər:

― “Banking Banana Skins” 2012, Mərkəzi 

Şərqi Avropa üzrə tədqiqat

― Dünyada transfer qiymətqoyma tələbləri   

― İstedada əsaslanan nəticələr: dəyişkən 

dünyada İnsan Resurslarının üzləşdiyi 

məsələlər 

― Maliyyə xidmətləri sektorunda iqtisadi 

cinayətlərlə mübarizə  

― Metallurgiya sahəsində əqdlər: Gələcəyə 

Baxış, 2012-ci il üçün proqnozlar və 

2011-ci ilin icmalı  

― 2030-cu ildə Daşınma və Logistika, 5-ci 

Cild: İstedadlar yarışında necə qələbə 

qazanmalı

― Su: problemlər, aparıcı amillər və həllər

İcarə müqavilələri üzrə 

verginin bazar qiymətlərinə 

tətbiqi

Nazirlər Kabinetinin müraciətinə 

əsasən Konstitusiya Məhkəməsi 

ödəmə mənbəyindən vergi tutma 

məqsədilə icarəyə verilən əmlaka 

bazar qiymətinin  şamil olunması 

ilə bağlı sorğuya baxmışdır və  12 

mart 2012-ci il tarixli qərar 

çıxarmışdır. 

Vergi Məcəlləsinin 124.1-ci 

maddəsi daşınan və daşınmaz 

əmlakın icarəsindən 14 faiz ödəmə

mənbəyində veginin tutulmasını 

müəyyən edir.  

Təcrübədə vergi orqanları  vergidən

yayınmaq məqsədilə icarə

müqavilələrində icarə haqqının

məbləğinin həqiqətdə olduğundan

xeyli az göstərildiyi qənaətinə 

gəldikdə, vergi orqanları tərəfindən

vergilər Vergi Məcəlləsinin 14-cü 

maddəsinə müvafiq olaraq bazar

qiymətləri və ya həmin Məcəllənin

67-ci maddəsinə əsasən əlaqəli

məlumatlar əsasında hesablanır.   

12 mart 2012-ci il tarixli

Konstitusiya Məhkəməsinin 

qərarında nəzərdə tutulur ki, vergi 

orqanlarının yuxarıda qeyd olunan  

qərarları müqavilə azadlığının 

pozulması kimi məhkəmələrin 

müzakirəsinə çıxarılmış və əksər 

hallarda vergi ödəyicilərinin 

xeyrinə həll olunmuşdur. 

Lakin, Nazirlər Kabineti hesab edir 

ki, vergi orqanları bazar dəyərini 

tətbiq etmək hüququna malikdir; bu 

mümkün olmadıqda, vergi məbləği 

əlaqəli məlumatdan istifadə 

etməklə hesablanmalıdır. 

Burada əks olan məlumatlarla bağlı hər

hansı bir sual yaranarsa, Marketinq və

Kommunikasiya məsələləri üzrə Menecer, 

Fəridə Axundova ilə əlaqə saxlaya

bilərsiniz, 

farida.akhundova@az.pwc.com



PwC Azərbaycan

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə

90A Nizami küçəsi

Bakı AZ1010, Azərbaycan

Tel: +99412 497 2515

Fax: +99412 497 7411

www.pwc.com/az

© 2012 PwC. Bu xəbərlərdə əks olunan

informasiya yalnız ümumi məlumat

xarakteri daşıyır və hərtərəfli hüquqi analiz

təşkil etmir. Məlumatların dəqiqliyinə və ya

tamlığına dair heç bir zəmanət verilmir. Hər

hansı bir nəticəyə gəlib onu tətbiq

etməzdən (və ya etməməzdən əvvəl) 

oxucular öz spesifik məsələləri üzrə

mütəxəssislərin məsləhətini almalıdırlar. 

Oxucuların bu xəbərlərdəki məlumata

əsaslanıb hər hansı bir nəticəyə gəlib onu

tətbiq etmələrinə və ya hər hansı vacib

məqamı nəzərdən qaçırmalarına görə biz 

heç bir məsuliyyət daşımırıq.



PwC Azerbaijan Times

İyun 2012

Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il 

tarixli qərarına əsasən, vergi orqanları tərəfindən 

icarə əməliyyatlarına bazar qiymətinin tətbiq

edilməsi vergi ödəyicilərinin müqavilə azadlığını

pozmur.

Yerli investisiyalı şirkətlərinin elektron 

qeydiyyatı   

25 yanvar 2012-ci il tarixində qüvvəyə minən 

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət

reyestri haqqında" Qanunda dəyişikliklərin 

edilməsi barədə Qanununda aşağıdakı yeniliklər 

tətbiq olundu:   

 Təsisçinin (təsisçilərin) istəyi ilə yerli

investisiyalı məhdud məsuliyyətli

cəmiyyətin dövlət qeydiyyatı elektron

qaydada həyata keçirilir. Yerli investisiyalı

şirkət  Azərbaycan Respublikasının

vətəndaşları və (və ya) Azərbaycan

Respublikasında dövlət qeydiyyatına alınmış

hüquqi şəxs tərəfindən təsis edilən məhdud

məsuliyyətli cəmiyyətdir;

 Elektron dövlət qeydiyyatı zamanı təsisçi

hüquqi şəxs qismində yalnız vergi

ödəyicisinin eyniləşdirmə nömrəsinə malik

olan hüquqi şəxs çıxış edə bilər. 21 yanvar 

2012-ci il tarixli Qanuna əsasən,  hüquqi 

şəxslərin onlayn dövlət qeydiyyatı 

ödənişsizdir. 



İnzibati Xətalar Məcəlləsində dəyişikliklər   

Milli Məclis 14 fevral 2012-ci il tarixində 

Azərbaycan Respublikasının İnzibati Xətalar 

Məcəlləsinə yeni inzibati xətanın daxil edilməsini 

təsdiq edən qanunu qəbul etmişdir. 

Qanuna əsasən, satılan mal (iş, xidmət) barəsində

zəruri məlumatın istehlakçıya verilməməsinə görə

▪ vəzifəli şəxslər 200 manat məbləğində, 

▪ hüquqi şəxslər 400 manat məbləğində cərimə

edilir.


Cinayət Məcəlləsində dəyişikliklər    

1 saylı Buraxılış

məsuliyyətli cəmiyyətdir;

 Elektron qeydiyyatının iki növü müəyyən 

edilmişdir: adi və sürətli:

o

Adi elektron qeydiyyat zamanı elektron



ərizəyə təsisçisi tərəfindən elektron imza

ilə təsdiq edilmiş şirkətin təsis sənədləri

əlavə edilir. Ərizə paketinin alınmasına 

dair  təsdiqetmə bildirişi dövlət orqanı

tərəfindən müraciət edənin şəxsi elektron

ünvanına göndərilir.  Dövlət qeydiyyatı

bitdikdən sonra, yerli investisiyalı 

şirkətin elektron ünvanına yerli 

investisiyalı şirkətin qeydiyyatı haqqında

sənədlər  göndərilir; 

o

Sürətli elektron dövlət qeydiyyatı zamanı



təsisçi fiziki şəxs ərizə formasını

doldurur və imzası ilə təqdim olunacaq 

təsis sənədlərini təsdiq edir . Sürətli

elektron dövlət qeydiyyatı həyata

keçirildiyi andan sonra dövlət

qeydiyyatına alınmış yerli investisiyalı

məhdud məsuliyyətli cəmiyyətin dövlət

qeydiyyatı haqqında sənədləri elektron

ünvanına real vaxt rejimində göndərilir. 

o

7 mart 2012-ci il tarixli “Azərbaycan



Respublikasının Cinayət Məcəlləsində

dəyişikliklər edilməsi haqqında Qanun”  hüquqi 

şəxslərin cinayət məsuliyyəti  və cərimələrə dair 

yenilikləri qəbul etdi. 

1 may 2012-ci il tarixindən etibarən, hüquqi şəxsə

cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin

xeyrinə və ya onun maraqlarının qorunması üçün

aşağıdakı fiziki şəxslər tərəfindən törədilən

cinayətlərə görə tətbiq edilir: 

 hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik

olan vəzifəli şəxs; 

 hüquqi şəxsin adından qərarlar qəbul etmək

səlahiyyətinə malik olan vəzifəli şəxs; 

 hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək

səlahiyyətinə malik olan vəzifəli şəxs;

 nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən

nəzarətin həyata keçirilməməsi nəticəsində

hüquqi şəxsin işçisi.




PwC Azerbaijan Times

İyun 2012

Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi

həmin əməli törətmiş və ya onun törədilməsində

hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin

cinayət məsuliyyətini istisna etmir. 

Məhkəmə tərəfindən hüquqi şəxsə və cinayət 

fəaliyyətində iştirak etmiş fiziki şəxsə qarşı

cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı

qərar qəbul olunduğu vaxtdan tam icra

olunanadək hüquqi şəxsin ləğv edilməsi

qadağandır.

Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi

tədbirlər aşağıdakılardır:

 cərimə;

 xüsusi müsadirə,

 hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma

hüququndan məhrum etmə;

 hüquqi şəxsi ləğv etmə.

Azərbaycan Respublikası, Bosniya və 

Hersoqovina arasında fevral ayında başlanan və 

ikiqat vergitutma hallarının aradan qaldırılması 

ilə bağlı aparılan danışıqların nəticəsində 

Azərbaycan, Bosniya və Hersoqovina 

hökumətinin nümayəndələri 27 aprel 2012-ci il 

tarixində ikiqat vergitutmaya dair sazişin ilkin 

versiyasını təsdiq etmişdirlər. Bu saziş ölkələr 

arasında əldə olunan ilk bu cür razılaşmadır. 

Saziş imzalanmalı və ratifikasiya olunmalıdır.

Aprel, 2012

 Azərbaycan Respublikası və Gürcüstan arasında

2012-ci il mart ayında imzalanmış sənədlərin

təsdiq edilməsi haqqında Azərbaycan

Respublikası Prezidentinin Fərmanı:

o

Azərbaycan Respublikası Hökuməti və



Gürcüstan Hökuməti arasında idman sahəsində

əməkdaşlıq haqqında Saziş;

o

Azərbaycan Respublikasının Dövlət



Statistika Komitəsi və Ümumi hüququn hüquqi

şəxsi – Gürcüstanın Milli Statistika Xidməti

1 saylı Buraxılış

Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi

tədbirin növü və həddi müəyyən olunarkən

aşağıdakı hallar nəzərə alınır:

 cinayətin ictimai təhlükəliliyinin xarakteri və

dərəcəsi;

 cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi

xeyrin həcmi;

 cinayətlərin sayı və onun (onların) nəticələrinin

ağırlığı;

 cinayətin açılması, onun iştirakçılarının ifşa

edilməsi, cinayət nəticəsində əldə edilmiş

əmlakın axtarışı və tapılmasına kömək etmə;

 cinayət nəticəsində dəymiş maddi və mənəvi

zərərin könüllü olaraq ödənilməsi .  

Müqavilələr, Protokollar, Bəyannamələr–

May, 2012

Azərbaycan  və Bosniya və Hersoqovina 

arasında İkiqat vergitutmanın aradan 

qaldırılmasına dair Saziş

şəxsi – Gürcüstanın Milli Statistika Xidməti

arasında statistika sahəsində əməkdaşlıq

haqqında Anlaşma Memorandumu.

 Azərbaycan Respublikasının İqtisadi İnkişaf

Nazirliyi və Belarus Respublikasının İqtisadiyyat

Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin

təsdiq edilməsi barədə Fərman;

 Azərbaycan Respublikasının Sənaye və

Energetika Nazirliyi və Albaniya Respublikasının

İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi

arasında sənaye və energetika sahəsində

əməkdaşlıq haqqında Anlaşma

Memorandumunun təsdiq edilməsi barədə

Fərman;

 Azərbaycan Respublikası Hökuməti və



Xorvatiya Respublikası Hökuməti arasında

minalara qarşı fəaliyyət və minalardan təmizləmə

sahəsində əməkdaşlıq haqqında Anlaşma

Memorandumunun təsdiq edilməsi barədə

Fərman;

 Azərbaycan Respublikasının Gənclər və İdman



Nazirliyi və Qırğız Respublikasının Gənclər, 

Əmək və Məşğulluq Nazirliyi arasında gənclər

siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin

təsdiq edilməsi barədə Fərman; 




PwC Azerbaijan Times

İyun 2012

 Azərbaycan Respublikası və Bolqarıstan 

hökumətləri arasında məxfi məlumatın qarşılıqlı 

mühafizəsi və mübadiləsi haqqında Sazişin təsdiq 

edilməsi barədə Fərman;

 Azərbaycan Respublikası Hökuməti və Litva 

Respublikası hökuməti arasında diplomatik 

pasportlara malik şəxslərin viza tələbindən azad 

edilməsi haqqında Sazişin təsdiq edilməsi 

haqqında Qanun;

 Azərbaycan Respublikası Hökuməti və İsrail 

Dövləti Hökuməti arasında gömrük işi sahəsində 

qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi 

barədə Azərbaycan Respublikasının Qanunu.

Mart, 2012

 Azərbaycan Respublikası Hökuməti və Rusiya

Federasiyası Hökuməti arasında diplomatik

nümayəndəliklərin yerləşdirilməsi üçün

qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması

haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;

 Azərbaycan Respublikası Hökuməti və

 Azərbaycan Respublikası Hökuməti və

Qazaxıstan Respublikası Hökuməti arasında

diplomatik nümayəndəliklərin binalarının

tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq

ayrılması haqqında Sazişin təsdiq edilməsi

barədə Qanun;

 Azərbaycan Respublikası Hökuməti və

Qazaxıstan Respublikası Hökuməti arasında

dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq

haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu;

 Azərbaycan Respublikası Hökuməti və

Kolumbiya Respublikası Hökuməti arasında

diplomatik, rəsmi və xidməti pasportlara malik

şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq

aradan qaldırılması haqqında Sazişin təsdiq

edilməsi barədə Qanun;

 Azərbaycan Respublikası və Macarıstan

Respublikası arasında 2011-ci il noyabrın 11-də 

Bakı şəhərində imzalanmış sənədlər haqqında

1 saylı Buraxılış

 Azərbaycan Respublikası Hökuməti və

Bolqarıstan Respublikası Hökuməti arasında

məxfi informasiyanın qarşılıqlı mühafizəsi və

mübadiləsi haqqında Sazişin təsdiq edilməsi

barədə Qanun;

 Azərbaycan Respublikası Hökuməti və İsrail

Dövləti Hökuməti arasında gömrük işi

sahəsində qarşılıqlı yardım haqqında Sazişin

təsdiq edilməsi barədə Azərbaycan

Respublikasının Qanunu;

 Azərbaycan Respublikası Hökuməti və Litva

Respublikası Hökuməti arasında diplomatik

pasportlara malik şəxslərin viza tələbindən azad

edilməsi haqqında Sazişin təsdiq edilməsi

barədə Qanun. 

Fevral, 2012

 Azərbaycan Respublikası Prezidentinin və

Qazaxıstan Respublikası Prezidentinin Birgə

Bəyannaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu; 

Fərman:


o

Azərbaycan Respublikası Hökuməti və

Macarıstan Respublikası Hökuməti arasında

fövqəladə hallar zamanı əməkdaşlıq və

qarşılıqlı yardım sahəsində Saziş;

o

Azərbaycan Respublikası Müdafiə Nazirliyi



və Macarıstan Respublikası Müdafiə Nazirliyi

arasında hərbi sahədə əməkdaşlıq haqqında

Saziş;

o

Azərbaycan Respublikasının Daxili İşlər



Nazirliyi və Macarıstan Respublikasının

Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq

haqqında Anlaşma Memorandumu;

o

Azərbaycan Respublikasının Vergilər



Nazirliyi və Macarıstan Respublikasının Milli

İqtisadiyyat Nazirliyi arasında vergi

inzibatçılığı sahəsində əməkdaşlığa dair

Memorandum;




PwC Azerbaijan Times

İyun 2012

o

Azərbaycan Respublikasının Ədliyyə



Nazirliyi və Macarıstan Respublikasının

Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi

arasında əməkdaşlıq haqqında Anlaşma

Memorandumu;

 Azərbaycan Respublikası Hökuməti və

Qazaxıstan Respublikası Hökuməti arasında

dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq

haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu;

o

Azərbaycan Respublikasının



Standartlaşdırma, Metrologiya və Patent üzrə

Dövlət Komitəsi və Macarıstan

Respublikasının Ticarət və Lisenziyalaşdırma

İdarəsi arasında metrologiya sahəsində texniki

əməkdaşlığa dair Anlaşma Memorandumu;

o

Azərbaycan Respublikasının Ədliyyə



Nazirliyi və Macarıstan Respublikasının

Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi

arasında əməkdaşlıq haqqında Anlaşma

Memorandumu

 Azərbaycan Respublikası Hökuməti və Qətər

Dövləti Hökuməti arasında informasiya

mübadiləsi sahəsində əməkdaşlıq haqqında

Anlaşma Memorandumunun təsdiq edilməsi

barədə Fərman; 

 Azərbaycan Respublikası Hökuməti və

Gürcüstan Hökuməti arasında məxfi məlumatın

qarşılıqlı mühafizəsi haqqında Sazişin təsdiq

edilməsi barədə Azərbaycan Respublikasının

Qanunu;


 Azərbaycan Respublikasının Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan

Respublikasının Əmək və Sosial Siyasət

Nazirliyi arasında əməkdaşlıq haqqında

Memorandumun təsdiq edilməsi barədə 

Fərman;


 Azərbaycan Respublikası Hökuməti və Serbiya

Respublikası Hökuməti arasında iqtisadi və

texniki əməkdaşlıq haqqında Sazişin təsdiq

edilməsi barədə Azərbaycan Respublikası

Prezidentinin Fərmanı.

1 saylı Buraxılış

Memorandumu

 Azərbaycan Respublikasının Standartlaşdırma, 

Metrologiya və Patent üzrə Dövlət Komitəsi və

Polşanın Standartlaşdırma üzrə Komitəsi

arasında standartlaşdırma sahəsində əməkdaşlıq

haqqında Sazişin təsdiq edilməsi barədə

Fərman;

 Azərbaycan Respublikası Hökuməti və Türkiyə



Respublikası Hökuməti arasında sərmayələrin

qarşılıqlı qorunması və təşviqi haqqında Sazişin

təsdiq edilməsi barədə Qanun;

 Azərbaycan Respublikası Hökuməti və

Monteneqro Hökuməti arasında sərmayələrin

təşviqi və qarşılıqlı qorunması haqqında Sazişin

təsdiq edilməsi barədə Qanun; 

 Azərbaycan Respublikası Hökuməti və

Monteneqro Hökuməti arasında iqtisadi

əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi

barədə Qanun;  

Prezidentinin Fərmanı.



Azərbaycan İsveçrə və Avstraliyada 

səfirliklərini təsis edir

Azərbaycan Respublikasının Parlamenti  6 aprel 

2012-ci il tarixində Avstraliya Federasiyasında 

(Kanberra şəhərində) səfirliyin  təsis edilməsinə 

dair qanun qəbul etmişdir.  

Milli Məclisin  14 yanvar 201-ci il tarixli Qanunu 

ilə  İsveç Konfederasiyasının Bern şəhərində 

Azərbaycan Respublikasının səfirliyinin açılması 

qərara alınmışdır. 



PwC Azerbaijan Times

İyun 2012

PwC Alumni Klubuna Qoşul! 

Siz öncə PwC şəbəkəsində çalışmısınız? PwC

Azərbaycanın Alumni Klubuna qatılmaq 

istəyirsiniz? O zaman 

http://www.pwc.com/az/en/alumni/index.jhtml

linkində yerləşən onlayn 

Qeydiyyat Formasını

doldurub, bizə qoşulun. 

PwC Alumni Klubu PwC şəbəkəsinin keçmiş 

əməkdaşları üçün və onlar tərəfindən yaradılan və 

məqsədi bir-biri və PwC ilə təmasda qalmaqları olan 

bir təşkilatdır. Bu qurum vasitəsilə  Siz keçmiş 

həmkarlarınızla, dostlarınızla və Şirkətlə daim 

ünsiyyətdə olmaq  fürsətini əldə edirsiniz.  

PwC Alumni Proqramı vasitəsilə siz Şirkətimizin 

son təklifləri və xidmətləri haqqında öyrənə, 

həmçinin məhz Sizin üçün təqdim olunan xüsusi 

imkanlardan yararlana biləcəksiniz.

PwC Azərbaycan şirkətində əvvəllər çalışmısınızsa, 

bizə qoşulmağa tələsin !

Bundan başqa,  dünya bazarlarında nəzarətsiz 

defoltun malik olacağı təsir ciddi həyəcan doğurur. 

Hesabatın tam versiyasını  bu linkdən yükləyə 

bilərsiniz:

http://www.pwc.com/ua/en/survey/assets/Banana_sk

ins_2012_CEE.pdf



Dünyada transfer qiymətqoyma tələbləri  

PwC-nin 2012-ci il üçün Beynəlxalq Transfer 

qiymətqoymaya dair hesabatı dünyanın təxminən 70 

ölkəsində transfer qiymətqoyma məsələlərini 

işıqlandıraraq, transfer qiymətqoyma qaydaları ilə 

yanaşı, aparıcı ölkələrdə spesifik tələblərin 

xülasəsini təqdim edir. Bu sənəd  şirkətlərin 

fəaliyyət göstərdiyi, sürətlə dəyişən bazar mühitinə 

adaptasiya  olunan və tarazlaşdırılmış  transfer 

qiymətləndirmə  siyasətinin vacibliyini şərh edir. 

Hesabatın tam versiyasını  bu linkdən yükləyə 

bilərsiniz:  

http://www.pwc.com/internationaltp?WT.mc_id=em

ail_2-12_GOU-ITP.2012



Qaydaları  şərh edərək: Maliyyə xidmətləri 

1 saylı Buraxılış

Klub ilə bağlı suallarınızla İnsan Kapitalı şöbəsinin 

Meneceri Nərgiz xanım Muradovaya 

(

nargiz.muradova@az.pwc.com



elektron ünvan

vasitəsilə) müraciət edə bilərsiniz. 

PwC Resurslarında Yeniliklər

“Banking Banana Skins” 2012, Mərkəzi Şərqi 

Avropa üzrə tədqiqat

MŞA Bank sektoru üçün ən ciddi risklərə dair şərh 

verərək, PwC-nin Maliyyə Xidmətləri Praktikasının 

Rəhbəri Pol Kaninqam makroiqtisadi riskin qlobal

miqyasda ən mühüm təhdid olmasını qeyd edir. Bu il 

biz MŞA regionunda (Rusiya və Ukrayna daxil 

olmaqla) buna dair 64 rəy almışıq. Regionda 

müəyyən edilmiş 10 əsas riskdən 9-u qlobal dərəcəli 

risk kimi qiymətləndirilmiş və bu da Regiondakı 

iqtisadi-siyasi vəziyyətlə qlobal tendensiyaların 

qarşılıqlı əlaqəsini əks etdirir.

Əsas risk hesab olunan makroiqtisadi risk 

Avrozonanın borc böhranı ilə əlaqəli narahatlığı əks 

etdirir və bu riskdən AB-də fəaliyyət göstərən 

banklar və AB-yə aid bankların sahib olduğu və 

digər ölkələrdə yerləşən banklar  ehtiyat edir. 



Qaydaları  şərh edərək: Maliyyə xidmətləri 

sektorunda davamlı transfer qiymətqoyması

Gündəlik fəaliyyətiniz şirkət daxilində maliyyə 

xidmətlərinin təşkili ilə bağlıdırsa, ən son və ya 

yenidən hazırlanmış qiymətqoyma standartlarına 

uyğunlaşmağın nə qədər mürəkkəb olduğunu 

bilirsiniz. PwC-nin bu nəşri  2012-ci ilin Beynəlxalq 

Transfer Qiymətqoyma qaydalarına əlavə qismində 

çıxış edir və  yurisdiksiya qaydaları və təcrübəsini 

texniki  praktika ilə zənginləşdirir. Həmçinin sənəd 

bank və kapital bazarlarında, vəsaitlərin 

idarəolunması və sığorta sektorlarında meydana 

gələn transfer qiymətqoyma məsələlərinə aid aparıcı 

müasir  tendensiyaları və mülahizələri təqdim edir . 

Hesabatın tam versiyasını  bu linkdən yükləyə 

bilərsiniz: 

http://www.pwc.com/gx/en/tax/transfer-

pricing/sustainable-transfer-pricing-in-the-financial-

services-sector.jhtml



Maliyyə xidmətləri sektorunda iqtisadi 

cinayətlərlə mübarizə  

Maliyyə xidmətləri dələduzların ən çox maraq 

göstərdiyi sahə olaraq qalır: keçən il maliyyə 

xidmətləri göstərən təşkilatların 45%-i bu cür qeyri-

qanuni hallardan ziyan çəkməsini bəyan etmişdir. 

İqtisadi cinayətkarlığın ənənəvi növləri üstünlük 

təşkil edərkən, bu sektorda 



PwC Azerbaijan Times

İyun 2012

kibercinayətkarlığın təhlükə dərəcəsinə görə 

ikinci yerdə olması bildirilmişdir.  Aşağıdakı 

linkdə yerləşdirilmiş hesabatda dələduzluqla bağlı 

hazırkı vəziyyət təhlil olunur və iqtisadi 

cinayətlərlə mübarizədə güclənən tənzimləmə 

mexanizmlərindən bəhs olunur:

http://www.pwc.com/gx/en/economic-crime-

survey/industry-supplements/fighting-economic-

crime-in-the-financial-services-

sector.jhtml?WT.rss_f=PwC+global+pages&WT.

rss_ev=a&WT.rss_a=Fighting+economic+crime+

in+the+financial+services+sector



İstedada əsaslanan nəticələr: dəyişkən 

dünyada İQ-nın üzləşdiyi çağırış  

Uğur qazanmaq üçün İnsan Qaynaqları (İQ) 

biznesin prioritetlərini və planlarını 

formalaşdırmaqda Baş İcraçı Direktorla 

əməkdaşlıq etməlidir. Biz 2011-ci ildə dünyanın 

60 ölkəsində BİD-lərlə 1 258  müsahibə keçirdik 

və hesabatımızda bizneslərinə təsir edən 

2030-cu ildə Daşınma və Logistika, 5-ci 

Cild: İstedadlar yarışında necə qələbə 

qazanmalı  

PwC-nin 2030-cu ildə Daşınma və Logistika 

nəşrinin 5-ci cildi 

http://www.pwc.com/tl2030

)

dünya miqyasında daşınma və logistika sahəsində 



istedadların tətbiqinə həsr olunmuş  geniş əhatəli  

təhlildir. Bu nəşrdə həmçinin  daşınma və 

logistika şirkətlərinə istedadların cəlb olunması 

və saxlanılmasında kömək edəcək bir sıra 

strategiya təqdim olunmuşdur. 

Su:  problemlər, aparıcı amillər və həllər 

Dünya Su Forumunun ərəfəsində PwC  su 

resurslarının idarəolunması dinamikasına və 

gələcək inkişaf modellərinə dəstək verəcək 

nümunələrə dair hesabat nəşr etmişdir. Əhalinin 

artması, antropogen fəaliyyət və iqlimdə 

dəyişikliklər su çatışmazlığına səbəb olduğundan, 

üçüncü minilliyin başlanğıcında su qlobal 

problemlərin birinə çevrilmişdir. Hesabatın tam 

1 saylı Buraxılış

və hesabatımızda bizneslərinə təsir edən 

istedadlara aid onların fikirlərini bölüşməkdən 

məmnunuq:

http://www.pwc.com/gx/en/hr-

management-services/delivering-results-through-

talent/index.jhtml



Metallurgiya sahəsində əqdlər: Gələcəyə 

Baxış, 2012-ci il üçün proqnozlar və 2011-ci

ilin icmalı

PwC-nin Dünya miqyasında Metallurgiya 

sahəsində Əqdlərə dair illik hesabatı keçən il 

ərzində imzalanan bu cür sövdələşmələrin əsas 

predmetini və ümumiyyətlə, bağlanılması üçün 

aparıcı amilləri müəyyən edir.  Builki hesabatımız  

cari il üçün perspektivlərin müzakirəsi və digər 

aktual məsələlərin müəyyənləşdirilməsi ilə 

başlayır: 

http://www.pwc.com/gx/en/metals/mergers-

acquisitions/forging-ahead-2012-outlook-2011-

review.jhtml

versiyası ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: 

http://www.pwc.com/gx/en/sustainability/publicat

ions/water-challenges-drivers-and-

solutions.jhtml?WT.rss_f=PwC+global+pages&

WT.rss_ev=a&WT.rss_a=Water%3A+challenges

%2C+drivers+and+solutions



Yüklə 90,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə