Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0.81 Mb.

səhifə1/45
tarix17.09.2017
ölçüsü0.81 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   45





 
3
MÜNDƏRİCAT 
Ön söz 
Giriş 
 
I FƏSİL. HÜQUQİ  TƏFƏKKÜRÜN SOSİAL DETER-
MİNANTLARI  
1.1. Hüquqi təfəkkürün  əxlaqi münasibətlərdən irəli gələn 
sosial determinantları 
1.2. Hüquqi təfəkkürün dini münasibətlərdən irəli gələn 
sosial determinantları 
1.3. Hüquqi təfəkkürün iqtisadi münasibətlərdən irəli gələn 
sosial детерминантлары 
1.4. Hüquqi təfəkkürün siyasi münasibətlərdən irəli gələn 
sosial determinanantları 
1.5. Azərbaycanda müstəqil dövlətçilik siyasəti 
 
II FƏSİL. Hüquqi dərketmənin metodları 
2.1. Metod anlayışı 
2.2. Elmi və məntiqi metodlar 
2.3. Elmi idrakın formaları 
 
Nəticə 
 
İstifadə edilmiş ədəbiyyat 
 
 
 
 


 
4
Ön söz 
 
Müasir dövrdə ictimai dəyişikliklərin getditi şəraitdə 
hüquq elminin inkişaf tarixi zərurətə çevrilmişdir. Odur ki, 
hüquq nəzəriyyəsi və  fəlsəfəsi qarşısında mühüm vəzifələr 
durur: ictimai münasibətlərin obyektiv inkişafını ümumi-
ləşdirmək, nəzəri və  fəlsəfi bəximdan yeni anlayış, ideyalar 
işləyib hazirlamaq, hüququn və dünyagörüşün inkişaf 
perspektivlərini müəyyənləşdirmək və s. 
Bu problemlərin sırasında hüquqi təfəkkür xüsusilə 
seçilir. Müəllif hüquq ədəbiyyatında demək olar ki, 
işlənməmiş, lakin öyrənilməşi zəruri xarakter daşıyan bir 
problemə müraciət etmişdir. Məqsəd düzgün seçilmişdir: yəni 
müstəqil dövlət quruculuğunun formalaşması  və möhkəm-
lənməsi hər  şeydən  əvvəl hüquqi təfəkkürdə baş verən 
dəyişikliklərdən asılıdır. Bu baximdan hüquqi təfəkkür proble-
minin araşdırılması elmi- nəzəri və praktiki əhəmiyyət daşıyır. 
Elmi tədqiqat işində hüquqi təfəkkürün  əxlaqi, dini, 
iqtisadi və siyasi determinantları araşdırılır, hüquqi dərketmə-
nin metodları təhlil edilmişdur. Müəllif problemin qoyuluşuna 
və onun həllinə özünəməxsus və orjinal yanaşmışdır. 
Odur ki, F. Nəbiyevin “Hüquqi təfəkkür: sosial determi-
nantları  və  dərketmə metodları” adlı monoqrafiyasını hüquq 
elminə, yek öncə hüquq nəzəriyyəsinə bir tövhə kimi 
qiymətləndirmək olar. 
 
Əbülfəz Hüseynov  
Hüquq elmləri doktoru  
 
  
 
 
 
 


 
5
…Йох, мян щечям, 
Мян йаланам. 
Китаб
 
-
 
китаб сюзляримин 
Мцяллифи
 
-
 
мяним Анам
 
!.. 
Б.Ващабзадя. 
 
Giriş 
 
İnsan fəaliyyətini müəyyən edən hüquqi təfəkkür ziddiy-
yətlərin həlli üçün lazımdır.  İnsan bir subyekt olaraq həmin 
ziddiyyətləri həll edir.  
Materializmə görə bütün hüquqi problemlər materiyanın 
şüuru müəyyənləşdirməsi müstəvisində həll edilir. Materiya, o 
cümlədən məhsuldar qüvvələr cəmiyyətdə mövcud olan bütün 
sosial- hüquqi sistemləri determinasiya etsə  də, bunu 
mütləqləşdirmək olmaz. Aydındır ki, hər bir sosial- hüquqi 
sistemin əsas elementi kimi insan çıxış edir və məlum olduğu 
kimi  şəxsiyyət bioloji və ruhi-mənəvi başlanğıclara malikdir. 
Misal üçün hissi idrak prosesində duyğunun yaranmasının 
səbəbi xarici mühitdən hiss orqanlarımıza təsir edən 
informasiyalardır. Duyğu idrak prosesinin fəaliyyəti üçün 
material verir. Ona görə  də duyğu idrak prosesi üçün səbəb 
rolunu oynayır. Determinizm səbəb və  nəticə arasında üzvü 
surətdə möhkəmlənən bir əlaqə hesab olunur. Səbəb, yəni, 
determinizm həmişə  nəticədən  əvvəl  əmələ  gəlir. Bəzən elə 
olur ki, hər hansı hadisə əvvəl, digəri isə ondan sonra yaranır. 
Bu o demək deyil ki, birinci hadisə səbəb, digəri isə nəticədir. 
Nəzərə almaq lazımdır ki, səbəb və  nəticə  əlaqəsi çoxcəhətli 
prosesdir. Bildiyimiz kimi xarici aləmlə  əlaqədə olan insan 
olmadan qavrayış, təsəvvür, hafizə, təxəyyül, eləcə  də 
təfəkkürdən danışmaq mümkün deyildir. Belə psixi proseslərdə 
hər hansı biri səbəb, digəri isə  nəticə rolunu oynayır. 
Beynimizdə baş verən hüquqi təfəkkür formalarının, yəni 
anlayış, hökm və  əqli nəticənin bir-biri ilə dialektik əlaqədə 


 
6
olması determinizm prinsipinə  əsaslanır. Bütün bunlara görə 
qeyd etmək olar ki, qıcıqlanmanı, hər hansı informasiyanın 
alınmasını, inikasın səbəblərini obyektiv aləmdə axtarmaq 
lazımdır. Beyində  əmələ  gələn proseslər determinizm 
prinsipinə uyğun olaraq təhlil, tərkib, ümumiləşdirmə, 
abstraksiya kimi ardıcıl  əməliyyatlarla həyata keçirilir. 
Təcrübədə qazanılan bilik sayəsində insan cisim və hadisələri 
qavrayıb təsəvvür edir, sonra onların mahiyyətini, daxili əlaqə 
və vasitələrini dərk edə bilir. İnsanlara tam və  dərindən 
qavramaq imkanını verən abstrakt hüquqi təfəkkürün  əsasını 
təşkil edən idrak prosesinin nəticələri ümumiləşdirilərək 
anlayış və qanunlar şəklində ifadə edilir. İnsanlar nitq vasitəsi 
ilə obyektiv aləmdə ümumiləşdirmələr aparır, abstrakt 
anlayışlar müəyyən edir. İnsan hər hansı bir fəaliyyətlə məşğul 
olmazdan  əvvəl daxili nitq prosesinə müraciət edir, yəni 
fikirləşir, götür-qoy edir. Hüquqi təfəkkür nitq materialı 
əsasında mövcud olur, yəni maddiləşir. Anlayış dünyada olan 
cism və hadisələrin  ən mühüm əlamətlərinin beynimizdə 
inikasıdır. Anlayış beynin, yəni materiyanın  ən yüksək 
məhsuludur. Anlayış vasitəsi ilə  təcrübənin verdiyi məlumat 
fikrən ümumiləşdirilir. Obyektiv aləmin cism və hadisələrinin 
ümumi və mühüm əlamətlərini ifadə edən anlayış insanın əməli 
fəaliyyəti nəticəsində yaranır və idrakın daha da dərinləşməsi 
üçün bir vasitə olur. Anlayışlar vasitəsi ilə biz obyektiv aləmi 
dərk edə bilirik. Eyni zamanda insanlar müəyyən anlayışlar 
vasitəsi ilə bir-birini dinləyir, başa düşür və fikir mübadiləsi 
edirlər.  İnsanlar müəyyən qaydalar əsasında sözün təsir və 
əhatə dairəsindən istifadə etməklə  fərdi və ictimai həyat 
təcrübəsində qazandıqları nailiyyətləri qoruyub saxlayır. 
Hüquqi təfəkkürün formalarından biri olan hökm anlayışdan 
fərqli olaraq cism və hadisələrin bir-biri ilə  əlaqə  və 
münasibətlərini müəyyən edir. Hökm- başqa sözlə cism və 
hadisələr haqqında qeyd elilən fikrin təsdiq və ya inkar 
formasıdır. Obyektiv əhəmiyyət kəsb edən hər bir qanun hökm 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə