Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

 
32
şüur hüquq normasının hərəkət mexanizminin bir sahəsinə 
çevrilmiş olur. 
Hüquq normasının təsir mexanizminin digər ünsürü 
ədliyyə orqanlarının fəaliyyəti və normanın tətbiqi ilə bağlı 
təqsirkar barədə yaranan arzuedilməz nəticələrdir. Yəni, hüquq 
normasına riayət etməyə  məcbur edən dövlət qurumu olmasa 
hüquq norması öz gücünü göstərə bilməz. 
Hər hansı bir ideya, normativ akt və s. əgər onlar 
insanların davranışına təsirini təmin edə bilən mexanizm 
olmasa, o mənasız söz olaraq qalacaqdır. Hər hansı ictimai 
təhlükəli əməlin törədilməsi hüquqi fakt olub, hüquq normasına 
əsaslanır. Törədilən təhlükəli  əməlin kriminallığı hüquq 
norması ilə müəyyən edilir. Qanunun tətbiqi funksiyasını 
həyata keçirən dövlət ədliyyə orqanlarından qanunlar əsasında 
həyata keçirməli olduqları əməliyyatlarda professionallıq tələb 
olunur. Hüquq norması yaradıldığı vaxtdan hüquqi şüurdan 
ayrılaraq hüquqi əhəmiyyət daşıyan obyektiv məna kəsb 
etməyə başlayır və davranışın qiymətləndirilməsinin ölçüsünə 
çevrilir. 
Hüquq normasının tətbiqi nəticəsində qanunu tətbiq edən 
subyektin hüququ şüuruna köçürülmüş  əmələ hüquqi qiymət 
verilir. Burada şüura köçürülmüş hüquq normasının qadağan 
etdiyi ictimai təhlükəli  əməllə baş vermiş ictimai təhlükəli 
əməlin obrazı müqayisə edilir. Baş vermiş  əməl ictimai 
təhlükəli əməl kimi hüquqi şüurda tanındıqda qanunla nəzərdə 
tutulan sanksiya tətbiq edilir. Yəni, məcburi hüquqi qüvvəyə 
malik olan normativ akta istinad edilir. 
 
1.2. Hüquqi təfəkkürün dini münasibətlərdən irəli 
gələn sosial determinantları 
 
Eramızdan  əvvəl I minilliyin ortalarında quldarlıq 
quruluşuna keçid başa çatdı. Yunanıstanda dəniz ticarəti, 
gəmiçilik inkişaf etməyə başladı. Ticarət, sənətkarlıq və 


 
33
müvafiq olaraq qüdrətli mədəniyyət mərkəzləri,  şəhərlər 
meydana gəldi. Polisdə, yəni kiçik dövlətlərdə insanlar artıq 
mifoloji prinsiplərdən imtina etməyə  və nisbətən ictimai şüur 
formalarına üstünlük verməyə başladılar. 
O zamanlar Antik Yunanıstanda fəlsəfi dünyagörüş 
formalaşmağa başlamışdı. Nəzəri  şüurun forması olan 
naturfəlsəfə  yəni, təbiət fəlsəfəsi, teologiya, etika, siyasi 
nəzəriyyələr təşəkkül tapdı. 
Eramızın I əsrində Roma imperiyasında apostol kilsəsi və 
II əsrin ikinci yarısında onu əvəz edən yepiskopol kilsəsi, yəni 
yepiskoplar tərəfindən idarə olunan kilsə yarandı. 
İlk xristian kitabı olan İonnanm “Apokalipsis” yəni 
xristian dinində peyğəmbərlik kitabında quldarlıq 
münasibətləri Roma hökmdarı olan Neron pislənirdi. Hamı 
xristian Allahının elçisi olan İsa-Məsihi gözləyirdi. İsa Məsihin 
gələcəyindən və tezliklə  şərin hökmranlığından qurtaracağına 
ümid edən, xalqın iradəsini ifadə edən xristianlıq öz 
tərəfdarlarının bərabərliyini elan etdi. Xristian icmaları 
demokratik əsaslarla təşkil olunurdu. Dindarlar öz əmlaklarını 
icmaya verirdilər.  İcmalarda ümumi hesaba icma süfrələri 
təşkil edilirdi. İcmalar arasındakı  əlaqəni səyahət edərək 
təbliğat işi həyata keçirən vaizlər, başqa sözlə apostollar 
yaradırdılar. İcmalar apostollara yemək verirdilər... Sonra onlar 
səyahətlərini davam etdirir və ya başqaları ilə birlikdə 
işləyirdilər. Burada “işləməyən dişləməz” prinsipi var idi. II 
əsrdən başlayaraq bu icmalar cəmiyyətin  əmlaklı  və  təhsilli 
təbəqələrindən çıxan  şəxslər hesabına artdı. Həmin  şəxslər 
Roma imperiyasındakı  əsarətin onlara da aid olduğunu hiss 
edirdilər. Tezliklə xristian təlimində dini mistik istiqamət 
gücləndi və kilsə yarandı.  İcmalarda rəhbərlik baş keşişlərin, 
yəni yepiskopların  əlinə keçdi. Müxtəlif icmalar arasında 
həmin dini rəhbərlərin birliyi yarandı və beləliklə, ümumdünya 
kilsəsi yarandı. Ruhanilərin kilsədən kənarda nicat yolu yoxdur 
və ya baş keşişə öz Allahın kimi baxmalısan kimi təbliğatları 


 
34
sayəsində xristian dini güclənməyə başladı. Xristianlığın 
müəllifləri imperatorları inandırırdılar ki, quldarlıq cəmiyyəti 
üçün xristian dini imperatorların müttəfiqidir.  Əvvəllər 
hakimiyyətin təriflənməsinə xidmət edən xristianlıq ona qarşı 
dini müxalifətin yaranmasına səbəb oldu. IV əsrlərdən etibarən 
isə imperatorlar kilsə ilə hesablaşmağa məcbur oldular, hətta 
onların köməyindən istifadə etməyə başladılar. Məsələn, 
imperator Konstantinin dövründə xristian dini 313-cü ildə 
başqa dinlərlə  bərabər hüquqlu elan edildi. 324-cü ildə isə 
hakim dinə çevrildi. Bütün bunlara baxmayaraq dini 
problemlərin həllində imperatorlar məcburi qaydaya üstünlük 
verirdilər. Dindarlar da hakimiyyət tərəfindən verilən bütün 
göstərişlərin yerinə yetirilməsinin əleyhinə idi. 
Kilsənin dövlət hakimiyyət orqanlarında iştirakı 
problemləri ilə bağlı iddianı  əsaslandıran teokratik 
nəzəriyyəçilərdən Konstantinopol keşişi  İohan Zlatoişt (345-
407-ci illər) qeyd edirdi ki, apostol sözü bütün hakimiyyət 
Allah tərəfindən verilmişdir mənasını verir, lakin bu knyazlara 
verilən hakimiyyətin ilahi tərəfindən bəxş edilməsi kimi başa 
düşülməməlidir. Ancaq hakimiyyətin ümumi prinsipləri Allah 
tərəfindən verilir. Bibliyaya görə kilsənin işlərinə qarışan çar 
həqiqi hökmdar deyildir. 
Quldarlıq dövründə xristianlıq kilsəsində siyasi hüquqi 
ideologiyanın inkişafında Şimali Amerika Hippon keşişi Avreli 
Avqustinin böyük rolu olmuşdur. Bu din xadiminə pravoslav 
kilsəsi tərəfindən Blajenni yəni müqəddəs ləqəbi verilmişdi, 
katolik kilsəsi isə onu kilsənin müqəddəs müəllimi 
adlandırmışdır. Quldarlığın  əbədi olduğunu sübut etməyə 
çalışan Avqustin göstərirdi ki, köləlik Allah tərəfindən 
göndərilmişdir. Ona görə insanlar təbiətən bərabərdir, köləlik 
Allah qarşısında günahkar olmağın rəmzidir. Ona görə qul öz 
ağasına xidmət etməlidir. Avqustinə görə, xüsusi mülkiyyət, 
ictimai bərabərsizlik ilahi mənşəyə malikdir. O, kilsənin və 
dövlətin mənşəyinə  dair  öz  təlimini yaratdı. O, Allah aləmi 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə