Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

 
38
hakimiyyət müsəlmanların  əlində deyildi. Müsəlman və qeyri-
müsəlmanlar arasındakı münasibətlər müəyyən zaman və məkan 
reallığından irəli gələn müqavilələrdən ibarət idi. Bu 
müqavilələrdə bir sıra məsələlər – İslam dünyası ilə müahidə 
dünyası arasında öhdəliklər, o cümlədən xarici hücumlardan 
qorunmaq üçün köməkliklər, əhalinin siyasi-hüquqi azadlıqlarına 
hörmət etmək, dini məsələlərə qarışmamaq, əhaliyə məxsus olan 
əmlakın təhlükəsizliyini təmin etmək, şəxsiyyətin tanınması kimi 
məsələlər öz əksini tapırdı. Eyni zamanda əhali qarşısında İslama 
və onların müttəfiqlərinə qarşı müharibə aparmamaq, İslam 
dininin tətbiqi, vergi vermək kimi öhdəliklər var idi. O vaxt 
Qafqaz ölkələrinin heç biri İslam dünyası  tərəfindən zəbt 
edilməmişdi. İslam Xilafəti burada razılıq əsasında mövcud idi.
18
 
İşğal olunmuş ərazilərdə Xilafətin əhaliyə münasibəti onların dini 
mənsubiyyətindən asılı olaraq həyata keçirilirdi. Köçəri həyat 
keçirən ərəblərin özlərinin, hələ yeni din olan İslamı lazımi qədər 
mənimsəmədiklərinə görə əvvəlki dövrlərdə əhalini İslamı qəbul 
etməyə  məcbur etməmələri faktı olmuşdur.
19
 Sonralar 
islamlaşmanın güclənməsi nəticəsində könüllü islamlaşma 
prosesi həyata keçirildi. Ərəb hücumlarının nəticəsi olaraq əhali 
ilə  ərəb sərkərdələri arasında müqavilələr bağlanıldı. Belə bir 
şəraitdə xalqın mənafeyindən çıxış edən nümayəndələr- möbid 
və ya yepiskoplar var idi. Yerli əhali can vergisi vermək şərti ilə 
ərəblərin siyasi hakimiyyətinə  qəbul edilirdilər. Müqaviləyə 
əsasən  əhalinin malı, canı, dini, dili, adət və  ənənələri 
toxunulmaz elan edilirdi. Əsası atəşpərəst olan cənubi 
azərbaycanlılar daha mütərəqqi din olan İslamı tezliklə  qəbul 
etdilər. 656-661-ci illərdə Əli əleyhisalamın dövründə İslam dini 
əhali tərəfindən qəbul edilirdi. 705-ci ildə Albaniya öz 
müstəqilliyini itirdi və Arran vilayəti adlandırılan ərazi ərəblərin 
                                           
18
 Пашазадя А.А. Гафгазда Ислам. Б., «Азярняшр», 1991, s. 61. 
19
  Бцнйадов  З.М.  Азярбайъан  ВЫЫ-ЫХ  ясрлярдя.  Б., «Азярняшр», 1989, s. 
86. 


 
39
tam nəzarətinə keçdi.
20
 Ancaq fəal islamlaşma prosesi sonralar 
həyata keçirildi. Belə ki, hələ «Kitabi-Dədə Qorqud» dastanının 
boylarında göstərilir ki, «Tanrının əmrinə, Peyğəmbərin rəyinə» 
riayət edilməlidir. Beləliklə, oğuzlar özlərini müsəlman 
adlandırsalar da, İslam dini ilə geniş tanışlıq yox idi. 
«Kitabi-Dədə Qorqud»da hüquq qaydaları humanizm və 
ədalət prinsiplərinə söykənirdi. Burada hər hansı cinayət əməlinə 
görə  məsuliyyətin labüdlugu özünü hüquq prinsipi kimi 
göstərirdi. Orada göstərilir ki, cinayət varsa, deməli, cəza da 
vardır və heç bir cinayət  əməli cəzasız qala bilməz. Oğuzlarda 
qan intiqamına geniş yer verilirdi.
21
 Bu faktlara əsasən deyə 
bilərik ki, o dövrdə Azərbaycanda hələ  də adət-
 
hüquq 
münasibətləri hökmran idi. 
Əsasən,  əslində XIX əsrin ortalarına qədər Azərbaycan 
hüququ  İslam hüququnun tərkibinə daxil olmuşdur. Yəni, artıq 
1831-ci il fərmanlarından sonra Azərbaycanda içtimai 
münasibətlərdən irəli ğələn mübahisəli məsələlərin həlli tədricən 
İslam hüquq normaları üzrə deyil, ümumi imperiya qanunları 
tətbiq edilməklə həll edilirdi. 
İslamın ilk hüquq mənbələrini gözdən keçirək: FİQH – 
ərəbcə «dərin anlayış», «bilik» mənasını verir. O, müsəlmanların 
dini və dünyəvi davranış normalarını- ibadətləri, ailə  və miras 
münasibətlərindən irəli gələn  əqdləri, mühakimə üsullarını, 
cəzaları, müharibə qaydalarını özündə əks etdirir. 
İslam belə hesab edirdi ki, hakimiyyətin  əsası dini 
göstəricilərin həyata keçirilməsindən ibarətdir. Hakimiyyət özü 
isə Quranla müqayisədə törəmədir. Müsəlman hüququna görə 
ruhani və dünyəvi hakimiyyət vahid hakimiyyətlərdir. Müxtəlif 
sosial qruplar- ruhanilərlə dünyəvi  əyanlar arasında,  ərəb 
işğalçıları ilə itaət edilən xalq arasındakı ziddiyyətlər islamda 
                                           
20
  Ялийарлы  С.  Азярбайъан  тарихи  (узаг  кечмишдян 1870-ъи  илядяк).  Б., 
«Азярбайъан» няшриййаты, 1996, s. 136. 
21
  Рзаев  А.К.  Этюды  из  истории  политико-правовых  учений.  Б., 
«Азернешр», 1986, s. 16. 


 
40
müxtəlif istiqamətlərin, hüquqi ideyaların irəli sürülməsinə 
səbəb olur.  
Sünnə  ərəb sözü olub «nümunə» deməkdir. Sünnə dini 
ayinlərin, ictimai həyat prinsiplərinin təfsirini verən mənbədir. 
İslamın qəbul edilməsindən sonrakı dövrlərdə  Məhəmməd 
Peyğəmbərin sözlə, hərəkət və ya hərəkətsizliklə, yəni sükutla 
müəyyən hadisələrə münasibəti sünnə adı altında məşhur 
olmuşdur. Sonralar nəsillər öz eşitdiklərini bir-birinə ötürmüş və 
nəticədə «sünnə»–«hədis» adını almışdır. 
Hədislər tədricən yazıya köçürülmüş  və beləliklə 6 hədis 
məcmuəsi yaradılmışdır. Bunlar əl-Buxaçi (870), Müslüm (875), 
Əbu-Davud (888), Tirmizi (892), Nəsai (915) və  İbn Maqənin 
(887) hədis məcmunələridir. 
Sünnələr bir neçə cür təsnif edilir. Bəzi təsnifatlarda 
sünnələr 3 yerə bölünür: dövrü sünnə, feli sünnə, təqriri və ya 
sükuti sünnə. Dövrü sünnə Peyğəmbərin sözlə dediyi, feli sünnə 
hərəkəti ilə bağlı aydın olan, təqriri və ya sükuti sünnə hər hansı 
sözü sükutla qarşılaması ilə məlum olan sünnələrdir. 
Hər hədis iki hissəyə ayrılır. Birinci, istinad adlanan 
hissədə Peyğəmbər tərəfindən yaranmış  hədisin hansı müəllif 
tərəfindən söylənməsi qeyd olunur. İkinci- mətn adlanan hissədə 
hədisin məzmunu verilir. 
Allahın adından deyilən hədislər qüdsi və yaxud ilahi 
hədislər adlanır. Peyğəmbərin digər hədisləri nəbəvi, səhabələrin 
hədislərinə isə  hədisi-səhabi deyilir. İndiyə  qədər eyni zamanda 
uydurma hədislər də şübhəsiz ki, mövcuddur. Nəticədə bir-birinə 
zidd olan müxtəlif səpkidə  hədislər yaranmışdır. Beləliklə, öz 
təsnifatı etibarı ilə doğru olan – səhih, yaxşı təəssürat yaradan – 
həsən və zəif hədislər yaranmışdır. 
Səhih hədislər istinad olunduğu obyektə və mətnin izahına 
görə  şübhə olunmayan hədislər hesab edilir. Həsən hədisləri- 
istinad obyektinin tamlığına  şübhə edilən və bu səbəbdən də 
mübahisə doğuran hədislərdir. Zəif hədislər isə  mətni həmişə 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə