Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

 
41
tənqid edilən və söylənilənlərin bir və ya bir çox hissəsinin 
şübhəli olması ilə seçilən hədislərdir. 
Eyni zamanda hədislərin təsnifatı kimin sözünü və əməlini 
əks etdirməsi baxımından aparılmışdır. Peyğəmbərin sözünü və 
əməlini bildirən hədislər – məruf, səhabənin sözünü və  əməlini 
bildirən hədislər – məvquf, tabiunun söz və  əməlini bildirən 
hədislər – məqtu hədislərdir. 
İcma (ərəbcə “əsməə”) hər hansı məsələ barədə ümumi rəy 
qəbul edilməsi deməkdir. Belə bir rəyi dini elmlərin biliciləri 
verə bilirdilər. Bu dini, hüquqi və ictimai həyatın müxtəlif 
sahələri üzrə verilən razılıq rəyidir.  İcma  İslam hüququnda – 
Quranda və Sünnədə cavabı  məlum olmayan problemlər haq-
qında qərar qəbul etmənin mümkün olan yoludur. 
Qiyas (ərəbcə “ölçü”) İslam hüququnun mənbəyi kimi 
oxşarlıq  əsasında mühakimədən ibarətdir. Ancaq, bəzi hüquqi 
mənbələrdə qisası hüququn mənbəyi hesab etmirlər. Məsələn, 
hənifələr qisas və 
hədd cinayətlərində qiyasın 
mümkünsüzlüyünü, ancaq cəzaların tətbiqi zamanı hüququn 
mənbəyi rolunu oynadığını qeyd edirlər. Şafilər isə qisas və hədd 
cinayətlərində də qiyasın mümkün olduğunu qəbul edirlər.
22
  
İslamda yuxarıda qeyd olunan hüququn əsas mənbələrinin 
tətbiqi ilə  və ümumiyyətlə konkret hüquq normalarına münasi-
bətdə yaranmış  İslamda hüquq məktəbləri adlanan fiqh 
məzhəbləri ortaya çıxdı. İslamda şiə və sünni məzhəblərinin əsas 
hüquqi mənbə kimi Qurani-Kərimə söykənməsi səbəbindən onlar 
arasında heç bir uyğunsuzluq olmadığı üçün heç bir köklü fərq 
yoxdur. 
Müsəlman hüququnun nəzəriyyəsini və praktikasını 
dərindən bilənlər,  şəriət məhkəməsinin üzvləri, ümumiyyətlə 
din adamları, yəni müsəlman ruhaniləri xəlifələrin, soltanların, 
                                           
22
 Ебу Зещра М. Ислам Щукуку Методоложиси ( Чев. Абдулкадir Шенер ) , 
Анкара , 1973 . s. 250 . 
 


 
42
əmirlərin və dünyəvi hakimiyyətin digər başçılarının siyasətinə 
nəzarət etməyi özlərinin hüquqi vəzifəsi hesab edirdi. İslamın 
mövcudluğunun  əvvəllərində hakimiyyət uğrunda mübarizə 
nəticəsində parçalanma baş verdi. İslamın başlıca istiqamətləri- 
sünnilik və şiəlik yarandı. 
Sünnilər hesab edirdilər ki, xəlifə icma və ya onun 
nümayəndələri tərəfindən seçilir. Şiələr isə göstərirdilər ki, 
məhz Məhəmmədin qohumu olan dördüncü xəlifə qanuni 
xəlifədir. Şiələrə görə Əlinin və onun nəslinin hakimiyyəti ilahi 
mahiyyət daşıyır və hakimiyyətin irsi keçməsi prinsipinə 
uygundur. 
Sünnilər Quran və Sünnə kimi dini-hüquqi qaydalara 
tərəfdar idilər. Onlarda fərqli cəhət ancaq Quran və Sünnənin 
mətnlərindəki şərhin metodlarında idi. 
X əsrdə müsəlman hüquqşünaslığının inkişafı nəticəsində 
sünnilikdə bir neçə məzhəb - hüquqi məktəb yarandı. 
Hənbəli məzhəbi dini və hüquqi ehkamların məntiqi-
rasional  şərhini təkzib etdi və yalnız Quranı  və Sünnəni 
hüququn mənbəyi kimi qəbul etdi.  
Ümumiyyətlə,  İslam hüququnun dörd mənbəyə 
əsaslandığı göstərilir. 
1)Quran, 2)hüquqi əhəmiyyət daşıyan Sünnə (hədislər), 
3)Böyük hüquqşünas-ların, yəni müctəhid və  fıqh alimlərinin 
razılaşdırılmış ümumi rəyi, 4) analoqiya yolu ilə çıxarılan əqli 
nəticə, yəni qiyasdır. 
Hənbəlilər Quran və Sünnə kimi iki hüquqi mənbəyə 
üstünlük verir. 
Hənəfilik  məzhəbi isə Quran, Sünnə ilə  bərabər digər 
mənbəyələri də hüquq normalarının formalaşdırılmasında 
məntiqi-rasional mənbəyə hesab edir. İranda yaranan hənəfilik 
İslamdan əvvəl meydana ğələn, yerli adətlərdən geniş istifadəni 
nəzərdə tutur. Onlar hüquqi məsələlərin həllində  rəydən 
(icmadan) və qiyasdan yəni, bənzətməyə  əsaslanan 
mühakimədən daha çox istifadə edirdilər. 


 
43
Başqa iki məzhəb olan şafii və maliki  məzhəbləri də 
nüfuzlu idi. Şafıi məzhəbi  Əş-Şafi (767-820), maliki məzhəbi 
isə Malik ibn Ənəsin adı ilə bağlıdır (708-795). IX-X əsrlərdə 
şafilik Məkkə  və  Mədinədə  əsas rol oynayırdı. Sünni 
məzhəbləri olan şafılik və malikilik hüquq normalarının 
yaranması, formalaşması prosesində  hənbəliliklə  hənifəlik 
arasında orta bir yol tuturdu. Hüquqi məktəblərin sayı sürətlə 
artırdı. X əsrdə  hənifəlik, malikilik, şafilik, hənbəlilik kimi 
dörd məzhəbin yaranmasından sonra islamçılar müəyyən 
etdilər ki, ilahiyyatın, hüquqi əxlaqın sosial qaydalarının daha 
inkişafı mümkün deyildir. Sünnilikdəki dəyişiklik nəticəsində 
əgər  əvvəllər xəlifələr Məhəmmədin varisləri hesab 
olunurdusa, Üməyyanın dövründə onlar Allahın canişini elan 
edildilər. Abbasilərin xilafəti dövründə isə soltan və  əmirlər 
Allahın birbaşa nümayəndəsi hesab edilirdi. Osmanlı 
imperiyası dövründən etibarən isə 
xəlifələr soltan 
adlandırılmağa başladılar. 
İraqda və  İranda Quranın müddəalarını özlərinə  məxsus 
şərh edərək qeyd edirdilər ki, Əli və onun nəsli yeganə qanuni 
xəlifə olan İmamlardır.  Şiələr bir sıra zeydilik, cəfərilik, 
ismailik kimi məzhəblərə bölünürdü. 
Şiə məzhəbini qəbul edənlər Quranın və Sünnənin Əliyə 
aid olan hissəsini qəbul edirlər. Şiələr IX əsrdə itkin düşmüş on 
ikinci  şiə imamının üzə  çıxıb dünyanı  ədalətlə idarə etməsi 
fikrini də ortaya qoydular. Sünnilər də Mehdinin yer üzünə 
gəlişi ilə  ədalət və  bərabərlik olacağını bildirirdilər.  Şiələrin 
təsiri altında müxtəlif ölkələrdə  Əlinin nəslinin başçılıq etdiyi 
teokratik immamçılıq  yarandı.  Şiəlik istiqamətində yaranmış 
dini təriqətlərdən olan Zeydilik təriqətinin adı beşinci  şiə 
imamı  Məhəmməd Baqirin qardaşı Zeyd ibn Əlinin adından 
götürülmüşdür. Zeydilərin fikrinə  əsasən imamlar Həzrəti 
Fatimə nəslindən olan mərd insanlardır, aşağı təbəqə arasından 
da imam çıxa bilər, ilk üç xəlifə  (Əbu Bəkr, Ömər, Osman) 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə