Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

 
44
qanuni imam hesab edilirdi. Hətta Həzrət  Əli onların 
hakimiyyətini tanımışdı. 
Şiəliyin başqa bir təriqəti olan cəfərilik şiə imamı  Cəfər 
Sadiqin  (700-765) dini hüquqi məktəbinin adı ilə bağlıdır. 
Cəfərilik təriqətinə görə iradə azadlığı qəbul edilmir.  
Şiə  təriqətlərindən biri də ismailikdir.  İsmaililər  İmam 
Cəfərin böyük oğlu  İsmaili  imamçılığın varisi kimi qəbul 
edirdilər. Ölümündən sonra- o 762-çi ildə  Məhəmməd ibn 
Ismaili  kimi tanındı. Bu məzhəbdən kəndlilərin və köçəri 
ərəblər- bədəvilərin IX-X əsrlərdəki hərəkatı zamanı 
mülkiyyətin ümumiliyi, torpaqların kənd icmalarına verilməsi, 
sosial bərabərliyin yaranması məqsədi ilə istifadə olundu. 
Hələ VII əsrin ikinci yarısında xaricilik  təriqəti yarandı 
ki, bu da ƏIi ibn Əbu Talibin  tərəfdarları ilə Müaviyənin 
tərəfdarları arasında hakimiyyət uğrunda mübarizəyə əsaslanır. 
Bu təlim tərəflərin müxtəlif fikirlərə malik olması ilə seçilir. 
Xaricilik təriqəti şiələrdən fərqli olaraq təsdiqləyirdi ki, hər bir 
müsəlman xəlifə seçilə bilər. Eyni zamanda onların sünnilərdən 
fərqli cəhəti bu idi ki, xəlifə düzgün seçilməli, icmalar 
qarşısında məsuliyyət daşımalı, müsəlman icmalarının bütün 
üzvləri tərəfindən seçilməlidir. Beləliklə, bütün zəhmətkeş 
insanlar xaricilərin sırasına cəlb edildilər. Xaricilərin təliminə 
görə  hər bir icma özlərinə imam, xəlifə seçə  və istəsə onu 
uzaqlaşdıra bilər. Onlar bir çox dövlət birlikləri, məsələn VIII-
X  əsrlərdə  Şimali Afrikada Rüstəmilər dövlətini yaratdılar. 
Xaricilərin dini fanatizmi əsasında bir çox insanlar, o cümlədən 
qadınlar öldürüldü və nəticədə parçalanaraq bir-birinə düşmən 
olan təriqətlərin meydana gəlməsinə səbəb oldu. 
Fiqhdə cinayət hüququ «uqubat» adlı bölmədə «el-
cinayət», «el-kisas», «el-cirah», «el-diyat» kimi xüsusi başlıqlar 
altında verilmişdir. Professor A.Zeydana görə  İslam cinayət 
hüququ cəzaların ölçüsünü müəyyən edən, törədilmiş cinayətə 
görə cəzaya məruz qalan fərd ilə dövlətin qarşılıqlı münasibətini 


 
45
tənzim edən hüquqdur.
23
  İslam cinayət hüququ cəmiyyətin 
sabitliyini pozan əməllərə qarşı mübarizədə vasitə və tədbirlərin 
həyata keçirilməsi üçün tərtib və  tətbiq ediləcək normaların 
səlahiyyətli orqanlar və məhkəmələr tərəfindən həyata keçirilmə 
qaydalarını öyrənir.
24
 İslam cinayət hüququ cəmiyyəti cinayətkar 
qəsdlərdən qoruyan, cinayətkar  əməllərə görə  cəza tətbiqi 
nəzərdə tutan hüquq normalarından ibarətdir. 
Bir sıra  şiə hüquqşünasları cinayətləri böyük (kəbir) və 
kiçik (səqir) cinayətlərə bölürlər. Böyük cinayətlərə 
adamöldürmə, sələmçilik, zinakarlıq, spirtli içki içmə, böhtan, 
cihaddan, yəni müharibədən yayınma,  şahidləri yalan ifadə 
verməyə  məcbur etmə, kafirlik, ölçüdə  və  çəkidə aldatma
səbəbsiz bədənə xəsarət, işgəncə, ifadə verməkdən imtina, zəkat 
verməkdən imtina, abort, yetimlərin malını xərcləmək, donuz əti 
yemək, quldurluq, cadugərlik, qumar oynamaq və s. aid edilir. 
Böyük-kəbir cinayətlər  şəriətdə öz əksini tapdığı halda, kiçik- 
səqir cinayətlər qazının qərarına əsasən müəyyən edilir. Başqa bir 
bölgüyə görə İslam hüququnda cinayətlər Allahın haqqını pozan, 
yəni Allaha və müsəlman cəmiyyətinə qarşı olanlara və qulun 
haqqını pozan, yəni ayrı-ayrı şəxslərə qarşı törədilən cinayətlərə 
bölünürdü. I qrup cinayətlərlə bağlı bağışlama və barışdırılma 
tətbiq edilə bilməzdi. Belə cinayətkarlar cəmiyyətin maraqlarına 
uyğun olaraq qəti şəkildə cəzalandırılırdı. Bura hökmdar əleyhinə 
olan cinayətlər,  əmlakla bağlı cinayətlər, spirtli içki içmə, 
zinakarlıq və quldurluq aid edilirdi. İkinci tip cinayətlərə 
adamöldürmə, bədənə  xəsarət yetirmə, başqa  şəxslərə ziyan 
vurma kimi cinayətlər daxil edilmişdi. Əlavə olaraq üçüncü növ 
cinayətlər var idi ki, bunlar ayrı-ayrı  şəxslərə qarşı törədilən 
əməllər idi. Bu məsələdə hüquqşünaslar arasında fikir ayrılığı 
mövcud idi. Misal üçün hənifəliyə görə zinakarlıq başqa şəxsin 
                                           
23
 Зейдан А. ел-Медщал ли-дирасетии-Шериатил-Исламиййе. Баьдад, 1969. s.309 
24
 Танер М. Тащир. Ъеза Щукуку. Ист., 1949. s. 2. 


 
46
əleyhinə yox, daha çox cəmiyyətin  əleyhinə törədilən cinayət 
hesab edilirdi. 
25
 
İslam delikt hüququnda cinayətlərin təsnifatının daha 
məqbul hesab edilən forması  cəzanın növünə görə müəyyən 
edilməsidir. Buna görə cinayətlər hədd, qisas və diyə, təzyiq 
cinayətlərinə bölünür.  
Hədd cinayətlərində (hədd qadağan etmək mənasını verir) 
əsasən Allahın haqlarına qəsd edən hərəkətlərə görə müəyyən 
edilir. Onu da qeyd etməliyik ki, hədd cinayətlərini müəyyən 
etmək və uyğun cəza növü seçilən zaman məzhəblər arasında 
fərqlər mövcuddur. Ancaq, ümumiyyətlə  hədd cinayətlərində 
yeddi əsas ictimai təhlükəli əməl qeyd edilir. Bunlar zinakarlıq, 
spirtli içkilər içmə, oğurluq, qəzf (iffətli qadınlara böhtan atma), 
irtidəd, yol kəsmə və qiyamdır. 
Hədd cinayətləri Allah haqqı ilə  bərabər qul haqqının da 
pozulması  dərəcəsinə görə müxtəlif olur. Misal üçün sərxoşluq, 
zina etmə,  İslam dinindən dönmə kimi cinayətlərdə ancaq 
Allahın haqqı pozulur. Yəni bu edilən cinayətkar  əmələ görə 
Allah qullarının haqları pozulmur. Digər törədilən cinayət 
əməllərinə görə Allahın haqqı ilə birlikdə qulların haqqı da 
pozulmuş olur.
26
  
Hüquqi təfəkkür prosesinin nəticəsi kimi cinayətin 
obyektini müəyyən edərkən, yəni cinayət hüquq normaları ilə 
tənzimlənən ictimai münasibətləri müəyyən edərkən onun İslam 
mədəniyyətindən irəli gələn əhəmiyyətli tərəflərinə diqqət verilir. 
İslam delikt hüququ ictimai münasibətləri daha təhlükəli 
qəsdlərdən qoruyur. Eyni zamanda onu da qeyd etmək lazımdır 
ki, cinayət qanunu ilə  tənzimlənən  İslam hüquq sistemində 
ictimai münasibətlərin obyektlərinə qarşı törədilən kriminal 
qəsdlərə görə verilən cəzaların həmişə  dəyişməz olmasıdır. 
Bunun səbəbi bu əməllərə görə verilən cəzaların ancaq yeganə 
                                           
25
 Садатдар М.И. Основы Мусульманского Права. М., 1968. s.110. 
26
 Ебу Зещра М. Ислам Щцгугунда Суч вя Ъяза (Теръ: Ибращим Тцфекчи). 
Ист., 1994. s.57. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə