Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

 
47
mənbə olaraq Qurani-Kərimə istinad etməsidir. Cinayətin 
obyektini müəyyən edərkən əməlin vuracağı ictimai zərərli nəticə 
nəzərə alınır. Misal üçün, haram əməllər etmək və dini ainləri 
icra etməmək heç də bütün hallarda cinayət cəzası ilə 
cəzalandırılmır. Belə ki, şərab içmək hədd cəzası ilə  cəzalan-
dırıldığı halda, ramazan orucunu pozan şəxs cinayət cəzası almır. 
İslam hüququnda hər hansı günah əmələ görə  cəza təyin 
edilərkən törədilən cinayətin böyüklüyünə görə deyil, İslam 
cəmiyyətindəki mühüm olan ictimai münasibətlərə göstərdiyi 
ziyana görə həll edilir. Misal üçün, Məhəmməd Peyğəmbərin faiz 
yeyəni, onlara şahidlik və katiblik edəni lənətləməsinə 
baxmayaraq,  İslam hüququnda zinakarlığa görə verilən cəza 
sələmçiliyə görə verilən cəzadan daha ağırdır.  
Cinayətin obyektiv cəhəti – Müəyyən zaman və məkanda
müəyyən  şəraitdə baş verən ictimai münasibətlərə ziyan vuran 
ictimai təhlükəli nəticəni,  əməllə  nəticə arasındakı  səbəbli 
əlaqəni, zamanı, məkanı və cinayətin baş verdiyi şəraiti, cinayətin 
edilmə üsulunu nəzərdə tutur. 
Bəzi müəlliflərin fikrinə görə,  İslam cinayət hüququ 
hərəkətsizliklə törədilən cinayəti tanımır və cinayətlərin aktiv və 
ya passiv hərəkətlərlə  həyata keçirildiyini qeyd edirlər. Ancaq, 
cinayət hüquq elm sahəsinə görə hərəkətsizlik davranışın passiv 
forması olub, şəxsin etməli olduğu hərəkəti etməməsindən irəli 
gələn ictimai təhlükəli  əməldir. Yəni hərəkətsizlik elə  hərəkətlə 
edilən cinayət əməli ilə eyni qüvvəyə malik kriminal hadisələrdir. 
Misal üçün, zəkatın verilməməsi hərəkətsizliklə törədilən 
cinayətdir.
27
 
Cinayətin subyekti kriminal əməli törədən və buna görə 
məsuliyyətə  cəlb edilməli olan şəxsdir. Cinayətin subyekti- 
anlaqlı, fəaliyyət qabliyyəti olan, qanunla nəzərdə tutulmuş 
                                           
27
  Сямяндяров  Ф.Й.  Ъинайят  щцгугу  (Ъинайят  вя  Ъяза  Мясяляляри).  Б., 
1994. s.58.
 
 


 
48
müəyyən yaş  həddi olan şəxsdir. Öz hərəkətlərini dərk edə 
bilməyən  şəxslər, azyaşlı  şəxslər, hərəkətlərini idarə etməyənlər 
cinayətin subyekti kimi məsuliyyətə cəlb edilə bilməzlər. 
İslam cinayət hüququnda xüsusi subyektlər müxtəlif 
meyarlar  əsasında müəyyən edilmişdir. Bunlardan şəxsin 
müsəlman (İslam) ölkələrindəki hüquqi vəziyyətlərinə görə, yəni 
onun müsəlman, zimmi, kafir olmasına; cinsə görə onun kişi və 
ya qadın olması; ailə  vəziyyətinə görə – evli, dul və ya subay 
olması; hansı ictimai təbəqəyə mənsub olması ilə, yəni azad şəxs 
və ya qul (cariyə) olması müəyyənləşir. 
İslami dini dəyərlərə yiyələnmiş azərbaycan xalqı 
müstəqilliyini  əldə etdikdən sonra öz mədəni irsinə, dilinə  və 
mənəvi dəyərlərinə qayıtdı. Ölkəmizdə ictimai siyasi həyatda 
baş verən hadisələr bir daha təsdiq edir ki, milli-mədəni irsin, 
dini əsaslarla bağlı mənəvi dəyərlərimizin yenidən bərpası son 
dərəcə ziddiyyətli proses olmuşdur.  
Cəmiyyətimizin yaşadığı bazar iqtisadi münasibətlərinin 
formalaşdığı keçid dövründə  mənəvi dəyərlər probleminə 
diqqətlə yanaşılmalıdır. Xalqımız arzu etdiyi azadlığı 
qazandıqdan sonra öz milli dəyərlərinə yeyələnməsi üçün bu 
sahədə  əsrlər boyu topladığı  təcrübəyə,  ənənələrə qayıtmalı, 
keçmiş  mədəni və  mənəvi irsin müsbət tərəflərini 
qiymətləndirməyi bacarmalıdır. Ulu babalarımızdan bizə miras 
qalmış, nəsillərə xidmət etmiş milli mənəvi dəyərlərimiz 
müasir nəsillər üçün yeni iqtisadi-siyasi münasibətlərin 
qərarlaşdığı bir dövrdə istifadə edilə bilər, çünki 
cəmiyyətimizin topladığı  təcrübənin öyrənilməsi yeni nəslin 
təfəkkür və davranış  mədəniyyətinin formalaşması prosesinin 
əsasını təşkil edir. 
Yeni dövlət quruculuğu illərində  mənəvi dəyərlərimizə 
münasibət məsələlərində dövlətimizin əsas inkişaf istiqamətləri 
Ulu Öndərimiz Heydər Əliyevin adı ilə baglıdır. 
80-ci illərin sonu- 90-cı illərin  əvvəllərində SSRİ-nin 
süqutundan sonra müstəqillik  əldə edən Azərbaycan yeni bir 


 
49
təcavüzə  məruz qaldı.  Əvvəlcə azərbaycanlılar vaxtilə  İrəvan 
adlanan öz tarixi torpaqlarından qovuldular. (Hazırda 
Ermənistan adlandırılan bu torpaqlarda bir nəfər də olsun 
azərbaycanlı qalmamışdır.) Sonra öz havadarlarına arxalanan 
və onlardan kömək alan ermənilər bilavasitə onların iştirakı ilə 
misli görünməmiş  vəhşilik və  qəddarlıqla Dağlıq Qarabağ  və 
ətraf bölgələrdə rəsmən Azərbaycan torpağı olan əraziləri işğal 
etdilər. Milyonlarla insan qaçqın və köçkün vəziyyətə gətirildi. 
Ölkəmizdəki hərc- mərclik son dərəcə gücləndi. 
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil 
Azərbaycan Respublikasının yarandıgı dövrlərdə prezident ilk 
növbədə öz milli dini-əxlaqi dəyərlərinə sadiq qalaraq Qurani-
Kərimə and içdi. Respublikamız  İslam Konfransı  Təşkilatının 
üzvü oldu; ölkədə dini tədris müəssisələri fəaliyyət göstərməyə 
başladı. Bakı Dövlət Universitetində  İlahiyyat fakültəsi 
yaradıldı. Ölkədə müəyyən ideoloji istiqamətlərdə dəyişikliklər 
baş verdi. Dövlətimiz milli ideologiyamızın təməl prinsipləri 
olan müasirləşmək, türkləşmək və islamlaşmaq kimi ideyalar 
həyata keçirməyə başladı.  
İlk növbədə  bəzi islahatlar, məsələn, latın qrafikasının 
qəbul edilməsi, dilimizin türk dili elan edilməsi, dövlət 
bayrağımızda öz əksini tapmış ideoloji dəyişikliklərə əsaslanan 
prinsiplərin həyata vəsiqə alması ilə yanaşı, o dövrdə 
mitinqlərdə  məsuliyyətsiz çıxışlar, xalqa qarşı laqeyd 
münasibət, bölgələrdə separatizm cəhdləri olmuşdur. 
Belə bir vəziyyətdə, 1993-cü ilin iyunundan etibarən 
ictimai-siyasi və  mənəvi həyatımızda dönüş yarandı. Yeni 
dövrdə ölkədə sabitliyi təmin etmək üçün müəyyən tədbirlər 
həyata keçirilməyə başlandı. 1994-cü ilin oktyabrında və 1995-
ci ilin martında dövlət çevrilişinin qarşısı alındı. Seperatizmə 
xidmət edən silahlı dəstələr tərksilah edildi. İqtisadiyyatda yeni 
istiqamətlər həyata keçirilməyə başlandı. Mühüm iqtisadi 
müqavilələr bağlandı və dövlətimiz demokratik, hüquqi dövlət 
kimi öz fəaliyyətini müəyyənləşdirmiş oldu. 1995-ci ildə qəbul 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə