Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

 
50
edilən yeni Azərbaycan Konstitusiyası xalqın iradəsini  əks 
etdirdi. Ölkədə mövcud olan çoxpartiyalı sistem əsasında 
parlament seçkiləri keçirildi. 
Milli dəyərlərimizin, ideologiyamızın formalaşdığı həmin 
o dövrlərdə Azərbaycan Respublikasının prezidenti Heydər 
Əliyev göstərirdi ki, “Milli ideologiyamız tarixi keçmişimizlə, 
millətimizin, dövlətimizin bu günü və  gələcəyi ilə bağlı 
olmalıdır”. Göründüyü kimi ölkə prezidenti xalqın tarixi 
keçmişi, milli adət-ənənələri milli mənəvi-dəyərləri ilə bağlı 
fikirlər söyləyərkən dini əxlaqi dəyərlərimizin rolunu da qeyd 
etmişdir. 
Heydər  Əliyev 1998-ci il aprelin 8-də Mir Mövsüm 
ağanın ziyarətgahında Qurban bayramı münasibətilə qeyd 
etmişdi: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-
mənəvi dəyərləri, adət və ənənələrimiz – hamısı birlikdə bizim 
milli sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini 
dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, 
bizim nəsil, hamımız birlikdə, indi yaşayan insanlar 
xoşbəxtdirlər ki, bu günə  gəlib çatmışıq. Bizim müstəqil 
ölkəmiz, müstəqil dövlətimiz var, biz öz taleyimizin sahibiyik
dini, mənəvi, milli adət-ənənələrimizi bərpa etmişik”. 
Xalqımız sözsüz ki, öz keçmişinə,  əxlaqi dəyərlərinə 
diqqətlə  nəzər yetirməlidir. Bu ənənələrə sadiq qalmaq, bu 
yolla irəliyə baxmaq vacib məsələdir. Başqa xalqlara mənsub 
olan ənənələri qəbul etmək və onu xalqa zorla qəbul etdirmək 
isə əlbəttə ki, başqa əsasda özgələşmək deməkdir. 
Mədəniyyətə, milli mənəvi dəyərlərə belə yad münasibət 
əlbəttə ki, son dərəcə  təhlükəlidir və  qəbul edilməzdir. Qeyd 
edilməlidir ki, Azərbaycanda da başqa xalqların  ənənələrinə 
sahib olma, başqa ənənələrin qəbul edilməsi faktları olmuşdur. 
Ancaq, onun nəticələri yaddaşlardan tezliklə silindi. Məhz 70 
ildə postsovet məkanında bizim xalqın başına gətirilən oyunlar 
bunu bir daha sübut edir. 


 
51
Dünyəvi dövlət quruculuğu yolunu seçən prezident 
Heydər  Əliyev Azərbaycanın inkişaf yolu haqqında öz 
fikirlərini söyləmişdir: “Ümumiyyətlə, bilin ki, biz 
Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. 
Bu, müstəqil Azərbaycanın gələcək yolunun ana xəttidir. Çünki 
bu, xalqımızın gələcəyi üçün ən düzgün və xalqımızı  səadətə 
aparan ağıllı yoldur. Biz bu yolu seçmişik və bu yolla gedirik”. 
Azərbaycan müstəqillik qazandıqdan sonra, milli 
özünüdərk problemi millətin ictimai fikrinə, milli-mənəvi 
dəyərlərinə müraciət edilməsi yolu ilə həll edilə bilər. 
Hazırda milli ideya Avropada və bütün dünyada milli 
zəmində problemlər yaradır. Keçmiş Yuqoslaviyada və SSRİ- 
də baş qaldırmış separatizm meylləri buna misal ola bilər. 
Müstəqillik  ərəfəsində Azərbaycanda da milli ideyalar 
formalaşmaga başladı. Belə ki, milli birlik, dünyəvilik, 
müasirlik, avropalaşma kimi ideyalara əsaslanan milli 
dövlətçilik ideologiyası siyasi əhəmiyyət kəsb edir.  
Qeyd edilməlidir ki, 70 ildə postsovet məkanında 
Azərbaycanda din bütün ictimai siyasi həyatdan ayrılmış, 
təzyiqlərə  məruz qalmışdır. Buna baxmayaraq din dövlətin 
ideologiyasında qorunub saxlana bilmişdir. Sözsüz ki, hazırda 
Azərbaycan xalqına qarşı törədilən cinayətkar əməllər – terror 
və  işğalçılıq siyasətinin təməlində xristian-islam qarşıdurması 
durur. Bu da sosial iqtisadi və siyasi problemlərin olduğu 
şəraitdə dini ideyaların, dini mənəvi dəyərlərin güclənməsinə 
səbəb olur. Azərbaycanın xarici dövlətlərlə öz münasibətlərini 
yaxşılaşdırması, xüsusən xarici müsəlman dövlətləri ilə hər cür 
mədəni-dini hüquqi əlaqələrini genişləndirməsi islamçılıq 
ideyasının təsirini artırır.  
Ümumiyyətlə, cəmiyyət öz varlığını  tənzimləyərkən 
keçmişimizdən ona miras qalmış adət-ənənələrdən imtina edə 
bilməz. Adət-ənənələrin, milli-mənəvi dəyərlərin bərpası üçün 
münasib  şərait  əldə edən Azərbaycan xalqı daimi onu 
möhkəmləndirmək üçün çalışır. 


 
52
Keçmiş  təcrübəyə, mədəniyyətə  şüurlu varislik 
münasibəti bəsləmək və  həmin mənəvi dəyərləri daimi 
zənginləşdirmək, varislik ənənələrinə sadiqlik göstərmək 
xalqın borcudur. Varislik prosesi əsasında irsən keçən mənəvi 
dəyərlər təkcə yenidən dirçəldilmir. O həm də inkişaf etdirilir 
və yeni nəsillərin mədəni simasına uyğunlaşdırılmış olur. 
Sözsüz ki, bu prosesin müəyyən durğunluq, geriləmə və 
eyni ilə sürətli inkişafı baş verir. Onu da nəzərə almaq lazımdır 
ki, insanlar təkcə keçmişin müsbət təcrübəsinə deyil, eyni 
zamanda artıq dövrünü sona çatdırmış,  əhəmiyyətini itirmiş 
münasibətlərə, dəyər və ideyalara, vaxtı keçmiş davranış 
normalarına malik olur.  
Bu gün Azərbaycan müsəlman ölkələri üçün xarakterik 
olan, sosial-psixoloji əhəmiyyət kəsb edən varislik mexanizmi 
vasitəsi ilə keçmişin gözəl  əxlaqi və hüquqi dəyərləri ilə 
yanaşı, o dövrün sosial bəlası olan çoxarvadlılıq, müvəqqəti 
qeyri- qanuni nikah, qızların kiçik yaşlarından məktəbdən 
çıxarılıb  ərə verilməsi, dini təəssübkeşlik kimi əməllər də öz 
əməli fəaliyyət formasını almağa çalışır. Belə mənfi xarakterli 
əməllərin müasir cəmiyyətimizə yol tapmaması üçün mübarizə 
aparılmalıdır. 
Vaxtı ilə ateist ideologiyaya tabe edilmiş Azərbaycan 
xalqı  nəhayət, müstəqillik dövründə islam aləmində, islam 
mənəvi məkanında qərarlaşdı. Ulu öndərimizin qeyd etdiyi 
kimi, indi müstəqil Azərbaycan Respublikası, islama etiqad 
edən azərbay-canlılar müsəlman aləminin və ümmətinin tərkib 
hissəsidir. Bu da əsrlər boyu yaşamış  və bizim üçün böyük 
dayaq olan milli, dini, mənəvi  ənənələrimizin bərpa və 
inkişafının möhkəmlənməsinin təzahürüdür. 
Azərbaycan xalqının mənəviyyatına zidd olan, məqbul 
əxlaq normaları ilə bir araya sığmayan müxtəlif  əyləncə 
müəssisələrinin ləğv edilməsi cəmiyyətin mənəvi sağlamlığının 
təmin edilməsi məqsədini güdmüşdür. Prezident Heydər Əliyev 
haqlı olaraq belə hesab edirdi ki, İslam dini həmişə insanları 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə