Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

 
53
saflığa, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim 
insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil 
Azərbaycan Respublikasının bu ağır, çox çətin, keşməkeşli 
dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti vardır. 
Məhz bu dövrdə  hər bir azərbaycanlı, hər bir müsəlman ilk 
növbədə islam dininin tövsiyələrindən istifadə edərək öz 
mənəviyyatını yüksəltməlidir. Bazar iqtisadiyyatını inkişaf 
etdirərək, sərbəst iqtisadiyyata geniş yer verərək, sahibkarlığı 
inkişaf etdirərək, Azərbaycanda sahibkarlar təbəqəsi yaradaraq 
biz onların hamısını öz mənəvi dəyərlərimizin üzərində 
qurmalıyıq. Bu proseslərdə Azərbaycana yad olan, cəmiy-
yətimizə  zərər vuran mənfi halların cəmiyyətə soxulmasına, 
sirayət etməsinə  və  cəmiyyətimizi içindən çürütməsinə heç 
vaxt yol verməməliyik.  
 
 
1.3. Hüquqi təfəkkürün iqtisadi münasibətlərdən irəli  
gələn sosial determinantları. 
 
Hazırda hüquq yaradıcılığı hüquqi şüurun sosial həyatını 
əks etdirən informasiya xidməti tələb edir. Cəmiyyətdə baş 
verən neqativ hadisələr və bu əsasda yaranmış ictimai sistemin 
dağılması  təhlükəsi ictimai münasibətlərdən irəli gələn 
deformasiyanın xarakterindən asılı olaraq əlbəttə ki, əvvəlcə 
sosial institutlarda sosial norma və  dəyərlər  əsasında tədqiq 
edilməlidir.  Əgər sosial institutlar fəaliyyətdən qalarsa, 
cəmiyyəti idarə etməli olan dəyərlər, o cümlədən normativ 
hüquqi sistem dağılarsa, onda şübhəsiz ki, insanlar iştirakçısı 
olduğu sosial mühitdə öz vəzifələrini və hüquqlarını yerinə 
yetirə bilməzlər. Belə bir ictimai iqtisadi və siyasi böhran 
zamanı qanunlar qəbul etmək və onu tətbiq etməklə cəmiyyəti 
dağıdıcı  təsirdən qorumaq əsas problemdir. Belə bir mühitdə 
baş verən dağıdıcı deformasiyanın səbəbləri araşdırılmalıdır. 
Bu deformasiya ilə bağlı olan səbəbli  əlaqə, sosial 


 
54
determinantlar, başqa təbii proseslər və onların inkişaf 
mexanizmi araşdırılmalıdır. Əgər bu cür proseslər idarəçilikdə 
yol verilən səhvlərlə, yəni daha çox subyektiv xarakterli 
neqativ hallarla bağlıdırsa, siyasi, iqtisadi, təşkilatı  və hüquqi 
tədbirlər həyata keçirməklə, sosial proseslərin inkişafına mane 
olan tərəfləri neytrallaşdırmaqla onu öz əvvəlki vəziyyətinə 
qaytarmaq olar. Əksinə, əgər cəmiyyətdə baş verən iqtisadi və 
siyasi böhranı yaradan deformasiyalar cəmiyyətin quruluşu ilə 
bağlıdırsa, belə  dərinləşən deformasiyaları ancaq cəmiyyətin 
kökündə  dəyişiklik etməklə, yəni iqtisadi və siyasi sahədə 
yenidənqurma tədbirləri həyata keçirməklə onu bu vəziyyətdən 
xilas etmək olar. Yeni modelə əsasən cəmiyyəti, ictimai isteh-
salı qurmaqla, işsizliyi aradan qaldırmaqla, əhalinin rifah halını 
yaxşılaşdırmaqla neqativ proseslərdən, böhran vəziyyətindən 
xilas etmək olar. 
Böhranlı sosial həyatda hüquqi qadağalar qoymaqla, 
məcburiyyət tədbirləri tədqiq etməklə normal hal yaratmaq 
olmaz. Postsovet məkanında 90-cı illərə  qədər baş verən 
deformasiyalar dərinləşərək ölkəni böhrana gətirib çıxardı. Bu 
böhran cəmiyyətin sosialist idarəçilik modelini dağıtdı. 
Qanunvericiliklə bağlı olan institutlar öz funksiyalarını yerinə 
yetirə bilmədilər. Bunun nəticəsində sosializmin iqtisadi və 
siyasi  əsaslarını qoruyan bir sıra hüquq normaları 
qanunvericilikdən çıxarıldı...  
Respublikada həyata keçirilən iqtisadi islahatlar, 
iqtisadiyyatda mövcud sərt mərkəzləşdirilmiş planlaşdırmanın 
aradan qaldırılması, bütün mülkiyyət formalarının bərabərliyi, 
bazar iqtisadi münasibətlərinə keçidi təsdiq edən sahibkarlıq 
fəaliyyətinə azadlıq gətirilməsi hüququ şüurda dərk edilərək 
dəyərləndirilirdi. Ümumiyyətlə, qanunlar islahatlara yardım 
etməli, qanunvericilikdə radikal dəyişikliklərin həyata 
keçirilməsinə kömək etməlidir. Bazar iqtisadiyyatı  əleyhinə 
olan hüquq normalarının ləğv edilməsi, iqtisadiyyatda bazar 


 
55
münasibətlərinə keçidin təmin edilməsi sahəsində qanunların 
yerinə yetirilməsi yolunda birinci mərhələdir.
28
 
Eyni zamanda bazar iqtisadi münasibətlərinin 
formalaşması ilə bağlı, yeni dövlət strukturunun yaranması 
nəticəsində qanunvericiliyə bir sıra yeni normalar daxil edildi. 
Yaranan yeni tipli ictimai münasibətlər elmi əsaslarla 
müntəzəm öyrənilməli və  təhlil edilməlidir. Sahibkarlıq 
fəaliyyəti ilə bağlı münasibətlərin inkişaf istiqamətlərinə qarşı 
maneə törədən tərəflər aşkar edilməlidir. 
İnsan öz təfəkkürü ilə davranışındakı keyfiyyətləri 
dəyərləndirə bilər. O cümlədən normal bazar iqtisadiyyatı ilə 
bağlı yaranan çoxistiqamətli sosial münasibətlərdə  də 
mükəmməl biliyə malik olmadan belə münasibətdən yaranan 
cəhətləri müəyyən etmək olmaz. 
Əvvəlcə, bazar iqtisadi münasibətlərinin sabitləşməsinə 
mane olan bəzi  şəxslərin hərəkətləri nəticəsində ziyan çəkən 
ictimai münasibətlərin miqyası müəyyən edilib, 
konkretləşdirilməlidir. Etibarlı informasiya əsasında 
sahibkarlıq fəaliyyətinin inkişafının neqativ tərəfləri nəzərə 
alınmaqla, gələcəyi proqnoz etməklə hüquq yaradıcılığı həyata 
keçirilə bilər. 
Bazar iqtisadi münasibətlərinə keçid dövründə ölkəmizdə 
bir sıra  əməllər özünün ictimai təhlükəliliyini büruzə verdi. 
Bunlardan qanunsuz sahibkarlıq fəaliyyəti ilə  məşğul olma, 
qanunsuz bank fəaliyyəti ilə  məşğul olma, inhisarçılıq fəaliy-
yəti və  rəqabəti məhdudlaşdırma, qanunsuz kredit alma
yalançı müflisləşmə, götürülmüş kredit borcunu geri 
qaytarmaqdan boyun qaçırma. Məlumdur ki, bu cür əməllər 
azad bazar iqtisadiyyatının inkişafına mane olur və belə 
əməllərə görə məsuliyyət nəzərdə tutulmalıdır. Bu istiqamətdə 
hüquqi baxımdan bazar iqtisadiyyatı olan ölkələrin 
                                           
28
 Yusif İldırımzadə. Azərbaycan Respublikasının cinayət hüququnun 
funksiyaları. Bakı, 1995. c.86. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə