Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   2   3   4   5   6   7   8   9   ...   45

 
7
şəklində ifadə edilir. Hökm bizi əhatə edən cism və hadisələrin 
bir-biri ilə  əlaqəsinin olub- olmamasını  əks etdirən fikir 
formasıdır. Bir cism və hadisənin digər cism və hadisə ilə 
əlaqəli olması iqrari hökm çıxarmağa  əsas verir. Hüquqi 
təfəkkürün formalarından biri olan əqli nəticə isə idraki 
yaradıcılıq  əsasında, insanın biliyinin artırılması  və 
dərinləşməsi əsasında meydana gəlir. Elmi fəaliyyətin yaradıcı, 
həqiqi mahiyyəti məhz əqli nəticədə öz əksini tapmış olur. Əqli 
nəticə özünü induksiya, deduksiya və analogiya kimi 
metodlarda tapır. Beləliklə, hüquqi təfəkkürün, başqa sözlə 
anlayış, hökm və əqli nəticənin bir-biri ilə əlaqəsi nəzəri idrak 
prosesinin əsasını təşkil edir.
1
  
Hüquqi təfəkkürün öyrənilməsi ilə  məşğul olan 
tədqiqatçılar hüququn eyni zamanda hüquqi ideologiya və 
hüquqi psixologiyaya bölündüyünü qeyd edirlər. 
Qeyd edilməlidir ki, hüquqi psixologiya hüquqi 
hadisələrin zahiri tərəfini səciyyələndirir. Psixologiyada bu 
stereotiplərdən asılı olaraq təhqiq edilir. Vərdişlərə  və 
emosional hisslərə  əsaslanan hüquqi hadisələrin, neqativ 
halların  əsasında hadisəyə qiymət verilir. Belə hallarda 
cəmiyyətdə qanunun roluna, onun tətbiqinə o qədər  əhə-
miyyət verilmir. Bir çox hallarda hüquq mühafizə orqanla-
rının fəaliyyəti  şişirdilir, cinayətkarlığın qarşısının alınma-
sına dair onların fəaliyyəti ilə bağlı  mülahizələr  əsas kimi 
qəbul edilir, tətbiq edilən cəzaların yumşaqlığı barədə fikir-
lər yaranır. Hüssi təəssürat ön plana keçdiyindən o qədər də 
düzgün olmayan konkret faktlara əsasən ümumiləşdirmələr 
aparılır ki, bu da reallığı əks etdirə bilmir. Beləliklə, hüquqi 
psixologiya hüquqi biliklərin və hadisələrin mahiyyətini 
açmaq səviyyəsində deyildir. Hüquqi ideologiya insanların 
fəaliyyət istiqamətini müəyyən edir və hüquqi yaradıcılıq işi-
                                           
1
  Nəbiyev F.H. Hüquqi təfəkkürün determinantları: təşəkkülü və  nəzəri 
konsepsiyaları. Bakı –Təknur-2012. Səh. 7-19. 


 
8
ni həyata keçirir.  Hüquqi ideologiya, yəni  hüquqi  şüur 
hüquqi təfəkkürün sözlə ifadə edilə bilən forması olub 
hüquq yaradıcılığına doğru istiqamətlənir. Hüquqi  şüurun 
hüquqi ideologiya və  hüquqi psixologiya, ictimai və  fərdi, 
adi və  nəzəri  şüur növləri, hüquqi hisslər, emosiyalar və 
hüquqi iradə kimi daxili ünsürləri arasında  əlaqə  və  təsir 
vardır. Hüquqi  şüur ictimai varlığı qavrayır, onunla seçici 
münasibətdə olur, ictimai proseslərin neqativ xüsusiyyət-
lərini müəyyən edir. İctimai münasibətlərin mühafizəsi üçün 
hüquqi  şüurda müəyyən hüquqi normalar müəyyənləşdirir. 
Hüquqi şüur hüquqi hadisələrin, məsələn törədilən cinayət-
lərin, qanunların tədbiqindən yaranan ideyalar əsasında qa-
nunvericiliyin təkmilləşdirilməsini təmin edir. Hüquqi  şüur 
sanksiyalaşdırılan normativ aktlar vasitəsilə fərdi şüura təsir 
göstərməklə onu arzu olunan davranış istiqamətinə 
yönəldir. Biz hüquq yaradıcılığını ancaq hüquqi ideologiya 
ilə bağlayan, ictimai psixologiyanın rolunu inkar edən 
fikirlə razılaşmırıq. Belə ki, sovet hüquq sistemində  hüquq 
yaradıcılığı  hüquqi ideologiya ilə  məhdudlaşdırılırdı. 
Hüquq yaradıcılığında iki cür istiqamətdə ifratçılıqı  qəbul 
etmək olmaz. Birincisi, hüquq yaradıcılığında ictimai 
psixologiyanı  nəzərə almadan ancaq hüquqi ideologiya 
əsasında həyata keçirilən istiqamətdir. Bu cür istiqamətli 
qanunlar xalqın həyatından uzaq düşmüş hüquq normaları-
dır.  Əgər hüquq norması ictimai hüquqi  şüurda qəbul 
edilmirsə, o tənzimləmə funksiyasını  həyata keçirə bilməz. 
Digər tərəfdən hüquq yaradıcılığı yalnız psixologiyaya 
əsaslanmamalıdır. Praktikaya əsasən qeyd edə bilərik ki, 
adi şüurda, kütləvi psixikada hissi idraka əsaslanan biliklər 
sosial varlığın tipik cəhətlərini əhatə edə bilməz. Çünki, hü-
quqi psixikada ayrı-ayrı  təsadüfi baş verən hallar ictimai 
təhlükəli  əməllərin  əsası kimi ümumiləşdirilir. Sosial 


 
9
nəzarətin həyata keçirilməsi  üçün ictimai təhlükəli  əməllər 
hüquqi şüurda qeyri əxlaqi əməl kimi qəbul edilməlidir.
2
  
Hüquq düşüncəsi insanların hüquqa olan münasibəti, 
onların bütünlükdə hüquq və ya ayrılıqda hüquq norması 
haqqında görüşləri, təsəvvürləri, emosiya və hisslərindən 
ibarətdir.  İnsanlar öz hüquq düşüncələri  əsasında qanuna 
qiymət verərkən onun ədalətli və ya ədalətsiz olması haqqında, 
həmçinin müəyyən hüquqi tələblər- qanun qəbul etmək, onu 
dəyişdirmək və yaxud qanun ictimai gerçəkliyə uyğun 
gəlmədikdə onu ləğv etmək kimi tələblər irəli sürür.
3
 
Hüquqi təfəkkür mühüm qanunauyğunluqların 
axtarılmasına və  kəşf edilməsinə yönəldilmiş, sosial hüquqi 
mahiyyət kəsb edən, nitq ilə bağlı olan psixi prosesdir. Bu 
proses özündən  əvvəl baş vermiş psixi proseslərin 
müəyyənləşdirdiyi məlumatlara  əsaslanır. Hüquqi təfəkkürün 
yaradıcı olması üçün hissi idrak prosesində  əldə edilmiş 
materiallara istinad edilməlidir. Eyni zamanda hüquqi 
təfəkkürün məhsuldar olması üçün determinizm prinsipinə 
əsaslanmaq lazımdır. 
                                           
2
  Nəbiyev F.H. Hüquqi təfəkkürün determinantları: təşəkkülü və  nəzəri 
konsepsiyaları. Bakı –Təknur-2012. Səh. 77-119. 
3
 M. Məlikova. Dövlət və hüquq nəzəriyyəsi. Dərslik. 1978. 


 
10
I FƏSİL 
HÜQUQİ TƏFƏKKÜRÜN SOSİAL  
DETERMİNANTLARI 
 
1.1. Hüquqi təfəkkürün əxlaqi münasibətlərdən irəli 
gələn sosial determinantları 
 
Əxlaq və hüquq normaları insanların ideal və  məqsədli 
formada  əldə etməyə çalışdıqları  mənəvi keyfiyyətlərlə 
bağlıdır. Mənəvi keyfiyyətlər insanların ictimai və  şəxsi 
həyatını zənginləşdirir. Əxlaq normalarına düzlük və doğruluq, 
sadəlik və təvazökarlıq, mənəvi saflıq, nəzakət, prinsipallıq və 
bu kimi birgəyaşayış qaydaları aid edilir. Əxlaq normaları min 
illər boyu mövcuddur və  cəmiyyətdə insanların birgəyaşayış 
tələblərindən yaranmış, nəsildən-nəslə keçərək mənəvi sərvət 
şəklini almışdır. Ona görə  də  əxlaq normaları insanlar 
tərəfindən qorunub saxlanılır və onların iradəsindən asılı 
olmayaraq yeni nəsillərə verilir. Mənəvi sərvətlər maddi 
sərvətlərdən yaranmış olsa da, cəmiyyətin həyatında və tarixi 
inkişafında böyük rol oynayır.  Əxlaqi normalar və ya mənəvi 
sərvətlər ictimai normaların ümumi sistemində insanların 
fəaliyyətini tənzim edir. 
Əxlaqi normalar öz xarakterinə görə müsbət və  mənfi 
yaxud, tələb olunan və qadağan olunan formalarda ola bilər. 
İnkişafda olan cəmiyyətlərdə qadağanedici normalar tələbedici 
normalara çevrilir və şəxsiyyətin hərtərəfli inkişafı üçün şərait 
yaradır. Məsələn, kommunist təfəkkür tərzinə  əsaslanan  əxlaq 
kodeksində təcəssüm olunan əxlaqi prinsiplər bir sıra ölkələrin, 
o cümlədən hazırkı dövrdə bizim Respublikanın  əxlaqi 
prinsiplərinə uyğundur. Bir çox idealist filosoflar əxlaqa əbədi 
ideyaların,  əbədi  əxlaqi qanunların, ilahi mənşəyə malik olan 
mütləq nəzəri müddəaların məhsulu kimi baxmışlar.  
Bəzi müəlliflərə görə,  əxlaq tarixi inkişafın, ictimai 
şəraitin məhsulu deyildir. Platona görə,  əxlaq transsendental 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə