Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

 
65
formalaşdığı bir şəraitdə öz iqtisadi maraqlarını  həyata 
keçırirlər. Insanlar öz tələbat və mənafelərinə uyğun olaraq bir-
biri ilə iqtisadi münasibətlərə girirlər.  
Müasir elmi idarəetmənin əsasını təşkil edən vasitələrdən 
biri innovasiyaların, yəni yeniliklərin idarə edilməsidir. 
Innovasiyaların idarə edilməsi muxtəlif marketinq, 
planlaşdırma, təşkiletmə, nəzarət kimi funksiyaların həyata 
keçirilməsindən ibarət olur. İdarəetmə prosesi istehsal 
prosesini, elmi tədqiqat, təcrübi konstruktor fəaliyyətini, satış, 
maliyyə və reklam kimi sahələri əhatə edir. Idarəetmədə siyasi 
hüquqi tədbirlər də  həyata keçirilir. Bu istiqamətdə  aşağıdakı 
tədbirlər: işsizliyin aradan qaldırılması  və bu əsasda  əhalinin 
məşqulluğunun təmin edilməsi, qiymətlərin stabilliyinin dövlət 
səviyyəsində  həlli,  əhalinin sosial müdafiəsinin təmin 
olunması,  əmək haqlarının tənzimlənməsi, imkansız ailələrə 
yardımların verilməsi, sosial sığortaların verilməsi, təhsildə və 
səhiyyədə inkişafa nail olunması, kadrların təkmilləşdirilməsi 
həyata keçirilməlidir.  
Iqtisadi münasibətlərin formalaşdığı yeni dövrdə əhalınin 
sosial təminatı dövlət strukturlarının üzərinə düşür. 
“Insan hüquqları deklarasiyası”nın 25-ci maddəsində 
qeyd edilir ki, müasir hüquqi dövlət insanların  ərzaq, mənzil, 
təhsil, səhiyyə, pensiya, məzuniyyət və s. sosial ehtiyaclarını 
ödəməyə borcludur. Tomas Ceffersonun dediyi kimi, əks halda 
xalq belə bir dövləti nəinki devirməlidir, belə bir dövlətin 
devrilməsi xalqın vəzifəsi olmalıdır.
36
 
Beləliklə, dövlət xalqın sosial təminatını  həyata 
keçirməlidir. Sosial təminarın  əsasını sosial sığorta təşkil edir 
ki, bura pensiya, tibbi yardımlar, işsizliyə  və  bədbəxt 
hadisələrə görə ayrılan vəsait daxil edilir. Bu ABŞ –da əmək 
haqqının 7,5%- nin, Yaponiyada 7%-nin tutulması yolu ilə 
həyata keçirilir. Isvecrədə isə sosial təminat dövlət hesabına 
                                           
36
 Ə. T. Tağıyev. M.Şükürov. Etnopolitoloğiya, B., 2000, S. 151. 


 
66
həyata keçirilir. Sosial təminat problemlərindən biri də əhalinin 
işlə təmin edilməsidir. Bunu dövlət yeni iş yerlərinin açılması 
üçün yeni obyektləri tikməklə həyata keçirir. Işsizliyin qarşısını 
almaq üçün dövlət  əmək haqqını nizamlayıb elə  həddə 
saxlamalıdır ki, onun artım səviyyəsi  əmək məhsuldarlığının 
artım səviyyəsindən aşağı olmalıdır. Buna gəlirlər siyasəti və 
ya pul-kredit siyasəti deyilir. Bütün hallarda əmək 
məhsuldarlığı  əmək haqqından artıq olmalıdır. Sosial təminat 
problemini həll etmək üçün iş vaxtının qısaldılması da əsas 
vasitələrdən biri hesab edilir. Muzdlu əməyin ödənilməsi 
qaydaları da qanunla müəyyən edilmişdir. Minimum əmək 
haqqının müəyyən edilməsi zamanı ailənin təlabatı, mənzilin 
qıyməti, sosial güzəştlər, infilyasiya dərəcəsi,  əhalinin 
məşğulluq səviyyəsi kimi problemlər nəzərə alınmalırır. Inkişaf 
etmiş ölkələrdə minumum əmək haqqı orta əmək haqqının 
59%-ni təşkil edir. 
Azərbaycan da dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə 
əsaslanaraq öz milli iqtisadiyyatını qurmalıdır. İqtisadi inkişaf 
dövründə iki təhlükəli meyldən uzaqlaşmaq lazımdır. 
Bunlardan biri hansısa bir təsərrüfat sisteminə əsaslanaraq kor- 
koranə istiqamətlənmək və eyni zamanda sirf öz modelini 
yaratmaq xəstəliyindən qurtarmaq lazımdır. Bunun üçün 
Azərbaycan  əvvəllər istinad etdiyi totalitar iqtisadiyyatdan 
uzaqlaşmalı, sosial bazar iqtisadi münasibətlərini dövlətin 
nəzarəti şəraitində quraraq qarışıq iqtisadiyyata yeyələnməlidir. 
Ölkədə bazar iqtisadi münasibətlərinin bərqərar olması 
üçün dövlətin iqtisadiyyatla bağlı qanunları olmalıdır. Dövlət 
yerli iqtisadi bazar münasibətlərini xarici təsirdən qorumalı, öz 
istehsalına nəzarət etməlidir. Kiçik və orta sahibkarlığı inkişaf 
etdirməli, bank və maliyyə imkanlarını genişləndirməli, 
məvaciblər üzərində  nəzarət edilməli, istehsalı planlı  şəkildə 
hətata keçirməlidir. 
Dövlət bazar iqtisadi təsərrüfat sistemini həyata keçirmək 
üçün iqtisadiyyatı təşkil etməli, idarəetmənin qnesoloji hüquqi 


 
67
zəminlərini hazırlamalı, istehsal prosesində elmi texniki və 
texnoloji prosesləri genişləndirməli, təkrar istehsal prosesini 
həyata keçirməli, sahibkarlıq işini genişləndirməli, yeni 
kadrları  təkmilləşdirməli, sosial konfliktləri vaxtında 
kompromis yolla həll etməli, cəmiyyətin intellektual səviy-
yəsini yüksəltməli, yeni iqtisadi hüquqi təfəkkürün formalaş-
ması işini həyata keçirməlidir. 
Dövlətdə istehsal edilən məhsulların və  ğəlirlərin 
müəyyən hissəsi qeyri qanuni yolla istehsal edilir. Bəzi istehsal 
sahələrində istehsal olunan məhsulun həşmi gizlədilir. Bu da 
nəticədə istehsal olunan məhsulun statistiq informasiyasının 
düzqün verilməsinin qarşısını alır. Beləliklə, mikroiqtisadi 
gostəricilərin hesablanması zamanı xəlvəti iqtisadiyyatın ucota 
alınmaması istehsalın sonrakı inkişafına mane olan neqativ 
hallardan biridir. Belə bir halın mövcudluğu sözsüz ki, hüquqi 
bazanın möhkəm olmaması, istehsal və bölgü prosesinə 
nəzarətin zəyif olması, özəlləşdirmə prosesində qeyri 
obyektivliyə yol verilməsi, ehtiyac olmadığı halda yeni fərdi 
müəssisələrin yaradılması, ucot və  nəzarətdəki nöqsanlar, 
əhalinin gəlir səviyyəsinə görə intensiv olaraq qüdbüləşməsi, 
karrubsiya kimi səbəblərdən baş verir. 
Ümumiyyətlə, iqtisadiyyatın gizli fəaliyyət formalarını 
aşağıdakı qaydada qruplaşdırmaq olar: bunlardan birincisi 
qeyri-qanunu istehsal sahələridir. Buraya istehsalı  və satışı 
qadağan olan fəaliyyət növləri-silah və narkotika istehsalı, 
satışı, qaçaqmalçılıq, qumar oyunları kimi qeyri qanunu 
əməllər və qanunla icazə verilən və ancaq qanunla 
rəsmiləşdirilməmiş özbaşına həkimlik kimi əməllər daxildir. 
Ikinci, gizlədilmiş və yaxud qeyri- leqal istehsal prosesidir ki, 
buna qanunla icazə verilmiş, ancaq müəyyən qanunlar əsasında 
vergidən, sosial sığorta odəmələrindən, texniki təhlükəsizlik, 
ətraf mühitin qorunması ilə  əlaqədər norma və standartlara 
uyğun olan məcburi ödənilmələrdən yayınmış müvafiq 
orqanlarda qeydiyyatdan keçməmiş  və yaxud qeydiyyatdan 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə