Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.

səhifə24/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

 
74
təkmilləşdirilə bilər.
38
  Məsələn,  antik dövrlərdə Yunanıstanda 
Sokratın dünyagörüşü demokratik quruluşa nifrət  əsasında 
qurulmuşdu. O sparta aristokratiyasına haqq qazandırırdı. 
Müəllif demosun, yəni xalq kütlələrinin dövlətdə  iştirak 
etməsinə etiraz edirdi və o belə hesab edirdi ki, dövlətə 
siyasətlə  məşğul olmağı bacaran adamlar rəhbərlik etməlidir. 
Sokrat qeyd edirdi ki, bir şər qüvvə olmaq etibarilə dövlətə 
bütün insanlar tabe olmalıdır və  əxlaqi qanunlara əsaslanaraq 
bütün insanlar hakimiyyətin tələblərini vicdanla yerinə 
yetirməlidir. Sokrat Sparta aristokratik dövlətinin  ədalətsiz 
qanunlarına qarşı  çıxır və onun əxlaqi cəhətdən düzgün 
olmadığını əsaslandırırdı. 
 Mahiyyətinə görə obyektiv idealist olan Platon  öz 
ideyalarını eramızdan  əvvəl 427-347-ci illərdə  həyatını 
Afınanın müxtəlif yerlərində mübahisələrdə keçirən Sokratın 
dünyagörüşü  əsasında yaratmışdı. Platon Afinanı  tərk edərək 
bir müddət Misir və cənubi İtaliyada yaşayır və sonra yenidən 
qayıdaraq, Afina ətrafındakı  qəsəbədə “Akademiya” adlanan 
fəlsəfi məktəb tikdirir. 
Platon xüsusi ideyalar aləmini, yəni səmanın hüdudları 
daxilində mövcud olan ideya mənbəyi ilə, hisslərlə qovranılan 
əşyalar və hadisələr aləmini qarşı-qarşıya qoyurdu. Onun 
obyektiv idealizmi- dini və mistikanı, yəni müəmmalı təsəvvür 
obyektini qovuşdururdu. O Dövlət və Qanunlar adlı əsərlərində 
ideal ilahi mənşəyə malik olan dövlət quruluşu haqqında 
təlimində qeyd edirdi ki, dövlətə filosoflar rəhbərlik etməlidir. 
Müəllifə görə belə ideal dövlətdə siyasi-hüquqi münasibətlər 
aristokratik respublika idarəçilik sisteminə uyğun gəlir. 
Quldarların rəhbərlik etdiyi bu idarəçilik sistemində idarə 
edənlər yüksək təfəkkür sahibidirlər və ölkəni diktatorluq 
metodları ilə idarə edirlər.  
                                           
38
 Ятрафлы бах: Мяъид Яфяндийев «Сийаси вя щцгуги тялимляр тарихи», Бакы, 
«Елм», 2009. sящ. 188-189. 


 
75
Platon cəmiyyətdə  əmək bölgüsünün mövcudluğunu 
qeyd edir. Bu nəzəriyyəyə görə o, cəmiyyəti üç sinfə bölür: 
dövləti idarə edənlər, hərbiçilər, sənətkarlar və kəndlilər.  
Platona görə Sparta aristokratiyası ideal dövlət quruluşu 
hesab edilə bilər. Müəllif dövlət quruluşu olan aristokratiyanın 
xüsusi forması olan timokratiyanı (yunanca şərəf mənasını 
verən “time” sözündən yaranmışdır), bir qrup varlı adamın 
hakimiyyəti olan oliqarxiyanı  və istibdad üsul-idarəsi olan 
tiraniyanı  tədqiq edir. Platon tiraniyanı dövlət quruluşunun ən 
pis forması hesab edərək yazırdı ki, istibdad üsul idarəsi 
dövlətin  ən ağır xəstəliyidir. Belə bir dövlət qurluşunda 
ləyaqətdən söhbət gedə bilməz. 
Platona görə, dövlət formalarının bir-birini əvəz 
etməsinin  əsas səbəbi insanların  əxlaqında baş verən 
pozuntulardır. O "Dövlət"  əsərində  cəmiyyətdə baş verən 
pozuntuların dövləti idarə edən şəxslərin yaşı və müdrikliyi ilə 
əlaqədar olduğunu qeyd edirdi. Mütəfəkkir dövlətin idarə 
edilməsində yaşı 50-dən çox olan adamların cəlb edilməsini 
düzgün hesab edirdi. 
Platon “Qanunlar” dialoqunda göstərirdi ki, filosoflar və 
hərbiçilər kollektiv mülkiyyətdən imtina etməlidirlər. 
Vətəndaşlar isə mülkiyyətdən müəyyən vahid qaydalar 
əsasında istifadə edə bilərlər. Vətəndaşların dərəcələrə 
bölünməsi əmlak senzi ilə müəyyən edilməli, onların siyasi və 
hüquqi sahədə  səlahiyyəti mülkiyyətinin həcmi  əsasında 
müəyyən edilməlidir.  
Eramızdan  əvvəl I əsrdə Roma polis dövləti Respublika 
idarəçilik sisteminə  əsaslanan quldarlıq imperiyasına çevrildi. 
O vaxt böhran dövrünə qədəm qoyan Roma nəticədə Qərbi və 
Şərqi Roma imperiyasına, sonralar Şərqi Roma Bizans 
imperiyası adlandırılırdı. Burada əsasən xüsusi mülkiyyət və 
quldarlıq münasibətləri ilə 
şərtlənən siyasi-hüquqi 
nəzəriyyələrdəki dəyişikliklər imperiya dövründə dövlət 
mexanizminin yenidən təşkilində öz əksini tapdı. 


 
76
Eramızdan  əvvəl II əsrdə Romada plebeylər hərəkatının 
təsiri ilə Qrakx qardaşları öz siyasi fikirləri ilə Romanın 
demokratikləşdirilməsi istiqamətində 
bəzi təşəbbüslər 
göstərdilər. Onlar Romada hakimiyyətdə olan aristokratik 
quruluşu tənqid etdilər. Mülkiyyətin qeyri bərabər bölüşdü-
rülməsinə qarşı çıxdılar. Onlar iri torpaq sahibliyini ləğv etmək 
və bununla da Romanın demokratikləşməsinə nail olmaq, sıravi 
Roma vətəndaşlarının dövlət işlərində  iştirakını  təmin etmək 
istəyirdilər.  
Qədim Romada filosof və  şair Lukçetsi Kar öz 
görüşlərini “Şeylərin təbiəti”  əsərində qeyd etmişdir. O qul-
darlıq demokratiyasının ideoloqu idi. Müəllif cəmiyyətin 
inkişafı prosesinin əsasını  əmək alətlərinin yaxşılaşdırıl-
masında görürdü. O belə hesab edirdi ki, əmək alətlərinin 
təkmilləşdirilməsi prosesində adamlar bir-biri ilə əlaqə yaradır, 
özlərini saxlamaq üçün öz ağaları ilə müqavilələr bağlayırlar. 
Tədricən xüsusi mülkiyyət yaranır və bu əsasda ictimai 
bərabərsizlik, hərc-mərclik hökm sürür. İnsanlar ictimai 
bərabərsizliyi və  hərc mərcliyi aradan qaldırmaq üçün 
hakimiyyətin və qanunların verilməsi qaydalarını öyrənirlər. 
Beləliklə, ictimai müqavilə əsasında dövlət və hüquq yaranmış 
olur. 
 Eramızdan 
əvvəl 106-43-cü illərdə Roma 
aristokratiyasının ideoloqu natiq Mark Tulli Siseron “Dövlət 
haqqında” və “Qanunlar haqqında” dialoqunda dövlət və hüquq 
problemlərinin bəzi aspektləri haqqında fikir irəli sürmüşdür. 
Siseron qeyd edirdi ki, vətəndaş  cəmiyyəti təbiətən yaranır. 
İnsanlar Allah tərəfindən ünsiyyətə  cəlb edilir. İnsanların 
dövlətdə birləşməsinin ilk səbəbi onların zəifliyindən asılı 
deyildir, məhs onların birgə yaşamaq təbiətindən yaranmışdır. 
Siseron ictimai bərabərsizliyə haqq qazandırmağa çalışırdı. 
Müəllifə görə dövlətin  əsas vəzifəsi xüsusi mülkiyyəti 
qorumaqdır. O dövlətin üç başlıca formasının olduğunu qeyd 
edirdi: Demokratiya, aristokratiya və monarxiya. Bu dövlət 




Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə