Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

 
77
quruluşlarından  ən  əsas üstünlük monarxiyaya verilirdi. 
Müəllif müharibə  məsələsinə  də öz münasibətini bildirərək 
onun  ədalətli və  ədalətsiz olmaqla iki yerə bölündüyünü qeyd 
edirdi. Müəllifə görə, dövlətdə idarəçilik ancaq ilahi zəkası 
olan müdrik adamlara verilmişdir. Dövlət öz vətəndaşlarını 
qorumalıdır. Mütəfəkkir hüququn mənşəyi və mahiyyəti ilə 
bağlı öz mülahizələrini qeyd edir: Əmr etməyə  və qadağa 
qoymağa qadir olan ilk qanun hər şeydən uca sayılan Yupiterin 
birbaşa zəkasının məhsuludur. Bu ali, təbii, yazılı olmayan 
qanun insanlar vətəndaş  cəmiyyətində birləşməmişdən  əvvəl 
mövcuddur. Dövlətin yaratdığı qanunlar həmin bu təbii 
qanunlara uyğun olmalıdır. Əks halda onlar hüququ qüvvə kəsb 
etmirlər. Siserona görə hüquq qanun anlayışından  əvvəl 
yaradılmışdır. O müdrik adamların  şüurudur və deməli o 
qanunun və qanunsuzluğun ölçüsüdür. Mülkiyyət hüququ da 
daxil olmaqla müdrik və  ləyaqətli adamların hüququ təbiətə, 
təbii qanunlara əsaslanır. Mütəfəkkirə görə dövlət xalq 
tərəfindən yaradılan süni birlikdir, təbii orqanizmdir. O 
insanların təbiətən bərabərlik ideyasını irəli sürür və göstərir ki, 
təhsil alan hər bir kəs müdriklik səviyyəsinə çata bilər. 
Mütəfəkkirə görə insanların mülkiyyətlə bağlı sosial fərqləri 
təbiətən deyildir. Cəmiyyətdəki sosial fərqlər sonradan ictimai 
münasibətlər əsasında yaranır.  
Nəsrəddin Tusi də siyasətlə bağlı öz münasibətini 
aşağıdakı qaydada bildirmiş-dir: 1. Fəzilətli siyasət və ya 
imamət, yəni başçılıq... Bu cür siyasətçinin məqsədi xalqı 
kamilləşdirməkdən ibarətdir. Nəticədə xalqa səadət bəxş edilir. 
2. Naqis- qüsurlu siyasət və ya zorakılıq. Bu siyasət də xalqı 
qul  şəklinə salmağa istiqamətlənir. Nəticədə xalq fəlakətə 
düçar olur. 
 Birinci 
halda 
ədalətə çağırış 
səslənir, 
əxlaq 
pozuntularının qarşısı alınır.  İkincidə isə xalq qarətə,  şər 
əməllərə sövq edilir. Tusi özündən  əvvəlki alim və 
tədqiqatçıların  əsərlərini tədqiq etmiş  və buna görə  də 


 
78
dövrünün  ən böyük mütəfəkkir aliminə çevrilmişdir. Onun 
100-dən artıq əsəri dünya elm adamlarının tədqiqat obyektidir. 
Təsadüfi deyil ki, İngiltərənin universitetlərindən birinin 
astronomiya kafedrası məhz Nəsrəddin Tusinin adını daşıyır. 
Mütəfəkkir ölkəyə başçılıq edən  şəxsin yüksək mənəvi-
əxlaqi və siyasi keyfıyyətlərə malik olmasını vacib hesab 
edirdi. Bununla bağlı  həmin  şəxsin yeddi əlamətə malik 
olmasını  məsləhət bilirdi: atalıq, alicənablıq, mətinlik, kişilik 
əzmi, səbirli olmaq, var-dövlət sahibi kimi tanınmaq və xalqın 
malına göz dikməmək, sadiq və işgüzar köməkçilərinin olması. 
Mütəfəkkir  əhalinin tərkibini də müəyyən etməyə 
çalışmışdır. Məsələn, o belə hesab edirdi ki, feodal 
cəmiyyətində  əhali dörd başlıca təbəqədən ibarətdir:  əmirlər, 
tacirlər, sənətkarlar,  əkinçilər. Tusinin dövlət, cəmiyyət və 
hüquqi təsisatlarla bağlı  fıikrləri də vardır. Onun dövlətin 
mənşəyinə dair fikirlərində qeyd edilir ki, dövlətin bünövrəsi 
ittifaqdır. Bunun səbəbi odur ki, bir adamın gücü təklikdə az 
olur. Onlar ittifaq bağlayıb çoxalır və onların qüvvələri hər 
adamın gücü qədər artır.  
Müəllif qeyd edirdi ki, xeyirxah, iradəli,  ədalətli 
hökmdarlara malik dövlətlər yaşamış  və inkişaf etmişlər. 
Dövlətin dağılmasının  əsas səbəblərindən biri hökmdarların 
var-dövlət toplamaları və vəzifəyə can atmalarıdır. 
Tusi “dövlət”, “qanun”, “cəmiyyət”, “siyasi cəmiyyət” 
kimi anlayışlara münasibət bildirmişdir. O dövlətə böyük 
əhəmiyyət vermiş  və onu siyasi cəmiyyət adlandırmışdır. 
Mütəfəkkir problemlərə siyasi hüquqi aspektdən yanaşaraq 
belə nəticəyə gəlmişdir ki, ölkədə əvvəlcə ictimai əməyi təşkil 
etmək, istehsal prosesində özbaşınalığa və  hərc-mərcliyə son 
qoymaq vacib məsələdir. Cəmiyyətin inkişafında ailənin, 
hüquqi tənzimləmənin, məhkəmənin, iqtisadiyyatın böyük 
əhəmiyyəti vardır. 
Rus burjuaziyasının ideoloqlarından biri olmuş  İvan 
Tixonoviç Posoşkov (1652-1726) “Yoxsulluq və  zənginlik 


 
79
haqqında kitab” adlı traktatında mütləqiyyətin fəaliyyət 
proqramı şərh edilir. Ümidini çara bağlayan müəllif teoloji çar 
hakimiyyətinə üstünlük verirdi. Kitabda o belə fikir irəli sürür 
ki, çar xalqın rifahı üçün çalışmalıdır. O belə hesab edirdi ki, 
ölkədə güclü hakimiyyət olmalıdır və bu hakimiyyət ümumi 
rifah siyasətini qətiyyətlə həyata keçirməli, düşmən olan daxili 
ictimai qüvvələr barışdırılmalıdır. Müəllifə görə, mütləqiyyət, 
yəni çar hakimiyyəti Allahın hakimiyyətinə  bənzəyir. Bu 
hakimiyyət qeyri məhduddur və heç kimdən asılı deyildir. 
Allah bütün dünyanı idarə etdiyi kimi, çar da öz ölkəsinin 
yeganə hakimidir.  
Posoşkovun təlimində müstəqillik ideyası 
əsas 
ideyalardan biridir. Rusiyanın müstəqilliyi üçün sənayenin 
inkişaf etdirilməsi və bu istiqamətdə dövlət tərəfindən 
nəzarətin olmasını  məsləhət bilirdi. O əkinçilərin də mövcud 
təhkimçi mövqeyini qanunla müəyyən qədər 
məhdudlaşdırmağı  məsləhət bilirdi. Bu yolla o kəndlidə 
təsərrüfatı inkişaf etdirməyə maraq yaratmaq istəyirdi. Kəndli 
inanmalıdır ki, dövlət mülkədarların və eyni zamanda 
kəndlilərin vəziyyətinin yaxşılaşmasını istəyir. “Ticarət böyük 
işdir” deyən ideoloq qeyd edirdi ki, hər cür səltənət ticarət 
sahəsində  zənginləşir. Hərbiçilər işğal edir, ticarət isə yardım 
göstərir. Müəllif ümumi rifahın təmin olunması  məqsədilə 
əhalinin bütün təbəqələrinin hüququnun və vəzifələrinin dəqiq 
müəyyənləşdirilməsini məsləhət bilirdi. O qeyd edirdi ki, 
ölkənin hərbi və iqtisadi qüdrətinin möhkəmlənməsi üçün çar 
ticarətin inkişafına  şərait yaratmalıdır, tacirləri feodalların 
zorakılığından qorumalıdır. 
Müəllifə görə,  ədalət mühakiməsinin həyata keçirilməsi 
üçün hakimləri aşağı  təbəqələrdən, məsələn, tacirlərdən, 
istefada olan hərbiçilərdən və  əhalinin digər hissəsindən təyin 
olunması lazımdır. Müəllifə görə hakimlər ancaq çara tabe 
olsalar hər hansı bir məsələ  məhkəmə  tərəfindən  ədalətli həll 
oluna bilər. O ən mühüm qanunların müzakirəsində xalqın 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə