Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

 
80
iştirakı ideyasını irəli sürürdü. Müəllif Rusiyadakı 
qanunvericilikdən narazı idi. Ona görə yeni ədalətli məhkəmə 
qanunvericiliyinin nəşr olunmasını  və bunun üçün ümumxalq 
şurasının yaradılmasını  məsləhət bilirdi. Bu şurada  əhalinin 
bütün təbəqələrindən, eləcə  də  kəndlilərdən nümayəndə 
seçilməsinin tərəfdarı idi. Nəhayət məhkəmə kitabı müzakirə 
edilməli və çar tərəfindən təsdiq olunmalı idi. 
Görkəmli dövlət nəzəriyyəçilərindən biri Şarl Lui de 
Monteskyenin (1689-1775) siyasi-hüquqi görüşləri “Fars 
məktəbi” və “Romalıların böyüklüyünün və süqutunun 
səbəbləri haqqında düşüncələr” adlı əsərlərində, qanunvericilik 
tarixinə dair “Qanunların ruhu haqqında” adlı əsərində başlıca 
fikirlər 
şərh edilmişdir. Mütəfəkkir öz əsərlərində 
qanunvercilikdə  və  əxlaqda baş verən dəyişikliklərin 
səbəblərini müəyyən etməyə çalışmış və bu istiqamətdə tarixin 
qanunlarını müəyyənləşdirməyə  səy etmişdir. Müəllifə görə 
dövlət və qanunlar müharibə  nəticəsində yaranır. Monteskye 
ümumiyyətlə köhnə ictimai qaydalara, istibdad idarə üsuluna
siyasi-hüquqi özbaşınalığa qarşı  çıxırdı. O öz inqilabi 
əzmkarlığı ilə Fransa burjua inqilabının güclənməsinə  təsir 
göstərmişdir. Onun dünyagörüşündə  əhəmiyyətli yer tutan 
siyasi azadlıq prinsipi, burjuaziyanın mənafeyinə xidmət edən 
siyasi-hüquqi təlimlər onu öz dövrünün mütəfəkkiri 
səviyyəsinə  gətirdi. O, “Fars məktəbi”  əsərində Fransadakı 
mütləqiyyət rejimini istibdad idarə üsulu ilə eyniləşdirdi. 
Mütəfəkkir o dövrdə Türkiyədə mövcud olan dövlət 
idarəçiliyinin demokratik cəhətlərini qiymətləndirirdi. O 
Türkiyədəki idarəetməni  əsl siyasi demokratiyanın təzahürü 
hesab edirdi. İstibdad idarəçiliyi ilə azadlıgın bir yerdə 
mümkün olmayacagı fikrini söyləyən Monteskye bu idarə 
üsüluna son qoyulmasını istəyirdi. O kilsə hakimiyyətinə, 
ruhanilərin fanatizminə, tüfeyliliyinə nifrət edirdi. 
Müəllifə görə, demokratiya elə dövlət formasıdır ki, 
hakimiyyət ya bütün xalqa aid olan demokratiya və ya xalqın 


 
81
bir hissəsinə - aristokratiyaya məxsusdur. Respublika idarəçilik 
sisteminin əsas prinsipi vətənə məhəbbətdir. 
Monarxiya qanuna əsaslanan tək hakimiyyətlilikdir. 
Monteskye monarxiyaya aid etdiyi şərəf prinsipini daşıyan 
şəxsləri zadəganlar adlandırırdı. 
Qanunçuluğa zidd olan, özbaşınalığa əsaslanan təkbaşına 
idarəetmə formasını müəllif istibdad adlandırır və bunun 
düzgün olmayan idarəetmə forması olduğunu qeyd edirdi. 
Tomas Peyn (1737-1809) demokratik siyasi-hüquqi 
ideologiyanın radikal nümayəndəsi idi. Mənşəyi etibarı ilə 
ingilis fermer ailəsindən olan Peyn İngiltərədən Amerikaya 
gəlmiş və müstəmləkələrin azadlığı mübarizəsinə qoşulmuşdur. 
Peyn azadlıq mübarizəsini həyata keçirən orduda xidmət etmiş, 
İngiltərəyə qarşı ideoloji mühitin yaranmasında xüsusi rol 
oynamışdır. O, 1776-cı ildə yazdığı “Sağlam düşüncə” adlı 
mülahizələr toplusunda Amerikada yaşayan xalqları 
müstəqillik uğrunda müharibəyə  səsləyirdi. O eyni zamanda 
Şimali-Amerika müstəmləkələrini ayrılmağa çağırırdı. Bunlar 
1776-cı il iyulun 4-da təsdiqlənmiş Amerika Birləşmiş 
Ştatlarının müstəqillik haqqında Bəyannaməsində göstəril-
mişdir. 
Bəyannamədə xalqın suverenliyi, zülmkar hakimiyyətə 
qarşı üsyan hüquqları, müstəqil dövlətin yaranması  məsələsi, 
xalqın iradəsinə uyğun olan siyasi rejimə keçmək hüququ öz 
əksini tapdı. 
Siyasi-hüquqi nəzəriyyələrin müddəaları dövlət sənədi 
olmaq etibarı ilə bəyannamədə həyatın praktiki prinsipi kimi öz 
əksini tapdı. Qeyd edilməlidir ki, ABŞ-ın müstəqilliyi haqqında 
bəyannamənin müəllifi Ceffersondur. 
İlk konstitusiya Vircinyada qəbul olundu. Sonra 1777-ci 
ilin noyabrında Konqres “Amerika Birləşmiş  Ştatlarının 
Konfederasiyası”nı  təsdiqlədi. 1781-ci ildə konfederasiya 
hüquqi status aldı. 1787-ci il sentyabrın 17-də ABŞ-ın yeni 


 
82
konstitusiyası qəbul edildi. 1789-cu ildə keçirilən ilk prezident 
seçkilərində Corc Vaşinqton ABŞ-ın prezidenti seçildi. 
ABŞ ali idarəetmə hakimiyyətinin yerləşdiyi bina “Ağ 
ev” İngiltərə müstəmləkəçiliyindən azad olunma münasibəti ilə 
rəmzi məna kəsb edir. 
1776-cı ildən sonrakı dövrlərdə Peyn “Amerika böhranı” 
adı altında yazdığı  məqalələrində xalqı müstəqillik uğrunda 
mübarizəyə səsləyir və 1781-ci ildə Fransa dövlətindən kömək 
almaq məqsədi ilə  həmin ölkəyə  səfər edən nümayəndə 
heyətinin üzvlərindən biri olur. 1791-1792-ci illərdə Fransa 
burjua inqilabından ruhlanan mütəfəkkir “İnsan hüququ” 
kitabını yazır. Bu kitabda "İnsan və vətəndaş hüquqlarına dair 
Fransız bəyannaməsi açıqlanır və bu əsasda ingilis 
konstitusiyası tənqid edilir. 
Peynin "İnsan hüququ" kitabı İngiltərədə qadağan edilir. 
Təqiblərin nəticəsi olaraq Fransaya qaçan müəllif Fransa 
inqilabı məclisinin, yəni Konventin üzvü seçilir. 
Peyn öz dünyagörüşünə görə demokratiyanın tərəfdarı 
olmuşdur. O demokratik siyasi rejimə xas olan xalqın 
suverenlik və seçki hüququnu müdafiə edirdi. Müəllif təbii 
hüquq nəzəriyyəsinin demokratik şərhini verdi. Bu nəzəriyyə 
istismar olunan xalqın üsyan etmək hüququnu əsaslandırdı. Ö 
öz mühakimələrində  təbii hüquqlarla vətəndaş hüquqları 
arasındakı  fərqi göstərə bilmişdir. Müəllifə görə, təbii hüquq 
insanı  təbiətən xarakterizə edir, onun mövcudluq hüququdur. 
Bu hüquqlardan Peyn xoşbəxtliyi, vicdan azadlığını göstərir. 
Cəmiyyətin və dövlətin yaranması  nəticəsində insanlar öz 
hüquqlarının bir hissəsini dövlətə verirlər və beləliklə 
cəmiyyətin üzvü kimi insanlar vətəndaşlıq hüququ əldə edirlər. 
Müəllifə görə bu elə bir hüquqdur ki, insanlar öz hüquqlarını 
müdafiə edə bilmir. Elə bu səbəbdən də bu əldə edilən 
qazanılan hüquqdur. Məsələn, mülkiyyət hüququ buna aid edilə 
bilər. Müəllif belə hesab edir ki, təbii vəziyyətdə yer üzündə 
xüsusi mülkiyyət olmamış, yəni yer üzü insanların ümumi 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə