Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

 
83
mülkiyyəti olmuşdur.  Əkinçilik təsərrüfatlarının yaranması 
nəticəsində, işçilərə  əmək haqqının müəyyən edilməsi 
nəticəsində xüsusi mülkiyyət hüququ yaranmışdır. 
Təbiətən b ü t ü n  insanlar bərabərdirlər, ancaq xüsusi 
mülkiyyətin yaranması  nəticəsində  cəmiyyətin varlı  və 
kasıblara bölünməsi baş vermişdir. Bu ideyanın tam əksi olaraq 
Homelton cəmiyyətin varlı  və kasıb təbəqələrə bölünməsi 
prosesinin təbii olaraq baş verdiyini qeyd edir. 
Peyn quldarlığın, köləliyin ləğvini istəyirdi. O belə hesab 
edirdi ki, dövlətin yaranması, insanlar arasındakı 
münasibətlərdə ədalətin saxlanılması üçün əsas vasitə insanlar 
arasındakı ictimai müqavilədir. Xalqın özü ali hakimıyyət 
orqanıdır. Müəllifə görə xalqın suverenlik ideyalarına uyğun 
olaraq insanlar idarəetmənin hər hansı bir formasını təsis etmək 
və ya ləğv etmək hüququna, yəni üsyan və inqilab etmək 
hüququna malikdir.
:
 
Xalqın suverenliyi probleminin həllini ancaq inqilabda 
görən Peyn qeyd edirdi ki, mürtəce hakimiyyətdən azad olmaq 
üçün hakimiyyətin devrilməsi lazımdır. Beləliklə, bu yolla 
müstəmləkələrin  İngiltərədən ayrılması  və dövlətin öz 
müstəqilliyini  əldə etməsi lazımdır. O, eyni zamanda inqilab 
baş verərsə bütün müharibələrin dayanacağı fikrini irəli 
sürmüşdür. Müəllifə görə, artıq bütün müharibələr və 
torpaqların işğal edilməsi faktı insanların səbrini 
tükəndirmişdir. O, “İnsan hüququ” adlı müzakirələr toplusunda 
qeyd edir ki, mövcud olan faktlara əsaslanaraq indiki 
vəziyyətdə inqilab baş verəcəyini gözləmək olar. O, ümumi 
müzakirə predmetidir və deməli gündəlikdədir. Müəllifə görə, 
ümumi sülh və ictimai tərəqqi ancaq idarəetmə sistemindəki 
inqilabi dəyişikliklər yolu ilə həyata keçirilə bilər. 
Peyn idarəetmə formalarını  tədqiq edərək belə  qənaətə 
gəlmişdir ki, köhnə monarxiya idarəçilik sistemi ilə yeni 
yaranacaq respublika tipli idarəçilik formaları  a r a s ı n d a  
fərqlər mövcuddur. Müəllif burada əsas fərqi idarəçilik 


 
84
sisteminin irsi və ya seçkili olmasında görürdü. O irsi olaraq 
hakimiyyəti idarə edən idarəçilik sisteminin ədalətsiz və 
qüsurlu olduğunu qeyd etmişdir. O hər bir hüquqi əsasa malik 
olmayan istibdad üsul idarəsinin, xalqa təcavüz edən, onun 
suverenliyini  əlindən alan qəsbkar idarəçilik sistemi olduğunu 
ğöstərmişdir. O bütün hallarda xalqın seçki hüququnu 
məhdudlaşdıran mülkiyyətin və hər cür ayrıseçkiliyin əleyhdarı 
olmuşdur. 
Peynə görə, cəmiyyətin siyasi qurluşunda  ən düzgün 
mütərəqqi forma demokratik respublikadır. Burada respublika 
idarəçiliyində xalqın seçki yolu ilə nümayəndəliyi əsas prinsip 
olaraq özünü göstərir. Müəllif hesab edirdi ki, insanların təbii 
bərabərliyi problemi o vaxt reallaşa bilər ki, xalqın suverenliyi 
şəraitində ümumi seçki hüququ əsasında seçilən ali qanunverici 
hakimiyyət yaradılsın. Peynin tənqidi qeydlərindən birində 
deyilir ki, ABŞ-ın 1787-ci il Konstitusiyasında hakimiyyətin 
bölünməsi prinsipi pozulmuşdu. O, eyni zamanda senzə 
əsaslanan seçki hüququ əsasında iki palatalı orqanın 
formalaşması prosesini də düzgün hesab etmirdi. O, elə bir 
hakimiyyət qurulmasını istəyirdi ki, vətəndaşların azadlığını və 
təhlükəsizliyini həyata keçirsin, bir sözlə bütün cəmiyyət 
üzvlərinin mənafeyinə xidmət etsin. 
Xalqını istiqlaliyyət və demokratiya uğrunda mübarizəyə 
səsləyən  ən böyük mütəfəkkirlərdən biri Tomas Cefferson 
(1743-1826) “Amerika Birləşmiş  Ştatlarının müstəqillik 
bəyannaməsi” layihəsini yazmışdır. O 1801 -1809-cu illərdə 
ABŞ-ın üçüncü prezidenti olmuşdur. Ceffersonun bu 
bəyannaməsində insanın təbiətinə zidd olan quldarlıq 
prinsiplərinə dair xüsusi bənd vardır. Ancaq cənubdakı 
quldarlıq dairələrinin təzyiqi altında həmin bu maddə layihədən 
çıxarılır. Müəllif öz əsərlərində ABŞ-da iri burjuaziyanın qeyri-
məhdud diktaturasını yaratmağa çalışan federalizmin, yəni 
federasiya prinsiplərinə  əsaslanan dövlət quruluşu sistemi 
yaratmağa çalışan siyasi cərəyanın tərəfdarlarına qarşı 


 
85
mübarizə aparmışdır. O dövrdə federalistlər konstitusiyalı 
monarxiya və hakimiyyətin bölünməsi haqqında Monteskyenin 
ideyalarını nəzəri cəhətdən əsaslandırmaqda idilər. 
Cefferson qeyd edir ki, bir siyasi rejim olmaq etibarilə 
demokratik respublikaların bəzi ölkələrində  çətinliklər 
yaranmasının əsas səbəbi həmin ölkələrin böyük əraziyə malik 
olması ilə bağlıdır. 
Müəllif ABŞ-ın 1787-ci il Konstitusiyasını  əsaslı  tənqid 
etmişdir. Cefferson yazırdı ki, Konstitusiyanın böyük 
çatışmazlığı ondadır ki, orada hüquqlar haqqında müzakirəyə 
verilən qanun layihəsi yoxdur. Müəllif konstitusiyanın bir sıra 
müddəaları ilə bağlı federalistlərə qarşı çıxaraq qeyd edirdi ki, 
konstitusiyada mətbuat azadlığı  təmin olunmamışdır. Eyni 
zamanda təsdiqlənmişdir ki, prezident hər dəfə yenidən seçilə 
bilər və deməli monarxa çevrilə bilər. 
Ceffersonun dünyagörüşündə  təbii hüquq nəzəriyyəsinin 
əhəmiyyətli  şərhi verilmişdir. O insanların malik olduğu təbii 
hüquq nəzəriyyəsindən və insanlar arasındakı ictimai müqavilə 
nəzəriyyəsi mövqeyindən çıxış edərək monarxiya idarəçilik 
formasını pisləyir və bu əsasda xalqın suverenliyi ideyasını 
müdafiə edirdi. Müəllifə görə, heç kim dövlət hakimiyyətinin 
təşkilindən və onun üzərində  nəzarət etmək hüququndan 
mərhum edilə bilməz.  Əgər hakimiyyət xalqın hüququnu 
pozursa, xalq mövcud hakimiyyəti dəyişdirməyə  səy 
göstərməlidir və öz mənafeyinə uyğun yeni dövlət hakimiyyət 
strukturu yaratmalıdır. 
Ceffersona görə, insanın təbii hüququnun qorunması 
problemini məhz dövlət həll etməlidir. Mütəfəkkir eyni 
zamanda öz siyasi hüquqi görüşlərində dövlətin  şəxsiyyətə 
qarşı  hər cür yolverilməz hərəkətlərinin, özbaşınalığının 
məhdud-laşdırılmasını məsləhət bilirdi. 
Demokratik xarakterli təbii hüquq nəzəriyyəsinə görə 
ictimai müqavilə 
əsasında bütün insanlara dövlət 
hakimiyyətinin təşkilində iştirak etmək hüququ verilir. Burada 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə