Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

 
86
vətəndaşların suverenliyi və  bərabərliyi eyni zamanda seçki 
hüququnun yaranması baş verir.  
Mütəfəkkir qeyd edirdi ki, heç kim təbii hüquqdan 
mərhum edilə bilməz. Dünyada təbii hüquqdan başqa hər  şey 
dəyişir. Buna görə  də  təbii hüquq dövlət hakimiyyətinin nəşr 
etdirdiyi qanunlardan daha qiymətlidir. Baş verən bütün 
ziddiyyətlər təbii hüququn xeyrinə həll edilməlidir.
Cefferson tərəfindən həyata keçirilən “ABŞ-ın 
Müstəqillik Bəyannaməsi”ndə qeyd edilir ki, biz aydın şəkildə 
bilirik ki, bütün insanlar bərabər yaranıb və onların hamısına 
Allah tərəfindən bəzi hüquqlar bəxş edilmişdir ki, bunların da 
sırasında həyat, azadlıq və xoşbəxtliyə can atmaq özünəməxsus 
yer tutur. 
“Amerika Birləşmiş  Ştatlarının Müstəqillik Bəyanna-
məsi” tarixdə xalq suverenliyi ideyasını dövlətin  əsası elan 
edən ilk hüquqi sənəddir. Xalqa üsyan etmək hüququnun 
verilməsi, cəmiyyətdə istədiyi siyasi hüquqi idarəçilik forması-
nın təşkil edilməsi suverenlikdən xəbər verir. Ona görə insanlar 
zorla istibdad üsul idarəsinə tabe edildikdə xalqın hüququ və 
vəzifəsi onu devirməkdir. 
Bəyannamənin giriş hissəsində qeyd edilir ki, feodalizm-
dən miras qalan silki üstünlüklərə qarşı mübarizə aparılmalıdır. 
Bu ideya ilk öncə ingilis müstəmləkəçilərinə qarşı mübarizədə 
böyük siyasi-hüquqi, praktiki məna kəsb edirdi. Eyni zamanda 
Bəyannamənin 27-ci maddəsində istibdad idarəçiliyini həyata 
keçirməyə cəhd edən ingilis kralları məzəmmət olunur. 
Beləliklə, Cefferson tarixə  əsasən “Birləşmiş  Ştatların 
MüstəqilliK Bəyannaməsinin müəllifi kimi daxil olmuşdur. O, 
ABŞ-ın yaranmasını elan etmiş və dövlət quruculuğu ilə bağlı 
o dövr üçün ən mütərəqqi siyasi-hüquqi ideyalar və təsəvvürlər 
irəli sürmüşdür. 
Aleksandr Hamilton (1757-1804) ABŞ-da mərkəzləş-
dirilmiş dövlət hakimiyyətinin yaradılması ideyasını irəli 


 
87
sürmüşdür. Onun ideyaları ticarət sənaye burjuaziyasını  və 
plantasiyaçı quldarların mənafeyini müdafiə edirdi. 
Hamiltonun xalqa nifrət ruhundakı çıxışları və əsasən iri 
burjuaziyanın və quldar tacirlərin mənafeyini müdafiə etməsi, 
xalqın demokratik cəhdlərinə qarşı  çıxması ilə bağlı ideyaları 
vardır. O demokratiyanın mövcudluğunu mülkiyyət hüququnun 
ləğvi kimi qiymətləndirirdi. 
1786-1787-ci illərdə  Şeysin başçılığı ilə  mərkəzləş-
dirilmiş dövlət aparatı yaradıldı. Bu isə burjuaziyanın və 
mülkədar plantasiyaçıların hökmranlığına zərbə vurdu. Belə bir 
hakimiyyətin yaranmasının  əsas məqsədi burjuaziyanın 
hakimiyyətini möhkəmləndirmək və üsyan təhlükəsinin 
qarşısını almaq idi. Beləliklə, dövlət hakimiyyəti yaradıldı  və 
bu tezliklə 1787-ci il konstitusiyasında öz əksini tapdı. Bu 
konstitusiyada demokratik hüquq və azadlıqlar elan edilmədi 
və ancaq burjua inqilabının qələbələrinin nəticələri 
möhkəmləndi. Hamilton “Federatizmin tərəfdarı” adlı jurnalda 
çap olunan məqalələrində Amerika burjuaziyasının qüdrətli 
federasiya hakimiyyətini yaratmasından söhbət gedir. Burada 
belə bir qüdrətli hakimiyyətin gücü ilə xalqın müqavimətini 
qırmaq və tam istismarı  həyata keçirmək üçün hakimiyyətə 
geniş  səlahiyyətlər verilməsi nəzərdə tutulurdu. Müəllif qeyd 
edirdi ki, möhkəm ittifaq daxili çəkişmələrə və üsyanlara mane 
olmağa xidmət edir. Hamilton Amerika konstitusiyasında 
Monteskyenin hakimiyyətin bölünməsi prinsipindən istifadə 
etmişdir. O belə hesab edirdi ki, müstəmləkəçiliyə qarşı 
mübarizə sülh yolu ilə  həll edilməlidir. Burada, İngiltərə ilə 
kompromisə getmək vəziyyətin nizama salınmasının  əsas 
vasitəsi olduğu göstərilirdi. Dövlət quruluşuna gəldikdə isə 
İngiltərədəki quruluşa uyğun olan Konstitusiyalı monarxiya 
yaradılması məsələsi qoyulmüşdu. 
Ancaq, azadlıq mübarizəsinin genişlənməsi Hamiltonun 
siyasi-hüquqi dünyagörüşündə müəyyən dəyişikliyə  səbəb 
oldu. O belə hesab etdi ki, güclü prezident hakimiyyəti 


 
88
yaradılmalıdır. Prezident ömürlük seçilməli və qanunverici 
hakimiyyətin nümayəndəli orqanına nəzarət etməlidir. Bu 
ideyaya görə, praktiki olaraq prezident tərəfindən təyin edilən 
nazirlər parlament qarşısındakı məsuliyyətdən azad edilirdi.  
Hamiltona görə, adamların varlılara və kasıblara, bilikli 
və biliyi olmayanlara, qabiliyyətli və qabiliyyətsizlərə 
bölünməsi problemi təbii mənşəyə malikdir və bunun aradan 
qaldırılması mümkün deyildir. Müəllifə görə varlılar və 
savadlılar öz təbiətinə görə dövlət orqanlarında təmsil olunmaq 
hüququna malikdirlər. Ancaq onlar siyasi hüquqi dövlət 
quruluşunun sabitliyini təmin edə bilərlər. Xalqın dövlət 
işlərində  iştirakı isə yolverilməzdir. Bu hala yol verilərsə, 
mütləq nöqsan və  səhvlər olacaqdır. Xalqın düşüncəsiz 
hərəkətləri dövlətin zəifləməsinə səbəb olacaqdır. Ona görə də 
əvəz olunması nəzərdə tutulmayan dövlət idarəçilik sistemi və 
onun prezidenti demokratiyaya son qoya bilər.
Hamiltona görə, dövlətin başlıca məqsədi xüsusi 
mülkiyyəti xalqdan qorumaqdan ibarətdir. O nəticədə belə  bır 
qərar qəbul edir. Dövlət elə  təşkil edilməlidir ki, insanların 
hüquqları onların  əmlak vəziyyətindən,  əmlakının həcmindən 
asılı olsun. Hamilton demokratiyaya qarşı mübarizə apara bilən 
güclü icraedici orqanın yaradılması ideyasını irəli sürür. Bunun 
üçün o demokratik təsisatlara qarşı  çıxır və Filadelfiya 
konstitusiya konventinə, yəni  şurasına hüquqlar haqqında bill 
daxil edilməsini tələb edir. Bura yüksək  əmlak senzinə 
əsaslanan seçkilər haqqında maddə əlavə olunur. Çünki əmlak 
senzi ilə bağlı olan seçkilər xalqın siyasi-hüquqi həyatdakı 
roluna mane ola bilər. Müəllifə görə qanunverici orqan iki 
palatadan ibarət olmalıdır. Bu ideyalar 1787-ci il ABŞ 
konstitusiyasında öz əksini tapdı. Həmin Konstitusiyaya 
ikipalatalı qanunverici orqan olan konqres və senat haqqında 
maddə daxil edildi. 
İngiltərədə baş verən inqilabın nəticəsi kompromist 
variantda həll olunsa da kapitalizm sürətlə inkişaf edirdi. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə