Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

 
89
Burjuaziya siyasi hüquqi həyatda müəyyən rol oynamağa 
başladı. XIX əsrin 30-cu illərində demokratik konstitusiya 
uğrunda mübarizə aparan fəhlə  hərəkatı başladı. Bu çartizm 
adlanan fəhlə hərəkatı idi: Belə bir vaxtda İngiltərədə müəyyən 
spesifık xüsusiyyətləri nəzərə almaq şərti ilə dövlət və hüquq 
konsepsiyası işlənib hazırlanması problemi İyeretiya Bentamin 
(1748-1832) adı ilə bağlıdır. O öz yaradıcılığının ilk 
dövrlərində  təbii hüquq nəzəriyyəsini qəbul etmirdi. Müəllifə 
görə, təbii hüquq problemi qeyri müəyyəndir və insanlar onu 
müxtəlif cür qəbul edirlər. O həmçinin ictimai müqavilə 
problemi mənasızdır və onu həyata keçirmək mümkün deyildir 
kimi fikirlər söyləmişdir.  
Bentama görə, dövlət zorakılıqla yaranmışdır və vərdişlər 
əsasında qərarlaşmışdır. Mütəfəkkirə görə, qanuna qarşı 
çevrilən hüquq zəkanın  ən böyük
 
düşmənidir, hökumətin 
dağılması üçün ən dəhşətli  şeydir. O dövlət tərəfindən 
yaradılan hüququ real hüquq kimi qiymətləndirirdi. Ancaq 
köhnə qanunlar köhnədir və mükəmməl deyildir. Müəllifə 
görə, qanunvericiliyin təkmilləşdirilməsinin məqsədi təcrübəyə 
və hisslərə  əsaslanmalıdır. Belə meyar axtarışını Bentam 
utilitarizmdə, yəni fayda və  mənfəətdə görürdü. Bentam qeyd 
edirdi ki, təbiət insanı kef çəkmək, zövq almaq və  əziyyət 
çəkmək kimi ideyalara tabe etmişdir. Biz bütün ideyalarımızla 
onlara minnətdarıq, bizim bütün mülahizələrimiz, həyatda 
qəbul etdiyimiz bütün qərarlar onlarla şərtlənir.  
Utilitar hüquq məsələsini tətbiq etməklə ingilis 
nəzəriyyəçisi belə bir nəticəyə  gəlir ki, qanun nə  qədər ki, 
cəzalandırmaq ilə bağlıdır, deməli şər bir işdir. Eyni zamanda, 
qanunun həyata keçirilməsində səhvə yol vermək mümkündür. 
Müəllifə görə  hər bir qanun azadlığın pozulmasıdır. Qanunu 
yəni  şər zərurəti tətbiq etmədən təhlükəsizliyi təmin etmək 
mümkün deyildir. Müəllifə görə qanunvericiliyin yaranmasının 
səbəbi xüsusi mülkiyyətdir. 


 
90
Bentam qeyd edirdi ki, qanunvericiliyin 
tənzimlənməsinin hüdudu əxlaqi borcla müəyyənləşir. Müəllifə 
görə, qanunvericilik sahibkarlıq fəaliyyətinə  və onların 
fəhlələrlə münasibətlərinə qarışmamalıdır. Utilitarizm 
nəzəriyyəsinə görə tərəflər əxlaqi mənafelərindən çıxış edərək 
müqavilə şərtlərini özləri müəyyən etməlidirlər. 
Bentam sübutetmə nəzəriyyəsinə, məhkəmə məsələlərinə 
xüsusi diqqət yetirirdi. O, bu məsələlərlə bağlı layihələri ilə 
İngiltərə, Rusiya, Ispaniya, ABŞ  və s. dövlətlərə müraciət 
edirdi. 
Bentam ən yaxşı idarəçilik forması ilə bağlı münasibətdə 
liberalizmin nümayəndəsi olduğu üçün monarxiyanı tənqid edir 
və dövlətin qanunlarını  təsis etmək hüququnun xalqa 
verilməsini arzulayırdı. Müəllif belə hesab edirdi ki
qanunverici hakimiyyət birpartiyalı nümayəndəlik tərəfindən 
həyata keçirilməlidir. Bu nümayəndəlik isə  hər il ümumi, 
bərabər və gizli səsvermədə seçilməlidir. 
Bentamın qanunvericilik haqqında ideyaları burjua 
siyasi-hüquqi ideyaların inkişafına təsir göstərdi. Təsadüfi 
deyildir ki, onu qanunvericiliyin Nyutonu adlandırırdılar. 
Utilitarizm nəzəriyyəsi sonralar onun davamçısı Ç.S.Mildem 
tərəfindən inkişaf etdirildi.  
 Orta  əsrlərdə  Ərəb xilafətinin tərkibinə daxil olan 
ölkələrdə fəlsəfi ideyalar xüsusilə diqqəti cəlb edir. 
XI  əsrdə  İbn Bac Saraqosda anadan olmuş, Sivilya və 
Qrenadada yaşamış, sonralar Afrikada Almaravidlərin 
sarayında yüksək vəzifədə çalışmışdır. O hesab edirdi ki, hər 
bir insanın vəzifəsi mistik məsələyə qarşı mübarizə aparmaq, 
özünü əxlaqi, zehni cəhətdən təkmilləşdirməkdir. O, riyaziyyat 
elmi ilə  məşğul olurdu. Müqəddəs kitablara, axirət dünyasına 
inanmadığı üçün düşmənləri onu təqib edirdilər. Müəllif 
“Tənha həyat tərzi” kitabında insanı inkişaf və  dəyişmə 
prosesinə  məruz qalan bitki ilə müqayisə edir. Onun təsvir 
etdiyi dövlət quruluşunda həkimlərə  və hakimlərə ehtiyac 


 
91
yoxdur. Həkimə ehtiyac yoxdur ona görə ki, insanlar 
qidalanarkən israfçılığa yol verməyəcəklər. Hakimlərə ehtiyac 
yoxdur ona görə ki, insanlar arasında məhəbbət olacaq, qayda-
qanun pozulmayacaqdır. Müəllif kitabda qeyd edir ki, 
müdriklər- yəni tənhalar ünsiyyətə  səy etməli, özlərini 
təkmilləşmiş  gələcək dövlətin vətəndaşı hesab edilməlidirlər. 
Göründüyü kimi, Ibn Bac mövcud olan ictimai siyasi sistemin 
təkmilləşdirilməsi üçün heç bir fikir irəli sürmür. Hesab edir ki, 
müdrik insan bu çatışmamazlığı  dərk etsə  də, ancaq öz şəxsi 
kamillik ideyalarına çatmaq üçün çalışmalıdır. 
Orta  əsrlərdə dini siyasətdən ayırmaq cəhdləri ilə  çıxış 
edən  ərəb mütəfəkkiri  Ən-Nəzzamin  olmuşdur. O xilafət 
hakimiyyəti dövründə teokratik ideologiyaya qarşı  çıxmış, 
maarifçi monarxiya haqqında ideya irəli sürmüşdür. O dövlətdə 
hər hansı bir dini quruluşun olmasını  qəbul etmirdi. Onun 
vicdan azadlığı ideologiyası  əslində islam dininə qarşı 
çevrilmişdir. 
Orta  əsr  ərəb filosofu Ibn Xaldun (1332-1406) “Böyük 
tarix”  əsərində dövlət haqqında ideyalara xüsusi əhəmiyyət 
verir. Belə ki, mütəfəkkir ictimai həyata sosial-siyasi hadisə 
kimi baxır, ictimai gerçəkliyin coğrafi mühit və iqlimlə 
əlaqədar olaraq müəyyənləşməsi fikrini irəli sürürdü. Müəllifə 
görə, cəmiyyətin inkişafı  və bütün sosial hadisələr insanların 
iradəsindən asılı deyildir. Bu əsasən istehsal üsulu ilə şərtlənən 
sərt qanunlardan asılıdır. 
Mütəfəkkir cəmiyyətlə dövləti fərqləndirmiş, cəmiyyətin 
inkişaf qanunauyğunluqları haqqında orjinal fikirlər irəli 
sürmüşdür. Onun fikrincə sivilizasiya insan cəmiyyətinin axırı 
deməkdir. Sivilizasiya və dövlət bir-birini şərtləndirir. O dövlət 
və mülk anlayışlarının eyni mahiyyətdə olduğunu qeyd edirdi. 
Dövlət torpağa və  əmlaka malik olan bir qrup adamların 
hakimiyyətidir. Dövlət bir sülaləyə  mənsub olmalı  və irsən 
keçməlidir. Ibn-Xalduna görə  hər bir dövlət də insan kimi 
ölümə  məhkumdur. Müəllifə görə, insanlar ayrı-ayrılıqda 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə